İş adamının işləri pozulmuşdu. Nə etdisə olmurdu. Bir zamanlar çox müvəffəqiyyətli bir insan olmasına baxmayaraq, indi böyük olan yalnız borcları idi. Bir tərəfdən kredit verənlər onu sıxıştırarkən, digər tərəfdən də bir çox insan ödəmə gözləyirdi. Çox böhrana düşmüşdü və heç bir çıxış yolu tapa bilmirdi. Nəfəs almaq üçün parka getdi. Bir skamyada oturdu, başını əllərinin arasına salıb bu vəziyyətdən necə xilas olacağını düşünməyə başladı.
Bu zaman qarşısında yaşlı bir adam dayandı. "Çox kədərli görünürsən. Səni narahat edən bir şey olduğu məlumdur. Mənimlə paylaşmaq istəyirsənmi?" deyə yaşlı adam ondan soruşdu. İş adamının şikayətlərini dinlədikdən sonra da, "Sənə kömək edə bilərəm" dedi. Çek dəftərini çıxartdı. İş adamının adını soruşdu və ona bir çek yazdı. Çeki ona verərkən də belə dedi: "Bu pul sənin. Bir il sonra səninlə burada görüşdüyümüzdə mənə olan borcunu ödəyərsən. Buyur, götür" dedi. Və yaşlı adam gəldiyi kimi sürətlə gözdən itdi.
İş adamı əlindəki çekə baxdı. Çekdə 500 min dollar yazırdı və imza isə John Rockefellerə aid idi. Yəni dünyanın ən zəngin adamına. "Bütün borclarımı dərhal ödəyə bilərəm" deyə düşündü. John Rockefellerə aid bu çeklə hər şeyi həll edə bilərdi. Amma çeki nəğd pula çevirməkdən imtina etdi. Bu qiymətli çeki kassasına qoydu. Onun kassada etibarlı yerdə olduğuna əmin olduqdan sonra böyük aktivliklə işinə təkrar başladı. Böyük-kiçik demədən bütün işləri qiymətləndirməyə başladı. Ödəmə planlarını yenidən başlatdı. Yaxşı edilən işlər yeni işlərin təməlini qoydu. Bir neçə ay sonra təkrar işlərini yoluna qoya bilmişdi.
Bir neçə ay sonra isə borclarından tamamilə xilas olub, hətta pul qazanmağa başlamışdı. Bütün bir il boyunca çalışıb, vuruşdu.
Tam bir il sonra, əlində həmin nəğd pula çevirmədiyi çeklə parka getdi. Qərarlaşdırılmış saatın gəlməsini gözlədi. Tam zamanında yaşlı adamın sürətlə ona doğru gəldiyini gördü. Tam ona çekini geri verib müvəffəqiyyət əhvalatını paylaşacaqkən bir tibb bacısı qaçaraq gəldi və adamı tutdu. Tibb bacısı "Onu tapdığıma çox sevindim. Ümid edirəm sizi narahat etməyib" dedi. "Çünki bu bəy davamlı olaraq ahıllar evindən qaçıb, bu parka gəlir. Hər kəsə özünün John Rockfeller olduğunu söyləyir" deyə əlavə etdi. Tibb bacısı adamın qoluna girib onunla birlikdə uzaqlaşdı.
İş adamı təəccüblü halda yerində qaldı. Sanki donmuşdu. Bütün il boyunca arxasında yarım milyon dollar olduğuna inanaraq işlər görmüş, etmiş və satmışdı. Birdən, həyatının axışının dəyişdirən şeyin pul olmadığını anladı. Həyatını dəyişdirənin yenidən özündə tapdığı özünə güvən və inam idi.
XƏBƏR LENTİ
Ağrı hiss etməmək xəstələri təhlükəyə atır
Dekorativ güzgülər
Dəriyə zərərli qidalar
Dəri quruluğunu aradan qaldıran ərzaqlar
Nəhəng balığa görə üç akula ilə döyüşə girdi - VİDEO
Bədbəxtliyimizdən qurtulaq!
"LİKE" psixologiyası
Apple WhatsApp istifadəsinə məhdudiyyət qoyacaq
Azərbaycan klubuna UEFA Kubokunda "Barselona" rəqib olacaq?
Ronaldonun sevgilisi DİQQƏT ÇƏKDİ-FOTO
Facebook qənaətə keçdi
Müəllimlərin attestasiyası ilə bağlı rəsmi açıqlama
Azərbaycanda çimərliklərlə bağlı XƏBƏRDARLIQ
İran Sərhəd Polisi: Azərbaycanın işğal olunmuş ərazilərindən heç bir narkotik maddə keçirilmir
ABŞ-da əkizlər yüz il fərqi ilə başqa-başqa pandemiyaların qurbanı oldu
Ronaldodan anasına bahalı hədiyyə - FOTO
Beyrut partlayışının ən kiçik qurbanı üç yaşlı qızcığaz olub - FOTO
Sellüliti aradan qaldıran pəhriz.
Məşhur aşbaz boşanır-SƏBƏB
Piyada keçidlərindən niyə istifadə olunmur?
Avto kredit, yoxsa lizinq?
Qızılgül küçəsi
İpoteka kreditlərində ödəniş azalıb
Rusiya ilə savaş başlasın!
ŞOK: Yadplanetlilərin bazası Bakıda yerləşir? – NASA-nın UNO faktları
Tanınmış aparıcı həyatını da verilişi kimi yaşayır - FOTO
Mərkəzi Bankdan avtomobil kreditlərinə dair açıqlama
Uşağı bəzi əxlaqsız saytlardan qoruyaq
Kirayə yolu ilə satılacaq mənzillərlə bağlı MÜHÜM XƏBƏR: evlisinizsə...
Britaniyanın ilk tünddərili şahzadəsi: Anamı dayəm hesab edirdilər...
Azərbaycan incəsənətinin "qayınanası"nın doğum günüdür
Rihanna villasını 50 min dollara satır - FOTO
Asan 7 gəlinlik saç düzümü
Buzadırmanma üzrə ölkə çempionatı başlanıb
Tarixi şəxsiyyətlər haqqında kitab hazırlanır
Heyvanlar haqqında maraqlı məlumatlar
Müsəlmanlar üçün xüsusi telefon
Kələm maskası
Çinin TV-xəbərlərini robotlar aparacaq
20 Yanvar faciəsinin iyirmi altıncı ildönümüdür
Qan şəkərini azaldan ərzaqlar
Yaşıl qəhvənin faydaları
Yaddaşı gücləndirmək üçün yeni üsul tapıldı
Oyun zamanı "Qarabağ"dan sürpriz
Günün ulduz falı
Xoşbəxtlik nədir?
Xərçəng olan müğənninin son halı heyrətləndirdi - FOTO
"Siçan" ilində sizi bu sürprizlər gözləyir...
Xaricdə təhsil almaq istəyənlərin nəzərinə!
Mövlana sözləri-3
- ŞƏRHLƏR