Öz-özünə danışaraq qapının zəngini basdı. Qapını yaşlı bir xanım açdı. Sonaya baxaraq eynəyini gözünə taxdı və həyəcanla :
- “Gülsüm, qızım”
Sonra arxadan bir oğlan səsi eşidildi.
- Nə olub nənə? Kimdi?
Sona nə baş verdiyini başa düşə bilmirdi. Yaşlı qadının çox həyəcanlı olduğunu görüb danışmağa başladı.
- Bağışlayın məni. Mənim adım Sonadır. Anamı axtarıram deyərək boyunbağını yaşlı qadına uzatdı.
Yaşlı qadın boyunbağıya baxaraq gözləri doldu. Sonra isə Sonanı içəri dəvət edərək söhbətə başladı.
Deməli, gəldin. Anan səni gözləyirdi. Mən sənin nənənəm, gözəl qızım. Adım Zəhradır. Bu boyunbağını atan anana almışdı. Ancaq anana verə bilməmişdi. Səni görəndə elə bildim qızım Gülsümdü. Anana çox bənzəyirsən. Bu isə qonşumuzun oğlu Cəmildi. Sağ olsun məni heç vaxt tək qoymur. Nəvəm kimi əzizdi mənə.
- Nənə, anam hanı? Onu görmək istəyirəm.
Nənə göz yaşlarını silərək dilləndi: - Anan dünyasını dəyişib. Gözlə indi gəlirəm.
Nənəni gözləyərkən Sona Cəmilin ona baxdığını hiss etdi. Gah ona baxır, gah da əlində tutduğu şəkilə. Sonra Sonaya yaxınlaşaraq danışmağa başladı:
- Gülsüm xalaya çox bənzəyirsiniz. Əlindəki şəkili göstərərək “- bax, bu ananızın cavanlıq şəkilidir.”
Sona şəkilə nəzər saldıqda, həqiqətən də anasına necə bənzədiyini gördü. Bu günə kimi həqiqi valideynləri sandığı insanlara heç bənzəmirdi. Bu ona qəribə görünürdü. Dəfələrlə valideynlərinə “- niyə Səbinə sizə bu qədər bənzədiyi halda mən sizə heç bir qarış da oxşamıram” deyə, dəfələrlə sual vermişdi. Bir neçə dəqiqə sonra Zəhra nənə otağa daxil oldu.
- Bax, gözəl nəvəm, bu ananın gündəliyidir. Anan bilirdi sənin gələcəyini. Hər gün pəncərədən baxaraq mənə “Ana, bir gün qızım gələcək” deyirdi. Sən gələndə isə bu gündəliyi sənə verməyimi xahiş etmişdi məndən. Burda sənin bütün suallarına cavab var. Get o biri otağa rahat oxu.
- Nənə, mən getməliyəm. Bir gün yenə gələcəyəm. Gündəliyi evdə oxumaq istərdim.
- Bu gün səni heç yerə buraxan deyiləm. Səni neçə il gözləmişəm.
- Axı anam və atam narahat olacaqlar.
- Hava qaralır, mənim balam. Bu gün burada qal. Valideynlərinə zəng et, mən özüm onlarla danışacağam. Sən get gündəliyi oxu və heç nədən narahat olma.
Zəhra nənə Sonanın valideynlərinə zəng edib onları öz şirin dili ilə dilə tutmağı bacardı. Onlar Sonanın gecə orda qalmasına icazə verdilər. Sona anasının gündəliyini oxumaq üçün yan otağa çəkildi.
Gündəliyi açaraq oxumağa başladı.
- “ Salam, mənim gözəl qızım. Bilirdim, gələcəksən. Səni çox gözləyirdim. Ancaq xəstəliyim məni artıq çox yormuşdu. Bilirdim, sən gələndə artıq həyatda olmayacağam. Səni öpüb, qoxlayıb, bağrıma basmağı çox istərdim. Bağışla məni, qızım. Bilirəm, ilk sualın “niyə məni atmısan?” olacaq. Mənə sənin öldüyünü demişdilər...
Atan çox gözəl insan idi. Onunla uzaq qohum idik. Onunla ilk dəfə ad günümdə tanış oldum. Həmin gün iyirmi yaşım tamam olurdu. Nə qədər böyüsəm də atam mənə “balaca qızım” deyərdi. Həm də evin yeganə övladı idim. Çox qohumu tanımadığım üçün atam məni onlarla tanış etmək istədi. Sonda isə Zaura yaxınlaşdıq.
- Qızım, bax bu Zaurdur, çox uzaq qohumuq amma, Zaurun atası yaxın dostum idi.
