Atam həmişə o qədər sərt baxışlı olub ki, mən özüm də bilmirdim ki, o sərt baxışlar altında bu qədər həssas kövrək ürək var. Həmişə düşüncəli, həmişə qayğılı gözlərlə baxır atam. O gözlərdə nisgil var, həsrət var. Yurd həsrəti...
Vaxtım olaydı
Bir talada uzanmışam gözlərim xumarlanır,
Çayda suyun şırıltısı həzin bir lay-lay çalır,
Xəyal məni qanadında haralara aparır,
O yerləri ayaqyalın gəzən vaxtım olaydı.
Oğlaq-quzu otarardıq yamacında yalında,
Haray həşir qoparardıq sürülər qarışanda,
Mıxca ilə düsər ilə Qarağaclı çuxurda,
Yaz gələndə Xıcılovuz qazan vaxtım olaydı.
Meşələrə cığırlara yaxşı bələd deyildim,
Deşdahata gedən yolu kəsələmək istərdim,
Yenib gaba o tərəfə yolu tapa bilməzdim,
Qalalının gablarında azan vaxtım olaydı.
Qoz fındıga yönələrdik Keçəllər dərəsinə,
Şələ tutub çıxarardıq o düz Damdaş yerinə,
Dincələndə dərədəki ulasın gövdəsinə,
Bıçaq ilə adımızı yazan vaxtım olaydı.
Addım-addım dolaşmışıq dərəsini düzünü,
Qoxlamadan keçəmməzdim sarı Nərgizgülünü,
Su içməkçün o taydaki Buz bulağın gözünü,
Əllərimlə, dırnağımla eşən vaxım olaydı.
Yetimdi
Geniş yaylaqları sıx meşələri,
Laçınımın şiş dağları yetimdi.
Mən sanıyım yadıma düşənləri,
Qulaq as gör nə yurdumuz yetimdi.
Güləbirddə Sarı aşığın qəbri,
Malxələfdə Xəlifənin türbəsi,
Qız qəbiri Malik Əjdərin piri,
Neçə ziyarət yerimiz yetimdi.
Nənə kahasında sirrlər yatırdı,
Ağ oğlan tarixlər yaddaşıydı,
Piçənisdə üçtürbəmiz yetimdi.
Pir yerləri ocaqları yetimdi.
Xəzinəydi Hacışamlı meşəsi,
Şəfalıydı İsti suyun çeşməsi,
Abdalların iki tağlı körpüsü,
Həkərinin qaynaqları yetimdi.
Şəhidlik bir ucalıqdı zirvədi,
Oğul itkisinə ürək dözmədi,
Ya öldürdü, ya da qəddini əydi,
Şəhid vermiş ataları yetimdi.
Necə ildi o dağlara getmirik,
Yaylaqları, oymaqları gəzmirik,
Qotur suyu İsti suyu içmirik,
Şəfa verən bulaqları yetimdi.
Verərdim
Şəhərin mərkəzində dörd otaqlı mənzili,
Şəlvədə bulaq üstə bir komaya verərdim,
İşıqları yanmayan çala çuxur küçəni,
Pöhrəliklə uzanan bir cığıra verərdim.
Gül bayramı adıyla alınan çiçəkləri,
Səliqəylə, sırayla düzülən dibçəkləri,
Əlvan qızılgüllərdən toxunmuş çələngləri,
Sarı Nərgizgülünün dəstəsinə verərdim.
Su yerinə içirik Allah bilir nələri,
Şollara qarışmasa içməz hec bir sərsəri,
Ceyranbatan suyunu Kürdən axan kəməri,
Minkəndimdə qaynayan bulaqlara verərdim.
Şollar suyu adıyla işbazların doldurub,
Üzərinə cürbəcür bəzəkli naxış vurub,
Bunların hamısını toparlayıb toplayıb,
Bir şüşə İsti suya Turş suya dəyişərdim.
Bazardakı göylərin yoxdu dadı ətiri,
Yarpızın, ya xəzəzin qalmayıbdır kəsəri,
Piştaxtaya düzülən göy tərəvəzləri,
Güləbirddə yetişən sogana dəyişərdim.
Millət udur şəhərdə zəhərlənmiş havanı,
İçində hormon olan satılan hər qidanı,
Xaricdən gətirilən heyva, armud, almanı,
Kosalarda yetişən bir almaya verərdim.
Təbiəti havası sağaldardı xəstəni,
On il cavanlaşardı İsti suda çiməni,
Göz üçün yaradılan yüz cür Selamikləri,
Əhmədlidə süzülən göz yaşına verərdim.
