“KİM DEYİR YUXUDA ÖLMƏK ASANDIR”
Deyirlər, yuxuda ölmək asandı...
Özün də bilmirsən necə ölürsən.
Səhər tezdən eşidirsən əzandı,
Yuxudaca kirimişcə ölürsən.
Bir göz qırpımında qurtulur canın,
Ruhun bədənindən uçur quş kimi .
Əlində qalmırsan dərdin, dərmanın,
Dərdə də salmırsan evdə heç kimi.
Kim deyir, yuxuda ölmək asandı?..
Kim bilir, necədi yuxuda ölmək?
Bəlkə də, ən böyük dərddi, əzabdı,
Ən pis işgəncədi yuxuda ölmək.
Bir göz qırpımında yuxuda bəlkə
İllərcə belində daş daşıyırsan.
Nəfəsin kəsilir axırda bəlkə,
Ömrünü daşlara bağışlayırsan.
Bir göz qırpımında yuxuda bəlkə
Cəllad baltasıyla üzülür başın.
Orda qızıl qanın axanda bəlkə
Yastığa süzülür orda göz yaşın.
Yuxuda ölməkdi ən rahat əcəl...
Bu da, bir yalançı təsəllidimi?
Görəsən yuxuda səni boğan əl
Düşmən əlidimi, dost əlidimi?!
Nədi bircə anda ömrə son qoyan?
Beynə axıb sızan bir damla qandı.
Kimdi qəbrin üstə ən bərk ağlayan?
Bəlkə də, yuxuda səni boğandı.
Gecə qorxu çökər yuxumuza da;
Tərpənər kiminsə qara kölgəsi.
Bəlkə hasar çəkək yuxumuza da,
Heç kəs yuxumuza girə bilməsin.
Bəlkə heç yatmayaq -hər yatanın da
Əgər oyanmamaq qorxusu varsa.
Bəlkə heç yatmayaq -ömrün sonunda
Onsuz da, bir əcəl yuxusu varsa.
Amma yuxun gəlir -görürəm elə;
Daha yavaş-yavaş yumulur gözün.
Yat... sabah oyanmaq ümidi ilə...
Yuxun şirin olsun -
uyu, əzizim...
Ramiz Rövşən
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Kosmosa 1 milyard dollar göndərildi
Gəlinliklər və saç düzümləri
HAVA necə olacaq?-5 Avqust
Bakıya duman gələcək
ABŞ səfirinin iqamətgahında iftar mərasimi təşkil edilib
Qubadlı-Laçın istiqamətində düşmən mövqelərindən qaçdı
BÜRCLƏR bizə nə vəd edir?-23 Aprel
Bu şəxslər COVİD-19 peyvəndi vurdurmamalıdır, əks halda... - MÜTƏXƏSSİS DANIŞIR
Davamlı aclıq hiss etməyin 3 səbəbi
İyul ayında HAVA necə olacaq?
Qeyri-adi ev əşyaları
Mehriban Əliyevanın təşəbbüsü ilə bir gündə 650 min ağac əkiləcək
İkinci Qarabağ müharibəsinin xüsusi təyinatlı şəhidi
Koronavirusdan qorunmaq üçün bunları edin
İncəsənət xadimləri mükafatlandırıldılar- SİYAHI.
İnsan orqanizmində plastik kütlə aşkarlanıb
ABŞ və Aİ Cənub Qaz Dəhlizini dəstəkləyiblər
Azərbaycan üçün böyük qorxu
Azərbaycan “Les Echos"da
İƏT ictimaiyyəti müstəqil Fələstin dövlətinin yaradılmasına dəstək verməyə çağırdı
Hava haqqında
Titan ürək ilk dəfə insan üzərində sınaqdan keçirilib
Qırış yaradan vərdişlər
Pensiyalar artırılacaq – RƏSMİ
Tanımadığı şəxsin gediş haqqını verdi, Milyoner oldu
Hamiləlik dövründə rahat yatmaq üçün...
Böyrəklərin funksiyalarını yaxşılaşdırmaq üçün təbii yollar
Hande Doğandemir xəyanətdən danışdı-FOTO
Kişiləri məftun edən qoxular
IV Xəzər Forumu 2014-cü ilin yayında keçiriləcək
TOY 11 gün, 11 gecə davam etdi-FOTO
Düşmən hərbçilərimizi iriçaplı pulemyotlardan və snayperlə atəşə tutdu
Azərbaycanda ilaxır çərşənbəsi qeyd edilir
Toxumağı öyrənək. Dərs - 1
Döşlərinizi Tibet üsulu ilə böyüdün!-3
Azərbaycanlı qızın bu görüntüsü dünyada İZLƏNMƏ REKORDU QIRDI - VİDEO
Azərbaycanla İtaliya arasında hərbi əməkdaşlıq Planı imzalanıb
Erməni vandallığının izlərini silirik: Cəbrayıla işıq gəlir - VİDEO
Məktəbli forması nə üçün lazımdır?
Gimnastika və onun sağlamlaşdırıcı əhəmiyyəti
Brus Linin qızı etiraz etdi-FOTO
Ailədə uşaqların tərbiyəsi
Münasibətləri bu dəfə tam fərqli davam edir - FOTO
ABŞ-da ikinci 11 sentyabrın qarşısı alınıb
Üzündəki sızanaqlardan qeyri-adi üsulla xilas oldu
Zərif ayaqlar üçün idman hərəkətləri
Evlilik xəbəri yalan çıxdı-FOTO
“Qarabağın məşhur müəllimləri” - Qara bəy Əliverdilər
Təzyiq salan dərmanların qorxulu sirri açıldı
Hava haqqında - 21.12.2013