Cəmilə kənddə idi. Xalası üçün darıxmışdı. Lakin kəndə gələndə Azərin də orada olacağını bilmirdi. Çünki evləndikdən sonra Azər yoldaşıyla Bakıya köçmüşdülər. Lakin dağ dağa rast gəlməsə də, insan insana rast gələr. Onu görəndə yan keçmək istəsə də, Azər onu səsləyir:
- Dayan, Cəmilə, xahiş edirəm. Mən səninlə danışmalıyam.
- Mən səninlə danışmaq istəmirəm.
- Mən səndən halallıq almaq istəyirəm.
- Mən nə sənə, nə də ki, Ülkərə halallığımı vermirəm. Sizi bağışlamıram. İki il keçsə də, sizə qarşı nifrətim soyumayıb. Sənin üzünü bir də görmək istəmirəm. Mənim Azər adında xalam oğlu yoxdur.
Aylar keçir. Cəmilə həyatına davam edir. Universitetə sənəd verir və qəbul olur. Təhsilini başa vurduqdan sonra atasının yaxın dostunun köməkliyi ilə bağçada müəllimə işləməyə başlayır. Çox xoşbəxt idi. Axı uşaqları çox sevirdi. Ən çox da balaca Səmanı. Səmaya çox bağlanmışdı. Onun gülüşü Cəmiləni çox xoşbəxt edirdi. Cəmilə Səmanın anası Zəhra ilə rəfiqə idi. Evləri yaxın olduğu üçün Səmanı evə Cəmilə aparırdı.
Bir gün isə Səma Cəmilənin yanında qalmalı olur.
- Çox sağ ol, Cəmilə. Səma sənin yanında qalmaq istədi, səni çox istəyir. Onsuz həftə içi daim uşaqlarla əziyyət çəkirsən. İndi istirahət gününü də balacamız əlindən aldı. İnanmazsan, öz doğma xalalarını heç vecinə də almır. Elə tutdurub ki, Cəmi xaya, Cəmi xaya. Adını da əcaib formaya salıb (ikisi də möhkəmdən gülür).
- Narahat olma, hər şey yaxşı olacaq. Arxayın ol. Mən elə belə istirahət edirəm (gülümsəyir).
- Sabah qardaşım Sərdar gələcək. Onu tanıyırsan. İşin olsa, ona de, o baxar Səmaya.
- Tanıyıram. Yaxşı, narahat olma.
Sərdarın Cəmilədən xoşu gəlirdi. Zəhra bunu bilirdi. Cəmiləyə də qardaşının istəyini bildirmişdi. Ancaq Cəmilə yenidən kiməsə şans verməyə qorxurdu. Öz həyat hekayəsini Zəhraya danışmışdı. O, Cəmiləni başa düşürdü. ”Sərdar Azər kimi deyil, narahat olma, qardaşımı tanıyıram” deyirdi. Ancaq nə fayda. Cəmilənin qəlbi qırılmışdı. Yenidən eyni şeyləri yaşamaq istəmirdi. Sərdar, həqiqətən də, Azər kimi deyildi. O yüz ölçüb, bir biçənlərdən idi. Zamanında özünün də ehtiyatsızlıq ucbatından yaşadığı ağır günlər ona böyük dərs olmuşdu. Bir zamanlar o da Azər kimi öz yaxın qohumuna aşiq olduğunu sanmışdı.
Bu münasibətdən nə valideynlərinin, nə də bacısının xəbəri yox idi. Lakin münasibətdə olunca heç də hər şey yağ-bal kimi getmir. Kənardan ona mələk kimi görünən bu qohum əslində çox kobud, yalnız nə vaxtsa işi asılı olacaq adamlarla xoş davranan və qətiyyən uşaq sevməyən birisi imiş. Sərdar isə çox ailəcanlı, səmimiliyə, dürüstlüyə önəm verən birisi idi. Cəmilə də məhz bu cür idi.
