Mən insanların təbəssümünü görürəm. Onların əllərini, gözlərini izləyə bilirəm. Bütün görüntü gözümün qabağındadır. Pəncərə, mən hamınızı burdan izləyirəm. Amma izləməklə tamamlanmırsan. Mənim həyatımda tək bir şey çatışmırdı. Ancaq o, mənə mane ola bilmədi. Kiçik bir hekayəm var. Pəncərəmdən baxaraq bunu sizin üçün yazmaq istəyirəm.
Adım Emilia, 18 yaşım var. Mən kimsəsizlər yurdun da böyümüşəm. İndi tək-tənha bir evdə yaşayıram. Kiçik bir dünyam da böyük bir kitabxanam var. Mən dünyamı kitablarla qurdum. Hə, unutmamış onu da deyim. Dünyamın qurulmasında rəqs etməyimində rolu böyük oldu. Sanki yerimdə dövr edərək dünyamın kənarlarını qurdum. Və kitablarla isə dünyamın içini rənglədim. Dağıldımı heç o, dünya?! Əlbəttə dağıldı. Dəfələrcə zərbə altında oldu dünyam. Amma mən yenidən onu inşa etdim. Bir çox hadisələrlə qarşılaşdım. İnsanları təəccübləndirdim. Bilmirəm necə bacardım bunu. Amma məndə çatışmayan bir xüsusiyyətimlə hər kəsi təəccübləndirdim.
Bir yay günü idi. Dağılmış, sökülmüş vəziyyətdə olan bir küçədən keçirdim. Əllərimi havaya qaldırırdım və endirirdim. Bir quşun qanadlarını çırptığı kimi. Daxilimdə bir musiqi ilə mırıldanırdım. Əslində musiqi bərbad idi. Amma mən yerimdə durub birdən dönməyə başladım. Bu mənim çox xoşuma gəldi. Sonra gözlərimi bağladım. Adı olmayan bir musiqinin altında rəqs etməyə qərara gəldim. Əllərimi bir quş kimi açırdım. Ayaqlarım bir sağa və bir sola gedirdi. Özümü buludların yanında, bir Tanrı ilə rəqs etdiyimi düşünməyə başladım. Ancaq bu rəqs bilirdim dayanacaq. Gözlərim birdən qaralmağa başladı. Və mən özümü tozlu küçənin üzərinə yıxmağa məcbur oldum.
Siz çox danışan varlıqlarsınız?! Çünki səhərdən burda həkim dodaqlarını necə sürətlə tərpətdiyini görə bilirəm. Udqunmağa başladım. Hiss edirdim ki, həkim artıq qışqırır. Daha doğrusu görürdüm. Əllərimi havaya qaldırıb, həkimə hərəkətlərimlə lal olduğumu və bu dünya da bir səs belə eşitmədiyimi izah etdim. Gördüyüm qədəri ilə daha danışmırdı. Çünki dişləri ilə dodaqlarını dişləyirdi. Və birdə əlləri ilə alnına vururdu. Çünki səhərdən qışqırırdı. Yəqin ki, bezmişdi. Eh… Bu şəhərdə deyəsən həkimlər də əsəbidir. Məni müayinə etdilər. Və sonra əlimə bir kağız qoydular. Üzərində bir dənə yazı mənim həyatıma güllə kimi təsir etdi. “Siz qan xərçəngindən əziyyət çəkirsiniz”. Bingo… Jeton düşmüşdü artıq. Lal dilini bilən bir həkim otağa daxil oldu. Və mənə həyatımın qalan müddətini izah etdi. Mən bu müddəti sizə ilnən deməyəcəm. Çünki ilnən deyəndə çox qısa görsənir. Özüm narahat oluram. Mən uzadaraq deyəcəm həyatımın müddətini. 122 gün qalıb ömrümə. Geri sayım o vaxtdan başlamışdı. Evə çox bikef halda qayıtdım. Beynimdə tək bir sual var idi. 122 gün ərzində nə edə bilərəm? Qərara gəldim ki, bir siyahı tutum. Sizcə siyahıda nə yazmışdım?! Gəlin deyim sizə. Öncə rəqs etməyi öyrənmək, sonra çoxlu kitablar almaq, velosipedlə gecə yarısında gəzmək, dilini başa düşmədiyim insanlarla doyunca gülmək və sonuncu istəyim bir insana aşiq olmaq.
