Bu gün Azərbaycanın xalq artisti Zeynəb Xanlarova 79 yaşını qeyd edir. ANS Şirkətlər Qrupunun bütün kollektivi sevimli xanəndəni doğum günü münasibətilə təbrik edir, ona uzun ömür, can sağlığı və yeni uğurlar arzulayır.
Zeynəb Yəhya qızı Xanlarova 28 dekabr 1936-cı ildə Bakıda dünyaya göz açıb. M.Ə.Sabir adına Bakı Pedaqoji məktəbini (1956) və A.Zeynallı adına Bakı Musiqi Texnikumunu (1961) bitirib. 1961-ci ildən Opera və balet teatrının solistidir.
O, 1975-ci ildə Azərbaycan Respublikasının xalq artisti, 1980-ci ildə SSRİ xalq artisti adlarına, 1985-ci ildə isə Azərbaycan SSR Dövlət mükafatına layiq görülüb.
Z. Xanlarova dünyanın ən möhtəşəm konsert salonlarında, radio dalğalarında milyonlarla ürəyi fəth edən sehrkar bir səsə malikdir. Bu səsi ilə Azərbaycanı bütün dünyada tanıdıb. Qastrol səfərləri zamanı dilindən, dinindən, əqidəsindən asılı olmayaraq hər yerdə - Avropada, Asiyada, Afrikada, Amerikada eyni hərarətlə qarşılanır, eyni coşqunluqla alqışlanır.
O, Yəmən, Əfqanıstan, Əlcəzair, Türkiyə və bir sıra başqa ölkələrdə yüksək təltiflərə, "Şərəf nişanı", "Xalqlar dostluğu", "Şöhrət" ordeni, "İstiqlal" ordenlərinə layiq görülüb.
Zeynəb Xanlarova əvəzsiz bir ifaçı olmaqla, Azərbaycan Akademik Opera və Balet teatrının səhnəsində baş rollar oynayıb, sənət möcüzələri yaradıb. Onun Leylisi, Əslisi, Şahsənəmi teatr tariximizin səhifələrində adəbi qalacaq obrazlardır.
Onun XX əsr Azərbaycan ifaçılıq sənətində bəlkə də heç kəsin heç zaman qalxa bilməyəcəyi bir zirvəsi var. Repertuarında muğam (Şahnaz, Mahur, Qatar, Bayatı-Şiraz və s.), təsnif və Azərbaycan xalq mahnıları, Azərbaycan bəstəkarlarının və şərq xalqlarının mahnıları geniş yer tutur. Azərbaycanın qadın xanəndələri arasında "Çahargah" muğamının ilk ifaçılarındandır. O, həmçinin bir sıra mahnıların müəllifidir.
Zeynəb Xanlarova Azərbaycan SSR Ali Sovetinin (XI-XII çağırış) deputatı olub, Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır.
Mənbə: ANS PRESS
XƏBƏR LENTİ
Saç uzadan maska
Fahriye Evcenin qış kolleksiyası - FOTO
Göz rənginə görə göz qələmi seçimi
Bu şəxslər kommunal xərclərdən azad edildi
Hər zövqə uyğun ziyafət paltarları
Günəşdə olan partlayışlar yerdə təlatümlərə səbəb olub
Çörək səbəti hazırlayaq
Uşaqlarda qida və yuxu pozğunluğu
Ermənilərdən 15 sentyabr təxribatı
"Kurtlar Vadisi" serialının yayım tarixi açıqlandı
Sevgisizlik xəstəliyinə tutulmuşuq
İvana Sert hicab geyindi-FOTO
Cennifer Lopez yeni FOTOsessiyası ilə heyran etdi
Bu günün tarixi (14.10.2014)
Yeni il içkisi: Glögg (foto-resept)
Dua Lipa hər kəsi təəccübləndirdi-FOTO
Krallıq toyuna Kate Middletonun damğası
2020-ci il hansı bürclərə düşərli olacaq?
İstanbul baş prokuroru: "İstintaqa təzyiq edilmir"
Bədəndə suyun çatışmadığını göstərən 10 əlamət
AZAL Berlinə birbaşa aviareys açır
“Helikopteri ruslar vurub”
Bakıda yol nişanları işıqlandırılır
Yeni peyvənd gəlir
Tələbələrə şad xəbər
"Kənd toyuqları"nın istehsalına qadağa qoyuldu
İnternet tarifləri ilə bağlı nazirlikdən açıqlama
"Made in Azerbaijan"ın gücü var
İlham Əliyev Parisdə İslamı müdafiə etdi
Hamının 20 ildir axtardığı cizgi filmi ÜZƏ ÇIXDI - VİDEO
Harri Şahzadə Diananın işini təkrarladı-FOTO
Ağızda əriyən limonlu tort (foto resept)
30 yaşa qədər bunları etmək gərəkdir
Azərbaycan və Aİ arasında viza rejimi ləğv oluna bilər
Serial sevgisi reallığa çevrildi - FOTO
Bu ölkəyə kasıblar gedə bilməz - FOTO
Prezidentin ailəsində özəl gün-FOTO
Bir kərə yüksələn bayraq, bir daha enməz...
Türkiyə kino tarixində REKORD-VİDEO
Azərbaycanlılara xəbərdarlıq
Çox gözəl BMW: əsl bimmer
"Təhlükəli" qadınların 10 möhtəşəm özəlliyi
Pensiyalarla bağlı YENİ XƏBƏR
Türkiyə Ermənistanla sərhədi beton divarlarla bağlayır
Sıla sevənlərinin təğbətini qazandı-SƏBƏB
Ağ Ev: ABŞ büdcənin olmaması səbəbindən İran və Suriyaya qarşı sanksiyalar tətbiq edə bilmir
Zəifləmiş saçlar üçün maska
Acun Şeymaya aldığı villanı 13 milyona satır - FOTO
Ayrılmadıqlarını belə sübut etdilər - FOTO
Məleykə Abbaszadə müraciət etdi















- ŞƏRHLƏR