Əsasını Hind Yoqa və Çin tibbindən götürən Thai masaji basma və gərilmə hərəkətlərindən ibarətdir. Bu masaj geyimli vəziyyətdə və yarı sərt bir yerdə edilir. 60 növ gərmə, çəkmə və əsnətmə basma hərəkətləri ilə edilən bu masaj 1 saat 30 dəqiqiədən, 4 saata qədər davam edə bilər. Masaj zamanı hər hansı bir narahatlıq hiss edilsə də, masajdan sonra ciddi dərəcədə hiss ediləcək qədər rahatlama gətirir.
Taylandda 2500 ildən bəri bu masaj məlumdur. Thai masaji insana fiziki və zehni tərəfdən yaxşı təsir göstərir. Thai masaji geyimli halda, sərt bir yerdə mindər üzərində edilir.

Tayland masajın vətəni sayılır. Taylandda hər küçədə 4-5 bəlkədə daha artıq masaj salonu tapmaq olar, hər alış-veriş mərkəzində onlarla masaj salonu vardır. Masaj sevən insanlar üçün Tayland əsl bir cənnətdir. Tayland xalqı çox gülərüzlü bir xalqdır. Onlar oraya gələn xarici vətəndaşların dilini başa düşsələrdə, düşməsələrdə gülərək başlarını sallayırlar.
Masaj salonlarında ilk öncə tərliklər verilir, ayaqlar gözəl qoxusu olan qellərlə yuyulur, sonra isə Thai masajının xüsusi geyimləri geyindirilir. Thai masajının digər masajlardan əsas fərqi odur ki, başqa masajlarda soyunduğumuz halda, bu masaj zamanı geyinirlər. Bu paltarlar Taylanda xas olan geyimlərdir. Thai masajını edildiyi yerin ətrafı pərdələrlə bağlıdır. Taylandlılar masajı sanki ibadət hörməti ilə edirlər. Əsl thaı masajı 2 saat davam edir və ayaq barmağının ucundan saçının telinə qədər masaj edilir. Thai masajı yağla edilən bir masaj deyil, bəzi nöqtələrə basqı hərəkətləri edilərək edilən bir masajdır.
Masaj etdirərkən ən önəmli sual: masaj edənlərin diplomunun hardan olduğudur. Əgər diplomları Wat-Pho diplomudursa o zaman özünüzü onların əlinə rahatlıqla əmanət edə bilərsiniz. Çünki, bu universitet ən qədim universitet olmaqla yanaşı, yüz illərdir ki, orada masaj öyrədilir.
İndi isə sizlərə thai masajının video dərslərini ardıcılıqla təqdim edirəm:
Bu birinci dərsdir. İlk olaraq ayaq barmaqlarından basma hərəkətləri ilə başlayır. Bu hərəkət yavaş-yavaş yuxarıya doğru davam etdirilir. Çanaq hissəyə qədər eyni hərəkətlərlə gəldikdən sonra, yenidən ayaq barmaqlarına qayıdır. Bu dəfə isə basma hərəkətlərini daha da gücləndirir. Bir neçə dəqiqə basma hərəkətləri etdikdən sonra ayaq barmaqlarından tutaraq dartma hərəkətlərinə başlayır.
Burada ardınca isə yenə ayaqlarda basma hərəkətləri davam etdirilir. Bud və diz hissələrdə daha güclü sıxılır. Daha sonra masajist masaj edənin ayağını öz ayağının üzərinə qoyaraq dirsəyi ilə basma hərəkətlərini davam edir və ayaq barmaqlarına doğru enir. Ardınca masajist nisbətən yuxarı qalxaraq gərmə hərəkətlərinə başlayır. Bu zaman isə o əllərindən yox ayaqlarından istifadə edir.
Bu dəfə isə dizlərdən tutaraq yüngül dartma hərəkətləri edilir. Dizlər yanlara əks istiqamətdə qatlanır. Ayaqlar çarpaz qoyularaq basma hərəkətləri edilir. Masaj ayaqlarda davam etdirilir.
Bu dəfə isə masaj qollardan başlayır və yenədə yüngül basma hərəkətləri ilə davam etdirilir. Ardınca barmaqlardan tutaraq yüngülcə dartılır və gərilmə hərəkətləri ilə masaj davam etdirilir. Qollar dirsəkdən bükülür və sıxılır. Bu hissədə digərlərindən fərqli olaraq, daha çox basma hərəkətlərinə üstünlük verilir.
Burda isə masajist dizləri ilə basma hərəkətlərinə başlayır. Burda isə masaj beldə edilir. Bel və kürək hissə yüngülcə sıxılır. Aşağıdan yuxarıya və yuxarıdan aşağı doğru davam etdirilir.

XƏBƏR LENTİ
Bunları sosial media hesablarınızda paylaşmayın!
Kərə yağının təbii olduğunu müəyyən etməyin 10 yolu
Necə edək ki, öyrəndiklərimizi unutmayaq? - 4 məsləhət
Üzdəki tükləri tökən maska
Tavada "Lahmacun" (video-resept)
Boyunuza görə ideal kilo necə hesablanır?
Şorqoğal (foto resept)
Səməni, nə vaxt cücərdim səni?
Beynəlxalq qadınlar günü dünyada...
İlham Əliyev: “Azərbaycan xalqı əsrlərboyu azadlıq, müstəqillik eşqi ilə yaşayıb”
İlham Əliyev: “Cıdır düzündə toy-bayram olacaq” - VİDEO
Koronavirusun qorxunc təsiri
Prezident Cıdır düzündə çay içib - VİDEO
ANAMA ləğv edildi
Ərdoğan peyvənddən sonra özünü necə hiss etdiyindən danışdı
Azərbaycanda vaksinasiya prosesi necə həyata keçiriləcək? - AÇIQLAMA
Azərbaycanda daha 12 nəfər koronavirusdan öldü: 349 yeni yoluxma
Ali Baş Komandan: “Müharibəyə hazırlaşırdıq və bunu gizlətmirdik”
Prezident: “Bütün şəhid ailələrinə dövlət tərəfindən mənzillər, evlər veriləcək”
Hərbi geyimdən qanunsuz istifadə edənlər nə qədər cərimələnəcək? - RƏSMİ
Azərbaycanda vaksinasiyanın başlayacağı vaxt AÇIQLANDI
“Jurnalistlər binası”ndakı bəzi mənzillər hazırkı sahiblərindən geri alına bilər - AÇIQLAMA
"Aristokrat" salatı (video-resept)
Qubadlı rayonunun Xanlıq kəndində FHN-in yerli strukturu fəaliyyətə başlayıb
Cəbrayılın Böyük Mərcanlı kəndindən görüntülər - VİDEO

- ŞƏRHLƏR