“Qızılı Saçlı”
Məhərrəm Zaman
Bu povest görkəmli alim, şərəfli pedaqoq, Respublikamızda meyvəçiliyin
inkişafında böyük əməyi olmuş Əliqulu Səməd oğlu Nərimanovun
həyatının bir hissəsindən bəhs edir.
Avtovağzalda iynə atsan yerə düşməzdi. Qışqır-bağır, səs-küy, bir sözlə, ağız deyəni qulaq eşitmirdi.Yenicə açılmış bilet satışı kassalarının qarşısında tündlükdən adamın ürəyi sıxılırdı.
Sürücülərin, onların köməkçilərinin xırıltılı səsləri adamın beyninə düşürdü. Hərə bir tərəfdən bağırırdı.
Biri Kirovabada gedənləri tələsdirir, başqa biri Lənkərana gedənlərə avtobusa təcili minmələrini deyir, qapıların bağlanacağını xəbərdarlıq edirdilər.
Bir tərəfdən də alverçilərin “Sərin su”, “Peraşki”, “Əl-üz sabunu,”Paltar sabunu”, “İri dişli daraq”, “İynə-sap” və s. çağırışları bir-birinə qarışıb,böyük bazar təsəvvürü yaradırdı.
Iri hərflə “Bakı-Quba” yazılmış kassanın da ətrafında digər kassalarda olduğu kimi basabas idi.İtəliyən itəliyənə, sıxan sıxana. Növbədəkilərin əksəriyyəti kişilər olduğundan burada əsas amil güc idi.
Kassanın lap önündəki gənc, yaraşıqlı bir oğlanı tər basmışdı. Başındakı papağı basabasda əyilmiş, yaxasının düymələri açılmış,təptəzə uzunboğaz qara çəkməsi isə tapdanmaqdan toz-torpaq içində görünməz hala düşmüşdü.
Birdən basabas “xıp” eləyib susdu. Səs-küy səngidi. Yalnız pıçıltılar eşidildi.”Vay dədə vay, ə bu nədir ə, bu ki mələkdir!”, “Ona bax, ofiserin (zabitin) qızına, su pərisi”, “Kim nə deyir desin, balam, rus qızları gözəl olur də...”, “Ə, niyə elə deyirsən, bizimkiləri bəzə-düzə, əynini-başını onunki kimi elə, ondan da qəşəng olsun” ,“Yox, əşşi, bəlkə gündə beş dəfə də namaz qılanda paltar sabunuyla çimdirsən ki, onun kimi ağappaq olsun”, “Əya , qızın gözlərinə bax, gömgöydür, elə bil Xəzərin mavi suyudur.”
Bax belə, bu söz kassanın lap önündə sübh tezdən növbə tutmuş gənci vadar etdi ki, o da ətrafındakılar kimi başını geri fırladıb, şəninə təriflər deyilən ofiser qızı olan tərəfə baxsın. Baxdı, ürəyinə sancılan ox onu süstləşdirdi. Baxdığı tərəfdən və ona qarşılıqlı yönələn baxışdan gözlərini ayıra bilmədi. Elə qız da, kassanın önündə lap qabaqda dayanmış, səliqəli geyimiylə, hündür boyuyla, yaraşıqlı, nurlu sifətiylə digərlərindən fərqlənən gəncdən baxışlarını yayındıra bilmirdi. Nəhayət, gülümsəyib yanındakı zabitə tərəf dönərək nəsə dedi və həmin oğlana tərəf əlini uzatdı.
Bakı-Quba kassasının önündə sakitlik və pıça-pıç davam edirdi. Zabit iri addımlarla düz qızın göstərdiyi gəncin qarşısına gəlib əlini cibinə salaraq pul kisəsini çıxardı. Ondan bir şax onluq çıxarıb, yarı rus yarı Azərbaycan dilində dedi:
- Djavan oğlan, esli mojna biz də iki bilet kupi. Gənc, zabitin nə demək istədiyini anlayıb pulu ondan alanda axırdakılardan bir ikisi deyindi.
