
Kənd Təsərrüfatı Nazirliyinin (KTN) şöbə müdiri Sabir Vəliyev Azərbaycana, əsasən xaricdən gətirilən meyvə-tərəvəzlərin dadsız olmasını bildirir: “Yerli məhsullarla müqayisədə onların dadında fərq çox böyüküdür. "Ekoloji təmiz kənd təsərrüfatı məhsulları" haqqında qanun qəbul edilib. Həmin qanunda (Geni Modifikasiya Olunmuş) GMO qadağan olunması haqqında maddə var. Laboratoriyalarda yoxlamadan sonra elə meyvələr Azərbaycana gətirilə bilməz”.
Sabir Vəliyev Fransadan gətirilən almaları yerli məhsulla müqayisə edib. KTN rəsmisi xarici almaların yerli məhsullara nisbətən 5 dəfə böyük olduğunu bildirsə də dadına görə, bizim almalardan xeyli dadsız olduğunu qeyd edir. “Bizə İrandan kartoflar gətirilir. Ancaq onları insan yeyə bilməz, həmin kartoflar heyvanlar üçündür. Bu cür meyvə-tərəvəzə ammonium nitrat (HN4NO3) maddəsi vurulur ki, bu da meyvələri şişirdir. Əslində isə həmin meyvələrin tərkibində zəhər yaranmış olur. Əhali bu cür mevyələri almamalıdır. Becərilmə vaxtı hədindən çox ammonium nitrate vurulan meyvələrin satışına qadağa qoyulmalıdır”, - deyə Sabir Vəliyev qeyd edib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevisə bütün bitkilərə az miqdarda gübrə vurulduğunu bildirir.“Sanitarlar xiyar-pomidor, çiyələklərdə yoxlamalar aparıblar. Nitratların nə qədər toplanmasını yoxlayıb, yəni elə bir artım müşahidə olunmayıb. Laboratoriyalarda yoxlanılır, bazarlarda da nəzarətçilər olur, sanitar xidmətin əsas işi bundan ibarətdir. Bundan başqa, hər bir bazarda sanitar xidmətin nümayəndəsi var. Hətta indi elə aparatlar var ki, onları pomidara yaxınlaşdıranda cihaz elə ordaca təyin edir ki, o isfadəyə nə qədər yararlıdır ya yox”, - deyə Murtuzəli Hacıyev qeyd edib.
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli bazarlarda satılan meyvə-tərəvəzlərin dadsız olmasını etiraf etdi. Ekspert bunu meyvələrin mövsümi gəlib çatmamış satışı çıxarılması ilə əlaqələndirdi. “Mövsümi çiyələklər həm balaca olur. Bundan başqa onları uzun müddət saxlamaq mümkün olmur, yetişən kimi onu satmaq lazımdır”, - deyə Vahid Məhərrəmli bildirib.
Vahid Məhərrəmlinin sözlərinə görə, aqrar sahədə ciddi problemlər var. Bazarlardakı iri və dadız çiyələklər iqtisadi cəhətdən mənfətli olduğu üçün fermerler buna üstünlük verirlər. “Burada başqa bir məsələ də var. İndi bitkilərdə həm zərərvericilər, həm də xəstəliklərin sayı artıb. Onlara qarşı mübarizə aparmadan da bitki yetişdirmək olmur. Pestisid istifadə etmədikdə ən isə məhsul və bitkilərə zərər dəyir”, - deyə ekspert bildirib.
