Afina - müasir Yunanıstanın paytaxtı. Afina şəhər ilahəsi - qoruyucusunun şərəfinə belə adlandırılmış ən qədim şəhərlərdən biridir. Afina e.ə. II minilliyin sonlarında Orta Yunanıstanın cənub-şərqində yerləşən Attika vilayətində salınmışdır. Attika vilayətinin təbii şəraiti arpa, üzüm və zeytun ağacları becərmək üçün əlverişli idi. Buna görə də burada üzümçülük, şərabçılıq inkişaf etmişdi; burada istehsal olunan yüksək keyfiyyətli zeytun yağı geniş ərazilərdə məlum idi. Külli miqdarda keyfiyyətli gilin olması Attikada dulusçuluq sənətinin inkişafına səbəb olmuşdu. Afina sənətkarları şəhərin Keramik adlanan rayonunda məskunlaşdılar ("keramika " sözü buradan yaranıb).
Afina sənətkarlarının düzəltdikləri amforalar xüsusilə məşhur idi. Pirey adlı əlverişli liman da Afina yaxınlığında yerləşirdi. Buraya taxıl, taxta-şalban və qul gətirirdilər. Qulların gümüş çıxardıqları Lavrion mədənləri də Attikada yerləşirdi.
E.e. VI əsrdə Afinada özlərinin gümüş pullarını kəsməyə başladılar. Attika tayfalarının Afina ətrafında birləşdirilməsi çar Teseyin adı ilə bağlanılır. Bundan sonra e.ə. I minilliyin əvvəllərindən Afina Qədim Yunanıstanın tarixi və mədəniyyətində mühüm rol oynayan şəhərdövlətə çevrildi.
E.ə. VIII - VI əsrlərdə Afinada əyanların - aristokratiyanın hakimiyyəti bərqərar oldu. E.ə. 621-ci ildə ilk dəfə olaraq hökmdar Drakont tərəfindən qanunverici adətlər yazıya alındı və bu, aristokrat hakimlərin özbaşınalığını bir qədər məhdudlaşdırdı. E.ə. 594-cü ildə demosun güclü təzyiqi altında Solon Afinanın bütün ictimai-siyasi həyatını deyişən islahatlar keçirdi. Attikanın bütün yerli əhalisi
Afina vətəndaşı oldu. Amma demosun nisbətən imkanlı təbəqələri hakimiyyəti böyük mülkü olan aristokratlarla bölüşdürməli idilər. Buna görə də onların arasında mübarizə hələ də davam edirdi. E.ə. 560-cı ildə Afinada siyasi çevriliş oldu - Pisistratın nəsli aristokratiyaya qarşı yönəlmiş tiraniyası (istibdad üsuliidarəsi) quruldu. Pisistratın dövründə Afina xarici siyasət sahəsində böyük nailiyyətlər əldə etdi. Şəhərin özü böyüdü, yeni binalar və heykəllərlə bəzəndi, su kəməri çəkildi. Homerin poemaları yazıya köçürüldü. Pisistratın ölümündən az sonra onun oğlanlarının tiraniyası e.ə. 510-cu ildə devrildi. Nəsli əyanların hakimiyyəti ələ keçirmək cəhdləri e.ə. 508-ci ildə demosun Klisfenin başçılığı ilə üsyanına səbəb oldu. Üsyançıların qələbəsi əyanların ağalığına və nəsli icmanın axırıncı qalıqlarına son qoyan islahatlarla daha da möhkəmləndirildi. E.ə. VI əsrin sonlarından qoşun və donanmaya komandanlıq etmək üçün strateqlər seçilirdi. Vətəndaşlar arasında mübahisələri həll edən hakimlər də seçki ilə müəyyənləşdirilirdilər. Afinanın istənilən vətəndaşı hakim seçilə bilərdi.
Yunan - İran müharibələri dövründə əvvəldən-axıradək aparıcı rol Afinaya məxsus olmuşdur. Sonrakı illərdə, bir qədər keçdikdən sonra Afina dəniz dövlətinə çevrilən Delos ittifaqına (Afina dəniz ittifaqına) başçılıq etmişdi. Bu dövrdə Afina özünün çiçəklənmə dövrünə qədəm qoymuşdu. Afinanın dəniz limanı olan Pirey bütün qədim dünyanın ticarət yollarının qovuşma mərkəzinə çevrilmişdi. Afinada o dövr üçün daha mütərəqqi olan dövlət quruluşu - Afina demokratiyası bərqəqar olur. Ali hakimiyyət mühüm məsələlərin həlli və vəzifəli şəxslərin seçkisi ilə məşğul olan xalq yığıncağına keçir. Xalq yığıncağı, demək olar ki, hər həftə aqorada çağırılırdı. Strateq Periklin dövründə dövlət vəzifələrinin icrası üçün maaş təyin edilir ki, bu da az imkanlı ailələri dövlətin idarə olunmasında iştirak etməyə maraqlandırır."Periklin qızıl dövrü" adlandırılan çağda ən görkəmli yunan alimləri, memarları - tarixçi Herodot, filosof Anaksaqor, memar və heykəltəraş Fidi və b. Afinada yaşayıb-yaratmışlar. Esxil, Sofokl, Aristofan və b.-nın əsərləri teatrda göstərilirdi.
