Millətin dərdi
Dünya, bir üzün ağ, biri qaradı.
Düşübdü bəxtimə qarası mənim.
Qəlbimdə qövr edən köhnə yaradı,
Dərindi köksümün yarası mənim.
Ayaqlar altında əzilən də mən,
Torbaya tökülüb süzülən də mən.
Əlləri qardaşdan üzülən də mən,
Tapılmır dərdimin çarası mənim.
Ağırdı tənhalıq yadlar içində,
Adlarım itibdi adlar içində.
Qəlbim alovlanır odlar içində
Sönüb ocağımın çırası mənim.
25.01.1990
Qəfəs
Qəlblərə od salan bülbülün səsi,
Bilməm bağdan gəlir yoxsa qəfəsdən.
Necə yanıqlıdı hər bir kəlməsi
Görən qəmdən oxur, yoxsa həvəsdən?
Bəlkə qəfəsdədir, itirib gülü,
Bəstəkar, nota yaz, öyrənək onu.
Dinləyib qəfəsdə olan bülbülü,
Anlayaq qəfəsin nə olduğunu.
Gör necə tərsinə çevrilib dövran,
Heç yana çatmayır bu xalqın səsi.
Qəfəstək sərhədlər daralır yaman,
Dağıdaq bir yolluq o dar qəfəsi.
Varmış
Mənim Cənnət kimi vətənim vardı,
Gör necə bölündü, necə dağıldı.
Özümü özümdən alıb apardı
Bu da əfsanəydi, bu da nağıldı.
Dinəni dilindən çəkdilər dara,
Gör kimin baş kəsən qulları varmış?
Qatdılar karlara və axsaqlara
Dünyanın nə ayrı yolları varmış.
Gah karvan sürdülər, gah yük tökdülər,
Bizi yaman imtahana çəkdilər.
Çoxları xəlvəti gödən sökdülər,
Dövranın çaqqallı kolları varmış.
Fikrini bilmədik bu əyanların,
Məsləksiz yaşayan ölü canların.
İşə bax, küçədə əl açanların
Sandıqda qızılı, dolları varmış.
1990
Müəllif: Zülfüqar Zülfüqarov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Di Kaprio evlənir-FOTO
TƏBİB-dən koronavirusdan ölənlərin dəfni ilə bağlı RƏSMİ AÇIQLAMA
Quru saçlar üçün yumurta maskası
Bir şəkil boyük dostluğu pozdu-FOTO
Milli Məclis orduya dəstək üçün çarx hazırladı - VİDEO
Prezident uşaq ölümlərindən danışdı
Yaşlı görünməyinizə səbəb olacaq stil səhvləri
Bəyin bu hərəkəti hər kəsi TƏƏCCÜBLƏNDİRDİ- FOTO
Azərbaycanda koronavirus testləri evdə ediləcək - AÇIQLAMA
Ev dekorasiyasında yeni dövr
HAVA necə olacaq? -1 APREL
Orta məktəblərdə yenilik
Mehmet Ali Erbil səhhətindən danışdı
Yerə asteroid yaxınlaşır - NASA-dan xəbərdarlıq
Polisdən hər kəsi ŞOKA SALAN işıqfor qərarı - Qırmızı işıqda...
Bakıda zamanı səhv saldıran saat
Dünyanın ən gənc milyarderi
Məktəbəqədər idrak inkişafı standartları(3-4 yaş)
Sürətli oxu - 4
Təhsil Nazirliyindən səfərbərlik üzrə hərbi xidmətə çağırılan tələbələrlə bağlı QƏRAR
Ən güclü maqnit qasırğaları qeydə alındı
Hava necə olacaq?
Kakao yağının dərimizə faydaları
Roma papası Donald Trampı tənqid etdi
Qurumuş dərini canladırmaq üçün 3 üsul
Məşhur aktrisa ikinci dəfə ana olacaq-FOTO
"WhatsApp"dan çoxlarının işinə yarayacaq yenilik
Sibel Candan gözlənilməz açıqlama
İspanaqlı-qızıl balıqlı piroq (foto resept)
Ekspert: "Azərbaycanda 10 ildən sonra avtomobillərin sayı 3 milyona çatacaq"
İlham Əliyev xalqa müraciət etdi
Pendir yeməyin xeyri
Hürrəm Sultan geyim və aksessuarları
Muradla Aslının arasına o girib?
Uşaqlarımıza davranış dəyişikliyini necə qazandıra bilərik?
Tələbələrin təhsil haqlarının ödənilməsində yenilik
Rəngli mətbəx dekorasiyası
Məşhur aparıcı növbəti qalmaqalla gündəmdədir
Kəlağayının yeni statusu
Möhtəşəm divar kağızları
Günün qoroskopu: yaşananları nəzərdən qaçırmayın
Tolgahanın xanımını tənqid etdilər-FOTO
Donna Karan və ya DKNY
Bakı sakinləri həkimləri nəyə görə narahat edirlər?
Bu qeyri-adi məxluq hər kəsi heyrətləndirir!-VİDEO
Özünə inam ölçmə testi
600-dən çox şagird “Azərbaycan dili” imtahanından kəsildi
Putin ermənilərə "hə" dedi
Azərbaycana gətirilən mobil cihazların qeydiyyatı qaydası sadələşdirildi
Kərbəlada azərbaycanlı zəvvar öldü
- ŞƏRHLƏR