Feilin qrammatik məna növləri
İş görənlə üzərində iş görülən (icra olunan) əşya arasındakı qarşılıqlı münasibətə görə feilin qrammatik məna növləri yaranır. Bunlar aşağıdakılardır:
1. Məlum növ: Feilin məlum növündə iş görən qrammatik cəhətdən məlum olur. Bu növü
düzəltmək üçün heç bir xüsusi şəkilçidən istifadə edilmir. Bu feillər həm təsirli, həm də təsirsiz feillərdən ibarət olur. Məlum növ feilin yeganə növüdür ki, quruluşca həm sadə, həm düzəltmə, həm də mürəkkəb ola bilir. Məsələn, oxu, vidalaş, atılıb-düşür və s.
2. Məchul növ: Bu feillərdə iş görən qrammatik cəhətdən məlum olmur. Məsələn, Otaq
yuyuldu – cümləsində otağı kimin yuduğu məlum olmur. Hər halda otağı yuyan vardır, lakin cümlədə onun kim olduğuna işarə yoxdur. Burada obyekt, yəni üzərində iş görülən əşya (otaq) mübtədanın yerini tutmuş, icraçı (subyekt) naməlum qalmışdır.
Məchul növ feilləri düzəltmək üçün təsirli feillərə -ıl4, -ın4, -n şəkilçilərindən biri artırılır. Feil saitlə bitərsə, -ıl4 şəkilçisi ona –n-, -y- bitişdirici samiti vasitəsilə birləşir. –ma2 şəkilçisi təsirsiz feillərə artırıldıqda yaranan feillər şəxssiz cümlələrin xəbəri olur. Belə cümlələrin mübtədası olmur. Məsələn, Filmə baxıldı.
3. Qayıdış növ: Bu növ feillər iş görənin işi öz üzərində icra etdiyini bildirir. Məsələn, hava
açıldı, uşaq ağladı və s. Qayıdış növ feillər, əsasən, -ın4, -n, -ıl4 şəkilçiləri vasitəsilə təsirli feillərdən düzəlir və təsirsiz olur (Geyindi, soyundu feilləri istisnadır).
Qrammatik formasına görə məchul növ feillər qayıdış növ feillərə oxşayır, yəni hər ikisi -ın4, -n, -ıl4 şəkilçiləri vasitəsilə düzəlir. Lakin qayıdış növ feillər qrammatik mənasına görə məchul növ füillərdən fərqlənir. Məchul növ feillərdə iş görən məlum olmadığı halda qayıdış növ feillərdə iş görən məlumdur. Məsələn, Düşmək çəkildi - cümləsində düşmən həm iş görəndir, həm də üzərində iş görüləndir. Məchuk növ feillərlə qayıdış növ feilləri fərqləndirmək üçün onların ifadə etdiyi mənaya diqqət yetirmək lazımdır.
Bəzi hallarda eyni feillər məchul növdə bir, qayıdış növdə isə başqa şəkilçi qəbul edir. Məsələn, gör, duy, yu, de feilləri məchul növdə -ıl4 (iş görüldü, taxıl döyüldü), qayıdış növdə isə -ın4 (Ayaz göründü, ürək döyündü.) şəkilçisini qəbul edir. Deyinmək feili qayıdış növdə, deyilmək feili isə məchul növdədir. Qızınmaq təsirsiz feildən yaranmış qayıdış növdə olan feildir.
4. Qarşılıq-birgəlik növ: Bu növ feillər hərəkətin qarşı-qarşıya icra qadildini bildirir.
Qarşılıq növ feilləri düzəltmək üçün –ış4 (-ş) şəkilçisindən istifadə olunur. Məsələn, yazış(maq), qucaqlaş(maq) və s. Qarşılıq bildirən feillər, əsasən, təsirli feillərdən düzəlir.
Feilin qarşılıq növü ilə birgəlik növü bir-birinə bənzəyir. Hər ikisinin şəkilçisi eynidir. Lakin qarşılıq növ feillərdə hərəkət qarşı-qarşıya, birgəlik feillərdə isə birgə halda icra olunur. Bundan başqa, qarşılıq növdən fərqli olaraq birgəlik növ təsirsiz feildən əmələ gəlir. Məsələn, civildəş(mək), ağlaş(maq) və s. Qarşılıq və birgəlik növ feillər təsirsiz olur.
Vuruş, görüş, döyüş tipli sözlər isim də ola bilir.
Yığışmaq və toplaşmaq feilləri təsirli feildən düzəlib təsirsiz olsalar da, qarşılıq növ deyil, birgəlik növ hesab edilir.
Məzmununda qarşılıq-birgəlik məzmunu olub, ancaq quruluşca sadə olan feillər məlum növ feillərdir: barışmaq, çalışmaq, danışmaq, qarışmaq, güləşmək və s.
Məzmununda qarşılıq-birgəlik məzmunu olub, ancaq adlardan –laş2 şəkilçisi ilə yaranmış feillər məlum növ feillərdir: məktublaşmaq, halallaşmaq, vidalaşmaq və s.
