SÜFRƏ ƏDƏBİ
Bu bölümdə yenə sizlər üçün süfrə qaydalarından bəhs edəcəm. Bu dəfə daha geniş şəkildə:
1.Yemək siyahısını hazırlayarkən qonaqlarınızın yaşını, yaşadıqları yeri, sağlamlıq vəziyyətini nəzərə alın.
2. Yemək siyahısında mümkün olduğu qədər həzm sistemini gücə salacaq yeməklərdən istifadə etməyin.
3. Bir yemək siyahısına eyni tərkibli və ya bir birinə bənzəyən eyni adlı yeməkləri salmamaq məsləhətdir.
4. Süfrəyə 3 dəstdən artıq bıçaq, çəngəl və qaşıq qoymayın. Ancaq qədəhlər 4 ədəd ola bilər.
5. Qonaq olan süfrədə hər yemək öz qabında yeyilməli və hər yeni yemək gətirildikdə yeməyə uyğun olaraq boşqablar dəyişdirilməlidir.
6. Çəngəlləri istifadə sırasına görə, iti ucu olan tərəfi yuxarı şəkildə və boşqabın sol tərəfinə yerləşdirilir. Sadəcə şirniyyat üçün nəzərdə tutulmuş çəngəl boşqabın ön tərəfinə sapı sol tərəfdə qalacaq şəkildə yerləşdirilir.
7. Bıçaqların iti tərəfi boşqaba doğru,boşqabın sağ tərəfində yerləşdirilir. Sadəcə şirniyyat və çörək üçün nəzərdə tutulmuş bıçaq istifadə edilərsə boşqabın ön tərəfinə,sapı sağda olmaqla yerləşdirilir.
8. Qədəhlər hər zaman sağ tərəfdə yerləşdirilir.
9. Qaşıqların oyuq tərəfi yuxarı baxan vəziyyətdə və boşqabın sağ tərəfində, bıçağın sağında yerləşdirilir. Şirniyyat qaşığı istifadə olunacaqsa şirniyyat bıçağının və ya çəngəlinin əvəzinə qoyulur.
10. Güllər,şamdan və iri meyvə qabları qonaqların bir birilərini görməsinə mane olmayacaq şəkldə qoyulmalıdır.
11. Duz və istiot qabı stolun ortasına yaxın, əllərin çata biləcəyi məsafədə qoyulur.
12. Xardal, ketçup, mayonez süfrəyə verilərsə əvvəlcədən qoyulmaz. Əgər hansısa yeməkdə istifadə olunacaqsa o yeməklə birgə verilməlidir.
13. Əllə yeyilməsi vacib olan yeməklər olarsa bu zaman süfrəyə nəm salfetlər qoyulmalı və ya içərisində limonlu su olan qablardan da istifadə etmək olar.
14. Bəzi yeməklərin yeyilməyən hissələri, sümüklər və tumlar üçün iki nəfərin boşqabının arasına hət iki şəxs üçün külqabı və ya sümük qabı qoyulamlıdır.
15. Qonaqların rahat yemək yeyə bilmələri üçün iki oturacaq arasında məsafə 60 cm olmalıdır.
16. Salfetlər süfrəyə zövqlü şəkildə qoyulmalıdır. Parça salfetlər daha məqsədəuyğundur.
17. Evin xanımı yemək servisini, evin bəyi isə içki servisini təqdim etməlidr.
18. Çirkli boşqablar sağ tərəfdən alınmalı və yerinə təmizləri yenə də sağ tərəfdən qoyulmalıdır. Bunların içində yalnız sümük qabı və çörək qabı sol tərəfdən alınmalı və sol tərəfdən də qoyulmalıdır.
19. Yeməkdən əvvə içki servisi təqdim olunmalıdır. Əgər yeməyə şorba ilə başlanarsa içki servisini şorbadan sonra təqdim edin.
Bəzi bilməniz vacib olan qaydalar.
a) Bıçaq sapından, şəhadət barmağı kəsici hissəyə uzadılaraq tutulur. Bıçağı ağıza qoymaq ayıbdır. Bəzi insanlar səhvən pendir yeyərkən bıçağı ağızlarına götürməyi adət ediblər. Çörək də heç vaxt bıçaqla kiçik hissələrə ayrılmaz. Bıçaq çörəyə sürtülərək təmizlənməz.
b) Çəngəl ət yeyilərkən sol əldə tutulur, bıçaq isə sağ tərəfdə tutulur və əti kəsər. Tərəvəz yeyilərsə əksinə tutmaq olar. Çəngəl yerə düşərsə yenisi istənilməlidir.
c) Şorba qaşığının istifadəsi ölkədən ölkəyə dəyişir. Fransızlar şorbanı qaşığın ucu ilə, ingilis və Amerikalılar qaşığın yan tərəfi ilə içərlər. Hər ikisi də istifadə oluna bilər. Şorba içilib qurtardıqdan sonra qaşıq yerə qoyulmaz, boşqabın içinə qoyulmalıdır.
