Əliqulu onlardan öndə oturmuşdu. Onun da ürəyindən geri dönüb Lidaya baxmaq keçirdi. Lakin başqalarından fərqli olaraq həyası-abrı buna yol vermirdi.
Avtobus ləng gedirdi. yYollar bərbad olduğundan az qalırdı çala-çuxura düşməkdən adamın içi düşsün. Baxmayaraq ki, avtobus yorğa atlar kimi yeriyirdi, ancaq sərnişinlərin bir çoxu yenə də deyinirdilər ki, sürücü yavaş sürsün.
Dəvəçiyə çatanacan Əliqulu bir neçə dəfə istəmişdi ki, qanrılıb geri baxsın, amma bunu edə bilməmişdi. Onun Lidaya utanmadan baxanlara paxıllığı tuturdu. Lakin nəsə etmək iqtidarında deyildi.
Birdən toz-duman aləmi bürüdü, avtobusun arxası da, önü də görünməz oldu. Havada açılan vahiməli güllə səslərindən qulaq batırdı. Avtobus yoldan çıxıb dayandı. Hər tərəf silahlı atlılarla doludu. Çaxnaşma düşdü. “Qaçaqlar” deyə sürücü qışqırdı. Lidanın atası rus zabiti, tapançasını çıxarıb avtobusdakılara əmranə şəkildə qışqırdı:
-“Vsem lajitsa!” – onun səsi vahiməyə düşmüş sərnişinlər arasında eşidilməz oldu.
Əliqulu geri dönüb zabitin əlindəki tapançaya işarə edərək dedi:
-Yoldaş ofiser, silahınızı gizlədin onlar çoxdur, atəş açsanız avtobusda sağ adam qalmayacaq. Qızınızı da öldürə bilərlər.
Deyəsən onun sözləri zabitin ağlına batdı. O, tapançasını gödəkçəsinin altına salıb, şalvarının belində gizlətdi.
Atlılardan biri uzun saqqallı, dəri papaqlı, üzü sarıqlı avtobusa lap yaxınlaşıb, əmr verdi:
-Hamı düşsün aşağı. Müqavimət göstərən, qaçmağa cəhd edən yerindəcə güllənəjək!
Avtobusdakılar hamısı bir-birinə baxıb çaşqın halda dayanmışdılar. Həmin qaçaq heç kimin avtobusdan düşmədiyini görüb bu dəfə çox hirsli və təhqiramiz söyüşlərlə hamıya düşmək əmri verdi və avtobusun ön şüşəsinə iki güllə atdı. Şüşə çilik-çilik olub yerə töküldü. Çaxnaşma, səs-küy yenidən başladı. Birinci avtobusun sürücüsü əllərini qaldırıb öz tərəfindən qapını açıb, düşdü yerə. Onun ardınca daha bir neçə yaşlı adamlar, ardınca qalanları. Avtobusda üç nəfər qaldı. Rus ofiseri, onun qızı və Əliqulu. Hər üçü təlaşlı şəkildə bir birinə baxırdılar. Zabit aşağı əyilib avtobusun ətrafına göz gəzdirdi. Toz-duman çəkildiyindən ətraf aydın görünürdü. Atlılar on beş-on altı olardılar. Buna baxmayaraq Zabit təslim olmaq istəmirdi. Ona görə də yarı rusca, yarı azərbaycanca gənc oğlana müraciətlə dedi:
-Djavan oğlan, kız sana amat..., onu koru. Man mojet sax kalmadım. Kızımı apar Qubaya, soldatlar olan yerə.
Əliqulu rus zabitinin qaçaqlarla döyüşmək istədiyini görüb dedi:
-Yoldaş ofiser, belə etməyin, onlarla döyüşməyin mənası yoxdur. Yaxşı halda siz onların bir neçəsini öldürəcəksiniz, onlar da sizi. Ancaq belə olsa qaçaqlar çətin ki qızınızı sağ buraxsınlar.
Lida da Əliqulunun sözlərinə dəstək verərək:
-Papa ni nado snimi boyavat. Bezpolezno, ani tebya ubyut. Ya umalyayu sdavaysa! (Ata onlarla döyüşmək ağılsızlıqdı, yalvarıram belə etmə, təslim ol!)
