Heç kimə sirr deyil ki, kişilərə nisbətən, qadınların karyera qurmaq məsələləri daha çətindir. Bunun də əsas səbəbi elə qadınların özləri və onların atdıqları səhv addımdır. Bəzən isə neçə illər öncə yığılıb qalmış keçmiş stereotiplər də irəli getməkdə bizə mane olur.
Əgər karyerada uğur qazanmaq istəyirsənsə, onda bir neçə yazılmamış qaydalara əməl etməlisən.
1. Ali təhsilin yoxdursa – işi unut!
Bu fikir tamamilə səhvdir. Təbii elə sənət növləri var ki, onlar ali təhsili tələb edir. Məsələn, ali təhsilsiz - həkim, hüquqşünas olmaq qeyri-mümkündür. Digər peşələrdə məsələn, jurnalistika, reklam işi, dizayn, bir sözlə bütün yaradıcı işlərdə hər hansı bir elmi dərəcə o qədər də önəmli deyil. Bunun üçün yaxşı bir kurs, o cümlədən təcrübəli praktik bir dövr keçmək kifayətdir. Sahibkarları da diplom və ya attestat deyil, iş maraqlandırır.
Odur ki, hər hansı bir bacarığınız ilə öyünüb, özünüzə arxayınsınızsa, onda fəaliyyətə keçməyin tam zamanıdır.
2. Uzun-uzadı tərcümeyi-hal diqqət çəkə bilər.
Bu heç də iş-güc və hər dəqiqəsi “qızıl” olan insanlara aid deyil. Bir çox sahibkarlar üçün qısa, aydın tərcümeyi-hal yetər. Bütün həyat və yaradıcılığınızı öz anketinizdə qeyd etmək lazım deyil. Ən vacib nüansları qeyd edin.
3. 25-30 yaşlarında artıq həyatdan nə istədiyimi bilməliyəm
Ömrünün tən ortasında peşəsini dəyişib, kifayət qədər uğur qazanan sayı-hesabı bilinməyən insanlara rast gəlmək mümkündür. Heç vaxt arzunuzdan imtina etməyə çalışmayın, 40 yaşınız olsa belə. Təbii, 40 yaşdan sonra kosmonavt olmağınız mümkün deyil, amma heç də çəkinmədən, böyük ölçülü paltarları podiumda göstərib, maneken olub adınızdan söz etdirə bilərsiniz. Necə deyərlər, məğlubiyyəti dadmasan, qalib olmarsan.
4. Əlavə iş – mən daha tez uğur qazana bilərəm
Bəlkə də elədir. Amma sizin bu işgüzarlığınız qıraqdan başqa cür təəssürat yarada bilər - siz ləng, astagəl kimi görünə bilərsiniz. Həm də çox işləmək, depressiyaya, stressə, əsəbiliyə gətirib çıxarda bilər. Elə iş vaxtı da məhz onun üçündür ki, siz bu müddətdə vəzifələrinizi yerinə yetirə biləsiniz. Əgər çatdırmırsınızsa, deməli, yaxşı işçi deyilsiniz. Təbii ki, bəzi istisnalar ola bilər ki, istirahət günü işə çıxasınız. Amma bu sizin iş qaydanıza çevrilməməlidir.
5. Öz istəklərinizi gizli saxlayın
Siz heç olmasa hər üç ildən bir vəzifənizdə bir pillə irəli getmək istəmirsiniz? Bunu həmkarlarınızdan gizli saxlamağa çalışırsınız? Səhv yoldasınız. Heç də təsadüfi deyil ki, söhbət və ya iclas zamanı müdirlər öz işçilərinə “4-8 ilə özünü hansı vəzifədə görürsünüz?” sualı ilə müraciət edirlər. Sizin bu sualdan qaçmanız isə təvazökarlıq kimi deyil, məsuliyyətsizlik kimi görünəcək. Səbəb – hər bir şirkət sağlam düşüncəli, özünəarxayın gənclərdə maraqlıdır. Çünki məhz belələri olan yerdə uğurdan, keyfiyyətli iş nəticələrindən söhbət gedə bilər.
6. Həmkarlarla, o cümlədən müdirlə söz-söhbətdən qaçmaq lazımdır
Düşmən qazanmaqdan qorxursunuz? Nahaq yerə. İlk növbədə dostluqla, işi ayrılmalısınız. Ən yaxşısı isə işdə dostluğu unutmaq, şəxsi münasibətləri minimuma endirmək lazımdır. Öz mövqeyinizi isə bildirməkdən çəkinməyin.
