Qadin.NET / Hər şey pul deyil!

Hər şey pul deyil!

Hər şey pul deyil!

İş adamının işləri pozulmuşdu. Nə etdisə olmurdu. Bir zamanlar çox müvəffəqiyyətli bir insan olmasına baxmayaraq, indi böyük olan yalnız borcları idi. Bir tərəfdən kredit verənlər onu sıxıştırarkən, digər tərəfdən də bir çox insan ödəmə gözləyirdi. Çox böhrana düşmüşdü və heç bir çıxış yolu tapa bilmirdi. Nəfəs almaq üçün parka getdi. Bir skamyada oturdu, başını əllərinin arasına salıb bu vəziyyətdən necə xilas olacağını düşünməyə başladı.

 Bu zaman qarşısında yaşlı bir adam dayandı. "Çox kədərli görünürsən. Səni narahat edən bir şey olduğu məlumdur. Mənimlə paylaşmaq istəyirsənmi?" deyə yaşlı adam ondan  soruşdu. İş adamının şikayətlərini dinlədikdən sonra da, "Sənə kömək edə bilərəm" dedi. Çek dəftərini çıxartdı. İş adamının adını soruşdu və ona bir çek yazdı. Çeki ona verərkən də belə dedi: "Bu pul sənin. Bir il sonra səninlə burada görüşdüyümüzdə mənə olan borcunu ödəyərsən. Buyur, götür" dedi. Və yaşlı adam gəldiyi kimi sürətlə gözdən itdi.

Hər şey pul deyil!

İş adamı əlindəki çekə baxdı. Çekdə 500 min dollar yazırdı və imza isə John Rockefellerə aid idi. Yəni  dünyanın ən zəngin adamına. "Bütün borclarımı dərhal ödəyə bilərəm" deyə düşündü. John Rockefellerə aid bu çeklə hər şeyi həll edə bilərdi. Amma çeki nəğd pula çevirməkdən imtina etdi. Bu qiymətli çeki kassasına qoydu. Onun kassada etibarlı yerdə olduğuna əmin olduqdan sonra böyük aktivliklə işinə təkrar başladı.  Böyük-kiçik demədən bütün işləri qiymətləndirməyə başladı. Ödəmə planlarını yenidən başlatdı. Yaxşı edilən işlər yeni işlərin təməlini qoydu. Bir neçə ay sonra təkrar işlərini yoluna qoya bilmişdi.

Hər şey pul deyil!

Bir neçə ay sonra isə borclarından tamamilə xilas olub, hətta pul qazanmağa başlamışdı. Bütün bir il boyunca çalışıb, vuruşdu.

Tam bir il sonra, əlində həmin nəğd pula çevirmədiyi çeklə parka getdi. Qərarlaşdırılmış saatın gəlməsini gözlədi. Tam zamanında yaşlı adamın sürətlə ona doğru gəldiyini gördü. Tam ona çekini geri verib müvəffəqiyyət əhvalatını paylaşacaqkən bir tibb bacısı qaçaraq gəldi və adamı tutdu. Tibb bacısı "Onu tapdığıma çox sevindim. Ümid edirəm sizi narahat etməyib" dedi. "Çünki bu bəy davamlı olaraq ahıllar evindən qaçıb, bu parka gəlir. Hər kəsə özünün John Rockfeller olduğunu söyləyir" deyə əlavə etdi. Tibb bacısı adamın qoluna girib onunla birlikdə uzaqlaşdı.

Hər şey pul deyil!

İş adamı təəccüblü halda yerində qaldı. Sanki donmuşdu. Bütün il boyunca arxasında yarım milyon dollar olduğuna inanaraq işlər görmüş, etmiş və satmışdı. Birdən, həyatının axışının dəyişdirən şeyin pul olmadığını anladı. Həyatını dəyişdirənin yenidən özündə tapdığı özünə güvən və inam idi.

12 yanvar 2013
GO BACK