Hər birimiz duzun nə qədər ziyanlı olduğunu bilsək də onsuz keçinə bilmirik. Gündəlik isifadəsi nəzərdə tutulan miqdardan hardasa 2-3 dəfə artıq duzdan isitifadə edirik. İndi sizlərə təqdim edəcəyim məsləhətləri yerinə yetirsəniz, duzdan istifadəni həm azaltmış, həm də ləzzətli yeməklər hazırlamış olacaqsınız. Mütəxəssislər 1 çay qaşığı duzun tərkibində təxminən 2,4 qram natrium olduğunu qeyd edirlər. Belə ki, Amerika Tibb Universitetinin alimləri qeyd edirlər ki, 19-50 yaşlı insanların gündəlik Na ehiyacı 1,5 qramdır. Natriumun çox istifadəsi bədəndə artıq maye tutumuna, yüksək qan təzyiqinə və damar tutulmalarına səbəb ola bilər.
Duzdan istifadə etmədən də ləzzətli və qidalandırıcı yeməklər hazırlamaq mümkündür.
1. Salatları duzdan istifadə etmədən bəzəyin və marketlərdən MSG (mono sodium glutamat) tərkibli salat souslarından istifadə etməyin. Bunun əvəzinə salatın üzərinə limon suyu sıxıb, zeytun yağı gəzdirin. Ya da klassik sirkə və yağ kombinasiyasından ibarət sousdan istifadə edə bilərsiniz.
2. Kartof püresinin duza ehtiyacı yoxdur. Az yağlı süd, duzsuz yağda qovrulmuş sarımsaq, acı və ya şirin bibər tozu əlavə edin.
3. Düyünü yağ əlavə etmədən yalnız suda bişirin. Sonra duru yağda qovrulmuş soğan və göbələkdən hazırlamış olduğunuz sousla bəzəyin.
4. Ləziz şorbalar hazırlayan zaman qazana və ya saxsı qaba cirə, istiot, zəncəfil və s. kimi sevdiyiniz ədviyyatları əlavə edin. Bundan başqa, blenderlə xırda doğranmış sarımsaq və soğan da elavə edib şorbanı ləzzətləndirə bilərsiniz.
5. Sevimli spaqettiyə duz, kəklikotu, rozmarin və sarımsaqdan hazırlanmış sousla əvəz edin.
6. Ət, balıq, toyuq kimi məhsulları bişirməzdən azı 1 saat əvvəl təzə pomidor və ya sıxılmış limon, portağal, qreypfrut, naringi suyunda basdırma edin. Bunu zeytun yağına əlavə olunmuş müxtəlif ədviyyatlar, təzə bibər və sirkədən hazırlanmış qarışıqla da əvəz etmək olar.
7. Sobaya qoyacağınız ərzağın üstünə cirə, soğan və yeralması dilimlərini qoya və müxtəlif ədviyyatlardan istifadə edə bilərsiniz.
8. Yağda bişirdiyiniz yumurtanı və ya omleti təzə soğan, pul bibər, kəklikotu və qara istiotla bəzəyib sağlam qidalana, həm də çox ləzzətli qida əldə edə bilərsiniz.
XƏBƏR LENTİ
Namus haqqında deyilənlər
Azərbaycanda daha bir kənddə koronavirus yayıldı
İstidən qovrulduq
Arıqlamağa kömək edən limon və istiot
Gül avatarları
3 boksçumuz Avropa birinciliyinə qələbə ilə başladı
Firuşkamızın əl işləri
Səhər oyanan kimi 4 stəkan su içsəniz..
Bananlı desert (foto-resept)
Jennifer Aniston və Reese Witherspoonun gözəllik sirləri
Bakıda sürücülər ən çox hansı yollardan istifadə edirlər?
Ebru Polatdan GÖZLƏNİLMƏZ PAYLAŞIM
Nazirlik yaşı 65-i keçən 3200 müəllimlə yenidən müqavilə bağlayıb
"Traktorsazi"nin yeni baş məşqçisi var
Sıla yox, Ahmet şiddətə məruz qalıbmış
Rayon yollarındakı postlar ləğv olunur - VİDEO
HAVA necə olacaq?- 30 APREL
Zövqlü üzük modelləri
​Azərbaycan neftinin qiyməti 50 dollara çatdı
Məşhurların əvəzedilməz estetik əməliyyatları
Zabit Səmədov Azərbaycan vətəndaşı oldu
Dost dedikdə - 3 (son)
Luici Bokkerini
Uzun illərdən sonra Şuşada ilk dəfə Azərbaycan radiosu səsləndi - VİDEO
Ağ Ev iPhone və iPad-in köhnə modellərini dəstəklədi
Ermənistanın Rusiya ilə yeganə yolu bağlanıb
Dünya mətbəxi - Fransa
Göbələkli tərəvəz yeməyi (foto-resept)
Ermənilərin cəbhədə təxribatı davam edir
Uydurulmuş personajlar - uşaqların tərbiyəsi
Barış Mançonun atası vəfat etdi
Azərbaycan üçün qorxulu proqnoz
Potensial təhlükəli asteroid Yerə yaxınlaşır
Banan mürəbbəsi (foto resept)
İnanılmaz xoşbəxtsiniz? Bəlkə, içiniz qanayır?
Azərbaycanda zəlzələ olub
Böyürtkənli-qaymaqlı tart (foto resept)
SAG 2019: Qırmızı xalça
Məşhur aktyor gizli evləndi
Qızardılmış toyuq ciyəri (foto-resept)
Ən yeni dəniz canlıları
Gözünüzün kökü saralmasın
Satışda keyfiyyətsiz şprislər var? - Səhiyyə Nazirliyindən RƏSMİ CAVAB
Marsda "top" tapıldı
Günün ulduz falı
Ömür yolu
Sarkisyan bağırdı: "O olacaq ki, azərbaycanlılar Qarabağı alacaqlar"
Kişilər bu qadınlardan qaçır...
Çobanyastığı çayının faydaları
BAŞ-saytını Azərbaycan idarə edəcək
- ŞƏRHLƏR