"Vətən borclu deyil, biz borcluyuq Vətənə" silsiləsindən.
Ayrılıq vüsaldan əvvələ düşdü...
Əhvalımı bilə-bilə,
Çalma, aşıq, sazı belə.
Tale yazan yazı belə,
Göz yaşımı qurutmadı...
Günay orta məktəbin onbirinci sinifində oxuyurdu. Gözəlliyi ilə bütün cavanların diqqətini cəlb edən bu qız heç kimə könül verməmişdi. Kimsə də cürət edib yaxınlaşa bilməzdi ona. Günayda belə xasiyyət var idi ki, kiminsə ondan xoşu gəldiyini bilsəydi, acığı tuturdu, əsəbləşirdi. Adicə baxışlarından hamı çəkinərdi. Elə bir baxmağı kifayət edərdi ki, dillənmək istəyənin sözü ağzında qalsın.
Təkcə Arifdən başqa...Heç özü də anlaya bilmirdi ki, Arifə bəslədiyi bu rəğbət hardandır. Əslində açıq-aşkar hiss etdirməsələr də hər bir qızın xəyalında gözlərində mehribanlıq çağlayan Arif kimi, yaraşıqlı, ucaboylu bir nişanlı arzulaması təbii idi. Amma Günay bir dəfə də olsun başını qaldırıb bu niyyətlə o gözləri seyr etməmişdi. Hətta qızlar hər dəfə sinfə daxil olub: "yenə məktəbin həyətindədir" deyəndə Günay təmkinini pozmaz, pəncərədən də olsa boylanıb həyətə baxmazdı. Bu, acıq deyildi, əda da deyildi,sadəcə, hislərinə yox,ağlına tabe olurdu. Çox sevdiyi bir kəlamı özünə ölçü seçmişdi: "Qanqal olub gözə girmə, bənovşə ol, qoy səni axtarsınlar". Nə olsun ki, bənövşə tənha olur? Nə olsun ki, bənövşələr kol dibində bitir? Amma bənovşə istəyən onu dərib qoxulamaq üçün dizi üstə əyilməyə də hazır olur...
Sonuncu dərs idi. Dərslər qurtarandan sonra kəndin ilk şəhidi Namiqin anım günü keçiriləcəkdi. Məktəb onun adını daşıdığından hər il burada Namiqə, eləcə də torpağımız uğrunda şəhid olmuş digər qəhrəmanlara ehtiram olaraq tədbirlər keçirilirdi. Bugünkü xatirə günü də həmin ehtiramın bir nümunəsi idi. Hamı səbrsizliklə tədbirin açılışını gözləyirdi. Rəsmi hissədən sonra şəhidlərə həsr olunmuş şeirlər, musiqilər səsləndiriləcəkdi. Belə tədbirlərdə Günayın xüsusi yeri vardı. Çünki bütün tədbirlər məhz onun təşkilatçılığı ilə keçirilərdi. Aparıcı kimi bugünkü tədbiri də idarə etmək Günaya həvalə edilmişdi.
Dərsin bitməsinə 15 dəqiqə qalmışdı. Günay çox narahat görünürdü. Rəfiqəsi Leyla bunu hiss edib soruşdu:
- Niyə bu qədər həyacanlısan? Doğrudur 1-2 il bundan əvvəl şəstlə bu torpaq üzərində addımlayan Namiq haqqında indi xatirə kimi danışmaq çətindir. Təsəlli tap ki, biz onu bu cür ehtiramımızla yaşatmalıyıq.
- Bir tərəfdən bu cür məsuliyyətli tədbirin aparıcılığı, digər tərəfdən də Arifin gəlmə ehtimalı mənim fikirlərimi tamam qarışdırıb. Bilirsən, Leyla, Arifə nədənsə yazığım gəlir. Bu, sevgi deyil. Mənim hissetməm çox güclüdür, sanki ona nəsə olacağını görürəm.
-Nə..əə? Yazığın gəlir? Niyə? O ki, hamının ehtiyatlandığı oğlandır. Eşitmədin, keçən dəfə qonşuları Sevdaya söz atanları necə əzişdirmişdi? Hamı Arifdən çəkinir,səninsə ona yazığın gəlir? Qəribə qızsan, vallah,Günay. Bəs yazığın gəlirsə, niyə onu bu qədər süründürürsən? Niyə "hə" demirsən oğlana, heç üzünə də baxmırsan?!
- Leyla, bir dinləməyi də bacar. İmkan ver, içimdəkini heç olmasa ən yaxın rəfiqəmə danışa bilim.
