Qadin.NET / Hansını seçək: gözəl görünüşlü dadsız, yoxsa kələ-kötür ləzzətli meyvəni?

Hansını seçək: gözəl görünüşlü dadsız, yoxsa kələ-kötür ləzzətli meyvəni?

 

Anspress xəbər verir ki, 28 yaşlı Kəmalə Məlikovanın ən sevdiyi meyvə çiyələkdir. Kəmalə çiyələk çıxanda xüsusi olaraq bazara gedərək 2 kq iri çiyələk alıb. Gənc qız bazarda ən iri və gözəgəlimli çiyələk satılan piştaxtanın yanında dayanıb. Kəmalənin fikrinə görə, ən ləzzətli çiyələk elə görünüşcə ən qəşəngidir. Ancaq onun bu mülahizəsi evdə çiyələyi yuyaraq süfrəyə qoyduğu anda puça çıxdı. Ailə üzvləri əvvəlcə çiyələyin görünüşünü o ki var təriflədikdən sonra ondan daddıqdan sonar tamsızlığından şikayət etməyə başladılar. Bəli, çiyələk xarici görünüşcə nə qədər gözəl görünürdüsə, dadı da bir o qədər yox idi.

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) şöbə müdiri Sabir Vəliyev Azərbaycana, əsasən xaricdən gətirilən meyvə-tərəvəzlərin dadsız olmasını bildirir: “Yerli məhsullarla müqayisədə onların dadında fərq çox böyüküdür. "Ekoloji təmiz kənd təsərrüfatı məhsulları" haqqında qanun qəbul edilib. Həmin qanunda (Geni Modifikasiya Olunmuş) GMO qadağan olunması haqqında maddə var. Laboratoriyalarda yoxlamadan sonra elə meyvələr Azərbaycana gətirilə bilməz”.
Sabir Vəliyev Fransadan gətirilən almaları yerli məhsulla müqayisə edib. KTN rəsmisi xarici almaların yerli məhsullara nisbətən 5 dəfə böyük olduğunu bildirsə də dadına görə, bizim almalardan xeyli dadsız olduğunu qeyd edir. “Bizə İrandan kartoflar gətirilir. Ancaq onları insan yeyə bilməz, həmin kartoflar heyvanlar üçündür. Bu cür meyvə-tərəvəzə ammonium nitrat (HN4NO3) maddəsi vurulur ki, bu da meyvələri şişirdir. Əslində isə həmin meyvələrin tərkibində zəhər yaranmış olur. Əhali bu cür mevyələri almamalıdır. Becərilmə vaxtı hədindən çox ammonium nitrate vurulan meyvələrin satışına qadağa qoyulmalıdır”, - deyə Sabir Vəliyev qeyd edib.
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevisə bütün bitkilərə az miqdarda gübrə vurulduğunu bildirir.“Sanitarlar xiyar-pomidor, çiyələklərdə yoxlamalar aparıblar. Nitratların nə qədər toplanmasını yoxlayıb, yəni elə bir artım müşahidə olunmayıb. Laboratoriyalarda yoxlanılır, bazarlarda da nəzarətçilər olur, sanitar xidmətin əsas işi bundan ibarətdir. Bundan başqa, hər bir bazarda sanitar xidmətin nümayəndəsi var. Hətta indi elə aparatlar var ki, onları pomidara yaxınlaşdıranda cihaz elə ordaca təyin edir ki, o isfadəyə nə qədər yararlıdır ya yox”, - deyə Murtuzəli Hacıyev qeyd edib.
Kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli bazarlarda satılan meyvə-tərəvəzlərin dadsız olmasını etiraf etdi. Ekspert bunu meyvələrin mövsümi gəlib çatmamış satışı çıxarılması ilə əlaqələndirdi. “Mövsümi çiyələklər həm balaca olur. Bundan başqa onları uzun müddət saxlamaq mümkün olmur, yetişən kimi onu satmaq lazımdır”, - deyə Vahid Məhərrəmli bildirib.
Vahid Məhərrəmlinin sözlərinə görə, aqrar sahədə ciddi problemlər var. Bazarlardakı iri və dadız çiyələklər iqtisadi cəhətdən mənfətli olduğu üçün fermerler buna üstünlük verirlər. “Burada başqa bir məsələ də var. İndi bitkilərdə həm zərərvericilər, həm də xəstəliklərin sayı artıb. Onlara qarşı mübarizə aparmadan da bitki yetişdirmək olmur. Pestisid istifadə etmədikdə ən isə məhsul və bitkilərə zərər dəyir”, - deyə ekspert bildirib.
Bir ara bazarda faraş kartofun 1 kq-ı 4 manata satılırdı, sonra 3 manat, daha sonra 1 manata, mövsümündə isə 30 qəpiyə düşəcək. Məhsula istehsal zamanı miqdarından artıq nitrat vurmaq olmaz. Bu həm onun keyfiyyəti, həm də kəmiyyətinə təsir edir. Kənd Təsərrüfatı eksperti bunu sadə insanın bilməsinin qeyri-mümkün olduğunu deyir. Meyvələrin zərərli olmasını laboratoriya şəraitində bilmək olar. Ekspert açıqlayır ki, əgər meyvə-tərəvəz yetişdirilən zaman aqro-texniki qaydalara pozulmursa, heç bir təhlükə ola bilməz. Bütün bitkilərə mineral gübrə - azot gübrəsi verilir. Azot gübrəsi isə həm bitkini böyüdür, həm də məhsulu bol verir. Məsələn, pomidoru əvvəllər kəsəndə hamısı eyni rəngdə olurdu, amma indi kəsəndə içində ağ xətt olur. Bu, ona nitratın çox vurulması ilə əlaqədardır. Çiyələk satışı ilə məşğul olan cəlilabadlı fermer Xanağa kişi isə deyir ki, o yerli çiyələk yetişdirsə, onlara gübrə vurmur. Xanağa kişi çiyələyə çiləmə üsulu ilə dərman vurulduğunu deyir.

Mənbə: Milli.Az

 

18 iyun 2014
GO BACK