Sahiblə telefon söhbəti çox qısa oldu.Talehə verilən müddətin başa çatdığını xatırladaraq ya pulu bütöv, ya da iki ayın fazini (400 dolları) gətirməsini deyib dəstəyi asdı.Talehin deyiləcək sözü onsuz da yox idi.Anasına pulu bir tanışından aldığını, işə düzələndən sonra qaytaracağını demişdi.Zemfira da ona inanıb hətta borc verən “tanışına” çoxlu dua da etmişdi...Göz yumub açınca iki ay beləcə gəlib keçdi.Gəlib Sahibgilə çatdı.Həyətdə ondan başqa bir neçə gənc də vardı.Yenə həmin qulluqçu qadın gəlib onları Sahib müəllimin qəbuluna apardı.Amma bu dəfə üçüncü mərtəbənin ən sonuncu otağına deyil, həyətdə, evin arxa tərəfindəki, ilk baxışdan diqqət cəlb etməyən, boz rəngli dəmir qapını göstərib getdi.Görünür həyətin ən görünməz, gizli hissəsi olan bu yer elə gizli söhbətlər üçün imiş.Bəs bu adamlar kimdir görəsən?Yoxsa pulu gətirmədiyinə görə onu cəzalandıracaqlar?Bu fikirlərlə boz qapının yanına çatanda həyətdə ondan əvvəl gələn gənclərdən biri qapını yavaşca döyüb daha sonra qapını açdı.Üçüncü mərtəbənin axırıncı otağında olduğu kimi uzunsov stolun arxasında şüşəsi tünd eynəkli Sahib müəllim əyləşmişdi.Sahibə “müəllim” deyəndə içindən kinayə qarışıq bir qəzəb hissi keçdi.
Onun zəhmətkeş, alnının tərilə qazanan, son vaxtlardasa təmənnasız (aylardır maaş almasa da işdən qalmayan) xalqının balalarına xidmət edən mərhum atası və onun kimi vicdanlı iş yoldaşları da bu adı daşısın, faizlə camaatın qanını “içən” Sahib kimilər də? “Müəllim” deyiləndə atasını xatırlayırdı həmişə.”Müəllim” sözü onun üçün “Müqəddəs insan “ sözünün sinonimi idi.İndi bu ad gör kimlərə deyilir?Evində qulluqçularının sayı bilinməyən Sahib “müəllim”ə.Bir neçə dəqiqədən sonra onun ölümünə fərman verəcək Sahibə...
Amma Sahib Talehi heç də onun düşünsüyü kimi qarşılamadı.Əksinə onun çıxılmaz vəziyyətindən, “əliboş” gəlməsindən çox razı idi.Taleh deyəndə ki, pulu düzəldə bilməyib,-Sahibin əhvalı heç də dəyişmədi:
-İndi camaatın çoxunun vəziyyəti səndən yaxşı deyil.İş yox.Olanlarsa maaşını vaxtında almırlar.Maaş da bir həftəyə güclə bəs edir.Sənə nə qədər möhlət versəm də borcunu qaytara bilməyəcəksən. Bilirəm.
-...
-Sənə bir təklifim var.
Sahibin onu belə sakit qarşılaması, halını heç pozmaması Talehə çox qəribə gəlsə də onun təklifinin nə ola biləcəyini düşünürdü.
-Mənin cangüdənim ol.
-Axı...Mən.
-Bilirəm, bu işin nədən ibarət olduğunu bilmirsən.Öyrənərsən.İndi bütün iş adamlarının cangüdəni var.Mənim də vardı, xoşuma gəlmədi, işdən çıxardım.Talehin əzələli bədəni, enlikürək, hündür boyu cangüdən olmasına imkan versə də eşitmişdi ki, onlar bütün günü işdə olurlar.Buna görə ürəyincə olmadı bu təklif.Bəs anası?Yazıq arvad yenə evdə tək qalacaqdı?Amma Talehin başqa yolu gox idi.O indi tamamən Sahibdən asılı idi.
