Gecədən səhərə kimi qız düşünürdü, yuxusu gəlmirdi. Bir şey ki, onu maraqlandırırdı, amma ona qadağa olunmuşdu, onu necə edə bilərdi? Səhərə yaxın qərara gəldi – ora gedəcək.
Şah işləri dalıyca getmişdi, Sara qulluqçu qızlardan birini çağırdı və dedi ki, çıxıb gəzmək istəyir. Bunlar küçəyə çıxdılar, Sara da bir hiylə ilə elə etdi ki, qız Saranı itirdi, Sara gizləndi. Görəndə ki, qulluqçu onu tapa bilməyib çıxıb getdi, tez o meşəliyə doğru qaçdı.
O, orada idi.
-Elə bildim gəlməyəcəksən
-Əgər bilsəydin mənim gəlməyim nə boyda risk idi mənim üçün.
-Əsas odur ki, gəldin...
Bu cür gizli görüşmələr əvvəlcə nadir hallarda olurdu, sonradan Sara özü səbrsiz olub daha tez-tez Arturla görüşməyə başladı. Münasibətləri bu bir neçə ay ərzində çox yaxın olmağa başladı. Eyni zamanda da Sara şaha qarşı çox soyumuşdur.
Bir gün amma nə Sara, nə də Artur işin ciddiliyini nəzərə almayıb çox ehtiyyatsız iş gördülər. Gecə vaxtı idi, artıq sonuncu oyaq qalmış qulluqçu çölə çıxmışdı zibilləri atsın ki, tövlənin yanından keçərkən içindən səslər eşitdi. Divardakı deşikdən baxanda isə gördüklərindən şok olmuşdu. Arturla Sara orada sevişirdilər.
Sabahsı gün o qulluqçu qadın dözmədi, özü də çoxdandan Saranın paxıllığını çəkirdi, gəldi şaha xəbər verdi gördüklərindən. Şah buna inanmaq istəmirdi, çox pərişan idi. Əsəbindən bilmirdi nə etsin. Və sonda:
-Arturu gətizdirin yanıma! - əmr etdi.
Artur gəldi. Olanların doğru olub-olmadığını ondan soruşdu. Artur da namərd olmayıb hər şeyi boynuna aldı. Artıq Sara da bunu inkar edə bilməzdi. ..
Zirzəmidəki zindana şah endi, Sara artıq cındır paltarda idi, üzü bütün qan idi döyülməkdən. Şah ona yuxarıdan baxaraq dedi:
-Mən səni qul olaraq aldım, amma sənə qul kimi ilk gündən baxmadım, sənə sarayımı qurban verdim, sənə yaxşı həyat verdim, sənə ÜRƏYİMİ verdim, sən isə... Qadınlara təzə-təzə inanmağa başlamışdım, sən bir daha sübut etdin ki, qadınların hamısı eynidir.
Sara susaraq ağlayırdı, amma ağlamağın artıq faydası yox idi.
Cəza günü Artur və Saranın boyunları vuruldu. Şah özü isə həmin saniyələrdə Saranın otağında onun paltarlarını qoxulayaraq ağlayırdı.
Uşaqların nağılında hər şey sonra yaxşı bitir, çünki uşaq hələ heç nə bilmir, həyata təzə başlayır və həyata ümidlə, xoş hisslərlə başlamalıdır. Böyüklər isə artıq çox şeyi görüblər, ona görə də böyüklərin nağılı pis də qurtara bilər, bizi artıq heç nə təəccübləndirmir...
Şahın sonrakı həyatı nə oldu? Deyim də. Sonra bir neçə il keçdikdən sonra şah da yaşlanır axı, gərək onun da bir davamçısı olsun taxtında oturanı, ona görə də zadəganlardan birinin qızını alır, elə ilk uşaqları oğlan olur. Oğlu ilə çox fəxr edir şah. Amma yoldaşına diqqət ayırmır. Yoldaşı da soyuq ərdən isti məşuqə qaça bilərdi, amma Sara barədə ondan-bundan eşitdiyinə görə, qorxmuşdu və özünü riskə ata bilməzdi. Çarəsizlikdən başını qızıllarla, pullarla qatırdı.
Bax, belə!
SON
Müəllif: Nazuletta
XƏBƏR LENTİ
Şuşasız 25 il...
Bakıda sürücülər və piyadalar üçün yeni xəbər
Daha çox hansı yaşda xoşbəxt oluruq?
12 il sonra sahibini tapdı
SON DƏQİQƏ: Azərbaycanda zəlzələ baş verdi
"Neftçi" fanatlarına şad xəbər
İdmançımız erməni rəqibini “sürüdü”
Sərxoşluqdan əziyyət çəkən məşhurlar - SİYAHI
Məşhur aktrisanın 1 milyonluq bağ evi-FOTO
İŞİD xristianların şəhərini tutdu
Kosmosdan sirli səslər gəlir
Robert Pattinson yeni İMİCDƏ-FOTO
Sabah hava necə olacaq?
"Ən zövqsüz geyim"...
Günün qoroskopu:Maraqlı xəbərlər eşidəcəksiniz
Kraliça moda şousuna qatıldı - FOTO
Qapıdan at nalı asmaqla evin ruzisi artarmı?
Saqqız çeynəmək orucu pozur? - Dini qurumdan FİTVA
Bişkekdə MDB hökumət başçılarının iclası ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilir
Bakıda anomal şaxtalar gözlənilir
Ana südü hansı orqanın məhsuludur?
Uşaqlar kifayət qədər hərəkət etmir
Leyla Əliyeva “Azərbaycan. Ceyranların xilası” sənədli filminin təqdimatında iştirak edib
Xiyar turşusu (foto-resept)
Saçaqlı geyimin tikilişi
Şeymanın sevgilisi ətək geyindi-FOTO
“Yalandan deyirlər ki, kərə yağıdır” - VİDEO - FOTO
Möcüzə şəkillər
"Elen və uşaqlar" serialı ilə bağlı 8 maraqlı fakt
Toyuq ətindən isti yemək (foto resept)
Əfsanəvi futbolçu xəstəxanaya düşdü
Ev almaq istəyənlərə şad xəbər
Cennifer Enistondan gözlənilməz addım-FOTO/VİDEO
HAVA necə olacaq?-5 FEVRAL
ABŞ-da Azərbaycanla bağlı veriliş yayımlandı
2015-ci ilin ən yaxşı filmləri seçildi
Lobyalı şorba
Asiyalar niyə arıq olur?
TQDK nəticələri açıqladı
20 aylıq körpə transfer olundu
Canlılar danışmadan necə xəbərləşirlər
Hər kəs bu cütlükdən danışır-FOTO
Parisin simvolu
İkinci dəfə evlənməyə hazırlaşan valideynlər, bu yazını oxuyun!
Love you forever
Azərbaycanın moda tarixinə QÜRURVERİCİ HADİSƏ - FOTO
Sentyabrın 26-ı qeyri-iş günü olacaq
Qadınlar rəssamların gözü ilə
Qaxda yeni körpü salınır
Barak Obamadan İrana jest
- ŞƏRHLƏR