Biz insanlar nə isə itirən zaman daha çox qədrini bilmiş oluruq. Biz elə varlıqlarıq ki, bir çox şeyləri növbəti səhərlərə qoyuruq. Bu gün qalsın sabah edərəm fikri ilə yaşayan insanlarıq. Və birdə təsəllimiz var. Məndə də var idi. Alın yazım səhv çıxsın deyə buludlara dua edirdim. Amma Tanrı bir şeyi yazırsa, niyə onu sonradan dəyişmək qərarına sahib olsun ki?! Nə isə... Siyahımda ilk yer alan rəqs etməyi öyrənmək qərarına gəlmişdim. Öncə bir səs yaratdım. Amma bu dünya üçün yox. Öz dünyam üçün. Fərdi bir dünyamın gözəl olduğunu təyin etdim. İçinə biraz musiqi qatdım. Sonra öz dünyamda rəqs etdim. Çıxırdım günortalar küçəyə. Bizim aşağı məhlə də musiqiçilər var idi. Onlar öz dünyalarında ifa edirdilər və mən də öz dünyamda rəqs edirdim. Ancaq bir şey məni təəccübləndirirdi. Ətrafıma toplaşan insanlar mənə baxıb əl çalırdılar. Musiqiçilər sanki, mənim hərəkətlərimə baxaraq musiqini ifa edirdilər. Maraqlıdır, görəsən fərdi dünyamdakı musiqi ilə eyni idi, onların ifa etdikləri?!
Siz bir yaşınızı xatırlayırsınız?! Və yaxudda biraz geriyə gedək. Məsələn: dünyaya göz açdığınız ilk saniyələrə. Xatırlaya bilmirsiniz hə?! Məndə xatırlaya bilmirəm. Ancaq çox istəyərdim xatırlayım. Çünki anamdan bir xatirə görüntü qalmalı idi. Mən anamı və atamı dünyaya gəldiyim ilk saniyələrdə itirdim. Anam, doğum sırasında dünyasını dəyişdi. Atam isə, xəstəxanaya gələn zaman yol qəzasına uğradı və yerindəcə öldü. Mən o, gündən etibarən tək qaldım. Çoxlu insanların olmasına baxmayaraq. Beş yaşında idim. Hər kəs oynayıb qaçırdı. Mənə tək bir şey maraqlı idi. Dünyanın səsi mənim üçün hardadır?!
Velosipedi, çox sevirəm. Bu dünya da etmək istədiklərimi mütləq edəcəm deyə öz-özümə söz vermişdim. Çünki ürəyim dayandıqdan sonra, beynimin bir neçə saniyə daha işləməsi peçmançılığımın nümunəsi olacaqdır. Ən azından etmək istədiklərimi edim ki, peşmançılığın dərəcəsini azaltmış olum. Və mən gecələr ard-arda bir neçə gün velosipedlə şəhərdə gəzdim. Bilisiniz?! Necə maraqlı idi. Çoxlu və tələsən insanlar yox idi.
Əslində, insanların üzünə baxmağı sevirəm. Ən əsasda mənim dilimi bilməyənləri çox sevirəm. Heç, bilmirəm bu sevgi hardandır. Mən gündüzlər şəhərə çıxaraq, tanımadığım insanlarla gülməyə başladım. Əsas odur ki, ürəyimcə gülmüş oldum. Yadıma gəlir bir cütlüyə yaxınlaşmışdım. Mən öz dilimlə danışırdım, onlar isə öz dilləri ilə, yəni dodaqlarını tərpədirdilər. Sonra birdən dayanırdım və gülməyə başlayırdım. Onlarda gülürdülər. Sanki məni başa düşürmüşlər kimi. Sonra bütün insanlarla qucaqlaşırdım. Bu dünyada əbədi qalmayacaq insanları sevmək lazımdır məncə.
