Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi şadlıq evlərində israfçılığın qarşısının alınması üçün toy sahibləri ilə sahibkar arasında müqavilə bağlanması təklifi ilə çıxış edir. Artıq bu istiqamətdə komitə bəzi hazırlıqlar həyata keçirir.
Bu barədə APA.TV-də “Sosium” verilişinin qonağı olan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin texniki tənzimləmə və standartlaşdırma üzrə dövlət nəzarət xidmətinin şöbə rəisi Mənsim Babayev məlumat verib.
Son zamanlar qiymət və yemək çeşidlərinin həddən çox şişirdildiyini deyən komitə rəsmisi bildirib ki, israfçılığın və bəzi qanunsuz hərəkətlərin qarşısını almaq üçün belə bir müqaviləyə ehtiyac yaranıb: "Bilirsiniz ki, hər bir şadlıq evində sifarişlər toy sahibi ilə sahibkar arasında olan razılıqla baş tutur. Amma bu razılıq rəsmi şəkildə olmur. Ona görə də biz şadlıq evi rəhbərliyinə yemək çeşidi və standart menyu qiymətinin toy ərəfəsi bir qədər də bahalaşması kimi iradlar tutanda çox vaxt bu cavabı verirlər: "Toy sahibi belə istəyir"... Bu səpkili bəhanələrin son zamanlar həddən çox artması müşahidə olunur. Hesab edirik ki, müqavilələrin bağlanması standartda öz əksini taparsa, bu məcburi tələb olarsa və bu müqavilənin şərtləri pozularsa, sahibkarı məsuliyyətə cəlb etmək olar".
Şadlıq evlərində aparılan yoxlamalarla bağlı son 7 ayın statistikası barədə məlumat verən Mənsim Babayev bildirib ki, bu müddət ərzində ümumilikdə 75 restoranda yoxlamalar aparılıb ki, onlarında 36-da standart şərtlərinin pozulduğu qeydə alınıb: "Əsas problemlər - salatlar, mənşəyi məlum olmayan konservəşdirilmiş məhsullardan istifadə olunmasıdır. Hətta elə restoranlar var ki, 5-6 cür salatın hazırlanmasına qadağa qoymuşuq. Amma xeyri yoxdur, sabah başqa bir adla həmin salatı süfrələrə verirlər. Elə salatlar var ki, müddəti cəmi altı saatdır. Restoranlarda isə bunu səhərlər hazırlayıb, axşama kimi saxlayırlar. Ümumiyyətlə mayonez tərkibli salatların saxlama rejiminə və müddətinə əməl edilmir. Bundan əlavə, şadlıq evlərinin, demək olar ki, əksəriyyətində peşəkar təcrübəyə malik insanlar yoxdur".
Qüsurlar aşkarlanan şadlıq evlərinin müəyyən məbləğdə cərimələndiyini bildirən komitə rəsmisi bu cür cəza mexanizminin heç bir nəticə vermədiyini xüsusi vurğulayıb: "Fiziki şəxslər 1500 manat, hüquqi şəxslər 5000 manat cərimə olunur. Əksəriyyət fiziki şəxslərin adı altında fəaliyyət göstərir. Bu cərimə məbləği olduqca azdır. Hətta elələri də var ki, onlar üçün əslində çox xırda olan cərimələri belə hissə-hissə, məhkəmələrin təsiri ilə ödəyirlər. Yəni bu o deməkdir ki, indiki cəza mexanizmləri onları qəti şəkildə narahat etmir və bildiklərini edirlər. Cərimələmək əvəzinə bu cür şadlıq evlərinin fəaliyyətləri dayandırılmalıdır. Bəlkə, onda bir təsir oldu. Bugünkü inzibati məsuliyyətin təsiri yoxdur, qazancın müqabilində cərimə çox azdır".