- “Növbə hamı üçündü, fərq etməz o kimdir – rus ofiseridir ya böyük adamdı. Qoy dursun növbəyə. Şura hökumətində hamı eynidir.”
Onların deyinməsinə daha bir neçə adam qoşuldu. Zabit növbəsiz irəli keçməsinə narazılıq olduğunu başa düşüb əlindəki pulu cibinə qoyaraq geri çəkildi. Bu vaxt gənc oğlan onun qolundan tutub:
- Durun, getməyin. Keçin mənim yerimə, mən növbəmi sizə verirəm. O qədər də tələsik işim yoxdur, bilet olmasa növbəti avtobusla gedərəm.
Zabit gənc oğlana tərəf dönüb gülümsəyərək:
- Net, ne nado, qerek deyil. Mı podojdyom, neçeqo...
Gənc isə israr edərək:
- Yoldaş ofiser, mən tələsmirəm. Siz keçin mənim yerimə.
O, təkid edə-edə ətrafdakıları gözəlliyi ilə valeh etmiş qıza gözaltı təkrar baxdı. Qız hələ də ona baxıb gülümsəyirdi. Mərcan kimi ağappaq dişləri, uzun, incə boyunu, incə dodaqları. Onun dodaqları yenicə çiçək açan qönçəyə bənzəyirdi. Başındakı yaylığı sürüşüb çiyninə düşmüşdü. Uzun sarı qızılı saçları günəş altında par-par parıldayaraq ayna kimi günəşin şüalarını əks etdirirdi.Qızın geyimi yerli qızlardan fərqlənsə də, onun məhz azərbaycanlı qızlar sayağı geyinməyə cəhd etdiyi sezilirdi. Hətta başına oxşatma xatirinə bağladığı atlas yaylıq da bu səbəbdən idi. Çünki o, çiyninə düşmüş yaylığını qaldırmağa səy də göstərmirdi.
Gənclə zabit yerlərini dəyişdilər. Gənc sıradan çıxıb lap axıra gedərək növbənin sonunda dayandı.
Kassa hələ də açılmamışdır. Deyirdilər ki, kassalar avtobusun çıxmağına bir saat qalmış açılır. Ancaq avtobusun yola düşməsinə cəmi iyirmi dəqiqə qalsa da kassa açılmamışdı.
Gənc, yaraşıqlı oğlanın öz növbəsini onlara verməsi qızın yaraşıqlı oğlana olan marağını bir az da artırdı. Qız balerinalar səhnədə oynadığı kimi sanki indicə qanad açıb uçan quşlarsayağı növbənin sonunda dayanmış oğlana tərəf addımladı.
Onun hərəkət etməsi yenicə dayanmış pıçıltıları təkrar qızışdırdı:
- “Ayə yerişə bax, alə bu ki, qu quşudur” ,“Bəh-bəh, adamın imkanı ola, yaxınlaşasan bu qıza, tutasan əlindən, rəqs edəsən onunla.”
Beləcə atmacalı sözlər səngimək bilmirdi.
Qız oğlana yaxınlaşıb:
- Çok saq olun, mən sizin yaxşılıq... unutmaz..., - qız sonra əlini gəncə tərəf uzadaraq, - mənim adım Lidadır, - dedi
Gənc özünü itirdi, nə edəcəyini, nə deyəcəyini bilmədi. Qızın əli ona tərəf uzanmışdı. Gənc ona uzanan nazik barmaqlı ağ əllərə baxa-baxa gözlərini döyürdü. Bu vaxt kimsə ucadan gəncə eşitdirirmiş kimi dedi:
- Ədə, əlini qıza versənə, yazıq uşağın əli uzanıqlı qalıb.