Zabit əsəbi halda:
-Xvatit mne marali proçest. Şto nada ya luçşe vas znayu, ya ofiser, bez boya sdavatsa eto pazor i bez çestiya. Teper vıxodite!
Onunla danışmağa vaxt qalmamışdı. Artıq atlılardan biri əlindəki beşaçılanla avtobusun qapısını aralayıb söyüşlə onlara da çıxmağı əmr etdi.
-Ədə, qancıq uşağı, sizə deyilmədi çıxın?
O, belə dedikdən sonra birdən atasının arxasında gizlənmiş Lidanı gördü. Atanı geri göndərərək havaya atəş aça-aça:
-Avtobusda rus qızı var! – deyə qışdırdı.
Atlılar bu dəfə üzük qaşı kimi avtobusu lap yaxından mühasirəyə aldılar.
Artıq gecikməyə vaxt yox idi. Əgər bir balaca da ləngisəydilər, qaçaqlar avtobusa doluşub kim bilir nələr edəcəkdilər.
Əliqulu vaxt itirməyin yersiz olduğunu görüb Lidanın əlindən tutaraq:
-Gəl biz çıxaq, sən özünü gicliyə qoy. Belə etsələr bəlkə sənə toxunmayalar.
Qız deyəsən onun nə dediyini başa düşmədi, geri – atasına tərəf dartındı.
Bayırdan səslər daha gur ucaldı.
-Çıxın, it uşağı, kimə deyilir, ə, çıxın!
Qaçaqların səsi ətrafı bürüdü, güllə səslərindən yenə də qulaq batırdı. Avtobusun şüşələrinin daha bir neçəsi sındı. Bu dəfə Əliqulu Lidanı dartıb özündən önə itələyərək avtobusdan aşağı saldı.
Əliqulu bu yerlərdə beş-altı il əvvəl qaçaq-quldur olduğunu eşitmişdir. Ancaq Şura hökumətinin ordusu onların kökünün kəsdiyini də bilirdi. Ən azından son illər onlar görünməz olmuşdurlar. Hətta belə söz-söhbət də gəzirdi ki, Bakı-Quba yolunun qaçaq-quldurlardan təmizlənməsində əslən Qubadan olan Şura hökumətinin Qubadakı komissarı Mircəfər Bağırov özü şəxsən məşğul olub və qaçaq-quldurlara (Şura hökuməti onlara Qolçomax adı qoymuşdu) qarşı döyüşlərdə orduyla bərabər özü də döyüşüb. Elə bu fədakarlığına görə də onu aparıblar yuxarıya. Əliqulu onu da bilirdi ki, atasıgilin tayfaları ilə komissarın arası olmayıb. Çünki Şura hökumətinin komissarı bəylərə, ağalara, din adamlarına, varlılara qarşı amansızlıq etmiş, onları çapıb talamış, var-dövlətlərini əllərindən almışdı. Baxmayaraq ki, Əliqulunun atası Hacı Səmədin atasının qardaşı, yəni Umleyli nənənin qardaşı Abusəttar komissarın bacısı, Baharcanla evlənmişdi. Qohumluq əlaqələri lap yaxın idi. Lakin bununla belə Bolşeviklər üçün belə şeylər əhəmiyyətsiz sayılırdı. Əsas o idi ki, varlı-kasıb məsələsi fəhlə-kəndli hökumətinin istədiyi kimi kasıbların xeyrinə öz həllini tapsın. Tapdı da...
Əliqulu bunlardan xəbərdar olsa da, heç vaxt, heç yerdə Hacı Nəriman tayfasından Hacı Səmədin oğlu olduğunu qabartmaz, imkan olduqca bunu gizli saxlardı. Çünki zəmanə belə tələb edirdi. Lakin o, daxilən fəxr edirdi ki, əsilli-nəcabətli tayfanın törəməsidir. O, nə Şura hökumətini, nə də ki, onun komissarı, qubalıların öyünəcək yeri M.Bağırovu sevməzdi. Baxmayaraq ki, bütün Quba əhli komissarla ən azından lap uzaqdan da olsa qohum, həmyerli olduqlarına görə öyünərdilər. Əliqulu isə əksinə, onunla qohum olsa da, bunu heç vaxt dilə gətirməzdi. Bu gün isə qaçaq-quldur içində onun komissarla qohum olduğu üzə çıxsaydı, bu artıq “əlvida həyat” demək idi.
