Heyvanlar aləmi qəribə kamuflyajı (maskalanması) ilə zəngindir. Heyvanların bəziləri - timsahlar, yastı quyruqlu kərtənkələ, bayquş və bir çox başqa heyvanlar maskalanmadan həmahəng olmaq üçün istifadə edirlər. Sizə təbiət aləmində maskalanmadan istifadə edən heyvanların bəzi nümunələrini təqdim edirəm.
Misir çoban aldadan quşu
Bu, çox gözəl maskalanan quşdur. Misirli çoban aldadan quşu (Caprimulgus aegyptius) əslən Çənub-Qərbi Asiya və Şimalı Afrikadandır. Bu möcüzəvi quş tez-tez otlayan heyvanların arasında olduğu üçün ona bu ləqəbi veriblər. Deyilənə görə, keçi südü ilə qidalanıb. Başqa çoban aldadan quşları kimi bu quş da şər qarışan vaxt maskalanır. Onu lələyinin rənginə görə yerdən seçmək olmur.
Nəhəng ağac qurbağası - bulendjera
Yaşıl rəngi ona mərkəzi Madaqaskarın şimal-şərq meşələrində yarpaqlar arasında maskalanmağa kömək edir. Bu cəlbedici amfibiyanın özünəməxsus çağırışı var. Onun çağırışı ağac qırılmasına bənzəyir.
Yaquar (Cənubi Amerika pələngi)
Pusqudan hücum etmək üzrə mütəxəssisdir. Əsasən Mərkəzi, Cənubi Amerikada yaşayır. Bu böyük pişiyin maskalanma rəngi ona gözə görünmədən, şikarına gizlincə yaxınlaşmağına kömək edir. Yaquarın dərisinin rəngi cəngəllikdə əlvan yarpaqların tökülməsinə bənzəyir ki, bu da ona yaşamağa və ova çıxmağa yardımçı olur.
Əfsanəvi yastı quyruq gekkon
Gözləriniz sizi aldatmır. Bu həqiqətən də gekkondur. Yarpaqlarda oturur. O, heyrətamiz təqlidçi və maskalanma mütəxəssisidir. Gekkonların Madaqaskarda yaşayan bir çox növü var. Onların hər birinin özlərinə uyğun təəccüblü maskalanması var.
Saqqallı bayquş
Saqqallı boz bayquş (Strix nebulosa) şimal kabusu kimi də məlumdur. Şəkildə bayquş, həqiqətən, kabusa bənzəyir. Onun sarı gözləri və vahiməli uçuşu vəhşi təbiətin bütöv şəklinə çevrilib.
Lipsoz balığı
Xallı lipsoz (Scorpaena plumieri) zəhərli tikanlara malikdir. Hücumu zamanı ölümcül təsir edə bilər. Maskalanmaq onun sağ qalması üçündür. Şimali Atlantik Okeanında və Meksika körfəzində yaşayır. Rəngini qayaya, daşa uyğunlaşdıraraq seçir.
Quyruqlu gürzə (ilan)
Cənub-Qərbi Afrikada da bu ilanı (Bitis caudalis) tapmaq olar. Onun buynuz kimi çöküntülərini hər bir gözündən seçmək olur. Rəngini torpaqdan götürərək maskalanır. Quyruqlu gürzə torpağa maskalanaraq özünü günəş şuasından da qoruyur. Beləcə sərinlənir.
Cırtdan dəniz atı
Adından da məlum olduğu kimi, çox kiçikdirlər. Dəniz atlarını Yaponiya, İndoneziya, Avstraliya və Yeni Kaledoniya dənizsahili zonalarında tapmaq olar. Latın dilində adı Hippocampus olan və özünəməxsus görünüşə malik olan dəniz atlarının 50-yə yaxın növü var. Bədənində olan çoxsaylı iynə və lentə oxşar dəri hissələri onu yosunların arasında görünməz edir. Bədəni çox möhkəm kiçik çanaqlarla örtülü və sümüklü olduğundan düşmənlərini qorxuda bilir. Dəniz atlarının daha bir özəlliyi də odur ki, buqələmunlar kimi buruq şəkildə olan quyruqları ilə yapışdıqları bitkilərin rənginə uyğun öz rənglərini dəyişdirə bilirlər.
