Saatlarca bir nöqtəyə baxmaq gücünə malikəm. 50 dəfə xəyallarda ölüb, dirilmişəm. Həyatda belə bir şeyin mümkün olacağını bilsəydim, çox şeylərdə risklər edərdim. Və birdə dirildikdən sonra öncəki həyatımdan fərqli yaşayardım. Xəyallarda fərqli yaşayıram. Gah bir gün biznesmen oluram, gah da yazıçı, jurnalist, mühəndis bu sahələrə də sahib olmuş oluram. Xəyallar sərhədsizdir. Həyatım boyunca orda yaşaya bilərəm. Heç qayıtmaram bu dünyaya.
Mən Tanrıyam. Ancaq öz dünyamda. Burda insanları yaratmışam. Müxtəlif cür parkları, mağazaları, binaları və.s yerləri mən inşa etmişəm. Orası dağıla bilərmi?! Dağıla bilər. Mən istədiyim təqdirdə. İstədiyimi edirəm burda. Adam öldürməkdən tutmuş, insanları çoxaltmağa qədər. İstədiyim an yağış yağdırıram. Və mən istədikcə qar da yağa bilər. Burası çox təmizdir. Çünki şəhərin mərkəzində göyərçinlər çoxdur. Dünyamın özü sülh dünyasıdır. Burda dövlətlər yoxdur, müharibələr heç zaman keçirilməyib və keçirilməyəcək də. Ac körpə deyilən bir anlayış mənim dünyamda yoxdur. Hər kəsin əlində bir kitab var. Hamı kitab oxuyur. Ancaq universited yaratmamışam bu dünya da. Çünki insanların zamanları boş-boşuna itsin deyə istəmirəm. Bu dünyada bir tək qayda var. O, da bu qaydadır: Hər kəs istədiyini edə bilər. Hamı idarəçidir.
Şəhərimin sonu yoxdur, hələki. Kainatın genişlənməsi kimi, dünyam da o, СЃür genişlənmə prosesindədir. Bu şəhərdə insanlar bir-birini sevirlər. Qadın və kişi münasibətləri çiçəklərlə əvəz olunur. Bir-birlərinə kitablar hədiyyə edirlər. Sevən şəxslər çəkinmədən öz sevgisini qarşı tərəfə ithaf edirlər. Şəhərimdə yalnız pak və təmiz qadınlar var. Fahişələrin siyahısı yoxdur. Çünki şəhərim sevgi ilə dolu olduğu təqdirdə, pozğunların buranı kirlətməsinə icazə verə bilməzdim. Bu dünyamda heyvanlar çoxdur. Ancaq nə insanlar nə də ki, heyvanlar bir-birlərinə zərər vermirlər. Heyvanları zooparkda saxlamıram. Çünki zoorparka qarşı olduğum üçün, elə bil sahəni tikməməyə qərar vermişəm. İnsanlar və heyvanlar hamısı birlikdə bir-birlərinə mane olmadan gəzirlər.
Dünyamı çox sevirəm. Oranı hər gecə ziyarət edirəm. Səhərlər isə dünyamı tərk etmiş oluram. Ona görə də səhərlərə düşmən olmuşam. Çünki ancaq yuxudan yuxuya dünyamı ziyarət edirəm. Səhər gələn kimi isə yuxudan ayılmağım, səhəri lənətləməyə çevrilir. Mən tənhayam ümumi dünya üçün. Nə dostum, nə sevgilim, nə də ki, valideynlərim var. Qohumlarımdaki hərəsi bir tərəfdə. Heç onlardan səs-soraq yoxdur. Nə isə tənha olmağıma baxmayaraq mən xoşbəxtəm. Öz dünyam var. Dünən axşam bir qadınla tanış oldum. Bu gün gecə də görüşəcəyik. Deyəsən məndən xoşu gəlir. Nə isə... Günüm standart keçir. Səhər dururam, yeməyimi yeyirəm, keçirəm masa arxasına kitabımı yazıram. Arada çıxıram çölə gəzirəm tək-tənha. Axşam saat 23:00-da yatıram. Və hər şey bundan sonra başlayır.
