“Payız məktubları”
ƏSİR
Bir kədərin əsiriyəm mən....Ayaqlarımda arzulara aparan yolların qırılamayan agrı buxovu, ürəyimdə uydurduğum dünyaların açılmayan paslı qapılarının qızıl açarı ilə, sonsuz, bitməyəcək bir kədərin əsiriyəm mən...
-
Bir həsrətin əsiriyəm mən....Gözlərimdə qüssə, ümid, sevgi dolu baxışların silinməyən əbədi əksi ilə, sonsuz olan bir həsrətin əsiriyəm mən....
-
Bir sevginin əsiriyəm mən...Atəşləri buzdan olan, əzabları oddan olan, ümidləri heçdən olan, payızında bahar ətri, məktubunda solgun sətri, göz yaşımda imzaları silinmiş bir yazının, bir kəlmənin əsiriyəm mən....
-
Bir yağısın əsiriyəm mən...Sularında çiçək açmaz, saçlarımdan ağlar yumaz, göz yaşıma qarısmayan, ürəyimdəki kədəri yumayacaq bir yağışın əsiriyəm mən....
-
Mən...mən...mən....illər öncə itirdiyim bir nəşənin, bir sevincin, bir ümidin, bir sevginin, bir xəbərin, bir arzunun əsiriyəm mən.....
GECİKMİŞ QONAQ
Bir gün bir qatarda, bir kupedə, bir dünyada qonağım oldunuz....Olqa....mənalı təbəssümünüz, qayğisiz, kədərsiz, atəşli baxışlarınızla...qonağım və yol yoldaşım oldunuz. Dar, işıqları tutqun bir kupeyə „Poison“ ətriylə birgə sanki bir işıq da doldu, Olqa...Çöldəki qarları əridəcək belə ehtirasınız, şaqraq gülüşünüzün bu soyuq qışa gətirdiyi bahar ətriylə....Gözlərinizdəki mavi dünyanın dərinliyindən gələn, qızılı saçların şəlaləsindən süzülən bir sevgi istəyi ilə...Pikasonu belə cəlb edəcək bir təbəssümlə...Baxişlar, təbəssümlür, uzun, nazik barmaqların havada çəkdiyi gözəgörünməz cizgilər belə arzulanan bir sevginin həsrətindən, sanki sahilini görən bir dalğa kimi qayalara çırpılıb yox olmaq, parçalanmaq, sönmək, yenidən dənizə dönmək istəyindən xəbər verirdi ...Olqa, evliyəmmi deyə siz soruşarkən, mənsə „hə“ deyərkən, susub sonra niyə bəs təksiniz, mən sizinlə, yarızarafat yarıciddi, Sibirə belə gedərdim dediniz....Əsir edilmiş bir səadətin ulduzunun soyuq işığı yeni bir sevgi yolunu işıqlandıra bilərmi? Je suis désolé, mon cher, nə mən poruçik Annenkov, nə də siz mademoiselle Pauline deyilsiniz. Olqa, bir sevginin yolu bu qatarın yoluyla ölcülməz, bir sevginin ömrü bir istəyin sərhədlərinə sığmaz, bir sevginin zamanı, məkanı olmaz... Dənizdən də mavi gözlərinizin dərinliyi məni batırmaz. Mən sevginin əsiri, siz sevginin azad sahibəsi....Siz qonaq, mən əbədi yolçu! Mən payız yağışlarının islatdığı bir yarpaq, siz bahar təravətinin əbədiliyinə inanan çiçək. Dəfələrlə sevmək olmaz, məhəbbətdən qaçmaq üçün məhəbbətə qaçmaq olmaz. Siz danışır, mən isə sakit bir təbəssümlə dinləyirəm. Sözləriniz isə qatar təkərlərinin yeknəsəq səsində kəsilir, mənə çatmırdı...Mənim isə xəyallarım uzaqlarda, lap uzaqlarda yollarımı gözləyən bir cüt qara, kədərli gözlərin, „Poison“ deyil dəniz ətirli saçların yanında...Bir bilsəydiniz, Olqa, həmin saçların ətrini heç nə əvəzləməz. Siz qonaq, o isə mənim uzaq yollarımın istək ünvanı, o mənim qadınım, mənim həyatım, mənim sığındığım bir sevgi dünyasının sahibəsidi...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
İtalyan nuqası (foto resept)
Uşaq poliklinikalarında hansı xidmətlər göstərilməlidir?
Günün ulduz falı
Məşhur futbolçu çoxarvadlı olduğunu Etiraf etdi-FOTO
Varlı ölkələrdə təqaüd yaşı ən azı 70 olacaq
Karantində çox yeməyin qarşısını necə almalı?
Azərbaycanda geni dəyişdirilmiş bitki və bitki materiallarının istifadəsi qadağan edilir
2015-Kəs və yapışdır-8
"Hercai" serialının ulduzuna İsraildən reklam təklifi
Panasonic plazma televizorlardan imtina edir
Analar və qızları
Saç boyanızı bəyənmədiniz?
Bayram günü üçüncü dəfə ana oldu - FOTO
Bu filmlərə baxmaq pulsuzdur!
Karamelli tart (foto resept)
Meqan Markl kral sarayını tərk edir-SƏBƏB
60 min qərbli qadın İŞİD sıralarında
Azərbaycanda nikahdan kənar uşaqlar daha çox - BU BÖLGƏDƏ DOДћULURLAR
Türkiyədə iğtişaşlar başladı
Çardaq dekorasiyası
Yaxşı dostun hansı xüsusiyyətləri olmalıdır?
Fermerlərə əlavə pul veriləcək
Koronavirusun yayılmasının qarşısını alan ƏN EFFEKTLİ ÜSUL açıqlandı
Maradonadan şok iddia: Yadplanetlilər məni...
“Öz” idman növünü necə seçməli?
Günün qoroskopu: Deyilənlər əsassızdır
Serdar Ortaç yeni sevgili tapdı?-FOTO
"Twitter"dən sərt addım
Namaz IV Dərs-Dəstəmaz
Sevgililər günü üçün hədiyyələr
Mətbəximizin möcüzəsi
Yatmağa kömək edən qidalar
Azərbaycanın şimal sərhədlərində koronavirusa ilk yoluxma qeydə alındı
HAVA necə olacaq?- 20 APREL
Dovğa göyərtisinin doğranılması
"Yasin" surəsini oxumağın gizli təsirləri
Dəniz Akkaya aksessuarları ilə diqqət çəkdi-FOTO
Rusiya mətbuatı azərbaycanlı səyahətçiyə heyran olub
4 qat dünya çempionu Van Damın məşhur hərəkətini təkrarladı - VİDEO
Düşmən Suqovuşanda erməni cəsədlərini yığan sanitar maşını vurub
Facebook insan həyatını qurtardı
Çəltik (düyü)
Koronavirusla bağlı son STATİSTİKA
Payızda yaz havası
Çox yaşamağın asan sirri
Obama rusların Suriyadakı əməliyyatlarını tənqid etdi
Böyük sinəli xanımlar necə geyinməli
İşsizlər işlə təmin olunub
Azərbaycan əhalisi İlham Əliyevə etibar edir
Kilimancaro dağının ətəklərində təbii həyat
- ŞƏRHLƏR