El dərdi
O şimal çaylarından
Zəhər axdı Xəzərə.
Bütün dünya dəyişdi
Nə isə birdən-birə.
Arazım qan ağladı,
Çünki onun üstündən
Körpü salan olmadı.
Qanlı Araz dedilər,
Tarixə də qan ilə
Yazıldı onun adı.
Daşdı, coşdu coşmağa
O taydan, həm bu taydan.
Harayladı xalqımı
Yenə qalxan olmadı
Öz yerindən ayağa.
Birlik ölüb dedilər.
Babəklərin nəvəsi
Qəm xörəyi yedilər.
Məhv oldu Xəzərimin
Bütün canlı aləmi.
"Baltik" bayram eylədi,
Xəzərim çəkdi qəmi.
Dənizə axan zəhər
Damcı olub havada
Yağdı Azərbaycana.
Zəhərləndi el, oba.
Eh! Nə deyim əziz dost,
Sinəmdə el dərdi var.
Səsim çatmır heç yana,
Sanki dünya olub kar.
Deyilmi
Bilməm ömrü niyə verirəm bada,
Mən onun, o da ki, mənim deyilmi?
Zaman keçir, nə iz qoyduq dünyada
Öz işim özümə qənim deyilmi?
Dövran cavanlaşır, mən qocalrıam,
Boğur qüssə, kədər, qəm qocalıram,
Taleyim köç satır, mən köç alıram
Bu mənim öz ahım, ünüm deyilmi?
Minib köhlənini, gözləmir zaman,
Ömür fəryad edir, darıxır yaman.
Zülfüqar, gözümə çökən bu duman
Qar yağmış başımda çənim deyilmi?
Mənimdir
Loğman, iki kasa göz yaşı vardır.
De, hansı sevincin, hansı qəmindir?
Ömrün bir üzü qış, biri bahardır,
Axtardım, tapmadım, hansı mənimdir?
Dərdimi yüksələn karvan götürməz,
Bəs niyə təbiblər dərman gətirməz?
Əcəl bir ovçudur, ovun ötürməz,
Xaraba bayquşun, gül çəmənindir.
Zülfüqar, qəm çəkən damaq çağ olmaz,
Yel əssə, küllüktən təpə, dağ olmaz,
Ölən öldü, bir də durub sağalmaz
Həyat qalanındır, gor ölənindir.
Müəllif: Zülfüqar Zülfüqarov
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Kişilər azalıb
Ramzan Kadırovun oğlu türk serialına çəkilir
Ebrunun tarixi evinə məhkəmə işçiləri girdi-FOTO
Günün qoroskopu: Qətiyyətli olun!
Günün qoroskopu: Cəsur olun, cəsarətli qərarlar verin!
Onu eks-prezident adından da məhrum etmək istəyirlər
Yanan bina sakinlərinə vacib xəbər
Pentaqonun rəhbərindən Rusiyaya şok ittiham
Aleyna Tilki gəlinciklə diqqət çəkdi-FOTO
Pitonla oynayan azyaşlı-FOTO
Bir sıra problemlər var
Dünya çempionatının bürünc mükafatçısı öldü
Kitabsevərlər üçün
Şəkər xəstələri, günəşə diqqət!
Ali məktəblər Bakının mərkəzindən köçürüləcək - SƏBƏB
Yeni il bayramında neçə gün iş olmayacaq? - AÇIQLANDI
Deyirlər ki, Dəccal artıq doğulub...
Sabahın HAVAsı
Bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Günü qeyd olunur
İlham Əliyev: Cəbrayıl azad olundu!
Azərbaycanda köhnə maşınlar sıradan çıxarılacaq
Özcan Dəniz ve Nurgül Yeşilçay yenidən bir arada
Gənc ailədə uşaq
Saçlarınız üçün faydalı maskalar
Azərbaycanda ruhi xəstələrin sayı çaşdırdı
Kardi B hər kəsi təəccübləndirdi-FOTO
Prezident İlham Əliyev Yaponiyanın İmperatorunu təbrik edib
Sabahın HAVAsı
Koronavirusa qarşı ƏN EFFEKTİV VASİTƏ
BÜRCLƏR bizə nə vəd edir? -10 İyun
Portağal şirəsinin faydaları
Aşiq olduqda bədəndə hansı dəyişikliklər baş verir?
Santa Klaus 7,5 milyard hədiyyə paylayaraq evinə qayıtdı – VİDEO
Oturub işləyərkən nəyə diqqət etməliyik?
3D şəkillər
Uşaq bağçaları və məktəblərdə tədris necə bərpa oluna bilər? – Ekspertdən TƏKLİF
“Azərbaycan və Əhli-beyt irsi” kitabı çap olundu
DİQQƏT! Bu telefonlarda WhatsApp İŞLƏMƏYƏCƏK
Koronavirusu 30 saniyəyə müayinə edən cihaz hazırlanıbf
Turşulu küftə şorbası (foto-resept)
60 yaşlı əməkdar artist tamamilə dəyişdi - VİDEO
Rəngli gəlinlik modelləri
Qarpızın faydaları
"Barselona" qonağını darmadağın etdi
Gülüş yaddaşı gücləndirir
Olimpiya oyunlarında dopinq qalmaqalı
Nostradamusun 2015-ci il üçün 9 proqnozu
Sofi Loren
"Neftçi" AFFA-nı ittiham edir: "İntizam Komitəsinin son qərarı, həqiqətən, gülməlidir"
Şəhid generalın xanımı - VİDEO















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]