Yaxşı danış - Leyla sakit səslə dilləndi.
Bilirsən ki, erməni qaniçənləri hər gün bir kəndi yandırır, hər gün quduzlaşırlar. Kimin ağlına gələrdi ki, Namiq kimi bir igid erməni gülləsinə qurban gedəcək. Çox az müddət keçib ölümündən, hələ də barışa bilmirəm bu ölümlə. Onun xatirəsinə həsr edilmiş bu tədbirin aparıcısı olmaq bilirsən mənə necə ağırdı? Bir tərəfdən də ürəyim səksəkədədir ki, Arif də gələr bu tədbirə.
Leyla yenə dözmədi:
- Gəlsin də, Arif sənə neyləyəcək ki, sən tədbirini aparmağında ol - dedi.
Leyla, başa düşmürsən mən ona sarı baxa bilmirəm, o dəqiqə ayrılıq üstə köklənirəm. Müharibə neçə cavan oğlanları aramızdan vaxtsız-vədəsiz apardı. Tədbir zamanı bircə anlıq da olsa baxışlarımız rastlaşsa, donub qalacağam.
- Deməli, sevirsən, can bacım, amma gizlədirsən. Hətta məndən belə gizlətmisən, heç səndən gözləməzdim.
- Yox, Leyla, bu sevgi deyil. Özün yaxşı bilirsən ki, hələ ki, qəlbimdə sevgiyə yer ayırmamışam.
- Hə, yaxşı bilirəm, sən hələ həkimlik arzusuyla qanadlanırsan. İndi bu yaraşığınla kəndin cavanlarını yandırıb yaxırsansa, hələ bir ağ xalatla qayıdandan sonra gör kimlər öləcək dərdindən.
- Bəsdir, Leyla, zarafat vaxtı deyil. Ciddi sözümdür, mən onun gözlərinə baxa bilmirəm. Sanki göz-gözə gəlsək bu, ancaq ayrılıq baxışları olacaq. Elə bilirəm ki, o baxışdan sonra onu birdəfəlik itirəcəm, bir də görməyəcəyəm. Neçə illərdir torpaqlarımızda müharibə gedir. Görmürsənmi kəndimizdən, eləcə də digər yerlərdən hər gün nə qədər igid oğullarımız düşmən gülləsinə tuş gəlir, indi birini itirmək qorxusudur bu, anla məni.
Onlar danışa-danışa məktəb zalının qapısı ağzına çatmışdılar. Tədbirə lap az qalmışdı. Tədbirə rayon təhsil şöbəsindən, icra nümayəndəliyindən, Namiqin vaxtiylə işlədiyi polis bölməsindən və kənd ağsaqqallarından da dəvət olunmuşdular. Günay tədbiri açaraq sözü məktəbin direktoruna verdi. Direktor çıxışını bitirdikdən sonra Günay proqram üzrə bir-bir çıxışları təqdim etdi. Növbə məktəblilərin ifasında şeir və musiqiyə verildi. Günay başını qaldırıb zala baxmağa cürət etmirdi. Elə bilirdi gözü Arifə sataşsa, hər şeyi unudacaq. Arif isə zalın elə yerində dayanmışdı ki, Günay onu görməsə də o Günayı çox gözəl görürdü.
İlahi, bu qız üçün Arif ürəyində necə xəyallar qurmuşdu. Ağ göyərçinə bənzədirdi Günayı. Bəlkə də onu çox sevdiyindən idi ki, indiyə qədər, Günayı görməzdən əvvəl qızlara yaxınlaşıb çəkinmədən sözünü deyən Arif üçün bu sözü Günaya demək çox çətindi.
Arif kasıb bir ailədən idi, amma mərd idi. Əsgəri xidmətdən 6 ay idi ki, gəlmişdi. Gələn kimi də oxuduğu məktəbə baş çəkmiş, məktəbi, sevimli müəllimlərini yad etmişdi, Günayı da orada görmüşdü. O görüşdən də Günaya içində sevgi hissi baş qaldırmışdı. Onunçün Günay artıq indiyə qədər gördüyü qızlardan ən gözəli idi. Bilirdi ki, Günayın "hə"sini almaq Arif üçün heç də asan olmayacaq. Bəlkə də ona görə Günaya cürət edib yaxınlaşmırdı da. Yaxın dostundan Günayın rəfiqəsinə məktub göndərmişdi. Rəfiqəsi Leyla məktubu Günaya uzatsa da, əli havada qalmışdı. Günay bunun üstündə rəfiqəsi ilə bir neçə gün küsülü də qalmışdı.
