İndiyə qədər saytımızda analara aid çox yazılar,şerlər yerləşdirilib.Analar başımızın tacıdır.Nə qədər yazsaq azdir.Mən isə atalar haqqında yazmaq istəyirəm.Öz atam haqqında..........
Mənim atam mükəmməl atadır.Mehriban,ciddi,qaygıkeş,övladlarına qarşı son dərəcə həssas.
Anamın əsil həyat yoldaşıdır.Pis gündə,yaxşı gündə,hər zaman ,hər an yanındadı.Hər çətinliyə sözdə yox, əməldə
birlikdə sinə gəriblər.Daim sözləri bir olub.Anamın hörmətini hər zaman saxlayıb.
Mən sizinlə atamla baglı həyatımın ən unudulmaz anlarını paylaşmaq isteyirəm.Oxuduqdan sonra əmin olacaqsınızki,mənım atam ideal ata adına tam layiq atadır.
İLK DƏFƏ ATAMI GÖRƏNDƏ QORXUB AĞLAMIŞAM!
Çünki mən dunyaya gələndə atam əsgərlıkdə imiş.mən yaş yarımlıq olanda gəlıb əsgərlikdən.Qarşımda birdən ciddi,bıglı kişini görmək yaman qorxudubmuş məni
ÇOX TEZ DOSTLAŞDIQ!
Atamla oyunlarım,xatirələrim anamla olandan daha çox yadımda qalıb.Ən çox xəstələnəndə onun yanımda olmagını daha çox istəyirdim.Dərmanlarımı onunla ele rahat içirdimki..Məni ürəkləndirmək üçün özü də dərmanları bir-bir içirdi.
İLK MÜƏLLİMLƏRİMDƏN BİRİ İDİ!
İbtidai sinif müəllimim,anam,atam.Sonralar daha çox atam oldu ən yaxın köməkçim,məsləhətçim.Çətinə düşən kimi yanına qaçdığım ilk insan oldu.
MƏZƏMMƏTLƏ BAXIRDI HƏRDƏN.
Gündəliyimdəki 4-ləri görəndə,sınaqlardan az bal toplayanda küsürdü məndən.Məndən çay istəmirdi,qızım deyə çagırmırdı.Amma tez barışırdıq.
HƏYATIMIN HƏLLEDİCİ ANLARINDA ARXAMDA NECƏ GÜCLÜ İNSAN OLDUGUNU HİSS EDİRDİM!
Qəbul imtahanım günü -18 iyul 2003-cü il.Boğazım qurumuşdu həyəcandan.Əlındən bərk-bərk tutmuşdum.Dayanmadan məni ürəkləndirən sözlər deyirdi.İmtahan qurtarandan sonra binadan çıxanda əvvəlcə onu görmədim.Keyimiş halda tanımadıgım insanlarla dolu izdihama dogru gedir,"suallar nece idi,nece yazdın" və bu kimi suallara cavab verməyə çalışırdım.Onu görən kimi özümə gəldim.Heç bir sual vermədən sevinclə üzümdən öpdü,təbrik etdi.
İLK DƏFƏ SEVİNCİNDƏN GÖZLƏRİ YAŞARDI!
BDU-ya qəbul olundugum gün.Atami qucaqlayıb sevincimdən hönkurtü ilə aglayırdım.4 ildən sonra diplomumu əlinə alanda üzündəki qürur hissini görsəydiniz...Evdəki qonaqlara "heç incitmədi məni , bütün imtahanlarını özü verib.Hamısından 4-5,bir -ikisindən 3 alıb.Heç xəbərim olmayıb" deyirdi.Halbuki bəzilərindən yaxşı xəbəri var idi,onun "köməyi ilə" vermişdim.
İLK DƏFƏ SÖZ TAPMAĞA ÇƏTİNLİK ÇƏKDİ.
Gəlin getdiyim gün.Xeyir- dua vermək üçün çağırdılar,üzününün həyacanla titrədiyini gördüm.Bircə "xoşbəxt ol " deye bildi.Kənarda dayanmış bacısını qucaqladı,göz yaşlarını boğmağa çalışırdı.
BİRCƏ DƏFƏ GÖZLƏRİNİ QAÇIRTDI MƏNDƏN.
Birinci dəfə idi onu bu qədər pərt görürdüm.Rəngi bogulmuşdu.Bacımın ömrünün son günlərini yaşadıgını demişdi həkimlər!
İLK DƏFƏ ATAMI ÇARƏSİZLİKLƏ BAŞINI QALDIRMADAN AĞLADIĞINI GÖRDÜM!
20 yaşlı dünya gözəli balasını əllərilə torpağa tapşırdıgı gün.....
