Coğrafiya dərsi
"Moskva şəhərini
Xəritədə tap, bala".
"Atam tapşırıb, gedib
Yerimi ört-bastala".
"Qonşuya nə deyirlər
Bala, rusun dilində?"
"Çağırıb soruşaram,
Dərsdən evə gələndə".
"İngilislər nə cürə
Çağırırlar meymunu?"
"Hərənin öz adı var,
Hardan bilim mən bunu?"
"Yerin neçə qütbü var?
Dur görüm bir ayağa".
"Bircə anlıq səbr edin,
Söz deyilir qulağa".
Nisbilik nəzəriyyəsi
"Bir sualım var, bala:
Nisbilik nə deməkdir?"
"Haqlını eşitməmək
Haqsızlığa köməkdir".
Nyutonun birinci qanunu
"Niyə dəydi başına
Nyutonun o alma?"
"Qonşu yığır məhsulu
Elmə aludə olma".
Pifaqor teoremi
"Haradan yaranıbdır
Pifaqor teoremi?"
"Çəp gedirsən, a qonşu,
Aşırıb çəpərimi!"
Teoremin "günahı"
"Aksioma, teorem!
De görüm, fərqi nədir?"
"Aksiom arxayındır,
Teorem sübut edir".
Lemma
"Yaxşı, onda de görüm
"Lemma" bəs nə deməkdir?"
"Bənd olmayın, müəllim,
Teoremə köməkdir.
Aksiom yaxasını
Çəkib, qoyub qırağa
Lemma bədbəxt çalışır,
Vaxtı yox oturmağa".
Ədəbiyyat dərsi - Füzuli
"Ay oğul, Füzulidən
Nə bilirsən, de görək!"
"Əgər açıb danışsam
Türməyə düşə gərək".
Ədəbiyyat dərsi - Nizami
"Nə yazıbdır Nizami,
Bəllidir, hamı bilir!"
"Şikayətə getmişdi,
Müəllim, hamı gülür!"
Ədəbiyyat dərsi - Vaqif
"Nə deyə bilərsiniz
Vaqifin qəzəlindən?"
"Siz Allah, tərpətməyin,
Qorxuruq qəzəbindən".
"A bala, nə dedim ki,
Məhşur bir insan olub!"
"Məhşurluğu bəllidir,
Yüz nəfərdən borc alıb!"
Ədəbiyyat dərsi - Sabir
"Ay oğul, niyə belə,
Düşmüsünüz Sabirlə?"
"Həyətinin yanında
Gölməçəni doldurmur.
Çıxırıq buzun üstə
Yeriyib keçmək olmur".
Savadlı müəllim
"Müəllim, sualım var".
"Eşidirəm, ver görək".
"Tüsdü düzdür, ya tüstü?"
"Bunu biləsən gərək!"
"Məncə tüsdü düz olar.
"Olsun sənə ayıb,ar!"
"Müəllim, əlaçıyam".
"Onda tüsdü düz olar".
Çətin sual
"Bala,neçə eyləyir
Üç üstə üç gələndə?"
"Qoy dədəmə zəng edim,
Asan şeydyr əlində".
Mərifətli şagird
"Bala, niyə susursan
Danışsana dərsini!"
"Anam evdə tapşırıb:
"Çox çıxartma səsini".
11.12.2010 Brest
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Müge Anlı onları geridə qoydu
Qurama (Dərs-7) "Ananas" texnikası ilə tikilən yastıq
Azərbaycanda orijinal toy dəvəti - FOTO
ÜST rəhbəri: "Koronavirusdan qorunmağın ən yaxşı vasitələrindən biri..."
Dəbli pencəklər
30 ilə yaxındır qədim pulları toplamaqla məşğuldur
Pizza kağızlarından gəmi düzəltmək (FOTO)
Bakıda elə isti olacaq ki...
Koronavirusla bağlı SON STATİSTİKA
Rassel Krou Avstraliyadakı yanğına görə tədbirə gəlməyib
Günün ulduz falı
Qan dövranını sürətləndirən qidalar
İrina Şeyk gələn il ikinci dəfə ana olacaq
“Avroviziya-2019”un keçiriləcəyi məkan açıqlandı
Ermənistandakı rus hərbçilər müharibəyə hazırlaşır
Bu gün “Üç aylar” başlayır
Şahzadə Mustafanın ölümünün tarixi miniatürü yayıldı
Birlikdə yaşaya biləcəyiniz romantik anlar
Kiçik mətbəx üçün dekorasiya modelləri
Leksika - 3
Balaca uşağın Putinlə söhbətə qoşulması hər kəsdə gülüş yaratdı - VİDEO
Smartfonda vaxt nəyə sərf olunur?
Dünyanın ən böyük günəş elektrik stansiyası işə salınıb
Konfransda Leninin ruhu ilə danışdılar
Məktəblilərin ağır çantaları: nə etməli?
Yerin iqlimi üçün yeni təhlükə aşkar edildi
Dünya bu adamdan danışır
Bu bayraq Ginnesin Rekordlar Kitabına düşə bilər
Dekorasiyada yaşıl rəng trendi
Buraxılış imtahanlarının siyahısında dəyişiklik edilib
Azərbaycan böyük təhlükə qarşısındadır
Con Kerrinin "unutduğu" Qarabağ
68 il birgə yaşayan cütlük bir gün fərqlə öldülər-FOTO
Vegeterian turistlər üçün ən yaxşı şəhərlər müəyyənləşdi
Zaman heç nəyin dərmanı deyil!
İncə telli saçları necə həcmli etmək olar?
Azərbaycanda muzeylərə getmək istəyənlərə xoş xəbər
Dünyada koronavirusdan sağalanların sayı 13 milyonu keçdi - STATİSTİKA
Zolaqlı pəhriz - Rahat arıqlama
Şəffaf və plastik dəb
Ezgi Mola ərə gedir?
B12 vitamininin "səyahəti"
Boyun düzləşməsi əlaməti
Aciz ölmək istəməyən qadın gülümsəyərək getdi
Antalyada birinci xanımların şərəfinə nahar verilib
Dünyanın müxtəlif ölkələrindəki məktəblilər
Dəbli çantalar
Azərbaycan çaylarının suyu azalıbmı?
2020 qarderobunuza ilham olacaq məşhurlar
Azərbaycan əczaçılıq sahəsində Macarıstana müştərək müəssisə yaratmağı təklif edir
- ŞƏRHLƏR