Akropol dünya memarlığının şah əsəri sayılır. Afina Yunanıstanın ən gözəl şəhəri hesab edilirdi. Lakin bu qısamüddətli çiçəklənmə Peloponnes müharibəsində (c.ə.431 - 404) Afinanın məğlubiyyətindən sonra başa çatdı.E.ə. 338-ci ildə Xeroneya yaxınlığındakı döyüşdən sonra Afina Makedoniya monarxiyasına tabe olmaq məcburiyyətində qaldı. E.ə. 196-cı ildə Makedoniya çarı IV Filippin romalılar tərəfindən məğlub edilməsindən sonra Afina, əslində, Romadan asılı vəziyyətə düşdü. E.ə. 88-ci ildə Afinada başda Aristion olmaqla antiroma əhval-ruhiyyəli demokratlar hakimiyyətə gəldilər və Afina Pont çarı VI Mitridat Yevpatorun rəhbərlik etdiyi antiroma
koalisiyasına qoşuldu. Bundan az sonra Afina Roma sərkərdəsi Komeli Sullanın qoşunları tərəfindən mühasirəyə alındı. Afinanın mühasirəsi e.ə. 88 - 87-ci illərin bütün qışı ərzində davam etdi və martın 1-də şəhər hücumla alınıb talan edildi. Sulla bir çox incəsənət əsərlərini Romaya apardı. Romaya tabe olmuş Afina hələ də özünü idarə edirdi. Afinanın elm və mədəniyyət mərkəzi olması şərəfi qorunurdu və "adətən varlı romalılar təhsillərini burada başa vururdular. Bəzi Roma imperatorları Afinaya xüsusi himayədarlıq edirdilər, orada binalar və məbədlər inşa etdirirdilər, o cümlədən Zevs və Hera məbədi, kitabxana, gimuasiyalar inşa etdirilmişdi. E.ə. III əsrdən Yunanıstan barbarların hücumlarına məruz qalır və Afina tam süquta uğrayır. Bizans imperiyasının yaranması ilə Afina incəsənətinin bir çox abidələri eramızın IV əsrində Konstantinopolun bəzədilməsi üçün aparılmışdı. 529-cu ildə Bizans imperatoru Yustinianın əmri ilə Afinada qalmış sonuncu məktəblər bağlanılmışdı. Antik Afinanın mədəni tarixi belə başa çatmışdı.
XƏBƏR LENTİ
Süni mayalanma günahdırmı?
Britni Spirs Useyn Boltun rekordunu “qırdı”?
Bakıda “Birmanatlıq” taksilər LƏĞV EDİLİR - RƏSMİ
Əqiq daşı
Dərslər nə vaxt başlayacaq? - Nazirdən açıqlama
Ən güclü Fiat 500
Evi olmayan gənc ailələrə xoş xəbər!
Çində dünya rekordu: 1374 dron eyni anda havada
Bu ölkəyə bayram haram oldu
Mərkəzi Afrika Respublikasının prezidenti istefa verdi
Ordumuz şəhid verdi
Vanna otağı dekorasiyası
Cüt yumurta əkizi nədir?
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Bu yay dəhşətli isti olacaq
Sümüklərinizin sağlamlığını qoruyun
Sərdar Ortaç vəsiyyətini açıqladı – 30 milyonluq evini...
Prezident və xanımı parkda sakinlərlə görüşdü - FOTO
Manatın MƏZƏNNƏSİ
Defne Samyelin qızı da aktrisalığa başladı
Salfetlə süfrələrinizi bəzəyin (1-ci hissə)
Dünya onların gözündən baxın
Azərbaycanın təbii-coğrafi şəraiti-1
17 dərəcə isti olacaq
Həclə bağlı SEVİNDİRMƏYƏN qərar
Kəpəyi necə yox etməli?
Həftəsonu Azərbaycanda hava necə keçəcək?
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Rusiya Suriyaya lazımi texnika verəcək
Baş infeksionist: “Xəstələrin xəstəxanalara gec yerləşdirilməsi ölüm sayının artmasına səbəb olur”
İşçiləri 240 min dollar maaş alır
Ən təhlükəli silah: makiyaj
Dünyanın ən uzunsaçlı kişisi
Ebru Şahinə yeni TƏKLİF
Rusiyanın məşhur qəzetində sual - "Niyə Azərbaycan?.."
Məşhur film haqda 40 il sonra gələn etiraf
Məşhur aktyoru kimsə tanımadı-FOTO
Evlilikdə məntiqsiz düşüncə və inanclar
Unikal heykəl tapıldı
Səhnədə Ziynet Salının ürəyi getdi-FOTO
Ordumuz düşmənin səkkiz topunu canlı qüvvəsi ilə birlikdə məhv edib - VİDEO
İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri
Bakıya 151 avtobus gətiriləcək
İlham Əliyev selfi çəkdirdi
Şəkər xəstələri üçün maffinlər (foto resept)
Kələm salatı (foto-resept)
WhatsApp-la bağlı sirr açıldı
Sabahın hava proqnozu açıqlandı
Devid Bekhemdən Viktoriyaya SURPRİZ-FOTO
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA
- ŞƏRHLƏR