-Razıyam.Bəs iş vaxtım nə qədər olacaq?
-Elə günlər olacaq ki, bütün gün-gecə də, gündüz də iş başında olacaqsan.Elə günlər də ola bilər ki, sənə istirahət verəcəm.Sənin borcun gördüyün ilk işdə silinəcək.
-Bəs işim nədən ibarət olacaq?
-Bu gördüyün gənclər sənin köməkçilərin olacaq.Soltan (22-23 yaşlarında hündürboylu, qarayanız oğlan idi), Arif(orta boylu, 25-30 yaşlarında olardı),Seymur (20-25 yaşlarında sarışın,dolubədənli, qıyıqgözlü idi).Əlavə köməkçilər lazım olsa onlar tapacaq.
-Cangüdənə bu qədər köməkçilər niyə lazımdır axı?
-Bu iş sənin bildiklərinə bənzəməz.Burda ölmək də var, lazım gəlsə öldürmək də.Ölmək istəmirsənsə öldürməlisən.Bunu da tək edə bilməzsən.
Taleh qulaqlarına, eşitdiklərinə inana bilmirdi.Onun bildiyinə görə cangüdən hər zaman qoruduğu insanın sağlamlığna, həyatına təhlükə yaranarsa özünü qabağa verib onu qorumalıdır.Bu zaman o yaralana, hətta ölə də bilər.Bunları filmdə də görmüş, başqalarından da eşitmişdi.Amma cangüdənin kimisə öldürə biləcəyini düşünməmişdi.Cangüdən can qoruyan idi, can alan yox-o belə bilirdi.
-Nə fikrə getdin?Yoxsa qorxdun?Qərarını indi de.Razısansa get evə, dincəl.İş olanda səni çağıracağıq.
-Razıyam.Amma başa düşmədim.Necə yəni “iş olanda”?Sizi qorumaq hər gün lazım deyilmi?
-Mən dedim axı bu iş başqa işlər kimi deyil.Yavaş-yavaş öyrənərsən.Uşaqlar da sənə başa salar.
Sahibgildən çıxanda “uşaqlar” da onunla bərabər çıxdılar.Yaxınlıqdakı bir kafedə oturub tanışlıq söhbətinə başladılar.
Soltan bir neçə il əvvəl ucqar bir rayondan şəhərə iş axtarmağa gəlmiş, Sahiblə də burda rastlaşmışdı.Onun da ailəsi (anası və üç bacısından ibarət) maddi sıxıntı çəkdiyi üçün bu işlə məşğul olurdu.Ailəsi və qohumlarısa onu Sahibin sürücüsü bilirdilər.
Arif onların arasında yaşca böyükdü.Ailəli idi.Şəhərdə çoxdan yaşayırdı.Sahibin uzaq qohumlarındandı.”Alik” deyə çağırırdılar onu.
Seymur Talehgilin qəsəbəsindən olsa da ilk dəfə burda rastlaşdılar.Qəsəbəyə yeni köşmüşdülər.Taleh əsgərlikdə olanda.Məcburi köçkünlərdən idi.
Soltanla söhbəti ilk dəfədən yaxşı tutdu.Həm yaş fərqləri az idi.Həm də onun vəziyyətində idi o da.Atası rəhmətə gedəndən sonra ailəni dolandırmaq məcburiyyətində qalmışdı.O da bu “yüklə” əsgərlikdən qayıdandan sonra yüklənmişdi.
Onların işi əsasən borcunu verə bilməyənləri qorxutmaq, hədə-qorxu gəlmək, nə yolla olursa-olsun borcunu ödəməyə məcbur etməkdən ibarət idi.
Soltanın dediyinə görə ilk dəfə ona iş tapşırılanda nifrət etmişdi özünə.Amma başqa carəsi yox idi.Etməsəydi onun özüylə o cür rəftar edəcəkdilər.Axı o da “borclulardan” idi.