Bacısı Zəhranın da razılığını alandan sonra Sərdar hər dəfə Səmanın ardınca bağçaya gəlməyə başlayır. Beləcə, Cəmilə ilə də ünsiyyət quraraq onunla dost olur, ürəyinə yol tapa bilir. Cəmilənin həyat eşqi yenidən canlanır, son illərdə o, rahatlığını yalnız uşaqların yanında tapırdı. Ancaq indi Sərdar da onun təbəssümünə səbəb olan mənbələrdən idi. Bir gün o, Cəmiləyə sevgisini etiraf edərək ona evlilik təklifi edir. Cəmilə bu təklifi qəbul edir. Onlar nişanlanırlar. Bir il sonra isə ailə həyatı qururlar.
Hər nə olursa olsun, heç vaxt ümidinizi itirməyin. Həyat bir imtahandır deyirlər. Hər birinizə bu imtahanda uğurlar arzulayıram.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Facebook"dan bəd xəbər
Sevgilisi olmayan qızlara müjdə
Azərbaycan Ordusunda qadınlar xidmət edəcəklər?
Yeməli ayaqqabılar
2045-ci ildə bəşəriyyəti nə gözləyir?
Unikal əməliyyat: qoz ağacının xilası
Rusiya COVID-19 peyvəndini ilk bu ölkəyə ixrac edə bilər
Üçəmlərə Rəcəb, Tayyib və Ərdoğan adını verdilər
Siqareti atdıqdan sonra izləməli olduğunuz yollar
2014-cü ilin babet modelləri
Bu rayonlarımızda qızları ərə yox, elmə verirlər
Azərbaycanda daha 273 nəfərin koronavirusa yoluxduğu aşkarlandı
Demet Akalın Bakıda toyda-FOTO
Poçtalyon insanları əyləndirməyin maraqlı üsulunu tapıb
Fitness performansınızı artıracaq 4 qayda
Ermənistan ordusu bir neçə istiqamətdə atəşkəsi pozub
Rusiyalı məşhurlar Heydər Əliyev Sarayında
Portağallı çörək (foto resept)
Yeni trend: Afrika hörüyü
Uşağa oyuncaq seçərkən nəyə diqqət etmək lazımdır?
Bayram rabitəçilərimizin işini çətinləşdirdi
Hande Erçel arıqladı-FOTO
Sevdiyiniz şəxsin oxuduqları
Həyatı məhv edən qaydalar
ABŞ məyus oldu, Blatter yenidən FİFA prezidenti seçildi
Arıqladan üzüm yarpağı çayı
Bəzək əşyaları
Qoltuqaltı ləkələr üçün maskalar
Azərbaycanda həcc ziyarətinə sənəd qəbulu təxirə salındı
Nur Yerlitaş moda evini bağladı-SƏBƏB
Həyatımızın mənbəyi odur
Şəhriyarın məqbərəsi qəzalı vəziyyətdədir
“CÜMHURİYYƏT-100” – Hekayə Müsabiqəsi
Daryna Kossarın sənət əsərləri
"Ç" hərfi ilə başlayan adların mənası
Azərbaycanda hərbi zavodda partlayış
Bayramınız mübarək!
Göz təzyiqinin səbəbləri
HAVA necə olacaq?- 3 İyun
Bu gün hava necə olacaq?
Bakı susuz qalacaq
Cəhənnəm gözətçilərinin sayı niyə bu rəqəmdir?
Bir gündə 4 milyard qazandı-FOTO
Mikroblardan qorunaq
Fərqli krossovkalar dükanı
Günün qoroskopu: Səhhətinizin qayğısına qalın!
Bakıda avtomobillərin evakuasiyası ilə bağlı YENİLİK
Evlərin dam örtüyü dəyişdiriləcək
Ermənilər qəsdən Şuşa meşələrini yandırır - RƏSMİ
Karantində olan Ronaldu belə görüntüləndi - VİDEO
- ŞƏRHLƏR