Həyatımdan 31 gün getmişdi. Geriyə sadəcə 91 gün qalmışdı. Və mən kitabxanamı artıq yaratmışdım. Bilirsiniz, nə qədər kitablarım var?! Amma çoxusunu paylaşmışam. İnsanlar hələ də qaytarmayıblar kitablarımı. Ancaq buna üzülmürəm. Onsuzda qəbrimə aparan deyildim kitablarımı. Məncə kitabları özümüzdə saxlayaraq onları dustaq edirik. Paylaşdıqda isə başqalarının maarriflənməsinə səbəb oluruq. Mən qərara gəldim ki, öldükdən sonra kitablarımı pulu olmayan insanlara versinlər. Necə ki, orqanlarımı ehtiyacı olanlara köçürəcəklər, eləcə də kitablarımı da paylaşsınlar deyə qərar almışdım. Bu iki əməli bir kağıza yazıb masanın üzərinə qoyacam. Orqanlarım ilə kitablarımı kasıb insanlarla paylaşsınlar deyə.
35-ci günün üzərində idim. Yenə də kitab dükanından çıxırdım ki, bir oğlana dəydim və aldığım kitablar yerə töküldü. Dodaqlarının tərpəndiyini gördüm. Yəqin ki, bağışlayın xanım deyib. Mən sadəcə gülümsədim ona. Və arxamı dönüb getməyə başladım. Küçənin arasına çatanda gördüm kimsə qolumdan tutdu və mənə bir kitab uzatmış oldu. Kitabın üzərində bir not var idi. Sizin səssizliyinizə bir neçə saatlıq qonaq ola bilərəm? Gözlərimi ona tərəf çevirdim və başımla təsdiqlədim. Mənim eşitmək problemimin olduğunu dükançı demişdi. Bunu elə ondan öyrənmiş oldum. Biz o, gündən sonra tez-tez görüşməyə başladıq. Bir-birimizə kitablar hədiyyə edirdik. Söhbətimiz isə bir vərəq üzərində olurdu. Kiçik vərəqlərin içində ünsiyyət qururduq. Yadıma gəlir ilk dəfə yanağımdan öpmüşdü. Çox qızarmışdım onda. Eh... Günlər... Günlər... Çox xoşbəxt idim. Bir anlıq öləcəyimi unutmuşdum. O, mənə rəqs yarışmasında iştirak etməyi təklif etmişdi, bunu çox gözəl xatırlayıram. Məndə ki, ona sürpriz etmişdim. Rəqs etməyi bacardığımı ona məşq etdiyimiz zaman göstərmişdim. Çox təəccüblənmişdi. Biz bir cütlük kimi yarışmada iştirak etdik və hətta 2-ci yerə belə sahib olduq. Həyatım parlayırdı, sevdiyim insan da bu dünya da olmuşdu deyə çox sevinirdim. İki fərqli dil, amma eyni zamanda döyünə bilən ürəklər idik biz. Həyatımın sayılı günlərini unutmuşdum xoşbəxtlikdən. Ancaq onun ölümü hər şeyi yenidən xatırlatdı mənə. Və növbəti sevdiyim insanı itirmiş oldum. Sən demə o, da xərçəng xəstəliyindən əziyyət çəkirdi. 79 gün bitib tükənmişdi həyatımda. Geriyə qalan günlərdə nə isə edəcəyimi düşünmürdüm. Amma gözləmədiyim halda yenidən həyata qarşı parlamağa başladım. Onun ölümündən iki həftə sonra evimə balaca bir qız uşağı gəldi. Bu onun bacısı idi. Gözləri onun kimi parlayırdı. Və sanki onu mənə xatırladırdı. Balaca bacısından mənə danışmışdı. Amma heç görmək qismət olmamışdı. Və elə o gün anası ilə birgə yanıma gəlmişdilər. Həyatımı yenidən canlandırdım. O, balaca qıza rəqs etməyi öyrətmişdim.
122-ci gün...
Sizə hekayəmin son cümləsini 122-ci gündən yazacam. Yəni bu gündən. Mən hal-hazırda sizə hekayəmi danışdım. Sağ qalacağımı düşünməyin, çünki pəncərə qarşısında durub çox pis öskürürəm. İndi birazdan həkimlər gəlib aparacaqlar məni. Zəng etmişdim o, ağ xələtli varlıqlara. Son dəfə bu pəncərəmdən baxıram. Əslində bu pəncərəni həyatla əlaqələndirirəm. Necə ki, burdan məhləmizə baxıram, eləcə də beynim də bir dünyanın görüntüsünü izləmiş haldayam. Və bu görüntü bu gün bitəcək, hiss edirəm.
