Coğrafiya dərsi
"Moskva şəhərini
Xəritədə tap, bala".
"Atam tapşırıb, gedib
Yerimi ört-bastala".
"Qonşuya nə deyirlər
Bala, rusun dilində?"
"Çağırıb soruşaram,
Dərsdən evə gələndə".
"İngilislər nə cürə
Çağırırlar meymunu?"
"Hərənin öz adı var,
Hardan bilim mən bunu?"
"Yerin neçə qütbü var?
Dur görüm bir ayağa".
"Bircə anlıq səbr edin,
Söz deyilir qulağa".
Nisbilik nəzəriyyəsi
"Bir sualım var, bala:
Nisbilik nə deməkdir?"
"Haqlını eşitməmək
Haqsızlığa köməkdir".
Nyutonun birinci qanunu
"Niyə dəydi başına
Nyutonun o alma?"
"Qonşu yığır məhsulu
Elmə aludə olma".
Pifaqor teoremi
"Haradan yaranıbdır
Pifaqor teoremi?"
"Çəp gedirsən, a qonşu,
Aşırıb çəpərimi!"
Teoremin "günahı"
"Aksioma, teorem!
De görüm, fərqi nədir?"
"Aksiom arxayındır,
Teorem sübut edir".
Lemma
"Yaxşı, onda de görüm
"Lemma" bəs nə deməkdir?"
"Bənd olmayın, müəllim,
Teoremə köməkdir.
Aksiom yaxasını
Çəkib, qoyub qırağa
Lemma bədbəxt çalışır,
Vaxtı yox oturmağa".
Ədəbiyyat dərsi - Füzuli
"Ay oğul, Füzulidən
Nə bilirsən, de görək!"
"Əgər açıb danışsam
Türməyə düşə gərək".
Ədəbiyyat dərsi - Nizami
"Nə yazıbdır Nizami,
Bəllidir, hamı bilir!"
"Şikayətə getmişdi,
Müəllim, hamı gülür!"
Ədəbiyyat dərsi - Vaqif
"Nə deyə bilərsiniz
Vaqifin qəzəlindən?"
"Siz Allah, tərpətməyin,
Qorxuruq qəzəbindən".
"A bala, nə dedim ki,
Məhşur bir insan olub!"
"Məhşurluğu bəllidir,
Yüz nəfərdən borc alıb!"
Ədəbiyyat dərsi - Sabir
"Ay oğul, niyə belə,
Düşmüsünüz Sabirlə?"
"Həyətinin yanında
Gölməçəni doldurmur.
Çıxırıq buzun üstə
Yeriyib keçmək olmur".
Savadlı müəllim
"Müəllim, sualım var".
"Eşidirəm, ver görək".
"Tüsdü düzdür, ya tüstü?"
"Bunu biləsən gərək!"
"Məncə tüsdü düz olar.
"Olsun sənə ayıb,ar!"
"Müəllim, əlaçıyam".
"Onda tüsdü düz olar".
Çətin sual
"Bala,neçə eyləyir
Üç üstə üç gələndə?"
"Qoy dədəmə zəng edim,
Asan şeydyr əlində".
Mərifətli şagird
"Bala, niyə susursan
Danışsana dərsini!"
"Anam evdə tapşırıb:
"Çox çıxartma səsini".
11.12.2010 Brest
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Qarpızın faydaları
Sizcə onun neçə yaşı var?-(FOTO)
"Madmuazel" salatı (foto resept)
"Qanlı Ay" tutulması nə vaxtdır?
Gəlinlik gül dəstələri
"Aydınlanma səyahəti" kitabından seçmələr (1)
Azərbaycan 4 ölkəyə yardım etdi - 50 min dollar
Ərdoğan İlham Əliyevi qızının toyuna dəvət etdi
Bitki yağları alarkən diqqətli olun - DETALLAR
Faciə qurbanları yaddan çıxmadı
Yerin oxşarı tapıldı
Yol polisi Azərbaycanda uşaqlarla bağlı təhlükəsizlik aylığına start verir
Ailə qurmağa mane olan səbəblər
Cessika Alba 18 ildən sonra qayıdır
Deniz Seki bu dəfə qəzəbləndi-SƏBƏB
Hürrəm Sultan kimdir?
Ondan dünyada bir dənə qalmışdı... - FOTO
Aclıq çəkmədən 60 kq arıqladı-FOTO
Pijama modelləri
Ən çox arıqladan məşqlər
Soğan həvəskarlarını əbədi cavanlıq gözləyir
Yağış yağacaq
Məşhur modeldən gözlənilməz çıxış-FOTO
Avropa və biz: biz də onlar kimi yaşamalıyıq
Çaylı keks (foto-resept)
Qırmızı avtomobillər
"Ankarada başlamış istintaqın üç ayağı var"
Ermənistan ordusu bir neçə istiqamətdən mövqelərimizi atəşə tutub
"Əsl ev quşuyam" - "Bozun 50 çaları"nın aktrisası
Bizim söylədiklərimiz ayrı, düşündüklərimiz tamam ayrıdır
Dünya bu adamdan danışır
Tarkan əməliyyat edildi-SƏBƏB
İngiltərədə London derbisi: "Qırmızı şeytanlar" evində çətin rəqibi gözləyir
Qadın
Aleksandr Fomin: “Rusiyanın təlimlərinin Azərbaycan-Ermənistan münaqişəsi ilə bağlılığı yoxdur”
Serenay sonsuz ayaqqabılarından danışdı_FOTO
Xərçəng xəstəliyini dərman hazırlandı
Dahilərdən dahi cümlələr
Qarabağ mətbəxi - "Şeşrəngi" (foto-resept)
Yann Tiersen
Azərbaycan qaz hasilatını 40 milyarda çatdıra bilər
DİM abituriyentlərə müraciət etdi
Qoltuqaltı ağrılarının səbəbləri
Məşhur rəsmlər günümüzdə
Bəhram Bağırzadə həftələr sonra şəkil paylaşdı-FOTO
Buraxılış imtahanında iştirak etməyənlərə sənəd verilməyəcək
AZAL Bakı ilə İstanbul arasında xüsusi reyslərin sayını yenidən artıracaq
”Qanlı yanvar”ın yaradıcı heyəti Şəhidlər Xiyabanında
Bu ilin on bir ayında yeni doğulan oğlan və qız uşaqlarına ən çox qoyulan adlar məlum olub
Mirvari
- ŞƏRHLƏR