20 il şikayət etməyi ağlının ucuna belə gətirmədən hər əziyyətini çəkdiyi,illərlə müalicəsi üçün həkimlər gəzdiyi,"1 gün müalicəsi tapılacaq,qızım sağalacaq" deyə umidini itirmədiyi,nazını o biri balalarından qat-qat artıq çəkdiyi FÜRUZƏSİNİ itirdiyi gün.......
Həyatdan kusdü atam,taki......
İLK NƏVƏSİNİ QUCAGINA ALDIGI günə qədər.Bacımdan 39 gün sonra körpə Cavidanım dunyaya göz açdı.Atamın üzündə yenidən həyat əlaməti göründü.
Amma həyat yeni xoşagəlməz sürprizlər hazırlamışdı onunçun.Bu dəfə mənim taleyimlə sınaga çəkirdi atamı.
Həyatımın ən agır günlərində yenə əvvəlki əzmi ilə arxamda dayandı.Verdiyim hər qərarı səbrlə,təmkinlə dinlədi.Məsləhətlərini verdi.Qərarlarıma hörmətlə yanaşıb arxamda durdu." heç kim səni layiq oldugundan aşağı səviyyədə həyar sürməyə məcbur edə bilməz" dedi.
Bəziləri "el-gün tənə vurar,qızdı,getdiyi yerdə batsın qalsın,yola versin" deyənlərə "Mən qızımı elə-günə qurban vermərəm" cavabını verdi.
Məni yenidən həyata qaytardı,əvvəlkindən daha güclü daha əzmli formada.
Körpə Cavidanıma ele bir baba olubki,hərdən mən belə qısqanıram.
Yenə də atamın qanadları altındayam.onun sayəsində özümü çox güclü hiss edirem.Həyatımda güvəndiyim, inandıgım yeganə insandı atam.Əsil ata, əsil həyat yoldaşı,əsil ailə başçısı mənım aləmimdə İDEAL ATADI mənim atam!!!!!!!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Fırça və süngərin təmizlənməsi
Hitlerin dünyanı silkələyən kitabı nəşr ediləcək
Yaponlar bu dəfə də heyrətləndirdi
Bakıda satılan qəribə "kukla"-VİDEO
Alişan doğulacaq körpəsindən danışdı
Möhtəşəm ziyafət donları
Muzeyin görünməyən tərəfi
Azərbaycan əsilli uşaq "Master Chef Junior"da iştirak edir-FOTO
Edgy tərzi necə olmalıdır?
Xəzər dondu
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Evdə istifadə edə biləcəyiniz 4 praktik məsləhət
Dəbdən düşməyən ayaqqabılar (2)
Sinem Kobala 30 minlik təklif-FOTO
"Jet Sosyete"nin yayımı təxirə salındı-SƏBƏB
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Aspirin maskası və dəriyə faydası
Azərbaycanda virus yayılandan indiyədək 153 baş iribuynuzlu heyvan tələf olub
Qat-qat xəmirdən çiçək(foto resept)
Dərinin sağlamlığını və gözəlliyini qoruyan qidalar
Ordu tarixində ilk: Bir qadın…
Bədənindən kətan kimi istifadə edən qadın
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
Prezidentdən inanılmaz TƏLİMAT: deputatların telefonları yığışdırıldı
10 milyardlıq xəzinə tapıldı
Nüsret evlənir?-FOTO
Heyvanlar aləmindən
Son DƏQİQƏ: Koronavirusun yayılması Bu Tarixdə Dayanacaq
İştah kəsən 5 qida
Sağlam ayağı kəsən həkim istintaqa ifadə verib
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Dadlı piroq (foto resept)
İvana Sert efirə qayıdır
Tom Kruz film çəkilişi üçün kosmosa uçmağı planlaşdırıb
“Bakı Metropoliteni” hərəkət qrafikini dəyişir
Günün ulduz falı
Dünyanın ən zəngin varisləri: onların arasında azərbaycanlı da var
Keşiş: Qarabağı verməliyik
Bakı bir səyyahın dilindən
Maraqlı faktlar
14 kq-lıq yeniyetmə-FOTO
Geyim mağazaları ilə bağlı YENİLİK
Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO
29-30 iyulda keçirilmiş imtahanların nəticələri açıqlanıb
Onurğa üçün idman hərəkətləri
"Acı hayat"ın aktrisası ərə getdi
Peyğəmbər karikaturaları barədə KİV-ə xəbərdarlıq
Leysan yağacaq
Bu çiçəklər təəccüb doğurur
Messi "Real"a qarşı zədəli halda oynayıb
- ŞƏRHLƏR