Əziz Qadın.netlilər sizə Müasir Azərbaycan ədəbiyyatında ən sevdiyim, yaradıcılığını yaxından izlədiyim bir şair, yazıçı, esseist, kino-drammaturq, tərcüməçi Ramiz Rövşən haqqında danışmaq istəyirəm. Ramiz Rövşənin şeirlərinin havasıyla yaşadığım üçün şairin yaradıcılığı haqqında könül duyğularımı izah eliyə bilmirəm. Çünki, Ramiz Rövşənin şeirləri artıq həyatımızın bir parçasına çevrilib. Hava kimi udub, su kimi içməsək bu şeirləri yaşaya bilmərik. Mən şairin şeirlərini bir daha oxuyub bu qənaətə gəldim ki, Ramiz Rövşənin bir şair kimi missiyası yaşatmaqdır. Ölmüş sözləri diriltmək, keçmişi gələcəyə gətirmək və bu günü sabaha aparmaq.
Dağ arasında dərə
dərindi yuxu kimi
Dağ-dağa duman göndərər
sevgi məktubu kimi
Göydə yeddi sətir cızan
o göy qurşağına bax
Kimdi onu yazan?Allah!
sevgi məktubu kimi
Bir bax bu ağ kəpənəyə
sanki qoşa varaqdı
Uçur çiçəkdən-çiçəyə
sevgi məktubu kimi
...Haçan aşar bu sümükdən,
ətdən olan hasar?!
Ruhum uçar göyə sarı,
sevgi məktubu kimi...
Ramiz Rövşən ilahi ölçülərə malik olan, türk dilini həm də ifadə olunmayan şeylərin dilinə çevirən şairdir. Ramiz Rövşənin şeirlərində heç kəsin qədərincə anlamadığı və tuta bilmədiyi bir “qəlib” var. Şairin şeirləri üstündə yazılan semantik- fəlsəfi yazmalar, mülahizələr, irəli sürülən fikirlər yenə də bu şeirlərin, bu qəribə qəlibin doğurduğu yaşantılardır.
Şair əslində mifdən başqa bir şey deyildir, belə ki, şairlə şeir arasında əbədi bəhsləşmə, dil, söz, mənafe savaşı gedir, bu savaşın bütün mahiyyəti ilə açıqlanır ki, bir- biriylə ölüm-dirim savaşına girən bu iki varlığın bir nöqtədə birləşib, dünyanı alt- üst etmələri, gözəl şeirlərindən nə qədər xoşumuz gəlsə də, dünyanın ən müdhiş mənzərəsi olardı, ancaq bunların fövqündə duran Tanrı ani bir hərəkətlə milyon illər qurulan kəhkəşanı dağıdır. Ramiz Rövşənin poetik dili onu oxuyan adama nəyisə yazdırır, təlqin edir, yazmaq istəyən adamı bu yolla aldadır. Jan Pol Sartrın belə bir fikri var ki, şair əslində dildən istifadə etmir, şeirləri ilə o, əbədi susmağını ifadə edir.
Ramiz Rövşən şeirlə sükutu bərqərar edən şairdir, onun şeirlərinin yükü söz yox, sükutdur uzandıqca uzanan yolu, sufilərin yerlə göyü birləşdirən səssiz sehrkarlığıdır. Ramiz Rövşənin yaradıcılığında ən çox sevdiyim şeri "Yavaş-yavaş sevdim səni"şeiridir.
Yavaş-yavaş sevdim səni
Hər gün bir az da sevdim
Ən çox bu qış sevdim səni
Qarda,ayazda sevdim.
Gör bir nə tez isinişdik
Havalar soyuyanda
Adamlar qalın geyinib
Ağaclar soyuyanda.
Qar altından baş qaldıran
Çiçəktək sevdim səni
İstisinə qızındığım
Ocaqtək sevdim səni.
Hələ bu cür sevməmişdim
Ömrüm boyu hec kimi
Səni sevdim qar üstündə
Yem axtaran quş kimi.
Qorxa,qorxa bu sübh çağı
Nə baxırsan göyə sən?
Deyirsən ki,günəş çıxıb
Qar əriyir deyəsən...
XƏBƏR LENTİ
Yaralı barmağa "dolama"
Gəlinlik saç düzümləri
Analar gününüz mübarək!
Susması üçün Meqan Markla pul təklif edilib?-SƏBƏB
Körpələr niyə asqırır?
Ən səxavətli ölkələrin siyahısı
Ölkəmizdə yay vaxtı ləğv ediləcək
2011-in yay geyimləri
Yay ayaqqabıları
Çimərliyə gedənlərin DİQQƏTİNƏ: Bu qaydalara ƏMƏL EDİN
Məşhur geyim markası bağlanır-SƏBƏB/FOTO
Xəzər dənizində zəlzələ olub
Məktəblərə XƏBƏRDARLIQ
Şimali Koreyada daha bir qadağa
Qələmlə sənət əsəri yaratmaq
Koronavirusdan sağalan xəstələr haqqında ŞOK İDDİA - 48 gün ərzində...
3 gün iş olmayacaq
Minlərlə yeni iş yeri açılacaq
Pulları ilə toy etmək yerinə Afrikaya gedən cütlük
Ahmet Kural evlənir - FOTO
Kişilərin qaçdığı 5 qadın tipi
Mehriban Əliyevadan müraciət
Muradla Aslının arasına o girib?
Ailə ixtilafları (I hissə)
İtaliyada 2 manata ev satılır-FOTO
Gökçe Bahadır 3,5 milyon qazanacaq
Azərbaycanda 5 gün iş olmayacaq
Uşaqların sosial-psixoloji inkişafı-7
Bu xəstəliklərdən əziyyət çəkənlərə ŞAD XƏBƏR: 4 milyon manat ayrıldı
Gəncliyin sirri
Qurban bayramının vaxtı bəlli oldu
Gündəlik və ziyafətlər üçün geyim kombinasiyaları
Fərqində olmadan sizi stress edən 11 vərdiş (1)
Təbabətdə inqilab kimi yenilik
Bu sezon makiyajda minimalizm dəbi
Qeyri-adi moda
Yeni xüsusi informasiya bazası yaradılır
Beş istedadlı rəssamların rəsmləri
Bu müəllimlər də imtahana çəkiləcək
Erməni boksçunu məğlub edən idmançımız çempion oldu
Bu gün Qarabağ görüşləri başlayır
Uşaqlar arasında xəstəliklərlə bağlı vəziyyət açıqlandı - Təhlükə varmı?
Maradonanın formasını satdı və...
Üçəmlərin 3-cüsü 5 il sonra doğuldu - FOTO
Ərdoğan Şuşanın azad edilməsi münasibəti ilə təbrik etdi - VİDEO
Ana bətnində bunu da etdilər
Döyüş oyunlarında Cenevrə Konvensiyası
İspaniya "Facebook"u cərimələdi
Peruda 7.5 bal gücündə zəlzələ oldu
Sabahın HAVAsı
- ŞƏRHLƏR