***
Əliqulu Lidanı təzəcə çəkib avtobusdan yerə salmışdı ki, atışma başladı. Zabit içəridən, qaçaq-quldur çöldən.
Zabit atışa-atışa qışqırırdı.
-Lida doçinka, beqi sinim, ya ix atvleku!
Lidanı avtobusdan düşürdəndə uzun donluğu ayağına ilişdiyindən, digər tərəfdən qorxu-həyəcandan ağzı üstə yerə yıxılmışdı. Əliqulu onu atların ayaqları altından çəkib avtobusdan uzaqlaşdırdı. Sərnişinlərdən bir-ikisi avtobusdakı atışmadan istifadə edib üz qoydular qaçmağa, ancaq çox da uzaqlaşa bilmədilər. Atlılardan biri onların hər ikisini sərrast atəşlə yerə sərərək, qalan sərnişinlərə bağırdı: -Yatın aşağı, it balaları!
Sərnişinlər hərəsi bir tərəfə uzandılar. Avtobusdakı rus zabitiylə atışma elə də uzanmadı. Çox çəkmədi ki, zabitin gülləsi qurtardı və avtobusdan qaçaqlara atəş açılmadı. Qaçaqlardan biri:
-Əyə, doluşun avtobusa, onun gülləsi qurtarıb.
Düz beş dəqiqə içəridə əlbəyaxa dava getdi. Sonra rus zabitini ayaqlarından sürüyüb avtobusdan saldılar yerə.
Lida "Papa!" -deyə qışqırıb ona tərəf qaçanda atlılardan biri silahının qundağı ilə qızın kürəyindən bir dənə ilişdirdi. Lida ikicə addım atıb səndələyərək yıxıldı. Əliqulu qızı vuran qaçağın atına tərəf qaçaraq sıçrayıb onun atına mindi. Qaçağı qurşağından tutub yerə saldı, yumruqlarıyla onun sifətinə bir neçə zərbə endirdi. Belə bir hücum gözləməyən qaçağın aldığı zərbələrdən bəlkə də qorxudan gözləri böyümüşdü, əl-qolu süstləmişdi. Əliqulunun qaçağı atdan yerə saldığını və döydüyünü görən başqa bir qaçaq atını onların əlbəyaxa olduğu yerə sürüb, gülləsini havaya qaldırıb var gücüylə Əliqulunun başına zərbə endirdi. Əliqulu “Vay ana” eləyib döydüyü qaçağın yanına yıxıldı...
O, gözünü açanda qaranlıq yerdə, əli-qolu bağlı, uzanıqlı halda olduğunu hiss etdi. Ayaqları tam keyləşmişdi. Susuzluqdan ciyəri yanırdı. Uzun-uzadı fikirləşsə də nə baş verdiyini xatırlaya bilmədi. Başının altında ağac qırığı olduğundan sifətində kəskin ağrı yaranmışdı. O qırışıb-açıldı, dartındı, lakin əl-ayağı bağlı olduğundan bir nəticə hasil olmadı. O, bir təhər başını ağac qırığının üstündən götürüb başqa yerə qoydu. Bu dəfəki yer əvvəlkindən çox yumşaq idi. Onun burnuna kəskin iy gəldi. Bu anda tövlədə olduğunu anladı. Başını ağac qırığından xilas edib mal zibilinin üstünə qoyduğunu başa düşüb, özü üçün daha münasib yer axtardı.
Başı elə ağırlaşmışdı ki, tərpətmək belə istəmirdi. Ancaq burnundakı kəskin iy onu başının yerini dəyişməyə vadar edirdi.
O, yerində bir neçə dəfə qurulub-açıldı. Axır ki, bir təhər yerində fırlandı. Qışqırmaq istədi, ancaq ağzı açılmadı, deyəsən bağlamışdılar. Burnunda mızıldandı. Səsi elə də bərk çıxmadı. Beş-on dəqiqə beləcə hərəkətsiz dayandı. Fikirləşdi, bəlkə gözü qaranlığa alışa, amma, alınmadı. Ha fikirləşdi ki, o, bura necə düşüb, xatırlaya bilmədi, deyəsən başına dəyən zərbədən hafizəsini itirmişdi.
