Məqaləyə "Təhminə və Zaur" filmindən bir sitatla başlayacağam: "Əsl kişi qadını fahişə edən yox, fahişəni qadın edən kişidir!"
Mənim imanım, pozğun qadını əhv edib, bağışlayan, onu özünə həyat yoldaşı edən kişiləri başa düşəcək qədər kamil deyil! Onları qınamağa haqqım da yoxdur. Allah tövbələri bağışlayan, əhv edən, böyük Allahdır! İnsan oğlu keçmişi pozğun olan bir qadını bağışlayırsa, mənim dərk edə bilmədiyim bir imana malikdir yəqin. Bir çoxlarının "biqeyrət" adlandırmasına, hərdən qulagı "fahişəni arvad eləyib, bu qadından olan övlad nə olar?" sözlərini də eşitməyə qatlaşacaqsa, bununla bir ömür yaşa biləcəksə, nə deyim?.... Amma qadınlardan xahiş edirəm, zirvədən uçuruma gedən bir yol var, fahişəliyə gedən yol. Bir girdab ora süklənməyin, düşünün, Allahdan qorxun! Bu hekayətimin ilk hissəsidir. Bilmirəm dərc olunacaq, ya yox. Dərc olunsa hekayətlərin ardı olacaq. Ayrı-ayrı həyatlardan, reallıqlardan olan acı hekayətlər.
1. "Mən də bir qadın idim." Onunla 15 yaşımda rastlaşdım. Dünyanı anlamırdım. Sevdim, sevildim. Ailəmin razılığını alıncaya qədər 5 il qatlaşdım, vüsala qovuşduq, evləndik. On il birgə yaşadıq... İki övladımız, bir qız, bir oğlan var. Çətin-asan dolanırdıq. Amma nədənsə artıq o məni qane etmirdi...
2. "Qəlbimə hakim olan İblis" Mən gözələm. Hər çölə çıxanda kişilərin diqqətini üzərimdə hiss edirdim. Əvvəllər qulğıma gələn "Nə candı...Heç bundan keçmə" sözləri və bəzən fitli eyhamlara reaksiyam qəzəbli idi. Düşünürdüm: "əclaflaşıb kişilər..." Amma sonra bu sözləri eşitməkdən həzz almağa başladım, nədənsə. Eşitməyəndə darıxırdım. Hətta, mənə diqqət artsın deyə qısa ətək, bacardığım qədər açıq-saçıq geyinirdim... Bəzən diqqət cəlb etmək üçün çantamı təsadüf kimi yerə atır, sonra da əyilib götürürdüm. Axxx, fit gəldi, "Ayy da... Bu nə candı." və sair sözləri indi ürəyimə yağ kimi yayılırdı... Bilmirəm niyə....
3. "Uçurumun önündə" - Bir gözəl oğlan qəlbimə yol tapdı.. Onu görən kimi "vuruldum!" İndi ağlımdakı ancaq o idi...Nə övladlarımı, nə ailəmi düşünür, nə bundan xəbər tutan bacılarımın iradlarını eşidirdim! Elə bilirdim ancaq onunla olmaqdı səadət... O da mənə "gəl səni saxlayacam!" deyəndə sanki ağlımı başımdan almışdı, tilsimləmişdi məni.. Onun evli olduğu, məni ayrı evdə, ikinci "arvad" (əslində məşuqə) kimi saxlamaq fikri, səadətə qovuşmaq, xoşbəxt omaq üçün yeganə yol kimi görünürdü gözümə... Bir zirvədən uçuruma atılan paraşütçünün adrenalin istəyindən də güclü bir istək idi, ürəyimdə, fikrimdə...
4. "Uçurumdan-girdaba, bataqlığa. "Mən hər şeyimi itirməyə göz yumub, məşuqə olmağı seçdim. Səadətimi dəyərləndirə bilmədim...Ilk gün çox sərt, dəlicəsinə sevişəndə düşündüm ki, intizarın alovudur. Hətta bu vəhşi ehtirasdan həzz də aldım. Günlər məşuqumun iç üzünü tez açdı. Məni istifadə edirmiş. Bir əşya kimi. Məni içirdirdi, narkotikə belə öyrətdi. Sonralar isə, daha ağrılısı sonra oldu... Məni pulla qul kimi satdı...Yanıma başqa məşuqlar gətirməyə başladı. Narkotik və içkinin təsirindən ağlım (olmayan ağlım) tam başımdan çıxır, heç nə hiss etmirdim...Amma bir az ayılan kimi bütün hiss etmədiyim ağrılardan betərini hiss edirdim! Alçaldılmış bir əskiyə döndərilmişdim...Gələn ayaqqabısını silir, sonra bir kənara atırdı...