Saat 23:00 Tomi yatmağa hazırlaşır. Yatağa uzanan kimi bir qadın siması gözlərinin qabağına gəlir. Gülümsəyir... Ona doğru yaxınlaşır. Yavaş-yavaş... Tomi deyə pıçıldayır. Mən səni çox sevirəm... Mən səni çox sevirəm... Tomi qızın bədənini görür. Onu qucaqlayır və sonra saçlarını qoxlamağa başlayır. Əllərinə toxunur. Biz xoşbəxt ola bilərik?-Tomi qızdan soruşur.
-Ola bilərik. Özüdə dünyavın ən xoşbəxt şəxsi ola bilərik. Mən səni heç vaxt buraxmaram.
-Sənin adın nə idi?
-Eva… Sadəcə Eva. İndi biz belə klassik söhbətlər edəcəyik?
-Bilməm. Sənin gözlərin niyə bu qədər gözəldir?
-Çünki sən baxırsan. Ona görə belə gözəl görsənir.
İki dodağın bir-birinə toxunuşu nə qədər xoşbəxtlik hissi verə bilərdi?! Qadın xoşbəxtlik hissəsi idi. Mən onu hiss edərək dodaqlarından öpürdüm. Sanki mənim bədənimə bitişik idi. Hal-hazırda xoşbəxtlikdən ölə bilərdim. Ancaq ölə bilmərək, çünki mənim hissəm də öləcəkdir. Yataqda bir-birimizə qucaqlaşmış şəkildə uzanmışdıq. Çılpaq bədənimizi, dizlərimizə qədər yorğan örtmüşdü. Qollarımda yatan bir qadın. Onun nəfəsini hiss edə bilirdim. Gözləri bağlı olduğu təqdirdə də gözəl görsənirdi. Onu heç oyada bilməzdim. Çünki əbədi olaraq qollarımda yatmasını istəyirdim. Saçları, çox gözəl qoxur. Sanki tellərinin arasında itirəm. Deyəsən mən onun sevgisindən ona qarşı sərxoş olmuşam.
08:30... Bir zəngli saatın səsi bu qədər adama lənət oxuda bilərdi. Oyanmağım ilə yataqdan yerə düşməyim bir oldu. Ayağa qalxan kimi öncə yatağa baxdım. Ancaq o, yox idi. Otaqdan tez-tələsik çıxaraq, mətbəxə doğru qaçdım. Amma orda heç kim yox idi. Zala baxdım, hamamın qapısını açıb boylandım. Evin qapısından çölə çıxdım və Eva deyə qışqırdım. Hər şey aydın idi. Axı mən Eva adlı qadına öz dünyamda aşiq olmuşdum. Öz yaratdığım bir qadını sevmək bu qədərmi əzab verə bilərdi?! Yatağıma geri qayıtdım. Amma nə qədər əziyyət çəksəm də yata bilmədim. Öz dünyama qayıtmaq mümkün olmadı. Lənət olsun yuxum yox idi. İndi ancaq gecəni gözləməli idim.
Bir insan nə qədər xoşbəxt ola bilər?! Balaca uşağın əllərini açaraq bax “bu boyda” deməsi qədər heç xoşbəxt deyiləm. Öz yaratdığın sənə nə qədər əzab verə bilərdi?! Həmişəki kimi gecəni səbrsizliklə gözlədim. Saat 23:45-də yuxuya getmişəm bu gün. Bir dünyam var idi. Artıq şəhərim ona bənzəyirdi. Yolun kənarlarındakı reklam bloklarında onun şəkli var idi. Dünyamdan onun qoxusu gəlirdi. Bir parkda skamya da əyləşmiş şəkildə onu gözləyirdim. O, əlində bir kitabla gəldi. Saatlarca o, kitabı oxuduq. Sonra mən onu yelləncəkdə yellətdim. Əl-ələ bütün şəhəri gəzdik. Aylar keçdi... İllər ötdü... Biz evləndik. Bir övladımız oldu. Zaman necə də sürətli keçdi. Ancaq bu zaman yuxunun bir zamanı idi.