Bir ara bazarda faraş kartofun 1 kq-ı 4 manata satılırdı, sonra 3 manat, daha sonra 1 manata, mövsümündə isə 30 qəpiyə düşəcək. Məhsula istehsal zamanı miqdarından artıq nitrat vurmaq olmaz. Bu həm onun keyfiyyəti, həm də kəmiyyətinə təsir edir. Kənd Təsərrüfatı eksperti bunu sadə insanın bilməsinin qeyri-mümkün olduğunu deyir. Meyvələrin zərərli olmasını laboratoriya şəraitində bilmək olar. Ekspert açıqlayır ki, əgər meyvə-tərəvəz yetişdirilən zaman aqro-texniki qaydalara pozulmursa, heç bir təhlükə ola bilməz. Bütün bitkilərə mineral gübrə - azot gübrəsi verilir. Azot gübrəsi isə həm bitkini böyüdür, həm də məhsulu bol verir. Məsələn, pomidoru əvvəllər kəsəndə hamısı eyni rəngdə olurdu, amma indi kəsəndə içində ağ xətt olur. Bu, ona nitratın çox vurulması ilə əlaqədardır. Çiyələk satışı ilə məşğul olan cəlilabadlı fermer Xanağa kişi isə deyir ki, o yerli çiyələk yetişdirsə, onlara gübrə vurmur. Xanağa kişi çiyələyə çiləmə üsulu ilə dərman vurulduğunu deyir.

XƏBƏR LENTİ
Şəkər xəstələri üçün ağıllı linzalar
Murat Bozla Aslı Enver Yenə AYRILDI-SƏBƏB
Hamilələr necə yatmalıdır?
Sabah bu yolda hərəkət məhdudlaşdırılacaq
Mehriban Əliyeva şəhid olan 12 hərbçi ilə bağlı Heydər Əliyev Fonduna tapşırıq verdi - VİDEO
Şəhzadə Harry və Meghan körpələrinə 1 milyon xərclədilər
Havalar soyuyur, yağış yağacaq
Samsung Chromebook 2 təqdim olundu
Yıldız Tilbe Donuz Qripindən danışdı
Çiyələk görünüşlü sadə salat (foto resept)
Rusiya Suriyanın müdafiəsini "S-300"lə gücləndirir
Hədəfdə Android-dir
Rusiyanın ən yaşlı sakini öldü - 128 yaş...
Bakının boş küçələri
700.000 il əvvəl insanların gəmi səfəri
İki həftəyə 9 kilo arıqladı
Ayasofyada şəkil çəkdirən balerina axtarışa verildi-FOTO
Tramp: “ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə asanlıqla nail ola bilər”
Dişlərinizi gücləndirən 5 qida
Bülent Ersoy heyvansevərləri təhqir etdi-FOTO
Bu günün hava proqnozu
Bakı küçələrini klassik avtomobillər bəzəyəcək
Kan film festivalı; Qırmızı xalça
Bakıda kirayə evlər ucuzlaşdı - QİYMƏTLƏR
Azərbaycanda orta məktəb niyə bağlandı?
1474 müəllim müsabiqə ilə işə qəbul olunub
Əli Əsədovdən peşə təhsili ilə bağlı VACİB QƏRAR
Yumurta sevməyən uşaqlar üçün dizaynlar
Almaniya kuboku: Türk futbolçu matçın qəhrəmanı oldu, "Bavariya" qalib gəldi
"Körpə ayı" tortu (foto resept)
Qubada şəhid olan hərbi qulluqçu dəfn edilir
Düşmənin digər atəş nöqtəsi də yerləyeksan edildi - VİDEO
Uşaqlar üçün toxunma əl işləri
Bu gecə Ay qan rənginə boyanacaq
Şahzadə Harri və Meqanın körpəsinin adı açıqlandı-FOTO
Çay gözəlləşdirir
Esra Erola 5 illik həbs cəzası
Hikmət Hacıyev şəhidimiz barədə: “Etnik rus kimi çoxmədəniyyətli Azərbaycanın qürurlu vətəndaşı idi”
Trend: sürüşkən donlar
Dəri rənginə görə pomada seçimi necə olmalıdır?
"Ermənilər Azərbaycanda gücsüzlüklərini göstərirlər"
Şaxta olacaq, qar yağacaq
Acun Ilıcalı 51 yaşını 3 qitədə qeyd etdi-FOTO
Cəbhədə vəziyyət gərginləşdi
Varlı ərin C vitaminindən belə faydalı olmasının 11 sübutu
Mehriban Əliyeva: “Biz Şuşamızı qaytardıq”
Di Kaprio dövlət başçılarını qar bəbirlərini qorumağa çağırır
Mədə yanması
Gürcü nazir İrəvanda Azərbaycandan danışdı
Buz otellər

- ŞƏRHLƏR