Sahibin uzaq qohumu olan Arif bir növ onlara nəzarətçi və məsləhətçi kimi təhkim edilmişdi.
Seymurun vəziyyəti isə hamısından ağır idi.Cəbhə bölgəsində yaşayırdılar.Evlərini qoyub heç çıxmaq istəmirdilər.Kənddən çıxan ən axırıncı ailə onların ailəsi olmuşdu.Yenə də çıxmazdılar.Əkiz qardaşıyla anası elə öz həyətlərindəsə gülləyə tuş gəlməsəydi.Yazıq anası həyətdə günorta yeməyi üçün kartof soyduğu yerdəcə güllədən keçindi.Əkiz qardaşının yoxluğunu uzun müddət qəbul edə bilmədi.Xəstə atası, iki bacısı və evli qardaşıyla (qardaşının ailəsi də həmçinin) bir yerdə yaşayırdılar.İlk aylarda öz işlərindən narazı olsalar da artıq buna adət etmişdilər.Elə birinci ay borcları silinmiş, növbəti aylardasa artıq maaş da almağa başlamışdılar.Talehi də belə “iş həyatı” gözləyirdi.O hələ də işinin nədən ibarət olduğunu dəqiq bilmədi.
Soltangildən ayrılıb evə gələndə yol boyu çiyinlərində ağır bir yük hiss etdi.Sanki bütün günü ağır iş görmüş, daş daşımışdı.Yaxşı ki, anası yatıb.Danışmağa belə halı qalmamışdı...
…Bir neçə ay keçdi.Taleh çox dəyişilmişdi.Həm zahiri görünüşü, həm davranışı.Qışın soyuq aylarını köhnə, rəngi getmiş, nazikliyinə görə pencəkdən elə də fərqlənməyən gödəkcəsi ilə başa vuran Talehi indi az qala hər gün yeni bir geyimdə görmək olardı.
Çox vaxt marşruta minməyə pulu olmayanda bir neçə dayanacaqlıq yolu piyada gedən( hətta bir dəfə şəhərə də piyada getmişdi) Talehin indi qara, şüşələri də tünd rəngli Mersedesi vardı.Valentin günündə sevgisini tək bir qızılgüllə Sevdaya etiraf edən Taleh indi ona hədiyyə almaqçün bayramı gözləmirdi.Hər görüşdə nəsə hədiyyə edərdi ona.Bir sözlə pula pul demirdi Taleh.Bundan ilk narahat olan elə anası Zemfira oldu:
-Taleh, oğlum, bir məni başa sal, bu qədər pul səndə hardandır axı?
-Ana, axı səninlə bu barədə danışmışıq.Mən artıq işə düzəlmişəm.Borc, qıtlıq, sıxıntı-hamsı keçmişdə qaldı.İstədiyimiz bu deyilmiydi?
-İndiki zəmanədə işləyənlər də heç vaxtı-vaxtında maaşını ala bilmirlər.Bəs sənin işin necə işdi ki, pulunu vaxtında verirlər?
-Mən qəsəbəmizdəki biznesmen Sahib müəllimin cangüdəniyəm( Ondan fazilə borc aldığını və ödəyə bilmədiyi üçün ona işlədiyini anasına deməmişdi).Bu dövlət işi deyil ki, maaşımı aylarla gözləyim..