Əlimə bir çəkic götürdüm. Pəncərənin kənarında dayanıb son dəfə mənzərəni izlədim. Qaçışan buruq saçlı qızcığaz, topunu balaca bir oğlandan ala bilmirdi. Ağlayırdı... Amma çox pis ağlayırdı. Sonra gördüyüm mənzərə dəyişdi. Oğlan qızın topunu geri qaytardı. Və onlar birgə oynamağa başladılar. Həyat bəlkə bizimlə bu cür oynayır. Əvvəlcə ağladır, sonra əzizləyir. Bir şeyi öyrəndim həyatdan. Heç vaxt dəyişməyəcək bir şey var idi. Həyat, elə insanın özü üçün qurduğu bir fikirlərdən ibarət idi. Çəkici havaya qaldırıb, həyatın mənə illərcə vurduğu zərbəni, mən də pəncərəyə vurdum. Qırıq olmuş şüşələr ətrafa saçıldı. Otağımın pəncərəsinin sonu kimi, mən də bu dünyanın sonu oldum.
Ceyhun Məmmədov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Bakı ilə Nitsa arasında birbaşa aviareys açılır?
2015 yaz-yay çantaları
Aslı Enver yenidən ekranlara qayıdır
Azərbaycanda 1500 test keçiriləcək
Kələmli sadə salat(foto resept)
Vivienin bürc illustrasiyaları
Ermənistanın yeni Xarici işlər naziri azərbaycanlı imiş - FOTO
İdman edərək yaddaşınızı gücləndirin.
Cennifer Lopezdən dirək rəqsi – VİDEO
Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya Moskvada Müqəddəs Mələksima Knyaginya Olqa ordeni təqdim edilib - FOTO
"Neftçi"nin yeni baş məşqçisinin adı bəlli oldu
"Matrisa" yenidən çəkilir
"Recep İvedik 5" Azərbaycanda nümayiş olunacaq?
Ev üsulu toyuq kolbasası (foto resept)
Düşməni vahiməyə salan döyüşçü Paşa kimdir?
Qızılca və məxmərək peyvəndi almayanların diqqətinə!
Yeni Maserati GranCabrio
2019-cu ilin ilk TRENDİ
Sentyabr ayı üçün bayramlar və tarixi günlər
Flaşmob sevənlər üçün film
Sinəyə qulluq
Qış xəstəliklərindən qoruyan 3 ərzaq
Kəlbəcər rayonunun Ermənistan tərəfindən işğalından 22 il ötür
Qrip ilə koronavirusun fərqi nədir?
İnsanlıq dərsi: 200 min dollar tapdı və...
Faydalı dizayna malik əşyalar
"Ig Nobel" mükafatı
Qırğızıstanda rus dilinin rəsmi statusu ilə bağlı qərar verildi
Bu qidalar asılılıq yaradır!
“Azərcell” ləğv olunur - SON DƏQİQƏ
Heç nə əbəs yerə yaradılmayıb
Qəbələ rayonuna 2 milyon manat ayrıldı
Diş fırçası insanı infarkt xəstəliyindən qoruyur.
Gimnastika və onun sağlamlaşdırıcı əhəmiyyəti
"Simpsonlar 2" gəlir - 12 illik fasilədən sonra
Ramzan Kadırov Zabit Səmədovu Kikboksinq Klubuna rəhbər təyin edib
20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir
Məşhur aktrisanın toyu oldu
Deniz Seki ana ola bilməyəcək-SƏBƏB
Məktəblərdə qış tətili bu tarixdə başlayacaq
Vanna otağı təmizliyi qaydaları
Aqressiv uşaqları belə yedizdirin
Keçmiş sevgilisi toya gəlinlikdə gəldi-FOTO
Maqnoliya pudinqi (foto resept)
Körpəyə süd verən anaların yeməli olduğu qidalar
Karantin rejiminin hansı halda daha da yumşaldılacağı açıqlandı - RƏSMİ
Düyülü toyuq dolması (foto resept)
NASA həll edə bilmədiyi məsələ üçün tələbələrə 180 min dollar təklif edir
Evdar qadınlara müavinət veriləcək?-Ətraflı
"Qarabağ" tarix yazdı