Bu axşam evə gəldiyim zaman həyat yoldaşım axşam yeməyini hazırlayırdı. Əlini tutdum və ona vacib söz demək istədiyimi söylədim. Stula əyləşdi və səssizcə yeməyini yeməyə başladı. Yenə gözlərində həmin qorxunu gördüm. Bir an qəlbim sıxıldı, ağızımı aça bilmirdim. Amma düşüncələrimi onunla bölüşməli idim. Odur ki, dedim: "Mən boşanmaq istəyirəm". Əsəbiləşmədi. Sözlərimə cavab vermədi, yalnız səbəbini soruşdu.
Cavab verə bilmədim və məhz buna çox əsəbiləşdi. Əlindəki çəngəl-bıçaqları atdı. Mənə qışqırdı və insan olmadığımı dedi. Həmin gecə heç bir söz danışmadıq. Həyat yoldaşım bütün gecə ağlamışdı. Hiss edirdim - evliliyimizin necə olacağını düşünürdü, amma onu təmin edəcək bir şey söyləyə bilməzdim. Mən Jannaya aşiq olmuşdum. Həyat yoldaşımı isə artıq sevmirdim.
Bu vicdan əzabı ilə bir boşanma müqaviləsi hazırladım. Evi, maşını və şirkətin 30%-ni ona verəcəkdim. Müqaviləyə qısa bir müddət baxdıqdan sonra cırdı. 10 il həyatımı paylaşdığım bu qadın mənə yad olmuşdu. Onun xərclədiyi zamana və enerjiyə kədərlənirdim, amma geri dönə bilməzdim. Jannaya çox aşiq olmuşdum. Sonra hıçqıra-hıçqıra ağlamaya başladı. Bu, məhz mənim gözlədiyim bir reaksiya idi. Onun ağlaması mənim yüngülləşməyimə səbəb olmuşdu. Neçə vaxt idi boşanmaq haqqında düşünürdüm və indi bu duyğunu daha da güclü hiss edirdim və doğru qərar verdiyimdən əmin idim.
Ertəsi gün axşam evə gec gəlmişdim və həyat yoldaşımın masa arxasında yazı yazdığını gördüm. Yuxum gəldiyi üçün axşam yeməyini yemədən yatağa getdim. Janna ilə keçirdiyim saatlar məni yormuşdu. Gecə yarısı yuxudan oyandım və onu hələ də yazı yazarkən gördüm. Amma bu mənim vecimə də deyildi, başımı yastığa qoyub yatmağa davam etdim.
Ertəsi səhər mənə şərtlərini yazılı şəkildə təqdim etdi. Məndən heç bir şey istəmirdi. Təkcə boşanmağımzı elan etmək üçün bir ay icazə istədi və bu vaxt ərzində normal bir ailə kimi rəftar etməyimizi xahiş etdi. Bunun səbəbi oğlumuzun bir ay sonra imtahanlarının olması idi. Bir şərti yenə vardı: "Bu bir ay müddətində hər səhər toy gecəmizdəki kimi yataq otağından qapıya qədər məni qucağında aparmalısan". Əvvəl ağlına şübhə etdim, amma son günlərimizin yaxşı keçməsi üçün qəbul etdim.
Həmin gün bu şərtlər haqda Jannaya danışdım. O da ürəkdən gülüb bunun çox axmaq fikir olduğunu və onsuz da boşanmanı qəbul etmək məcburiyyətində qalacağını dedi.
Həyat yoldaşımla boşanma mövzusunu açdığımdan bəri heç bir fiziki təmasda olmamışdıq. Buna görə də ilk gün onu qucağıma götürüb qapıya apardığım zaman qəribə bir duyğu yaşamışdım. Oğlumuz arxamızda dayanıb, alqışlamağa başladı: "Atam anamı qucağında aparır". Buna çox sevinmişdi. Amma sözləri qəlbimi çox incidirdi. Yataq otağından evin qapısına qədər 10 metr apardım. Həyat yoldaşım gözlərini bağladı və qulağıma: "Oğlumuza boşanacağımız barədə heç nə demə" deyə pıçıldadı. Mən də razılaşdım. Qapıya çatanda onu yerə qoydum. Hər səhər olduğu kimi avtobus dayanacağına gedib, işə gedəcəyi avtobusu gözləməyə başladı. Mən də şirkətə tələsdim. İkinci gün xoşbəxt evlilik oyununu oynamaq bizə daha asan gəlmişdi. Həyat yoldaşım başını bir anlıq sinəmə qoydu. Bu an onun qoxusunu hiss etdim. Ona uzun zamandır heç baxmadığımı anladım. Üzünə baxıb ailə qurduğumuz zamankı gəncliyindən əsər-əlamət qalmadığını gördüm. Üzündə yüngül qırışlar yaranıb, saçları bir az ağarmışdı. Ötüb keçən illər onu çox dəyişdirmişdi. O an özümdən ona niyə belə davrandığımı soruşdum. Cavabım olmadı...
Dördüncü gün onu qucağıma alanda etibar hissini duydum. O, mənə həyatının 10 ilini hədiyyə edən xanım olub.
Beşinci gün etibar duyğusu daha da böyüdü. Bu yaşadığım hissləri Jannaya danışmadım. Günlər keçdikcə onu daşımaq daha da asanlaşmışdı.