Qütb ayısı
Qütb ayısı (Ursus maritimis) dünyanın ən böyük ətyeyən heyvanıdır. Qütb ayıları 800 kq ağırlığında olub, boyları 2,5 metrə çatır. Buzlarla örtülmüş yerdə yaşadıqları üçün onları soyuqdan qoruyan ağ və qalın kürkləri var. Qütb ayısının ağ kürkü onu düşmənlərdən qorunmağa da kömək edir.
Dəniz timsahı
Dəniz timsahı (Crocodylus porosus) dünyanın ən böyük sürünən və kifayət qədər ən zəhmli heyvanıdır. Onlar Şimali Avstraliyada, Şərqi Hindistanda və Cənub-Şərqi Asiyada böyük bataqlıqlarda yaşayırlar. Asanlıqla gizlənə bildikləri mühitlərdə özlərinə məskən salırlar. Maskalanmaları uzun müddət hərəkətsiz dayanmalarıdır və bu maskalanma onları təhlükəli ovçuya çevirir.
XƏBƏR LENTİ
Geni dəyişdirilmiş milçəklər
Azərbaycanda yeni zavod tikilir
Məkkədə daha bir azərbaycanlı zəvvar vəfat etdi
Rəşidi xatırlayaq..
Həftə sonu üçün 4 geyim üslubu
Koronavirusa qarşı peyvənd olundu, virusa yoluxdu
Rəhbərlik etmək arzusu insanı həlak edər
İlham Əliyev: “Daha 13 kənd işğaldan azad edildi”
Rusiya XİN-dən Dağlıq Qarabağ açıqlaması: "Gündəmdən çıxsın"
Bu çimərliklərə getməyin!
İnstagramda yeni funksiya
Uşaqlar texnologiyadan necə istifadə etməlidirlər?
Bu qatardır, yoxsa otel? (Foto)
Azərbaycanda evlilər bu halda cinayət məsuliyyətinə cəlb olunacaqlar
Şok pəhrizlər saçları tökür
Priyanka Çopra Mayamidə dincəlir-FOTO
Məşəl bu gün Bulvara gətiriləcək
Məşhurlara məxsus bahalı üzüklər
Günün qoroskopu: yaxşıca düşünüb-daşının
Krevetkalı, avokadolu salat (foto resept)
Belə hobbi görmüsünüz?
Bakının ən uzun tuneli açılmaq üzrədir
Limfa düyünləri niyə böyüyür?
Dəri tipləri və onların problemləri
COVID-19 testindən keçənlərə 300 dollar VERİLƏCƏK
Əlamətlərinə görə uşağınızın cinsini müəyyən edin
"Qarabağ kətəsi" (foto-resept)
Ən güclü şəbəkə yaradılacaq
Öyrəndiklərinizi xatırlamağınıza kömək edəcək 4 metod
“3 gün içində 13 şəhid verdiyimiz Qarabağı unutmayın!"
Evdə qar kürəsi (özün düzəlt)
Məşhur aktrisa Ərini Aldadıb Qaçdı-FOTO
BQXK girovlarla görüşüb
Boğaz ağrısını aradan qaldıran 7 üsul
Saç düzləşdirən süd maskası
Xaricdə təhsil almaq istəyənlərin nəzərinə!
Azərbaycanda krediti olanlara SEVİNDİRİCİ XƏBƏR - Sentyabrın 30-dək... - VİDEO
Xəzərdə zəlzələ oldu
Sağlam olmaq üçün sadə üsullar
2400 uşaq I sinfə vaxtından əvvəl qəbul olundu A A A
Edə bilmədiklərimiz haqqında niyə yalan danışırıq?
“Facebook” hər gün milyonlarla saxta hesabı bloklayır
Məşhur aktyor əsgərlikdən qayıtdı-FOTO
Serji Hitlerə bənzətdilər
Yataq dəstləri
Manatın məzənnəsi
“Çukur” koronavirusa MEYDAN OXUDU
Messiyə ağlasığmaz təklif: 728 milyon dollar!
Qeyri-adi dizayna malik əşyalar
Limonlu bisküvit (foto resept)
- ŞƏRHLƏR