- Axı,sən bilirsən ki, mənim xoşum gəlməyən işdir bu. Bilirsən ki, götürməyəcəm, niyə almısan bu məktubu? Sən mənim ən yaxın rəfiqəmsən, kimisə sevsəm, ilk olaraq sən biləcəksən, bunu yadında saxla və bir də belə etmə,- demişdi.
Tədbir sona yetdi, hamı zalı tərk etdikdən sonra Günay dərindən nəfəs alıb çantasını da götürüb zaldan çıxdı. Zalın qapısından aralanıb həyətə çıxmaq istəyirdi ki, dəhlizin o biri tinində qarşısına çıxan Arifi gördü. Ürəyi şiddətlə döyündü. İlk dəfə idi ki, onunla belə yaxın məsafədə üz-üzə gəlirdi.
- Məni bir dəqiqə eşidə bilərsən? Sənə sözüm var - Arif asta, təmkinli səslə dedi.
İlahi, səsində necə qürur,necə səmimilik vardı. Günayın rəngi ağappaq olmuşdu. Həmişə lalə kimi alqırmızı olan yanağından, dodağından əsər-əlamət qalmamışdı. Dili qurumuşdu elə bil, nə qədər istəsə də "yox,olmaz" sözünü deyə bilmədi. Arifin yanından sürətlə keçib özünü həyətə atdı.
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Modern qonaq otağı modelləri
Ermənistanda savaş başladı
Təmiz bir dəri üçün beş qulluq məsləhəti
Qara nöqtələr üçün qəhvə maskası
Bu günün hava proqnozu
Azərbaycanda yay vaxtına keçid ləğv olundu
Yaşıl çay necə içilməlidir?
Yeni sanksiyalar: hədəf Rusiya
Bu müəllimlər üçün yeni müsabiqəyə başlanılır
Murat Bozdan qəribə addım
Prezidentdən Ermənistanın təcavüzü nəticəsində dəymiş ziyanın aradan qaldırılması ilə bağlı SƏRƏNCAM
Almaniyaya miqrantlarla yanaşı UNO-lar da gəlməyə başlayıb
Abort qadağan edildi
"Aydınlanma səyahəti" kitabından seçmələr (2)
Hansı pasiyentlərin evdə müalicəsinə icazə veriləcək?- AÇIQLAMA
Trampın tərəfdarları Konqresin binasına belə daxil oldu - VİDEO
Xərçəng xəstəliyinin əlamətləri
Bunları edərək özünüzü bədbəxt etməyin!
Kollaj texnikası ilə çanta hazırlayaq
Məşhurların qidalanma sirləri
Hamilələrə necə davranmalı?
Qubada şəhid olan hərbi qulluqçu dəfn edilir
Azərbaycan filmləri qardaş ölkədə
Qış üçün tərəvəz kürüsü (foto resept)
Bakıda ucuz avtomobillər satılır
Selena Gomez yeni FOTO-larını paylaşdı
Bu il 10 min ailə dağılıb
Boksçularımız dünya çempionatının növbəti mərhələsində
Castin Biber xanımından danışdı-FOTO
Arqan yağı maskası
Bilik gününə hazırlıq: Gül mağazalarında indidən canlanma yaşanır
Mehriban Əliyeva iki şəhid ailəsinə yeni ev tikilməsi ilə bağlı göstəriş verdi - FOTO
Bişmiş tərəvəz salatı (foto-resept)
"Qarabağ" azarkeşlərinə möhtəşəm sürpiz
1000 manat istəyənlərin nəzərinə
“İrəli” İctimai Birliyi və ASAİF Gürcüstandakı gənclərlə görüş keçirib
Azərbaycanın Hərbi Komandanlığı işğal altında olan mülki əhaliyə müraciət etdi
Qubada zəlzələ olub
Yağış suları Gəncədə 2 evi yararsız hala saldı
İran Xəzər sahilində AES tikəcək
Acı bibərlə bağlı yeni faktlar
"Oscar" 30 ildən sonra İLK DƏFƏ
Bu kitab rekord vurdu
Kann festivalı başlandı - FOTO
Günün ulduz falı
Zəngilanın işğaldan azad edilən daha bir kəndindən görüntülər - VİDEO
Məktəbəhazırlıq qruplarına son qeydiyyat tarixi açıqlandı
ABŞ-da "Qara Cümə" xəbərdarlığı
Tulumba (video resept)
Azərbaycan əhalisinin gəlirləri il ərzində 7,6 faiz artıb
- ŞƏRHLƏR