Ad günü şənliyi artıq bitmişdi. Mən də öz otağımda oturub mənə verilən hədiyyələrə baxırdım. Onların arasında diqqətimi bir hədiyyə çəkdi. Digər hədiyyələrdən çox fərqlənirdi, bəlkə də mənə fərqli gəlmişdi. Üstündə “Gülsüm xanıma sevgilərlə” sonda isə “Hörmətlə Zaur” yazılmışdı. Hədiyyəni açdıqda içində gündəlik gördüm. Bəli, sənin indi oxuduğun gündəlik atanın mənə hədiyyəsidir.
Zaurun özündən on yaş böyük bacısı var idi. Onun haqqında çox eşitmişdim. Eşitdiklərim isə heç də ürək açan deyildi.
Bir gün atam evə sevincək gələrək mənə şad xəbəri olduğunu dedi. Atamın bu sevincinin səbəbi mənə çox maraqlı idi.
- Gəl yanıma, mənim balaca qızım.
- Ata, nə olub? Nə şad xəbərdi elə?
- Qızım, Zaur yadındadır?
- Yadımdadır, ata. Ad günümdə tanış olmuşduq.
- Zaur səni bəyənib. Valideynlərinə də deyib. Sən razı olsan gəlib səni istəyəcəklər.
- Bəs sən necə ata, razısanmı?
- Əsas sənin fikrindi, qızım. Mənim fikrim sənin üçün vacibdirsə, əlbəttəki razıyam. Zaur çox yaxşı oğlandır. Atası da dostumdur.
- Sən razısansa, mən də razıyam, ata.
Atanla 4 ay sonra nişanlandıq. Nişanlı olarkən bacısını da tanıdım. Eşitdiklərim özünü doğrultmuşdu. Almaz bibin məni heç sevmirdi. Zaurla məni görəndə çox qısqanardı. Atanı çox sevərdi. Nəhayət toy günü də yaxınlaşdı. Atam ağlamamaq üçün gözlərini məndən gizlədərdi. Sonda isə dözməyib ağlamışdı. “Balaca qızım, mən sənsiz nə edəcəm? Xoşbəxt ol!” deyərək, alnımdan öpmüşdü. Atam məni buraxmaq istəmirdi, anam onu güclə dilə gətirmişdi.
- Yaxşı, Zəhra xanım, imkan ver, qızımla vidalaşım.
- Heydər, qızın uzağa getmir, burax artıq onu.
Toydan bir həftə keçməmiş çətinliklər başlandı. Bibin həmişəki kimi bizi qısqanırdı. Atan işdən gələn kimi məni ona şikayət edirdi. Zaur məni çox sevirdi və bacısının da xasiyyətinə çox yaxşı bələd idi.
Almaz bibin Zauru özü böyütmüşdü. Onlar balaca olanda valideynləri qəzada vəfat etmişdi. Bibin atanı yad əllərə verməmək üçün hətta ailə həyatı da qurmamışdı.
İki ay keçmişdi. Oktyabr ayı idi. Həmin gün hamilə olduğumu bildim. Çox xoşbəxt idim. Bu xəbəri atana deyəndə çox həyəcanlanmışdı. Bir neçə dəfə “- Mən ata olacağam” təkrar edərək bacısına bu şad xəbəri vermişdi. Bibin üzündəki süni gülümsəmə ilə qardaşını təbrik etmişdi.
Qarşıda məni nələr gözləyirdi, bilmirdim. Bibinin dəyişəcəyini düşünmüşdüm, ancaq bu belə olmadı. Artıq hamiləliyimin səkkizinci ayında idim. Bir gün qapı döyüldü. Bibin yatdığından qapıya mən yanaşdım. Qapını döyən Orxan idi, atanın yaxın dostu.
- Salam, Gülsüm bacım. Almazı çağırardınız, zəhmət olmazsa. Çox həyəcanlı görsənirdi, əlləri- ayaqları əsirdi.
- Almaz yatıb. Nəsə baş verib? Mənə deyin.
- Yox.. Almaz xanımı çağırın. Sözümü ona demək istəyirəm.
- Gülsüm kimdi? Nə olub?
- Buyurun, Almaz xanım gəldi. Sözünüzü deyin.
- Ay Orxan, xoş gəlmisən, keç içəri.
Orxan içəri keçərək Almazla qonaq otağına daxil oldu. Orxan bibindən qapını bağlamasını xahiş etdi. Bilmirəm, içəridə nə söhbət edirdilər. Almazın qəfil qışqırıq səsi məni qorxutdu.
- Aman Allahım. Bu nədi başımıza gəldi. Mənim yeganə qardaşım. Ola bilməz. Yalandı.
“Qardaşım” sözünü eşidəndə tez qonaq otağına doğru qaçdım. Orxan Almazı sakitləşdirməyə çalışırdı. Nə baş verdiyini anlamırdım.
- Orxan, nə olub?