O ki qaldı şadlıq evlərində qiymətlərin tənzimləməsinə, Mənsim Babayev deyib ki, komitənin qiymət məsələsinə hər hansı müdaxilə ixtiyarı yoxdur: "Bazar iqtisadiyyatıdır, hər kəs istədiyi qiyməti diktə edir. Amma ictimai qınaq olarsa, birgə müzakirə aparılarsa və bundan sonra komitə üzərinə müəyyən bir öhdəlik qoyularsa, biz bu işdə irəliləyişə nail olmağa hazırıq... Biz də razılaşırıq ki, toylarda yetərincə israfçılıq var və bundan daha çox toy sahibləri əziyyət çəkir".
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Nusret 14 min 500 qadını qonaq etdi-FOTO
Ultrasəs müayinə körpəyə zərərdirmi ?
İlin ən yaxşı müğənniləri onlar oldu-SİYAHI
Calvin Klein-dən geyimlər
Fahriye Evcen baldızı ilə mübahisəsindən DANIŞDI
Leyla Əliyeva sağlamlıq imkanları məhdud uşaqlarla görüşüb - FOTO
Uşaqlıq boynu xərçəngindən xəbərimiz varmı?
Azərbaycanda xəstəxanalarda müalicə alan əsgər və zabitlərimizin sayı açıqlandı - RƏSMİ
"Titanik"in qatili oyanıb
Medusa
Ermənipərəst Rusiya mediasından növbəti “fake news” - FOTO/VİDEO
Burak Özçivit təcili xəstəxanaya yerləşdirildi - FOTO
Ən bahalı maşın-cəmi 1 ədəddir!-Video
Təbiətin gözəlliyini əks etdirən filmlər
Xırda itlər amerikalıları qorxuya salıb
6 dəqiqə çəkdi, ana oldu
Acun Muratla Aslının barışmasından danışdı-FOTO
Özünüzü gözləyin: artıq 35 nəfər xəstəxanada
Əli Həsənov səhhətindən danışdı
Sevgilisi məşhur modeli koronavirusa yoluxdurdu - FOTO
Davudoğlu: Türkiyə Azərbaycanın yanında olacaq
Yaxın 3 günün hava proqnozu: temperatur yüksəlir
Bu gün şəkili sovet kəşfiyyatçısının doğum günüdür
Bakı İES yanvar-iyul aylarında təxminən 300 milyon kVt/s elektrik enerjisi istehsal edib
Qadin.Netlə birlikdə hamiləlik (XXIII həftə)
Kremli rulet(foto resept)
2022-ci il Qış Olimpiya Oyunlarına namizədlər açıqlandı
Tuba Büyüküstün bu dəfə KLİP təqdim etdi-VİDEO
Sərnişin təyyarəsi vurmuş dövlətlər
Azərbaycanlılar niyə Qazaxıstana getmirlər?
Hamiləlik çatlarına badam yağı ilə son!
Azərbaycanda istirahət üçün ən gözəl yer haradır? - MÜZAKİRƏ
Çiyələkli sufle (foto resept)
Hərbi vəziyyət dövründə mülki PUA-ların istifadəsi qadağan edildi - RƏSMİ
Doğum haqqında şəhadətnamə, yoxsa şəxsiyyət vəsiqəsi? – VİDEO
Sadə geyim modelləri
Qadının yataqda istədikləri
256 yaşlı kişi ölməzdən əvvəl sirri açıqladı
"Sefirin kızı"ndan yeni qərar
Naxışlı ayaqqabılar
Evdə jülyen hazırlayaq (foto-resept)
Atanın övladlarına ad günü hədiyyəsi
Zibillikdəki Xəzinələr Muzeyi
İlham Əliyev və xanımı Mehriban Əliyeva Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının toplantısında iştirak edirlər
Uşaqların məzəli kəlamları (2)
Peskov: “Federasiya Şurasından icazənin alınması Qarabağdakı sülhməramlı missiyanın müddəti ilə əlaqədar olub”
Bu gün 2019-cu ilin ilk iş gündür!
"Altın Kelebek" mükafatları: Qırmızı xalça
Ünvanlı sosial yardımla bağlı YENİLİK
- ŞƏRHLƏR