Gənc oğlan şirin bir yuxudan oyanırmış kimi əlini qızın əlinə tərəf uzatdı.
- Mənim də adım Əliquludur, - deyə cavab verdi.
Qız:
- Mən sanin tanış olmaq yaxşı.
Əliqulu qurumuş boğazını arıtlayaraq:
- Mən də xanım, - deyə bildi və axır ki, başını dikəldib qızın mas-mavi gözlərinə baxdı. Beləcə bir xeylək dayanıb, gülümsəyə-gülümsəyə baxışdılar. Onların bu unudulmaz anlarını qalın, ancaq, olduqca məlahətli səs bitirdi.
- Vot, vozmiti molodoy çelovek ,ya vam toje bilet vzyal – Zabit belə deyib əlindəki avtobus biletini Əliquluya uzatdı.
Əliqulu nə qədər dil-ağız eləsə də ki Zabit biletin pulunu alsın, alınmadı və onlar birlikdə avtobusa oturdular.
Avtobusda da mənzərə dəyişmədi. Hamının diqqəti gənc yeniyetmə Lidadaydı. Qız özü bunun fərqindəydi. Ona yönəlmiş baxışlara əhəmiyyət verməsə də sıxılırdı. Axı adama nə qədər baxarlar?!
Ardı var...¨
XƏBƏR LENTİ
Evlilik məsləhətləri
Barmaqlarımız haqqımızda nə deyir?
Ukrayna Tiflisə Saakaşviliyə görə "yox" dedi
Bir az da əylənək
Cenevrədə Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü başlayıb
Bel hissənizdəki yağları əridəcək içkilər
Günün ulduz falı
Bel və kürək piyləri ilə mübarizə
Günün ulduz falı
"Jara" festivalına o da gəlir-VİDEO
Ayaqqabı ayaqlarınızı sıxırsa - Bunları edin!
52 yaşlı ulduz görənləri TƏƏCCÜBLƏNDİRİR
5 kiloqram arıqladan kök pəhrizi.
HAVA necə olacaq?
Sızanaq izləri üçün maska
Quran və elmi kəşflər
Ərdoğandan bütün qadınlara qeyri adi təbrik -Video
Hindlilərin xoşbəxtlik məsləhətləri
Hava haqqında - 20.01.2014
Kitab qadağası
Sevdiyiniz şəxsə söylənilən ləqəblər
Yay kimi gərilən insan...
Serenay xəstəxanaya yerləşdirildi-SƏBƏB
YouTube artıq çatdırmır
Məşhur cütlük yenidən barışdı
Mavi ayaqqabılar
Bu, milyon ildə bir olur
Toyuq ətli, kartoflu piroq (foto resept)
ÜST-dən stadionlarla bağlı XƏBƏRDARLIQ
Boğazında qaşıq qalmış gənc-FOTO
Tərtərdə nə baş verir?
40 yaşından sonra evlənən məşhurlar
Baş Nazirdən təhsillə bağlı mühüm QƏRAR
Bayramda neçə gün iş olmayacaq?
O, mənə xəyanət edir!
Ana dilimizə sahib çıxaq
Dolu yağacaq
Günorta yaranan baş ağrılarının səbəbləri
Nokia Lumia 1520-ni göstərəcək
Nə üçün əsgər paltarları xaki rəngdədir?
Diş ağrısını azaldan üsullar
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Azərbaycanda artan əməliyyat - mədə kiçiltmə
Məkkəylə bağlı 8 elmi fakt: hərəkət dayanmır; niyə saat əqrəbinin əksinə?
Antibiotiklər: xeyri, yoxsa zərəri daha çoxdur?
Küləkli hava Şəkini işıqsız qoydu
Əməkdar artist tanınmış türk aktrisa ilə bir arada
Dəbli kostyumlar (1)
Pilot sükan arxasında yatdı
Qadınlar və kişilər hansı iPhone-u seçirlər?
- ŞƏRHLƏR