Orxan sualıma cavab vermək istəyirdi ki, birdən Almaz iri addımlarla üstümə gəlməyə başladı.
- Nə baş veribsə, hamısı sənin üstündə olub. Qardaşım sənin üçün hədiyyə almaq istəyirmiş. Buna görə də işdən icazə alıb. Yolda isə onu maşın vurub. Hamısını sən eləmisən! Günahkar sənsən! Qardaşım, canım. Artıq həyatda yoxdur (Hönkürtü ilə ağlamağa başladı).
Eşitdiklərimə inana bilmirdim. Yerimdə donub qalmışdım. Birdən gözlərim qaraldı. Başım döndü. Orxan cəld mənim qolumdan tutdu.
- Haradadır?
- Necə?
- Zaur haradadır?
- Xəstəxanadadır. Həkimlər bacardıqlarını etdilər. Amma alınmadı, güclü qanaxması var idi.
Orxan bizi xəstəxanaya apardı. Ağlamaqdan gözlərim şişmişdi. Sonra isə halım pisləşdi, məni əməliyyatxanaya apardılar. Həmin gün sən anadan oldun. Səkkiz aylıq. Almaz bibin sənin ölü doğulduğunu dedi. İnanmırdım. Sənin ölməyinə inanmırdım. Eyni gündə həm atanı, həm də səni itirə bilməzdim. Sən atandan mənə qalan yeganə xatirə idin.
Xəstəxanadan çıxmışdım. Bibin məni günahlandırmaqda davam edirdi.
- “Çıx get bu evdən. Səni bu evdə görmək istəmirəm. Sən qardaşımı öldürdün. Rədd ol buradan” deyərək məni qapıdan çölə atmışdı. Ağlaya-ağlaya evimizə gəlmişdim. Atam məni görüb hər şeyi anlamışdı.
Ardı var...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
64 kiloqram arıqladı kimsə tanımadı-FOTO
Azərbaycan daha bir ölkədə səfirlik açır
Sevdiyiniz dırnaq boyası hansıdır?
Minlərlə insan qorxub: hər tərəf küldür
Hacı İsmayılovun doğum günüdür
Çox yatan tez ölür
10 yaşlı Mikaylın istedadı hər kəsi heyran etdi-FOTO
İlin son günləri Azərbaycanda hava şəraiti necə olacaq?
Yadplanetlilərlə görüşə hazırsınız?
Facebook hesabınızı bağlayın
Bakı Xoreoqrafiya Akademiyası yaradılır – SƏRƏNCAM.
"Gənclər, aldanmayın!" - ÜST XƏBƏRDARLIQ etdi
"Twitter" istifadəçilərinə xoş xəbər
Müdhiş layihə - Kosmik internet!
Ləzzətli toyuq (foto resept)
Qoltuqaltındakı qaraltını necə aradan qaldırmalı?
Güllü və fıstıqlı keks ( foto resept)
Hande Yener ərə gedir?
Sağlam bəslənmə pəhrizi (2)
Göz ətrafı qırışlar üçün krem
Badambura (foto resept)
Repetitorlar bu məsələyə diqqət etməlidir - VİDEO
Prezidentdən manat açıqlaması
Bu şəxslərə XƏBƏRDARLIQ: Sabahdan...
Bilmədiklərimizi bilək (II hissə)
Yeni cərimələr təsdiq olundu - Xəbəriniz olsun!
Vilayət Eyvazovdan yeni TƏYİNAT
Ağciyərlərdə problem olduğunu göstərən 4 işarə
Kristina Agileradan gözlənilməz açıqlama
Düşmən mədəniyyət nümunələrimizi hərraclarda satır - RƏSMİ
2 ilə 230 kiloqram arıqladı - inanılmaz fotolar
Kosmetik preparatlar
Yaz qarderobunun əvəzedilməz 4 trendi
"Azərbaycanda boşanmaların sayı artır"
Hamiləlik zamanı cinsi münasibətlər
Qıvrım saçlı xanımların diqqətinə
Ronaldu Messi ilə İnyestaya qalib gəldi
Hava haqqında
Dünya tibbində İLK - FOTO
Kokos suyu sağlamlığın unikal iksiridir
Günün ulduz falı
Toyuq ətli tərəvəz salatı (foto resept)
Muradla Aslının ayrılmasının pərdəarxası
Dünyanın ən nüfuzlu insanlarının siyahısı açıqlandı - Fotolar
Uğurlu ünsiyyət üçün
Çox yatmaq beyini zəiflədir
"Azərbaycan qadınları kimi gözəl ikinci "zərif millət" yoxdur"
Bülent Ersoy Eylül Metini məhkəməyə verdi-SƏBƏB-FOTO
Stresdən xilas olmağın yolları
Balqabaqlı sıyıq(foto resept)
- ŞƏRHLƏR