Savadsız ananı bu dəfə də inandırmaq asan oldu.Adətən maddi vəziyyətin pisləşdiyi dövrdə, kasıb məhəllədə birdən-birə kimsə varlanandan onun haqda şaiyə, dedi-qodular baş alıb gedir.Hamı bu qazancın mənbəyi ilə maraqlanır.Taleh öz qazandığından kasıblara, qonşuların demək olar hamsına əl tutduğu üçün onun haqda belə dedi-qodular hələ ki, yox idi.Necə deyərlər:”Üzümü ye, bağını soruşma”.Bu yaxınlarda olan bir əhvalatsa qonşuların yadından heç vaxt çıxmaz.Nəinki qonşuların, elə bütün qəsəbə sakinlərinin də.Talehgilin məhəlləsində yaşayan Emin müəllimin (Talehin də müəllimi olub) kiçik bacısının əməliyyat olunması lazım idi.Uğurlu ürək əməliyyatını o zaman ancaq xaricdə etdirmək mümkün idi.Ya da heç olmasa Rusiyanın tanınmış həkimlərinə etibar edirdilər.Nəinki əməliyyat, heç Rusiyaya getməkçün bilet almağa da pulları olmaycaq dərəcədə kasıb idilər.Əməliyyat qısa zamanda olunmasa qızcığaz öləcəkdi.Bu qədər pulu heç vaxt tapa bilməyəcəkləri üçün uşağın tezliklə öləcəyini gözləyirdilər.Hər gün qohumları, qonşu qadınlar onların evinə yığışıb ağlaşma qururdular.Bir axşam Taleh evə gələndə anasını gözüyaşlı gördü.Gözləri qızarmış, şişmişdi.Çox narahat oldu anasının bu halından.
-Ana nə olub?Gözlərin niyə qızarıb?
-Sonagilə getmişdik qonşularla.Uşağın vəziyyəti lap pisləşib.Yazıq uşaq qulağı eşidə-eşidə ağı deyirlər ona.Bir o qalıb ki, çadırını quralar həyətdə.
-Həkimlər nə fikirləşir?
-Nə fikirləşəcək?Sözünü deyib də həkim.İki-üç ay ömrü qalıb.Əməliyyat olunmasa...
Taleh xəyalən bir neçə il əvvələ qayıtdı.Beşinci sinifdə oxuyurdu.İdman müəllimləri təqaüdə çıxmış, onu universiteti yeni bitirib gələn Emin müəllim əvəz edəcəkdi.Gəlişilə məktəbin ab-havasını dəyişən, müəllimlərin də, şagirdlərin də sevimlisinə çevrilmişdi.Heç vaxt dərsdən qalmayan Emin müəllim bir gün işə gəlmədi.Onunçün daha çox narahat olan beşincilər idi.Yəni Talehgilin sinfi.Axı balacalar kimisə öz kiçik qəlbinə salanda ordan buraxmaq istəmirlər.Səhəri günü gözləməyib elə həmin gün dərsdən sonra hamsı yığışıb Emin müəllimgilə getdilər.Elə bilmişdilər ki, müəllim xəstələndiyi üçün işə gəlməyib.Buna görə də hələ bazarlıq da etmişdilər.İndi yadına düşəndə gülməyi gəir özünün də.Həyətə çatıb dəmir qapını döyəndə qapını açan Emin müəllimi görüb təəccübləndilər.Sən demə işə gəlməməsinin səbəbi başqaymış.Bu gün səhər anası Sona arvadın doğum sancısı tutmuşdu, başı ona qarışmışdı.Evin böyük uşağı olan Emin müəllimgil dörd qardaş idilər.Bacısı yox idi.Bu gün səhərsə onların heç birinə bənzəməyən, atası kimi sarışın bacısı dünyaya gəlmişdi.Allahın onlara hədiyyəsi olan bu şirin körpənin adını da elə Hədiyyə qoydular.Uşaqların aldığı meyvə və şirniyyatlara elə onların özünü qonaq etdi Emin müəllim....Hədiyyənin indi on yaşı vardı.On yaşlı balaca qız ölümlə çarpışır.”Yox, necə olursa olsun əməliyyat pulu ödənməlidi”-öz-özünə deyib evdən çıxdı.
Gecə də evə gəlmədi.Səhəri gün Emin müəllimi, onun valideynlərini, Hədiyyəni əməliyyat üçün Moskvaya yola saldı.Bir ay sonra qız tamam sağalıb artıq məktəbə də gedirdi.
