Qadin.NET / Ramiz Rövşən

Ramiz Rövşən

 

Ramiz Rövşən

Əziz Qadın.netlilər sizə Müasir Azərbaycan ədəbiyyatında  ən sevdiyim, yaradıcılığını yaxından izlədiyim bir şair, yazıçı, esseist, kino-drammaturq, tərcüməçi Ramiz Rövşən haqqında danışmaq istəyirəm. Ramiz Rövşənin şeirlərinin havasıyla yaşadığım üçün şairin yaradıcılığı haqqında könül duyğularımı izah eliyə bilmirəm. Çünki, Ramiz Rövşənin şeirləri artıq həyatımızın bir parçasına çevrilib. Hava kimi udub, su kimi içməsək bu şeirləri yaşaya bilmərik. Mən şairin şeirlərini bir daha oxuyub bu qənaətə gəldim ki, Ramiz Rövşənin bir şair kimi missiyası yaşatmaqdır. Ölmüş sözləri diriltmək, keçmişi gələcəyə gətirmək və bu günü sabaha aparmaq.

 Dağ arasında dərə

dərindi yuxu kimi

 Dağ-dağa duman göndərər

 sevgi məktubu kimi

 

Göydə yeddi sətir cızan

  o göy qurşağına bax

 Kimdi onu yazan?Allah!

 sevgi məktubu kimi

 

 Bir bax bu ağ kəpənəyə

sanki qoşa varaqdı

  Uçur çiçəkdən-çiçəyə

 sevgi məktubu kimi

 

...Haçan aşar bu sümükdən,

ətdən olan hasar?!

Ruhum uçar göyə sarı,

sevgi məktubu kimi...

   

 Ramiz Rövşən ilahi ölçülərə malik olan, türk dilini həm də ifadə olunmayan şeylərin dilinə çevirən şairdir. Ramiz Rövşənin şeirlərində heç kəsin qədərincə anlamadığı və tuta bilmədiyi bir “qəlib” var. Şairin şeirləri üstündə yazılan semantik- fəlsəfi yazmalar, mülahizələr, irəli sürülən fikirlər yenə də bu şeirlərin, bu qəribə qəlibin doğurduğu yaşantılardır. 
Şair əslində mifdən başqa bir şey deyildir, belə ki, şairlə şeir arasında əbədi bəhsləşmə, dil, söz, mənafe savaşı gedir, bu savaşın bütün mahiyyəti ilə açıqlanır ki, bir- biriylə ölüm-dirim savaşına girən bu iki varlığın bir nöqtədə birləşib, dünyanı alt- üst etmələri, gözəl şeirlərindən nə qədər xoşumuz gəlsə də, dünyanın ən müdhiş mənzərəsi olardı, ancaq bunların fövqündə duran Tanrı ani bir hərəkətlə milyon illər qurulan kəhkəşanı dağıdır. Ramiz Rövşənin poetik dili onu oxuyan adama nəyisə yazdırır, təlqin edir, yazmaq istəyən adamı bu yolla aldadır. Jan Pol Sartrın belə bir fikri var ki, şair əslində dildən istifadə etmir, şeirləri ilə o, əbədi susmağını ifadə edir. 
Ramiz Rövşən şeirlə sükutu bərqərar edən şairdir, onun şeirlərinin yükü söz yox, sükutdur uzandıqca uzanan yolu, sufilərin yerlə göyü birləşdirən səssiz sehrkarlığıdır. Ramiz Rövşənin yaradıcılığında  ən çox sevdiyim şeri "Yavaş-yavaş sevdim səni"şeiridir.

 

Ramiz Rövşən

 Yavaş-yavaş sevdim səni

 Hər gün bir az da sevdim

Ən çox bu qış sevdim səni

Qarda,ayazda sevdim.

 

Gör bir nə tez isinişdik

Havalar soyuyanda

 Adamlar qalın geyinib

 Ağaclar soyuyanda.

 

Qar altından baş qaldıran

Çiçəktək sevdim səni

 İstisinə qızındığım

 Ocaqtək sevdim səni.

 

Hələ bu cür sevməmişdim

Ömrüm boyu hec kimi

 Səni sevdim qar üstündə

 Yem axtaran quş kimi.

 

Qorxa,qorxa bu sübh çağı

Nə baxırsan göyə sən?

 Deyirsən ki,günəş çıxıb

Qar  əriyir deyəsən...       

16 dekabr 2012
GO BACK