5. "Dəyərsiz varlıq" - Artıq "qiymətim" ucuz idi...Məni heç neçəyə, kimlə oldu görüşdürürdü... Təki pul olsun... Amma gələnlər: "Bu bir ölüdür"-deyə, deyinirdilər, razı qalmırdılar... O məni narkotikdən "hallı" vəziyyətdə maşınla bir meşə kənarına tulladı. Zibil kimi. Yanıma bir uzun ip də atdı. Dedi "ipdən as özünü tryapka." (lazımsız əski parçası)
6. "İntihar məktubu" - Ayıldım. İndi son günahıma, intihar etməyə hazırlaşırdım. İndi yadıma düşdü, atdıgım övladlarım, həyat yoldaşım, yaxınlarımın öyüdləri. Heyhat... Çox gec idi.
Həyat yolumda olanları aramla yaza bilmək üçün damarımı çərtim. Mundarlanmış qanımla bu etirafları yazdım. Sonra tam taqətsiz, ağrı, qorxu belə hiss etmədən ip ilə özümü asacaqdım. Hər şeyi hazırlamışdım. Düzəltdiyim ipi, ayaq altına qoyacağım kötüyü... Ən əsası özümü... Mənim üçün bu həyatda artıq yer yox idi....
P.S. "Bataqlıq" başlığı ilə yazdığım ilk məqaləni çətinliklə də olsa burada bitirdim... Çox qadınlar belə əhvalatı yazdığıma görə məni qınayacaq... Bəlkə kiminisə uçurumdan qaytardım, ya da kimi isə belə yoldan qaytarmaq istəyi ilə yazdım! Allah heç kəsin ağlını başından almasın, pis yoldan qorusun! Amin.
XƏBƏR LENTİ
Novruz haqqında bunları bilirdiniz?
Ukraynada yeni doğulan körpəyə Avromaydan adı verildi
Bakının bu ərazilərində işıq olmayacaq
Bakıda 58 yaşlı qadın ilk dəfə ana oldu
Bu həşəratları öldürərək təbiətə zərər veririk!
Qəhrəman pilotların meyitləri qaytarıldı
Doldurulma toyuq budları (foto-resept)
Yük gəmisini lüks evə çevirdilər - FOTO
İlham Əliyevlə eyni fikirdəyik
Dünyanın "ən istedadlı gənc futbolçular"ı
Jirinovski "erməni genosidi"nə səs verənləri qınadı
İki rəngli piroq (foto resept)
Ferat Üngürü azad etdilər
Mikroblar daha çox əl vasitəsilə yoluxur
Azərbaycan üçün Ramazan və Namaz vidgeti
Övladınıza küsməyin
""Formula-1" yarışları 5 il məcburi keçirilməlidir"
Badamcıq əməliyyatı
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Xəzərdə dalğanın hündürlüyü 5 metrə çatdı - FAKTİKİ HAVA
Müəllimlərin maaşı artdı
Türkiyə prezidentinin bu jesti ermənilərə "tərs şillə" oldu
Hava haqqında
Ürək-damar xəstəliyi cavanlaşıb
"Məni sancmayan ilan, 1000 il yaşasın"
Koronavirusun hava ilə yoluxma ehtimalı açıqlandı
Bakının ilk fontan bağı
Nizami Gəncəvi Qaxda doğulub?
Sabahın HAVAsı
Hava haqqında
Kişilər üçün qol düymələri
Toxunma papaq modelləri
Qadınların "ağ yalanları"
Təhsili olmayan dahilər
Almaniya və ABŞ 1/8 finalda, Ronaldu pərişan
Zamana meydan oxuyan trendlər
Qozlu xarço şorbası
Dünya savaşı başlayır
5 duyğu orqanından əlavə sahib olduğumuz duyğular
“Eurovision” təmsilçimiz Xocalı ilə bağlı klip çəkdirdi - VİDEO
Neslihan:"Qorxularımla üzləşirəm"
Rəngarəng donlar
Tətilin SON GÜNÜ Başa çatır
Mehriban xanım və İlham Əliyev məscidin açılışında-FOTO
Muncuqla işlədiyim tablolar
15 milyon dollarlıq kolleksiya satışa çıxarıldı-FOTO
Mədə sağlamlığı üçün necə qidalanmalı?
Ziyafət donları
Qocalmağı gecikdirən maska.
Sarkisyan təyyarədə müsahibə verdi
- ŞƏRHLƏR