O zaman da kimsə sorşmadı, maraqlanmadı ki:-“Görəsən bir gecəyə Taleh bu qədər pulu hardan tapdı?”Vacib deyildi onlarçün.Əsas odur Hədiyyə onun sayəsində həyata qayıtmışdı.
Qəsəbədə heç kim Sahibi sevmirdi.Ona olan borcluların sayı çoxaldıqca ona nifrət edənlərin də sayı çoxalırdı.Taleh buna görə istəmirdi qonşular onun Sahib üçün işlədiyini bilsin.İş olandasa ancaq gecələr gedərdi onun evinə.
Anasını inandıra bildi.Sevda soruşmağa çəkinir.Qonşular xətrinə dəyməməkçün maraqlanmır...Heç kim soruşmağa cəsarət etməsə də hamıya maraqlı idi:Onun bu sirrli işi nə ola bilərdi axı?
XƏBƏR LENTİ
Devid Rokfeller haqqında yayılmış şəhər əfsanəsi
Saçların elektriklənməsinin səbəbi və həlli yolu
Mikroelementlər-1
Nüsrət Ərzurumdan FOTO paylaşdı
Xanımlarımız üçün gündəlik sadə makiyajlar
Hadise yeni imicdə-FOTO
İnternetə qoşulanlar 33 milyarda çatacaq
Azərbaycanda zəlzələ oldu
Koronavirusla bağlı son STATİSTİKA
Radio və televiziya işçilərinin peşə bayramıdır
Müdafiə Nazirliyindən səfərbərlik üzrə hərbi xidmətdən tərxis edilmə ilə bağlı əhaliyə ÇAĞIRIŞ
CeyLo Türkiyədən 1 milyon qazanıb
Günün ulduz falı
Lənkəranlı bağbanın konfet ağacı növbəti dəfə bar verdi
Koronavirusun qalıcı ZİYANLARI
Ətli blinçik (foto resept)
Ermənistanın təlimlərə cəlb etdiyi muzdlu: “Kabuslar görməyə başladım”
Milyaderlər uşaqlarına nə hədiyyə edir?
Akın əsil adını açıqladı
Hava haqqında
Qışda güllərə necə qulluq etməli?
Aydın-Qərb, Qaranlıq-Şərq?
22 yaşlı xidmətçi "zadəgan" oldu, fırıldaqla milyonlar yığdı - FOTO
DƏCƏL DEYƏ - DEYƏ DƏCƏL OLMASIN!
Yerlərinə yapışdır
Subaylar üçün vacib xəbər
HAVA necə olacaq?- 16 APREL
Depressiya əleyhinə 7 faydalı qida
Kolleclərə və V qrupa ərizə təqdim etmiş abituriyentlərin nəzərinə
Arıqlamaq üçün edilən hərəkətlərin texnikası
Balıq satışı qaydaları sərtləşdirildi
Hellouindəki qeyri-adi kostyumlar
Hərəkətin möcüzəvi gücü (Son)
Məşhurların kompleksləri
Sərnişinlərə şad xəbər
Məşhur cütlüyün övladı olacaq-FOTO
Putin Azərbaycana hərbi donanma ilə gəlir
Cobs haqqında film bəyənilmədi
Pomidorlu düyü şorbası (foto resept)
Leyla Əliyeva atasını belə təbrik etdi - VİDEO
Əks cinsi 7 saniyəyə valeh edin
Məşhur bədən boyama festivalı
Qış aylarında körpə gəzintisi
Sezen Aksunun makiyajsız FOTOsu yayıldı
Jasmin çayının faydaları
Səhiyyə Nazirliyi vətəndaşlara çağırış etdi
Mila Kunis 9 kq ARIQLADI-FOTO
Bu günün hava proqnozu
Bakı sakini nazirliyə ceyran bağışladı
Yedikləriniz əhvalınıza təsir edir
- ŞƏRHLƏR