Nə qədər vaxt keçdiyini bilmədən gözlərini yumub bundan sonra nə baş verəcəyini gözlədi. Arada gözlərini açaraq yenə də qaranlıqda olduğunu görüb təkrar gözlərini qapadı.
Növbəti dəfə gözünü açanda tavanda bir yerdən işartı gəldiyini gördü. Kimsə bir neçə dəfə öskürüb sonra burnunu arıtladı. Təkrar sükut... Əliqulu yenə də burnunda var gücü ilə mızıldandı, səsini kəsib qulaq asdı. Yox, deyəsən ona elə gəlib ki, kimsə öskürdü, yəqin qara basıb deyə düşündü. Başının ağrısı daha da şiddətləndi o, zarımağa başladı.
Növbəti dəfə üzünə dəyən soyuq su onu gözlərini açmağa məcbur etdi. Əliqulu ayaqları açıq, əlləri arxasında tövlənin ortasındakı dirəyə bağlı halda olduğunu gördü. Qarşısında dörd-beş nəfər nə isə danışırdılar. O həm torlu görürdü, hə də beynindəki uğultu yanındakıların nə danışdığını aydın eşitməyə imkan vermirdi. Təkrar üstünə tökülən sudan sonra o, gözünü açıb dodağını yaladı. Bu dəfə qarşısındakıları aydınca gördü. Hətta onlardan birini tanıdı da. Civ-civ Xəlilin qardaşı Tahir idi. Ona Çaxır Tahir də deyirdilər. O, Əliquludan beş-altı yaş, bəlkə də bir az çox böyük idi. Əliqulu özünü tanıyandan Çaxır Tahiri bazarda çaxır alveri eləyən görmüşdü. Şura hökuməti qurulandan bir neçə il sonra ona çaxır düzəldib satmağı qadağan etmişdilər. O, da Şura hökumətinin nümayəndələrinə müqavimət göstərdiyindən və onlardan birinin bel sapıyla başını yardığından iki il iş verib qazamata salmışdılar. Elə o vaxtdan Əliqulu Çaxır Tahiri görməmişdi.
***
Budur o, saqqalda, kirin-pasağın içində, uzun xrom çəkmədə, əlində beşaçılan, belində naqan durmuşdu Əliqulunun başı üstə və yanındakılara deyirdi:
-Bu uşağı mən yaxşı tanıyıram. Nərman uşağı deyərlər bunlara, rəhmətlik Hacı Səmədin oğludur. Ağır tayfadılar, qohum əqrabası çoxdur. Nə qədər istəsən pul qopara bilərik. Amma sonra nəslimizi kəsərlər. Yaxşısı budur rədd eyləyək getsin. Həm də onun atası bəlkə də ilk dəfə olaraq var-dövlətindən imtina edib. Baş götürüb Qubadan gedən ilk hacıdır.
Çaxır Tahirin yanında durmuş balacaboy, yekə qarın qaçaq ondan soruşdu:
- Yaxşı, onu sağ buraxdıq getdi Qubaya, “açdı pambığı, tökdü sandığı” Şura komissarına. O da aldı ordunu hücum çəkdi Qalaaltına (Siyəzəndən 15-18 kilometr aralı olan kənd)...
Lap arxada durmuş boylu-buxunlu, Qaçaq Nəbinin bığları kimi, uzun bığlı danışan qaçağın sözünü ağzında qoydu. Onun böyründən tüfənginin ucu ilə bərkdən vurdu. O geri dönəndə uzun bığlı:
- Sayıqladın...– və göz-qaş edərək ağzını, burnunu əyişdirdi.
Əliqulunun yaddaşı yavaş-yavaş özünə gəlirdi. Birdən Əliqulu dartındı.
-Oğraşlar, qız hanı?! – deyə qaçaqlara bağırdı. Qaçaqlar baxışdılar, rişxəndlə gülüşüb,
-Uşağa bax, gör xəyalından nə keçir?...
Bığlı Nəbi Qaçaq Əliquluya yandıq-qındıq vermiş kimi:
-Sən ay uşaq, yoxsa rus qızının namusunu çəkməyə qalxacaqsan? –yəqin öləndən sonra...