5. İcbar növ: İcbar sözü ərəbcə məcbur sözündən götürülüb. İcbar növ feillərdə hərəkəti
danışan və ya haqqında danışılan şəxs deyil, başqası icra edir. Məsələn, Orxan məktubu yazdırdı. Burada danışan mənəm, haqqında danışılan Orxandır. Məktubu nə mənəm, nə də Orxan, başqasıdır. İcbar növ feillər təsirli feillərin sonuna –dır4, bəzən də -t şəkilçisini artırmaqla düzəlir. Məsələn, yazdır, oxutdur. Bu şəkilçilər yalnız təsirli feillərin sonuna artırıldıqda icbar növ əmələ gətirir. Həmin şəkilçilər təsirsiz feillərə əlavə edildikdə icbar növ deyil, sadəcə təsirli feil yaranır. Məsələn, sus, soyu kimi təsirsiz feillərə müvafiq olaraq –dur və -t əlavə etsək, onlar təsirli feilə çevrilir. Məsələn, sus-dur (kimi?), soyu-t (nəyi?). Belə feillərdən icbar növ düzəltmək üçün yenidən icbar növün şəkilçisini artırmaq lazımdır: sus-dur-t, soyu-t-dur və s.
6. Şəxssiz növ: Feilin şəxssiz forması dilimizdə daha çox rəsmi-işgüzar üslubda işlənir.
Ümumilikdə dilimizdə şəxssiz feillərin sayı o qədər də çox deyil. Daha çox işlətdiyimiz şəxssiz feillər bunlardır: yanaşılmaq, diqqət yetirilmək, təsadüf olunmaq, təsadüf edilmək, rast gəlinmək, toxunulmaq, məhəl qoyulmaq, imkan verilmək, hörmət edilmək, əhəmiyyət verilmək, nəzər salınmaq, kömək edilmək, söz verilmək, inanılmaq, qulaq asılmaq, istidafə edilmək (olunmaq), xidmət edilmək (göstərilmək), icazə verilmək və s. Bu formada olan feillər təsirsiz feillərdən yaranıb təsirsiz olurlar. Bu feillərlə düzələn cümlələrin mübtədası olmur. Xəbərləri yalnız III şəxsin təkində olur və quruluşca düzəltmə və mürəkkəb olur. Feilin şəxssiz növü –ıl4, -ın4 şəkilçilərinin köməkliyi ilə düzəlir.
Feilin qrammatik məna növlərindən yalnız məlum növquruluşca sadə, düzəltmə və mürəkkəb ola bilər. Digər növlər isə düzəltmə və mürəkkəb olur. Sadə ola bilmirlər.
Qaldır, çatdır, güldür, öldür, sındır tipli sözlər məlum növdədir.
Bildir, dəyişdir tipli feillər təsirlidən düzəlib təsirli olsa da, icbar növ hesab edilmir. Məlum növdədir.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Günün ən xoşbəxt anı
Sinan Akçıl və Burcu barışdı-FOTO
Dünyanın ən böyük pitbulu
Mövlud Çavuşoğludan İlham Əliyevin Yunanıstanın səfirinə dediklərinə REAKSİYA
Hər kəs Hadisəni qınadı-SƏBƏB
Valideynlərə təcili kömək -7
Gənc milyarder xanımı hədiyyə yağışına tutdular - FOTO
Suda yaşayan heyvanların qorxulu yuxusu: plastik əşyalar
Qadin.Netlilərin sevdiyi yeməklər və şirniyyatlar (2)
Azərbaycanlılar bayram süfrəsinə gəlirlərinin 25%-ni sərf edəcəklər
Bil Qeytsin sərvəti ən yüksək məbləğə çatıb
"Bobbi"nin ulduzu Rişi Kapur öldü-FOTO
Böyük Britaniyada “COVİD pasport”ları tətbiq oluna bilər
"Ağlıma da gəlməzdi ki, bunu edəcəm" - Lalə Məmmədova
23 dildə "Yeni iliniz mübarək olsun"
Yalan, yoxsa gerçək?
Nar salatı (foto-resept)
Rusiya Ermənistanı məyus edir
Alimlər koronavirusun ən zəif nöqtəsini tapdı
Ən uzunömürlü smartfon satılacaq
XƏBƏRDARLIQ: virus infeksiyası yayılıb
Ölmüş insanların beyinləri bərpa ediləcək - İNANILMAZ YENİLİK
Çimərliklərə getmək olar, yoxsa qadağandır? – DİN-dən AÇIQLAMA
Davudoğlu: "Ermənilərin qarşısını aldınız, təbrik edirəm"
Yeni ili harada qeyd etmək sərfəlidir?
Sabahın HAVAsı
Əyləncəli ev heyvanları
Toy bataqlığından necə qurtulmaq olar?
Azərbaycanda 29 manata yumurta - FOTO
Böyük sülhə 2 gün qaldı, amma ...
Bərdə “Toçka-U” kompleksindən atəşə tutulub - RƏSMİ
Polenlərə qarşı allergiyanızla mübarizə aparın
Türk Ordusunu silahlandırırıq
Kim hansı vitamini qəbul etməlidir?
Ayfon həvəskarlarına şad xəbər
Ziyafət donları
Bu çiçəyi nə üçün dərdin?
Milyoner 2-ci mərtəbədən yıxıldı-SƏBƏB
Türkiyə-Fransa arasında diplomatik qalmaqal başlayıb
Dünyada koronavirusa yoluxanların sayı 1.8 milyonu keçdi
8 yaşlı uşaq Dünya səyahətinə çıxmaq istədi-AMMA
Haker Rumıniya prezidentinin saytını dağıtdı
Saçqıranın yaranma səbəbi və həlli
Cennifer Lopes məşhur universitetdə işçi axtarır - FOTO
Avropa Parlamenti Ermənistanı işğalçı
Ofisdə nahar: nəyi, niyə və necə yeməli?
Bu skamyalar Günəş enerjisi ilə işləyir - FOTO
Qum sənəti
Azərbaycanlı həkimlər Qəzzaya getməyə hazırdırlar
Öz-özünə danışmaq düşünməyi inkişaf etdirir