7. İş yerini tez-tez dəyişmək karyeraya mane ola bilər
Bu heç də belə deyil. Əksinə iş yerini mütəmadi olaraq dəyişmək təcrübəni, iş praktikasını artırır.
8. Vaxt azlığı işgüzarlığımdan xəbər verir
İş vaxtı bekarçılıqdan gileylənmək normal deyil. Amma həmişə də vaxt azlığından şikayətlənmək də alqışlanacaq hal kimi qəbul oluna bilməz. Əlçatmaz olmağa çalışmayın. Bəzən həmkarlarınıza kömək etməyə də vaxt tapın.
9. Tənqid edirlərsə, deməli, iş prinsipi düzgün qurulmayıb
Siz keyfiyyəti o zaman gözləyə bilərsiniz ki, müdiriyyətin nə istədiyindən tam əmin olasınız. Xırda tənqidlər isə hər şeyin sonu deyil. İlk növbədə işinizə tənqidi tərəfdən baxmağın sizə də xeyri var. Odur ki, hər hansı bir təklifiniz qəbul olunmayıbsa, o demək deyil ki, siz pis işçisiniz.
10. Öz işinizi qurmağa tələsməyin
“Öz şirkətimi yaradıb daha çox gəlir əldə edə bilərəm” – kimi fikirlər yaxşı səslənsə də, məsuliyyəti də az deyil. Hər hansı bir qərara gəlmədən öncə, yüz ölçüb, bir biçmək lazımdır. Unutmayın ki, şəxsi iş qurmağın çətinlikləri daha çoxdur. Odur ki, bu fikrə gəlməmişdən əvvəl sual verin “sən buna hazırsanmı?”
XƏBƏR LENTİ
Körpələrin gec yeriməsi
Karamelli keks (foto resept)
Soçi: Ukraynanın idmançıları Yanukoviçə quldur deyərək yarışdan imtina etdilər
Metropoliten gücləndirilmiş rejimə keçdi
Tərcümə olunmayan sözlər
"Zemheri"nin aktrisası 1-ci oldu
"Milli Şura Rüstəm İbrahimbəyovun istefası ilə mövcudluğunu dayandırdı"
Leyla Əliyeva sərgidə - FOTO
Uill Smit xəstəxanalıq oldu-SƏBƏB
Yeni il ağacını necə bəzəməli?
Masazırda bəzi evlər sökülə bilər
Nazirin paylatdırdığı kartlar nə qədərdir?
Tarixdən...(4)
Merve Özbeydən Demet Akalın açıqlaması
iPad Air-in istehsal dəyəri azalıb
Humus (foto resept)
"Bir qadının səs vermək üçün evdən çıxması ərinin verəcəyi iznə tabe deyildir."
5 kiloqram arıqladan kök pəhrizi.
Bill Geyts ideal inəyin yaradılmasına 40 milyon dollar ayırdı
Günün ulduz falı
WhatsApp-dan Google bombası
Xəyallarımızdakı evlər
BÜRCLƏR bizə nə vəd edir?-28 İyul
Skype-da daha bir yenilik işə düşdü
Qadınların əl və ayaqları nəyə görə üşüyür?
Dünyanın ən bahalı evləri
Rusiyada tədris ilində yeni qayda
Hollandiya - Argentina: 2-4
"Banan" pirojnası (foto resept)
Xamalı peçenye (foto resept)
Cinsi istəksizlik yaşayan qadınlar: problemlər, səbəblər
Ölkələrin gözəlliyinə gözəllik qatdı
Bahalı əməliyyatları bahalı edən nədir?
Bakıda 37 metrlik yolka qurulur - FOTO
63 ildir hər gün 1 kilo qum yeyən qadın
Bizi yuxusuz qoyan nədir?
İlham Əliyev Nazirlər Kabinetini topladı - YENİLƏNİB + CANLI YAYIM
Vəfat etmiş ananın qəza namazlarını kim qılmalıdır?
Yun paltarlara qulluq- Vacib qaydalar!
Uşaqlarına- "Aza, Oyalı,Taz..." adlarını qoymaq istədilər
BÜRCLƏR bizə nə vəd edir? -13 İyun
Planetimizin iki yeni peyki kəşf edildi
Hər üç adamdan birinin banka borcu var
Yeni tərz: Batik saçlar
Avtomobildəki qaz-əyləc sistemi və ürək
Bu insan 25 ildir ancaq pizza yeyir
Aclıq hissini yox edin
Demet Akalın İremle barışdı_FOTO
HAVA necə olacaq?-13 FEVRAL
Ərikli pirojnalar (foto resept)