Görməyənlər nə bilsin nələr vardı o yerdə,
Dağında, dərəsində cır meyvəli meşədə,
Güzəranım nə qədər xoş keçsə də şəhərdə,
O yerdə yaşadıgım bircə ilə verərdim.
Laçında
Rəssamın fırçası acizdir burda,
Qeyri-adi mənzərə var Laçında.
Əlvan boyanmışdı dərə də, dağ da,
Nəqqaş xəttat əli gəzib Laçında.
Gül çiçəklə bəzənərdi yamaclar,
Bir çiçəyin yeddi çalar rəngi var.
Saf bulaqlar xəstələri sağaldar,
Sağlam ruhun məlhəmi var Laçında.
Çənənliyə şeh düşübdü zərlənib,
Göydən yerə darı muncuq ələnib.
Sanki qızdı toy qabağı bəzənib,
Toyu qara gəldi yasdı Laçında.
Görməyən, gəzməyən bilməz dəyərin,
Tayı yoxdu o dağların o yerin.
Məskəniydi tunc biləkli ərlərin,
Keçilməz gədiklər qaldı Laçında.
Cənnətdən qovulub cəhənnəmdəyik,
Ömrün sonluğuna yet ha yetdəyik.
Dağılmışıq altmış vilayətdəyik,
Səmtim salım, qibləm qaldı Laçında.
Qaşlarıni çatıb yenə atam gedib fikirə,
Gözü bizdə xəyalları Vətənində dolaşır.
Kiprikləri sıxlaşıbdır yenə yaşla islanıb,
Bu ayrılıq düşən atam yaman qocalıb.
Allah bütün yurd həsrətində olanları yurduna qovuşdursun.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Şahzadə Harrinin oğlunun dayəsi işdən çıxdı_SƏBƏB
Ermənistan 1915-ci il hadisələrini gəlir mənbəyinə çevirməyə çalışır
Qırmızı kadife tort (foto resept)
Səyahət edərkən formada qalmağın yolları
Dünyanın sonuna hazırlaşanların şousu
Azərbaycanda koronavirusdan sağalanlara XƏBƏRDARLIQ - VİDEO
Xəzərdə zəlzələ olub
Günün ulduz falı
Meqan və Harri öz evinə köçdü-FOTO
Sən həmişə bizimləsən
Bu günün hava proqnozu
Vəhşi təbiətin yırtıcı gözəlləri
Ət soyutması (foto resept)
Rəngarəng donlar
Şeir öyrənək-1
Prezident İlham Əliyev və xanımı ümumdünya forumunun açılışında
Putin İrəvana ağır zərbə vurur
Arqan yağı maskası
Ay qana boyandı
Çimərlik mövsümü açılacaq?
İmtahana hazırlaşan abituriyentlər oxusun
BÜRCLƏR bizə nə vəd edir? - 22 APREL
İrem Helvacıoğlu aylar sonra Etiraf etdi
Günəşdən qorunmağın 5 qaydası
Ermənilər böyük itkilər verdi
Ağcabədi rayonu yenidən atəşə tutulub - RƏSMİ
Qızların beyni daha tez inkişaf edir?
17 il əvvəlki şəklini görənlər tanımadılar-FOTO
Tikinti bazarında nə ucuzlaşıb, nə bahalaşıb?
"Wikipedia"nı yalan məqalələrdən azad edəcəklər
Dünya Bankı: 5 gündən sonra ABŞ-ı fəlakət gözləyir
Vahid məktəbli forması necə olacaq?
Alimlər planeti məhv edəcək asteroidin ölçüsünü dedilər
Şəkillərdə güldürən detallar
Kiyevdə qırğındır: ölənlərin sayı 27-yə çatıb
Qozlu mannı halvası (foto resept)
Kəşf etməyi sevənlər üçün sənədli filmlər
Bayram namazı necə qılınacaq?
Arzularımın və xəyallarımın şəhəri-Roma!
Prezident: “Azərbaycan Ordusu “Qarabağ Ermənistandır” iddiasına layiqli cavab verdi”
Balıq kotleti (foto resept)
Cəbhədən son xəbər
Alimləri təəccübləndirən müəmmalı canlı
Körpələrdə barmaq sorma və qəbizlik
Dünyanı lərzəyə salan epidemiya bitdi
Öz mətbəximdən nümunələr (2)
2020-ci ilin 6 dəbli rəngi
Hələ bu cür üzük görməmisiniz!
Minlərlə şəxs sürücülük hüququndan məhrum edildi -SƏBƏB
Zəfəran çayının faydası
- ŞƏRHLƏR