Məhbus şeirlər
Varaq varaq yazıldınız.
Oxunmamış cırıldınız.
Bir kənara atıldınız,
Mənim məhbus şeirlərim.
Azadlığa çıxın daha,
Üsyan edin günahkara.
Pərvazlanıb uçun daha,
Mənim məhbus şeirlərim.
Könüllərə yol eyləyin,
Dillərə dastan eyləyin.
Məni də azad eyləyin,
Mənim məhbus şeirlərim.
Tənha evlər ağlayır
Tənha evlər ağlayır,
Deməyin ki, daş-divardır.
Onların da qəlbi vardır.
Yalqızlığın yatağında,
Sakitliyin qucağında
Gecələr gizlin-gizlin
Tənha evlər ağlayır.
Bu evlərin ocağı var, istisi yox,
Bu evlərin bacası var, tüstüsü yox.
Ümüd üçün azca belə bir közü yox,
Deməyin ki, daş divardır
Onların da qəlbi vardır.
Ağacında çiçək açar boynu bükük,
Bağçasında güllər açar boynu bükük.
Boynu bükük bənövşəsi,
Olub bir də bükük-bükük.
Təndirinin ağzı bağlı,
Bu evlərin qapısı bağlı,
Deməyin ki, daş divardır.
Onların da qəlbi vardır.
Bu evləri bircə dəfə yada salın,
O paslanmış qıfıllara açar salın.
Bu evlər də ocaq istər.
Məhəbbətlə acılmış bir qucaq istər.
Deməyin ki, daş divardır
Onların da qəlbi vardır.
Yalqızlığın yatağında
Sakitliyin qucağında
Gecələr gizlin-gizlin,
Tənha evlər ağlayır.
Anama məktub
Gözəl, mehriban anam,
Sabahin xeyir olsun.
Gözəl gözlərin gülsün,
Hər günün aydın olsun.
Elə çox uzaqdasan,
Hər gün gələ bilmirəm.
Hər gün görə bilmirəm.
Balaca uşaq təkin
Nazin çəkə bilmirəm.
Əlim əlinə çatmır.
Səsim səsinə çatmır.
Axı çox qocalmısan,
Sənə köməyim çatmır.
Kaş yanımda olaydın,
Ağarmış saçlarına
Hər gün sığal çəkərdim.
Hər gün tumar çəkərdim,
Öpərdim, qoxlayardım,
Nəfəsimə çəkərdim.
Qabarlı əllərini
Ovuclarım içində
Ürəyimə çəkərdim.
Bilirəm ki, yenə də,
Hər qapı döyüləndə,
Həyətə boylanırsan.
Gələnlərin içində,
Sən bizi axtarırsan.
Bağışla ki, anacan
Hər gün gələ bilmirəm.
Hər gün görə bilmirəm.
Balaca uşaq təkin,
Nazın çəkə bilmirəm.
Müəllif: Nəcibə Vüsal
XƏBƏR LENTİ
Panço tortu (foto resept)
Gəncə də ağ örpəyə büründü
Geyiminə görə tənqid olundu-FOTO
Prezident Polad Bülbüloğlunu təltif etdi
Badımcanlı, pendirli pide (foto-resept)
Hava haqqında
Gündəlik geyimlər
Cəbhədən son xəbər
Nostradamusun 2019-a dair SENSASIYALI PROQNOZU
Ukrayna nüvə enerjisinə keçir
Manat nə vaxt ucuzlaşacaq?
Krımı Rusiyadan azərbaycanlı general qoruyur
Dünyanın ən yaxşı cütlük şəkilləri
Bakıda ən bahalı torpaq haradadır?
Huawei yeni smartfonu göstərdi
Qovurmalı Quesadilla (foto-resept)
Yay üçün dəbli ətəklər
Adi bilet sahibi təyyarədə yeganə sərnişin olub
2014 - Yeni iliniz mübarək!
Bu romanlar insanı sağaldır
Gəlinlik saç düzümləri
Saç tökülməsinə qarşı ərik
Pomidor və nar suyu ilə dərinizi qoruyun
Cəbhədə son vəziyyət
10 yaşı var, amma çəkisi 144 kiloqramdır
Meyvə-tərəvəz buketləri
Azərbaycanda tikintiyə icazə ilə bağlı YENİ TƏLƏB
Həm fotoqraf, həm model olmağı bacaran Kimberly
Bakının istedadlı şagirdləri seçilir
104 yaşlı Nobel mükafatçısından 100 il yaşamağın SİRLƏRİ... - FOTO
Cüdoçumuz Avropa çempionu oldu
Gimnastlarımız Lissabondan medalla qayıdıblar
"Tiflis quberniyasında azərbaycanlılara qarşı 1905-ci il kütləvi qırğınları" kitabı nəşr olunub
Məşhur yazarın fikirləri QALMAQAL yaratdı
Tanıdığımız badımcanın tanımadığımız tərəfləri
Lənətlənmiş sərdabə açıldı - FOTO
Xınalıq yaxınlığındakı 2783 metr yüksəkliyə 2783 şəhidimizə həsr olunan xatirə lövhəsi quraşdırılıb
Ermənistan silahlı qüvvələrinin atəş nöqtələri susdurulur - RƏSMİ
Qubalıların zəfər sevinci - VİDEO
Məşhur saytın rəhbəri işdən çıxarıldı
Şəkərli diabet xəstələri üçün dövlət hansı güzəştləri nəzərdə tutur?
Şokoladlı keks (foto-resept)
Ramazanın 26-cı gününün duası
Ən qatı dırnaq boyaları
Natalie Suarez
Laçında şəhid olan Milli Qəhrəmanın həyat yoldaşı: “Onun öldüyü torpağı öpəcəyəm” - VİDEO
Məşhur müğənni üçüncü dəfə ana oldu
Üz dərisinə qulluq
Məsamələri kiçildən 3 təbii maska
Azərbaycanda özəl detektivlər lazımdırmı?
- ŞƏRHLƏR