Əliqulu qeyzləndi:
-İt oğlu o qıza toxunsanız ananızı...
Qaçaqların qəhqəhəsi Əliqulunun boğunuq səsini eşidilməz etdi.
Bığlı Nəbi uğunub getdi, özünə gələndə:
- Ə, it tulası özün ölüm ayağındasan, namus dərdi çəkirsən. Ə, o, bu gündən mənim olacaq. Dünən özündə deyildi dəymədim. Bu gün inşallah özünə gələr...
Əliqulu təkrar od götürdü.
-And içirəm o bir Allaha, ona toxunsanız hamınızı gəbərdəcəyəm.
Yenə bığlı Nəbi uğunub getdi. Gülməyini kəsib sonra soruşdu:
-Ə, necə? –azca sözünə ara verib, belindən naqanını çıxarıb düz Əliqulunun yanına gəldi, onun çənəsindən tutub başını qaldıraraq ovurdundan sıxdı. Əliqulunun ağzı açılanda o, naqanını onun ağzına soxub söyüş söyərək küçük "Sən mənə..."
Çaxır Tahir gördü ki, qaçaq yoldaşı özündən çıxıb, Bığlı Nəbiyə yaxınlaşdı.
Ardı var...
XƏBƏR LENTİ
Köməksiz qalmış pişiyi xilas etdilər-Salyanda-FOTO
Günün qoroskopu:Uğurlu gündür!
Günün qoroskopu: gözləntiləriniz özünü doğrultmayacaq
Reyhanlı yay salatı (foto resept)
Ən praktik icadlar
Arı yeyən quşlar
İndi də dünyanın sonunu 2014-ə təyin ediblər
Seda Sayan cavanlaşmaq üçün məhkəməyə müraciət etdi
19 ədədi möcüzəlidirmi?
HAVA necə olacaq?- 2 APREL
Samsung "ikinci nəsil" saatlar satacaq
Uşaqları oğurladığı iddia olunan qadınla bağlı Rəsmi Açıqlama
Kremli əncir şirniyyatı (foto-resept)
Bakıda erməni dili kursunun təşkilinə başlanılır
Dəbli çəkmələr
Qarabağda “Qarabağ şikəstəsi” ifa edən əsgərimiz - VİDEO
Abdullah Gül Prezident İlham Əliyevi təbrik edib
Bu günün hava proqnozu
Evdə dekorativ şam ağacının hazırlanması (2)
Günün ulduz falı
Velosiped təkərlərindən hazırlanan dekorasiya
Ürək pirojnası (foto resept)
Gün var əsrə bərabər: Ötənləri yada salaq
13 yaşlı bloger aya 1000 dollar qazanır-FOTO
Davamlı kitab alırsınızsa...
Xanımlarımıza yad güllər
Onlar bu evlərdə yaşayırlar
Koronavirusla bağlı SON STATİSTİKA
HAVA necə olacaq?-6 Noyabr
Atəşkəs yenidən pozuldu
Badımcan bükməsi (foto resept)
Ayıcıq və düyməli çiçək qurabiyə(foto-resept)
1587 zəvvar Məkkədən qovulacaq
Dırnaqları tez uzadan maska
Çiyələkli keks (foto resept)
Dünyanın ən vahiməli dəlikləri
Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun yeni strukturu
Cazibədar görünməyin yolları
Ajda Pekkan 3 milyonluq reklamda
Daha bir idmançımız qələbə qazandı
Buğda salatı (foto resept)
Kral ailəsində bir ŞOK daha-FOTO
Nəsirəddin Tusinin məntiq əsəri ilk dəfə olaraq fars dilindən Azərbaycan dilinə tərcümə olunur
Hündürdaban ayaqqabılar
Hadise jurnalistə qəzəbləndi-SƏBƏB
Bu, son 500 ildə 3 dəfə olub
Ağardıcı maskalar
5-dən çox uşağı olan ailələrə hər bir uşağa görə müavinətlər veriləcək
"International Crisis Group": "Dağlıq Qarabağ münaqişəsinin həllində beynəlxalq ictimaiyyətin fəal iştirakı vacibdir"
Zövqlü ayaqqabı modelləri
- ŞƏRHLƏR