Artıq narahat olmuşdum bu qədər arıqladığına görə. Son gün onu qucağımda aparanda hərəkət etmədim. Oğlumuz məktəbdə idi və həyat yoldaşıma həyatımızdaki yaxınlığın nə qədər azaldığını dedim. Şirkətə getdim. Maşından düşdüm, qapını kilidləməyə belə vaxtım yox idi. Hər anın qərarımı dəyişdirməyindən qorxurdum. Pilləkənlərlə yuxarı çıxıb, qapını döydüm. Janna qapını açdı. Ona xanımımdan boşanmayacağımı dedim.
Donub qalmış bir üz ifadəsi ilə əlini alnıma qoydu: "Sənin qızdırman var?" deyə soruşdu. "Təəssüf edirəm, Janna. Amma mən artıq boşanmaq istəmirəm" dedim. "Evliliyimizin rəngsiz qalması sevgi əskikliyindən deyilmiş. Bir-birimizin qiymətini, dəyərini unutduğumuzdan imiş. İndi ağlıma gəldi ki, evləndiyimiz gün onu qapıdan içəri aparanda ömrümüzün sonuna qədər sadiq qalacağıma söz vermişdim". Janna üzümə bir sillə vurub, qapını bağladı. İçərdən ağlamaq səsi gəlirdi. Buna əhəmiyyət vermədən pillələri ildırım sürəti ilə endim. Yolda ilk işim çiçək mağazasına girib, həyat yoldaşım üçün bir dəstə gül almaq oldu. Üzərindəki kağız parçasına "Səni həyatımın sonuna qədər hər səhər qucağımda daşıyacağam" yazdım.
Evə çatanda yanağıma təbəssüm qondu. Əlimdə çiçəklərlə yataq otağına getdim və həyat yoldaşımın yatağın üstündə öldüyünü gördüm. Yoldaşım neçə aydır xərçəng xəstəliyi ilə mübarizə aparırmış. Mən isə Janna ilə maraqlandığımdan bunu hiss etməmişdim. Çox yaşamayacağını bilirdi və məni oğlumuzun gözündən salmamaq üçün bu şərtləri qoymuşdu. Heç olmasa oğlumun gözündə yaxşı bir həyat yoldaşı olaraq qalmağımı istəmişdi...
Əhəmiyyətli olan münasibətlərdəki xırdalıqlardır. Villalar, avtomobillər, çoxlu pul deyil. Bunlar həyatı asanlaşdırır, amma əsla xoşbəxtliyin təməli deyil. Birlikdə olduğunuz insana vaxt ayırın. Münasibətlərinizə güvənərək rahatlıq bəxş edən xırdalıqlarla məşğul olun. Xoşbəxt bir evlilik yaşayın.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Süni mayalanma günahdırmı?
Britni Spirs Useyn Boltun rekordunu “qırdı”?
Bakıda “Birmanatlıq” taksilər LƏĞV EDİLİR - RƏSMİ
Əqiq daşı
Dərslər nə vaxt başlayacaq? - Nazirdən açıqlama
Ən güclü Fiat 500
Evi olmayan gənc ailələrə xoş xəbər!
Çində dünya rekordu: 1374 dron eyni anda havada
Bu ölkəyə bayram haram oldu
Mərkəzi Afrika Respublikasının prezidenti istefa verdi
Ordumuz şəhid verdi
Vanna otağı dekorasiyası
Cüt yumurta əkizi nədir?
Ermənilər yenə itkilərini açıqladılar - 50 ölü
Bu yay dəhşətli isti olacaq
Sümüklərinizin sağlamlığını qoruyun
Sərdar Ortaç vəsiyyətini açıqladı – 30 milyonluq evini...
Prezident və xanımı parkda sakinlərlə görüşdü - FOTO
Manatın MƏZƏNNƏSİ
Defne Samyelin qızı da aktrisalığa başladı
Salfetlə süfrələrinizi bəzəyin (1-ci hissə)
Dünya onların gözündən baxın
Azərbaycanın təbii-coğrafi şəraiti-1
17 dərəcə isti olacaq
Həclə bağlı SEVİNDİRMƏYƏN qərar
Kəpəyi necə yox etməli?
Həftəsonu Azərbaycanda hava necə keçəcək?
Genetiklər insan genini İİV-dən təmizləməyi öyrəniblər
Rusiya Suriyaya lazımi texnika verəcək
Baş infeksionist: “Xəstələrin xəstəxanalara gec yerləşdirilməsi ölüm sayının artmasına səbəb olur”
İşçiləri 240 min dollar maaş alır
Ən təhlükəli silah: makiyaj
Dünyanın ən uzunsaçlı kişisi
Ebru Şahinə yeni TƏKLİF
Rusiyanın məşhur qəzetində sual - "Niyə Azərbaycan?.."
Məşhur film haqda 40 il sonra gələn etiraf
Məşhur aktyoru kimsə tanımadı-FOTO
Evlilikdə məntiqsiz düşüncə və inanclar
Unikal heykəl tapıldı
Səhnədə Ziynet Salının ürəyi getdi-FOTO
Ordumuz düşmənin səkkiz topunu canlı qüvvəsi ilə birlikdə məhv edib - VİDEO
İki "Çalıquşu"nun bənzərlikləri və fərqləri
Bakıya 151 avtobus gətiriləcək
İlham Əliyev selfi çəkdirdi
Şəkər xəstələri üçün maffinlər (foto resept)
Kələm salatı (foto-resept)
WhatsApp-la bağlı sirr açıldı
Sabahın hava proqnozu açıqlandı
Devid Bekhemdən Viktoriyaya SURPRİZ-FOTO
Avtobuslardan istifadə nə vaxtadək pulsuz olacaq? - AÇIQLAMA
- ŞƏRHLƏR