Hindli bir müdriklə tələbələri gəzişərkən Qanq çayının sahilində bir-biri ilə hirslə qışqıran ailə görürlər.Tələbələrinə dönüb " insanlar niyə bir-birləri ilə qışqıraraq danışarlar? " deyə sual verir.Tələbələrdən biri " çünki səssizliklərini qoruya bilmirlər və özlərini itirirlər " deyir.Müdrik " axı hirsləndiyimiz insan yanımızda ikən niyə qışqıraq? O adama demək istədiklərimizi daha alçaq səslə də deyə bilərik elə deyil mi? " deyə təkrar soruşur.
Tələbələrindən səs çıxmadıqda isə izah etməyə başlayır: " İki insan bir-birlərinə qəzəbləndiyi zaman qəlbləri bir-birindən uzaqlaşır. Bu uzaq məsafədə bir-birlərini səslərini çatdırmaq üçün qışqırmaq məcburiyyətində qalırlar. Nə qədər çox hirslənib qəzəblənsələr aradakı məsafəni azaltmaq üçün bir o qədər çox qışqırırlar. "
-"Yaxşı, bəs iki insan bir-birini sevərsə, necə? "
-" Bir-birlərinə qışqırmaq yerinə sakitcə danışarlar, çünki ürəkləri bir-birinə yaxındır, arada məsafə ya yoxdur ya da çox azdır."
- " Yaxşı, iki insan bir-birini daha da çox sevsə, necə? "
-"Artıq danışmazlar, yalnız fısıldaşırlar, çünki qəlbləri bir-birlərinə daha da yaxındır, artıq bir müddət sonra danışmalarına belə gərək qalmaz. Yalnız bir-birlərinə baxmaqları kifayət edər. Bax bir-birini gerçək mənada sevən iki insanın yaxınlığı belə bir şeydir. "
Daha sonra müdrik tələbələrinə dönüb davam edir:
" Bu səbəblə mübahisə etdiyiniz zaman qəlbləriniz arasına məsafə girməsinə icazə verməyin. Aranıza məsafə qoyacaq sözlərdən uzaq durun. Əks halda məsafənin artdığı elə bir gün gəlir ki, geriyə dönüb bir-birinizə yaxınlaşacaq yolu tapmaya bilərsiz. "
Bəzən qışqırmaq, birilərinin xətrinə dəymək o an üçün bizi sakitləşdirə və ya haqlı olduğumuzu düşündürə bilir. Lakin sonradan yaranan peşmançılıq ağrılı olur.
Kaş ki, məsafələri artırmadan peşmanlıq, qəlb qırmadan yaşamağa davam edə bilsək...
Nurlanə İbrahimli
XƏBƏR LENTİ
Namaz və onun qaydaları (7-ci hissə)
Bu ayların dərs proqramları qəbul imtahanına salınmaya bilər - RƏSMİ
Kafe və restoranlar bağlanır - RƏSMİ
Qlütensiz kotlet (foto resept)
9 hərəkətlə arıqla!
Çörçilin əsəri rekord qiymətə satıldı
Dərin yuxuya getməyin yolları
Azərbaycana qar, şaxta qayıdır
Qat-qat xəmirdən fiqurlu peçenyelər
Maraqsız verilişlər adamı kökəldir
Günün qoroskopu: münasibətlərdə ciddi problem yarana bilər
Coronavirus körpələrə "toxunmur"-SƏBƏB
Mikayıl Cabbarov rektorlar barədə
Zakir Həsənov həkimləri cəbhədə topladı
Adriana Limanın pəhriz siyahısı
Yeni evlənən kral BOŞANIR-SƏBƏB
Çoxuşaqlı ana sadə qaydaya əməl etməklə 45 kq arıqladı - FOTO
Aparıcı canlı yayımda rüsvay oldu-VİDEO
Serenay Sarıkaya tənqid olundu-SƏBƏB/FOTO
Sabahın HAVAsı
Bakı, Sumqayıt və Abşeron yollarındakı karantin postları ləğv edildi - RƏSMİ
Göz qurumasına səbəb olan faktorlar
Yeni orfoqrafiya lüğəti nəşrə hazırdır
Neslihan izləyicilərini SEVİNDİRDİ
Çayın xeyiri və ziyanı
Selena Gomez yeni FOTOları ilə TƏƏCCÜBLƏNDİRDİ
Ayaqlara gözəl forma verən 3 idman hərəkəti
İnstaqram fenomeni olmaq istədi - borca düşdü
Evdən işləmək nisbəti artırılsın - Xəbərdarlıq
Bu ölkə Putinlə savaşa girir?
Ermənilər Cocuq Mərcanlını atəşə tutdu: Yeniyetmə yaralandı - RƏSMİ
Midi ətəyiniz varsa
Onlar “Survivor 2021”-də yarışacaqlar - FOTO
YouTube-da yenilik var
Şəkər uşaqların hisləri ilə oynayır
Hikmət Hacıyev: “Ermənistan Azərbaycanın mülki əhalisinə qarşı yeni hərbi cinayətlərə zəmin hazırlayır”
Kərə yağı adı ilə satılan yağlar ziyanlıdır? - RƏSMİ AÇIQLAMA
Zükerberqdən 3 milyard dollarlıq xeyriyyə
Kredit faizləri aşağı düşəcək - YENİLİK
Mehriban xanım və Leyla Əliyeva uşaqları sevindirdi-FOTO
Ərəb çempion Ferrari-sini qızılla örtdü
Günün qoroskopu: münasibətlərin bütün incəliklərini anlamaq çətindir
İtlərin küçəyə çıxarılması ilə bağlı RƏSMİ AÇIQLAMA
Naringili peçenye (foto resept)
Vicdan nədir?
Uşağın əmziyi özündən böyük problemə dönərsə...
Ancelina Coli və Bred Pittin övladları nənələri ilə görüşmürlər
Anar Eyvazov: “Düşmənin 30 il ərzində qurduğu istehkamlar dağıdılıb”
Afina
Qaşların və kirpiklərin rənglənməsi uzadılması(1)
- ŞƏRHLƏR