Uşaqlarımıza daha çox tərəvəz və süd məhsulları yedirmək istəyirik və buna da əməl edirik . Amma birdən baxırıq ki, yeməklərin bir çoxuna pendir qatmışıq. Səhər yeməyi-pendir, tərəvəzli pizza-pendir, təzə salat-pendir, bəzi şorbalar-pendir və s. Pendirin çoxluğundan əsla narahat olmayın. Çünki bu heç də pis hal deyil.Hər hansı pendir növündən 30 qr yeyən uşaq bunla 1 stəkan südün tərkibində olan kalsium, zülal və fosfor miqdarını qəbul edir.
Südü sevməyən və ya içərisinə şəkər və ya bal qarışdırmayanda içməyən uşağınız üçün pendir çox yaxşı bir alternativdir. Bununla yanaşı çalışın ki, uşağınıza çox yağlı və duzlu pendir verməyəsiniz. Aparılan bir çox araşdırmalar göstərib ki, pendir uşaqların diş minası üçün çox xeyirlidir və çürüklərin qarşısını alır. Lakin bu heç də o demək deyil ki, bütün pendirlər uşaq orqanizmi üçün faydalıdır. Uşağınıza pendir seçərkən onun duzluluğu və yağlılığından tutmuş qablaşdırılmasına qədər bir çox amillərə diqqət yetirməlisiniz.
***Daha yaxşı anlamaq üçün pendirə konservləşdirilmiş süd də deyə bilərik.Ona görə ki, pendir hazırlanarkən südün içərsinə bəzi fermentlər (buna maya deyilir) qatılır, bir qədər gözlətdikdən sonra süzülür. Süzülmüş hissə-yəni qatı hissəsi preslənir, bəzən duzlanır, beləliklə pendir hazırdır. Ən sağlam pendir yağı azaldılmış və yağsız süddən alınan pendirdir.
Mütəxəssislər bildirirlər ki, hər gün tam yağlı pendir əvəzinə yağsız və yağı azldılmış pendir yeyən uşaqlar bir həftə ərzində 10 qr daha az doymuş yağ qəbul edir. Bu isə uşaqların çox sevdiyi və əl çəkmələri çox çətin olan 3 ədəd hamburqgerdəki doymuş yağın miqdarına bərabərdir. Onu da əlavə etmək yerinə düşər ki, yağsız və ya az yağlı pendirlər təkcə ən sağlam pendirlər demək deyil. Eyni zamanda onların tərkibində daha çox kalsium var. Məsələn, 30 qr masarella, ağ pendir,holland pendiri və ya yarım stəkan lor pendirinin tərkibində uşağın 1 gündə qəbul etməli olduğu kalsium normasının ən azı 25%-i mövcuddur.
Xanımların mətbəxtdə çox istifadə etdiyi parmezan pendirinin az yağlı növləri olmasa da o, minerallarla çox zəngindir və vaxtaşırı az miqdarda istifadə edilməsi lazımdır. Belə ki, 2 çay qaşığı parmezan pendirinin tərkibində 110 mq kalsium var ki, bu da 1-3 yaş arasındakı uşaqların gündəlik kalsium ehtiyacının 20%-nə bərabərdir. Üstəlik, bu qədər pendirdə cəmi 45 kalori və 1 qr-dan azca artıq doymuş yağ var. Yumşaq və çörəyin üstünə asanca çəkilə bilən pendirlərin tərkibində kalsiumun miqdarı azdır.
Yadda saxlamalısınız ki, 10 aydan kiçik uşaqlara pendir vermək olmaz!
P.S Pendirdən uşaqlar üçün müxtəlif növdə tez hazırlanan yeməklər hazırlamaq olar.Məsələn:
Pendirli qayğanaq
-2 yumurta
-0,5 stəkan süd
-1çay qaş.kərə yağı
-1 çay.qaş.rəndələnmiş pendir və az miqdarda un.
*Bunların hamısını qarışdırırıq. Tavaya yağ töküb qızdırırıq.Sonra hazırladığımız qatışığı töküb qızardırıq. Pendirli qayğanaq hazırdır.
Nuş olsun..!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
2014-cü ilin dəbli geyimləri
Yeni doğulan qoca uşaq dünyanı heyrətləndirir
Serenay Sarıkaya Cem Yılmazı belə təbrik etdi-FOTO
Dünyanın diqqəti Eboladan yayınır
"Ana" və "ata" olmayacaq
İldə bir milyon Azərbaycanlı İrana müalicə məqsədi ilə gedir
Alimlər evimizdəki cihazların casusluq edə biləcəyini açıqladı
Sabahın HAVAsı
Qərarsızlıq... sonrakı peşmançılığın əsas səbəbi
“WhatsApp” məlumatlarınız “Facebook”da - ehtiyatlı olun
Azərbaycanda çörəyin satışına dair tələblər müəyyənləşib
Son sutka ərzində Rusiya Qarabağa 20 təyyarə göndərib
Namaza başlamazdan əvvəl...
5-dən çox uşağı olan ailələrə hər bir uşağa görə müavinətlər veriləcək
91 yaşlı qadın həyatında ilk dəfə pasport aldı-FOTO
Marsda çəkilən şəkil alimləri ümidləndirdi
Bengü qızı üçün paylaşdı-FOTO
“Fənərbaxça” lider oldu
Yaponların bu ixtirası hər kəsi QƏZƏBLƏNDİRDİ-FOTO
İxtisas seçimi başladı
Ağlaması körpənin həyatını xilas etdi - FOTO
iPad mini-də Retina olacaq
İçlikli ət ruleti (foto resept)
Sıla ana olmaq istəyir
Şabalıd haqqında bilmədiklərimiz
DİN-dən “WhatsApp”da yayılan səs yazısı ilə bağlı AÇIQLAMA
Mehriban Əliyeva uşaq sığınacağının açılışında - FOTO
Azərbaycanda xırda təkanlar böyük zəlzələdən xəbər verir?
Bu yazın ən sevimlisi kimonolar
TQDK-dan imtahanlarla bağlı açıqlama
"Facebook"dan qorxulu yenilik
Gün var əsrə bərabər: Ötənləri yada salaq
Badımcanlı- toyuqlu zapekanka (foto resept)
Mənim əl işlərim
Hava haqqında - 28.01.2014
Məkkədə QEYRİ-ADİ görüntülər - FOTO
HAVA necə olacaq?-19 noyabr
Ağ saçlarınız təbii rənginə qovuşdurun
Hava haqqında
Zoğallı tart (foto resept)
Məşhurlar ziyafət gecələrində
Ermənistandan Azərbaycana avtomobil yolu çəkilir
ÜST: “2021-ci ildən tez peyvənd olmayacaq”
Bu avtomobil yalnız 25 nəfərə qismət olacaq
Uruqvay prezidenti rəsmi tədbirə ayaqyalın gəldi
2017-ci ilin payız ayaqqabıları
Bakıda yolunuzu seçərkən diqqətli olun
İçlikli kabak (foto resept)
İranın təhdidlərindən sonra ABŞ fikrindən daşındı
Şarlardan dekorasiyalar
- ŞƏRHLƏR