Ömür
Əgər payızdan ötüşə bilsən , arxasınca sərt qiş gələcək ki , onun yanından da itkisiz keçmək mümükün olmayacaq.
Əvvəl gəncliyini , sonra məhəbbətini , lap axırda ümidlərini itrəcəksən. Və səninçin əlvan bahar elə solğunlaşacaq ki, çoxdan alışdığın eynəyini dəyişmək barədə fikirləşməli olacaqsan.
2003
Cavab
Deyirlər , elə bir yer var ki, bircə gün yağış yağmasa , quraqlıq aləmi başına götürər. Sanki burada torpaq aşsüzən olmuşdur və yağan yağışlar bir anda süzülüb göz qabağında yoxa çıxır. Ancaq həmin sular tamam başqa bir yerdə torpağın səthinə qalxır, coşğun selə dönüb qarşısına çıxan hər çeyi yuyub aparır. Təbiətin qanunu belədir : bir yerdə aldığını başqa bir yerdə mütləq geri qaytarır. Odur ki gözləmədiyin yerdə aldığın cavaba görə gərək təəccüblənməyəsən.
2003
Balıq
İrili-xırdalı çay daşları geniş bir əraziyə səpələnmişdi. Bəzilərinin üzərində ölü quşların cəmdəkələri ağarırdı. Ətrafda qırıq-qırıq olmuş torlar görünürdü. Torlara ilişmiş admlar əl-qol atır , xilas olmağa çalışırdılar. Sanki nəhəng bir dalğa qəflətən onların üstündən keçmişdi. Balıqsa bütün bunlara laqeyd halda tamaşa edirdi. O o qədər nəhəng idi ki , çay onun içindən axırdı.
2002
Top
Topu atdılar. Gedib çiçəkliyə düşdü. Zərif bir çiçəyin boynunu qırdı. Otlar , çiçəklər qorxudan özlərini itirdilər. Hərə bir tərəfə sıxıldı. Çiçəkdən çiçəyə qonan kəpənəklər , arılar və böcəklər topu danlamağa başladılar. Top çaşqın-çaşqın onlara baxır və nə edəcəyini bilmirdi. Dili yox idi ki, danışsın. Əli – ayağı yox idi ki, durub getsin. Axı hamı topu günahkar bilir, heç kəs onu başa düşmək istəmirdi. Görünür , avamlar üçün günahkar göz qabağında olandır.
1998
Pəncərə haqqında
Binalara baxanda təəccüblənirəm : Harada ki, külək əsir , orada pəncərə qoyurlar. Haradan ki, işıq düşür , oraya pəncərə qoyurlar. Haradan ki, baxmaq istəyirlər , oradan pəncərə qoyurlar. Və ümumiyyətlə , harada ki, pəncərə qoymaq istəyirlər , orada bina tikirlər.
2002
Gənclik haqqında
Əgər sürəkli öpüş olubsa, deməli, dodaqlar öpüşdən qabaq nəsə pıçıldayb , yalan danışıb. Əgər bu yalan kimisə inandırıbsa , deməli, arxasınca aldanışları çəkib gətirib. Əgər birinci yalana inandırmaq üçün bütün yalanlar deyilmiş , bütün vasitələrdən istifadə olunmuşsa , deməli, yenidən geriyə qayıtmaq lazım gələcək. Onda görəcəksən ki, adamın içində keçən gəncliyin başını əllərinin arasına alıb və asta-asta yarpaqlarını tökür.
2003
Bəxtiyar Əliyar
(İcazəsiz kopya etmək qadağandır!)
XƏBƏR LENTİ
Nikoil bank MilliÖN ödəniş sisteminə qoşuldu
Bəlkə lazımınız olar
Evlilikdə maddiyyat
Putindən İlham Əliyevə təbrik
İngilis dili-Nn
Xəzəri Bakıda böləcəklər
Armudun faydaları
HAVA necə olacaq?
"Taxt oyunları"nın aktrisası hər kəsi QORXUTDU-FOTO
HAVA necə olacaq?- 11 MART
Bir-birini başa düşməyən ailənin yükünü kim çəkir?
Soyuqdəyməyə qarşı nə etməliyik?
Çağırılmamış qonaq futbol oyununa müdaxilə etdi - VİDEO
“Samsung” parçalana bilər
Səyahət - Yunanıstan
Yuxular bizə nə deyir?
Dünyanın ən gözəl polis zabiti
Cem Yılmaz Defne ilə barışdı?-FOTO
Doğulacaq körpələrinin cinsi məlum oldu
Hay-küylü "Lavrov planı"nın nəticəsiz sonu
Yolda qalan birinə yardım etdi, həyatı dəyişdi
Şeron Stoun məşhur səhnəni yenidən canlandırdı
“Qalatasaray” klubunun futbolçuları COVID-19-a yoluxub
Qadin.Net-lilər bu il görüşəcəkmi? (görüş keçirildi)
Apple hələ də liderdir
1 həftəyə qarındakı yağları necə əritməli?
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sərgidə iştirak etdilər-FOTO
17 illik rəfiqələr bacı olduqlarını öyrəndilər-FOTO
Bəlkə bir şans verək?
Monica Beluccidən gözəllik sirrləri
Bakı metrosunda dəhşətli qəzadan 20 il keçir
FRANCE-24 Ağdam haqqında: “Bəzən onu “Qafqazın Xirosiması” adlandırırlar” - VİDEO
Rus Dili dərs-6
Ən effektli və sağlam pəhriz
Meksika mətbuatında işğalçı Ermənistanın son təxribatı ilə bağlı məqalə dərc olunub
Pul elə yerdən çıxdı ki...
BÜRCLƏR bizə nə vəd edir? -13 MAY
Qadınların dostu naringi
Məşhur ulduz öldü
ÜST ümidini kəsdi: "Həll yolu tapa bilmədik, uzun müddət..."
Nazirlikdən sosial şəbəkələrlə bağlı - AÇIQLAMA
"Hercai"nin məşhur ulduzu erməni imiş-FOTO
Şəhərlər üçün superkompüter
102 yaşında doktor oldu
Sürücülərə ÜZÜCÜ XƏBƏR: Burada avtomobil saxlayan cərimələnəcək - VİDEO
Azərbaycanın və Özbəkistanın Elmi Tibb kitabxanaları arasında memorandum imzalanacaq
Musiqi səhnələri ilə yadda qalan filmlər
FİFA prezidenti koronavirusa yoluxub
Günün qoroskopu: Aldanmayın!
D vitaminli su hazırlanıb
- ŞƏRHLƏR