Laylalar
Şirin noğul, gül balam,
Canımın parasısan.
Gün batır, gecə düşür,
De nə vaxt yatasısan?
Lap yumulur gözlərin,
Yat, ay gözünə qurban.
Səhər yenə durarsan,
Anan üzünə qurban!
Məndən nağıl istəyən,
Layla istəyən balam.
Layla deyim yatasan,
Qadanı özüm alam!
Yat, yuxun şirin olsun,
Mənim ürəyim, canım.
Yat, gözünü yum daha,
Yat, başına dolanım...
Dəcəl və şıltaq balam,
Yat, heç nədən qorxma sən.
Yandırım çıraq, balam,
Gələcəyəm səsləsən!
Yat mənim ipək tellim,
Mən sənə laylay deyim.
Yat mənim şirin dillim,
Yat ey candan sevdiyim!
Di yum gözün, mürgülə
Yuxun baldan şirindi.
Səhər yenə durarsan,
Bax yuxun qaçar indi...
Yuxuda səni gözlər,
Gözəl-göyçək mələklər.
Səni orda gözləyir,
Gül çəmənlər, çiçəklər.
Dovşanlar oynaşırlar,
Səninçün darıxıblar.
Maral ceyran, ahular,
Yuxunda toplaşıblar.
Sənin oyuncaqların
Yatıb artıq, nə vaxtdı
Yuxuda görüşərsiz
Gecədir yatmaq vaxtı
Yum gözünü, yum artıq,
Yuxu da səni gözlər.
Bir az da gec yatarsan,
Bax, yuxun küsüb gedər
Bayatı-layla
Balam baldır, şəkərdir,
Qönçə çiçəkdir, tərdir.
Yat şirin balam, lay-lay,
Bilmə həyatda ah-vay...
Səhər açılınca yat,
Qalxdın, məni də oyat.
Canım- ciyərim, lay-lay
Bu canımda sənə pay.
Güllər heyran balama,
Balam yanar halıma
Daim gərəyim, lay-lay
Yox həyatda sənə tay!
Yat, yuxun şirin olsun,
Yatağın, yarin olsun.
Yat yatağında, lay-lay
Xəyallardan qur saray...
Balam sarılıb indi.
Gecə,yuxusu gəlir
Balamı dindirməyin,
Səs salıb oyatmayın
Onu hirsləndirməyin.
Balam yatağındadı
Söndürün işıqları,
Yatsın qoy,çoxdan yatıb
Hamının uşaqları.
Mənim balam ağıllı,
Ən mehriban,gül bala,
Bilinki yatmaqda da
Heç kimdən qalmaz dala!
Yat,dəcəl balam laylay
Yat dincəl,balam laylay
Məncə özü layla oxuya bilməyən analar belə laylaları mahnı kimi yazdırırb, balasına yatmazdan öncə dinlətməli, onun psixoloji rahatlığını təmin etməldir. Allah balalarımızı və bizi hifz etsin, bəxtəvər eləsin!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Müəllimlərlə bağlı yeni qaydalar
İlk dəfə qara dəliyin fotosu çəkildi-FOTO
Şəkidə "Şəhər günləri" start götürdü
Tuşdan istifadə qaydaları
Mobil telefonlar yeniyetmələrə necə təsir edir?
Uşaqlara düzgün tərbiyə veririkmi?
Xəzərin Bakı sahillərində delfin görüntülənib? - AÇIQLAMA + VİDEO
Qısqanclıq hissi nədən yaranır?
Kanada İŞİD-i bombaladı
DİQQƏT! Günvurma zamanı İLK TİBBİ YARDIM belə olmalıdır
Dünya qara buğdaya meyl edir
Komitə sədri: “15200 tələbə üçün 40 milyon manat ayrılıb”
Günün qoroskopu: atdığınız addımları təhlil edin
“Samsung Galaxy S9”un təqdimat tarixi açıqlandı
Günün qoroskopu: qarışıq, laübəli gündür
Məşhur modalar evi "ağıllı" saat buraxdı - 2800 DOLLARA
Dünyanın ən qorxunc yerləri
ÜST AÇIQLADI: İlk testlər keçirildi
Ermənilərə yeni silahlar verildi
Pensiyaçıların NƏZƏRİNƏ!
Sevginizi qorumaq üçün 5 tövsiyə
Pomidorun orqanizmə xeyri
Ermənilər Kəlbəcərdə elektrik dirəklərini dağıdırlar
Azərbaycanda Qurban bayramında hava necə olacaq?
Kristal göz yaşı axıdan qızın SİRRİ AÇILDI
Şəkər qəbulunu azaltmağın yolları
İspaniyada bir ilk: ancaq qadınlara xidmət edən otel
Hava haqqında - 19.08.2013
Alimlər bioloji həyatın ola biləcəyi yeni planet aşkarlayıb
Fikirlərimizi necə gözəl ifadə edə bilərik?
Rusiya vətəndaşlığı almaq istəyənlərə bəd xəbər
Arıqladan yay meyvələri
Azərbaycanda süni mayalanma reklamı QADAДћAN EDİLDİ
Özcan Dəniz qalmaqallı FOTO paylaşdı
Mozaika ilə ev dekorasiyası
Qaynana gəlin münasibətləri
Bu məscid sadəcə qadınlar üçündür
İki dəfə məzara girən dahi
"PANTER GÖZÜ" MAKİYAJININ FOTODƏRSİ
Cazibədar polis FOTOları ilə diqqət çəkdi
Prezident iki icra başçısını işdən çıxardı
Bu şəxslərin pensiya yaşı azaldılır
Banqladeşdə qasırğa: 38 ölü, 240 yaralı
Ərdoğandan gözlənilməz addım
Azərbaycanda işğaldan azad olunmuş ərazilərə gedənlərə XƏBƏRDARLIQ
Ancelina Coli soyadını dəyişdirdi
Dünya şöhrətli müğənni: “Bu dünyada qadın kimi yaşamaq asan deyil” - FOTO
Doğa əkizlərinin FOTOsunu paylaşdı
Miranda Kerrin stili
Günün qoroskopu:Uğurlu gündür!
- ŞƏRHLƏR