d) Salfet, tam olaraq açılmaz. Dizlərin üstünə salınmalıdır. Bəzi adamlar salfeti ushaq kimi sinələrinin üstünə salarlar, bu heç düzgün deyil. Yemək yeyilib qurtardıqdan sonra salfet qatlanmamış şəkildə boşqabın yanına qoyulmalıdır. Əgər bir xanımın salfeti yerə düşərsə, yanında oturan kişi dərhal salfeti yerdən qaldırmalıdır.
e) İçki içərkən ağzımızı ilk əvvəl silməliyik. Dodaqlarımız qədəhin üzərində heç bir iz buraxmamalıdır. Səs çıxarmadan yemək və içməyi öyrənməliyik. Bir dəfəyə qədəh boşaldılmamalıdır.
f) Bir çox adamlar səbr edə bilməyib yemək gəlmədən əvvəl çörəkdən kəsib ağızlarına atarlar. Bu düzgün olmayan davranışdır. Hər kəs gəldikdən sonra ev yiyəsi ilk əvvəl başlamalıdır.
HEÇ VAXT EDİLMƏMƏLİDİR.
Ev sahibəsi dəvət etməzdən süfrəyə oturmaq olmaz.
Xanımlara oturmaq üçün yardım etməmək (sadəcə yanınızda oturacaq 2 qadına).
Ev sahibi yeməyə başlamadan başlamaq.
Şorba isti olarsa üfürərək soyutmaq.
Yeyərkən marçıltı səsləri çıxarmaq.
Sizə təqdim olunan tikələri heç vaxt seçməyin.
Boşqabınıza bol miqdarda yemək qoymayın.
Dirsəklər stolun üstünə, əllər stolun altına qoyulmaz.
Ağız dolu olan zaman danışılmaz.
Çəngəl,bıçağı yalamaq olmaz.
Çörəyi dişləyib qoparmaq olmaz.
Süfrə tərk edilərsə, salfeti qatlayıb qoymaq olmaz, olduğu kimi stolun üzərində tərk edilməlidir.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bürc simvolları makiyajla
İnternetə nəzarət güclənir
4 gün iş olmayacaq
Cüdo üzrə Avropa Çempionatı Bakıda keçiriləcək
Tortla birlikdə elə bir şey uddu ki...-FOTO
Bakı bulvarının ziyarətçilərini yenilik gözləyir
Azərbaycan tarixindən yüz şəxsiyyət-45
Cennifer Lopez yeni FOTOsessiyası ilə heyran etdi
Ronaldu "Yuventus"-a keçdi
Botoks təsirli təbii maskalar
Abituriyentlərin qeydiyyat müddəti bu gün bitir
Ebru Sallı tətil şəkillərindən danışdı
Dəbli koftalar
Üzdəki tükləri aradan qaldıran maska
Prezident İlham Əliyev Gürcüstanın yeni seçilmiş dövlət başçısını təbrik edib
Tornado onlarla turistə xəsarət yetirdi - VİDEO
Qat-qat xəmirli boğça paxlava (foto resept)
Qadın komadan sonra uşaqlarının varlığını unutdu və ...
Ekslüziv şou-maşın
Prezident İlham Əliyev əməliyyat-taktiki təlimi izləyib
Manikür 3-cü hissə
Bir səs yazısı ABŞ-ı qarışdırdı: "O lənətə gəlmiş İvanka..."
Hadisə fanatını həbs etdirdi
11 ayın sultanı yetişdi-Ramazan ayının gündəlik duaları
Niyə qadınlar daha çox yaşayır?
Nanəli ayran (foto-resept)
Günümüzü əks etdirən rəsmlər
Koronavirusla bağlı son STATİSTİKA
İşinizə yarayacaq ideyalar
Ucardan aksiya xəbəri gəldi
Məşhur futbolçu xəyanət xəbərlərinə cavab verdi-FOTO
Azərbaycanda benzinin keyfiyyəti getdikçə pisləşir
Novruz kökəsi (foto resept)
Qız güləşçilərimiz İzmirdən 5 medalla qayıtdı
Azərbaycanda pensiyaların ödəniş tarixi dəyişdi
Zakir Həsənov hərbi təlimləri izləmək üçün İzmirə gedir
Günün qoroskopu: əlverişli tanışlıq olacaq
Uşaqlarınız üçün maraqlı yataqlar
Çörəklə bağlı rəsmi açıqlama
Kriştianu Ronaldudan inanılmaz fədakarlıq
Neft bahalaşmağa başladı
Benzin yenidən bahalaşdı
Kişilər nə istəyirlər? 2-ci hissə
Kraliça yenə işçi axtarır-47 min manat
13 yaşlı bloger aya 1000 dollar qazanır-FOTO
Şəhid generalımız və polkovnikimiz dəfn olundu - YENİLƏNİB + FOTO/VİDEO
Prezidentlər Xəzəri bölüşəcəklər
Kayli Cenner nişanlandı – FOTO
HAVA necə olacaq?-9 yanvar
Azərbaycanda 65 yaşdan yuxarı şəxslərin evdən çıxmasına nə vaxt icazə veriləcək? - RƏSMİ















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]