Səhər 09:00-da oyandım. Doqquz saatlıq bir yatmağım, 20 ilə bərabər oldu. Ancaq bu yalnız öz dünyama aiddir. Bu dünyada sadəcə 9 saat keçib. Amma öz şəhərimdə 20 il ötdü. Yenidən ölüb, dirilmək nə qədər mümkün ola bilərdi?! Ümumi dünyam üçün ölmək, bir ayılmağa bərabərdi. Bəs yuxuda ölməyim nəyə bərabər olacaqdı?
Mən bəzən nə istədiyimi bilmirəm. Hərdən sinəmin ortasına bir ağırlıq çökür. Sanki görünməz bir əl sinəmə basqınlıq edir. Elə bil heç vaxt bu ağrı keçməyəcəkmiş kimi olur. Hava almaq belə kömək etmir daha. İnsanların siması nə zamana kimi maraqlı ola bilərdi mənə?! Bu gündə həmişəki kimi yatmaq qərarına gəlmişdim. Ancaq fərqli bir vaxt da bunu etmək istəyirdim. Bu dəfə saat 15:00-da yatacaqdım. İki həp yuxu dərmanı qəbul etdim. Və sonra ağ köynəyimi, qalstukumu taxıb, pencəyimi geyinərək yatağıma uzandım. Niyə bunu etmişdim? İnanın ki, məndə bilmirəm. Bəlkə onun reallığını istəyirdim. Bəlkə də sadəcə özümü aldadırdım.
Yuxuya getməyim çox çəkmədi. Bu dəfə onunla fəqli yerdə qarşılaşdım. Öz evimdə. Mənim yanımda uzanmışdı. Gecə idi. Pəncərədən baxaraq ulduzları sayırdıq. Birdən fəlsəfi danışıqlara başladıq. Tanrıdan tutmuş, şeytana qədər hər şeydən danışmağa çalışdıq. O, qədər tez-tez danışırdıq ki, günəş və ay bir-birlərini əvəz edirdilər. Bu danışıqlar nə zamana kimi davam edəcəkdi?! Bilmirdim. Başını sinəmə yastadı. Barmaqlarını mənim barmaqlarımın arasına keçirtdi. Əllərini hissetməyə çalışdım. Dərisi mənə bir təhər gəldi. Sanki qırışmışdı artıq. Və birdən üzünü mənə doğru çevirdi. Yox... Bu ola bilməz. Eva qocalmamalı idi. Qışqırmağa başladım. Göz yaşlarına boğuldum. Sevdiyim qadın qocalırdı. Bu isə sonda ölümü ilə nəticələnəcəkdi. Hardadır o, şəhvətli gözlər deyə bağırmağa başladım. Siması get-gedə dəyişirdi. Hər şey bəlli idi. Eva qocaldı və sıra da ölməyi var idi.
