Laylalar
Şirin noğul, gül balam,
Canımın parasısan.
Gün batır, gecə düşür,
De nə vaxt yatasısan?
Lap yumulur gözlərin,
Yat, ay gözünə qurban.
Səhər yenə durarsan,
Anan üzünə qurban!
Məndən nağıl istəyən,
Layla istəyən balam.
Layla deyim yatasan,
Qadanı özüm alam!
Yat, yuxun şirin olsun,
Mənim ürəyim, canım.
Yat, gözünü yum daha,
Yat, başına dolanım...
Dəcəl və şıltaq balam,
Yat, heç nədən qorxma sən.
Yandırım çıraq, balam,
Gələcəyəm səsləsən!
Yat mənim ipək tellim,
Mən sənə laylay deyim.
Yat mənim şirin dillim,
Yat ey candan sevdiyim!
Di yum gözün, mürgülə
Yuxun baldan şirindi.
Səhər yenə durarsan,
Bax yuxun qaçar indi...
Yuxuda səni gözlər,
Gözəl-göyçək mələklər.
Səni orda gözləyir,
Gül çəmənlər, çiçəklər.
Dovşanlar oynaşırlar,
Səninçün darıxıblar.
Maral ceyran, ahular,
Yuxunda toplaşıblar.
Sənin oyuncaqların
Yatıb artıq, nə vaxtdı
Yuxuda görüşərsiz
Gecədir yatmaq vaxtı
Yum gözünü, yum artıq,
Yuxu da səni gözlər.
Bir az da gec yatarsan,
Bax, yuxun küsüb gedər
Bayatı-layla
Balam baldır, şəkərdir,
Qönçə çiçəkdir, tərdir.
Yat şirin balam, lay-lay,
Bilmə həyatda ah-vay...
Səhər açılınca yat,
Qalxdın, məni də oyat.
Canım- ciyərim, lay-lay
Bu canımda sənə pay.
Güllər heyran balama,
Balam yanar halıma
Daim gərəyim, lay-lay
Yox həyatda sənə tay!
Yat, yuxun şirin olsun,
Yatağın, yarin olsun.
Yat yatağında, lay-lay
Xəyallardan qur saray...
Balam sarılıb indi.
Gecə,yuxusu gəlir
Balamı dindirməyin,
Səs salıb oyatmayın
Onu hirsləndirməyin.
Balam yatağındadı
Söndürün işıqları,
Yatsın qoy,çoxdan yatıb
Hamının uşaqları.
Mənim balam ağıllı,
Ən mehriban,gül bala,
Bilinki yatmaqda da
Heç kimdən qalmaz dala!
Yat,dəcəl balam laylay
Yat dincəl,balam laylay

Məncə özü layla oxuya bilməyən analar belə laylaları mahnı kimi yazdırırb, balasına yatmazdan öncə dinlətməli, onun psixoloji rahatlığını təmin etməldir. Allah balalarımızı və bizi hifz etsin, bəxtəvər eləsin!
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Bakıda böyük söküntü başlayır, 16 minə yaxın mənzil plana düşdü - ÜNVANLAR
Qeyri-adi tualetlər
Bunları bilirsinizmi?
Sosial şəbəkələr üzərindən dələduzluq edən insanlardan EHTİYATLI OLUN!
Ramazanın 3-cü gününün duası
Putinin çatışmayan cəhəti
Torpaq sahəsini necə özəlləşdirmək olar?
Mərkəzi Bank niyə susur?
Adriana haqqında yeni İDDİA-FOTO
Prezident tək yatmaqdan qorxur - Məşhur türk rəqqasın tələbi...
Müəllimlərin işə qəbulu üzrə imtahanlara start verilir
Ölkədə yağmursuz hava olacaq
Hər kəsin görmək istədiyi ev
Şahmatçılarımız almanlarla görüşəcəklər
Qətərdə futbol üzrə dünya çempionatının keçirilmə vaxtı gələn il məlum olacaq
İngiltərədə həkimlər mahnı oxudu, Klopp ağladı - VİDEO
Rusiya Yay Olimpiya oyunlarından kənarlaşdırıla bilər
Lavrovdan girov müjdəsi
2019 Qış Saç Trendləri
Kompüter təhlükəsizliyi
Azərbaycanda könüllü zabit olmaqla bağlı yeni qaydalar təsdiqləndi
Uşağa musiqi lazımdırmı?
Zövqlü geyimlər
Rahat yazı masaları
Murad Boz və Aslı Enver NİŞANLANDI?-FOTO
Rəngarəng donlar
Bayram sonrası pəhriz menyusu
Beren Saat Kənan Doğulunun sözünü yerə saldı-FOTO
Prezidentdən həbs edilən Eldar Həsənovla bağlı SƏRƏNCAM
Bürclərin romantiklik dərəcəsi (1)
"Seksenler"in Nazlısı oğlu ilə - FOTO
Quru meyvəli yulaflı biskuvit (video-resept)
Qarabağ əlillərinə xoş xəbər
Fransız qadınlarının gözəllik sirləri
Doğum sonrası qanamalar
Acı bibərli dırnaq baxımı
Serial asılılığı da xəstəlikdir
Azərbaycan Cənubi Qafqazda liderdir
Feil - 2
Dünyanın ən uzun insanı öldü
Günün qoroskopu: mənasız risk etməyin
Türkiyə Milli Müdafiə Nazirliyi: “Beynəlxalq ictimaiyyət Ermənistana qarşı səsini yüksəltməlidir”
Qadın.netlilərə gülək-2
Vafli səbətlər(foto resept)
18 yaşlı gənc milyonları heyrətləndirir
Hilal Altınbilek paylaşımı ilə diqqət çəkdi-FOTO
Türkiyə tarix yazdı, amma qalib gələ bilmədi
"Qalatasaray" Türkiyədə ilkə imza atdı
Atmosferdən elektrik enerjisi alan qurğu
Psixoloq, yoxsa şarlatan?















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]