Gözlərimi tez bir şəkildə açdım. Yataqdan duraraq güzgüdə özümə baxdım. Gördüyüm mənzərə məni qorxudurdu. Evanın siması güzgüdə yansımağa başladı. O, gah gülümsəyirdi, gah da ağlayırdı. Sonda iyrənc bir simaya dönüşürdü. Mənə niyə göz vururdu? Əlləri görsənməyə başladı. Mənə gəl-gəl deyə işarə edirdi. Otağımın küncündə bir ovçu tüfəngi var idi. Onu mənə işarə edirdi. Əlimə ovçu tüfəngini götürdüm. Eva birdən gözəlləşdi güzgüdə. Mənə gülümsəyirdi. Siması ancaq birdən dəyişdi. O, yenidən qocaldı. Bu dəfə buna dözə bilmədim və ov tüfəngini Evaya doğru tuşladım. Güllənin səsi divardakı foto şəkli yerə saldı. Güzgü bu zaman paramparça olmuşdu. Mən gözlərimə inana bilmədim. Eva artıq orda yox idi. Gözlərim doldu. Şüşə qırıntılarından birinə baxaraq onu axtardım. Ancaq özümdən başqa heç kimi görmədim. Son ümüdüm tüfəngi çənəmə doğru aparmaq oldu. Şüşə qırıntısında öz görüntümə baxdım. Və acıqlı şəkildə gülümsəyərək tətiyi basdım. Tüfəngin növbəti səsi ətrafı qana bulamağa bəs etdi.
Ceyhun Məmmədov
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Məşhur müğənni ərə gedir
Silahlı Qüvvələr terror aktı barədə bəyanat yaydı
Hazar Amani Sıla haqqında AÇIQLAMA verdi-FOTO
Dünyanın ən kök futbolçuları
Bu gün gənclərin bayramıdır
Tənbəl zəriflərimiz
Çelik konsertinə gələn qızı sevdiyini 27 il sonra etiraf etdi
HAVA necə olacaq?- 3 MAY
Məkkədə QEYRİ-ADİ görüntülər - FOTO
Balıq buğlaması (foto resept)
“İnsan mühəndisi” – orijinal yanaşma və gerçək mesaj
Pensiya ilə bağlı yeni xəbər
Sadə azərbaycanlı ev almaq üçün neçə il ac qalmalıdır?
Beren qayınanasını sildi
Yuxusuna inandı: Lotereyada 500 min dollar qazandı - FOTO
2015-ci ildə hansı hədiyyələri vermək olmaz?
Gəlinlər üçün ayaqqabı modelləri
Azərbaycanda qeyri-adi toy karvanı
Obama müsəlmanları təbrik edib
Real həyat əsasında çəkilmiş filmlər
Ay tutulmasının vaxtı məlum oldu
Samsung yeniliyə sürətlə hazırlaşır
Atamın məhəbbəti
Şəhadətnamə və attestat almaq istəyənlə
Ən ucuz noutbuk təqdim edildi
Futbol azarkeşlərinin peyğəmbər sevgisi
"Bazardan aldım bir dənə, evdə açdım, min dənə":
Günün qoroskopu:Təşkilatçı olun!
Ən populyar şəhər seçildi
Çimərliklərdə nələr qadağandır? - SİYAHI
Heydər Əliyevin vəfatının 10-cu ildönümü ilə əlaqədar məqalə dərc edilib
Saba Tümer paylaşdığı FOTO ilə gündəmdədir
"Rusiyadan silah almağımız onunla izah edilir ki..." - Elmar Məmmədyarov
Siz uşağınızı tanıyırsınızmı?
Riannanın 3 milyon dollarlıq qolbaqları - FOTO
Həzmi çətinləşdirən 4 qida
Arıqlamağa kömək edən salat
Bülent Ersoy vəliəhdini açıqladı - FOTO
Smartfonda istənilən insanı izləmək mümkündür
Körpə dərisi və şirin yuxu
Halvalı keks (foto resept)
Koronavirusa yoluxmuş şəxs bu xəstəxanaya yerləşdirildi
Sabahın HAVAsı
"Yedi numara"nın məşhur aktyoru İLLƏR SONRA-FOTO
Dünyada "Atalar günü"...
Azərbaycanda elektron hərraclar keçiriləcək
Taysonu Çiliyə buraxmadılar
Məşhurların şəkillərini təqlid edən Tom
2013-cü ilin dəbli gəlinlikləri
Qadın bir ayda iki dəfə koronavirusa yoluxdu