Qadin.NET / Heyvanların maskalanması

Heyvanların maskalanması

Heyvanların maskalanması

Heyvanlar aləmi qəribə kamuflyajı (maskalanması) ilə zəngindir. Heyvanların bəziləri - timsahlar, yastı quyruqlu kərtənkələ, bayquş və bir çox başqa heyvanlar maskalanmadan həmahəng olmaq üçün istifadə edirlər. Sizə təbiət aləmində maskalanmadan istifadə edən heyvanların bəzi nümunələrini təqdim edirəm.

Heyvanların maskalanması

Misir çoban aldadan quşu

Bu,  çox gözəl maskalanan quşdur. Misirli çoban aldadan quşu (Caprimulgus aegyptius) əslən Çənub-Qərbi  Asiya və Şimalı Afrikadandır. Bu möcüzəvi quş tez-tez otlayan heyvanların arasında olduğu üçün ona bu ləqəbi  veriblər. Deyilənə görə, keçi südü ilə qidalanıb. Başqa çoban aldadan quşları kimi bu quş da şər qarışan vaxt maskalanır. Onu lələyinin rənginə görə yerdən seçmək olmur.

Heyvanların maskalanması

Nəhəng ağac qurbağası - bulendjera

Yaşıl rəngi ona mərkəzi Madaqaskarın şimal-şərq meşələrində yarpaqlar arasında maskalanmağa kömək edir. Bu cəlbedici amfibiyanın özünəməxsus çağırışı var. Onun çağırışı ağac qırılmasına bənzəyir.

Heyvanların maskalanması

Yaquar (Cənubi Amerika pələngi)

Pusqudan hücum etmək üzrə mütəxəssisdir. Əsasən Mərkəzi, Cənubi Amerikada yaşayır. Bu böyük pişiyin maskalanma rəngi ona  gözə görünmədən,  şikarına  gizlincə yaxınlaşmağına kömək edir. Yaquarın dərisinin rəngi cəngəllikdə əlvan yarpaqların tökülməsinə bənzəyir ki, bu da ona yaşamağa və ova çıxmağa yardımçı olur.

Heyvanların maskalanması

Əfsanəvi yastı quyruq gekkon

Gözləriniz sizi aldatmır. Bu həqiqətən də gekkondur. Yarpaqlarda oturur. O, heyrətamiz təqlidçi və maskalanma mütəxəssisidir. Gekkonların Madaqaskarda yaşayan bir çox növü var. Onların hər  birinin özlərinə uyğun təəccüblü maskalanması var.

Heyvanların maskalanması

Saqqallı bayquş

Saqqallı boz bayquş (Strix nebulosa) şimal kabusu kimi də məlumdur. Şəkildə bayquş, həqiqətən, kabusa bənzəyir. Onun sarı gözləri və vahiməli uçuşu vəhşi təbiətin bütöv şəklinə çevrilib.

Heyvanların maskalanması

Lipsoz balığı

Xallı lipsoz (Scorpaena plumieri) zəhərli tikanlara malikdir. Hücumu zamanı ölümcül təsir edə bilər. Maskalanmaq onun sağ qalması üçündür. Şimali Atlantik Okeanında və Meksika körfəzində yaşayır. Rəngini qayaya, daşa uyğunlaşdıraraq seçir.

Heyvanların maskalanması

Quyruqlu gürzə (ilan)

Cənub-Qərbi Afrikada da bu ilanı (Bitis caudalis) tapmaq olar. Onun buynuz kimi çöküntülərini  hər bir gözündən  seçmək olur. Rəngini  torpaqdan  götürərək  maskalanır. Quyruqlu  gürzə  torpağa  maskalanaraq özünü günəş şuasından da  qoruyur. Beləcə sərinlənir.

Heyvanların maskalanması

Cırtdan dəniz atı

Adından da  məlum olduğu kimi, çox kiçikdirlər. Dəniz atlarını Yaponiya, İndoneziya, Avstraliya və Yeni Kaledoniya dənizsahili zonalarında tapmaq olar. Latın dilində adı Hippocampus olan və özünəməxsus görünüşə malik olan dəniz atlarının 50-yə yaxın növü var. Bədənində olan çoxsaylı iynə və lentə oxşar dəri hissələri onu yosunların arasında görünməz edir. Bədəni çox möhkəm kiçik çanaqlarla örtülü və sümüklü olduğundan düşmənlərini qorxuda bilir. Dəniz atlarının daha bir özəlliyi də odur ki, buqələmunlar kimi buruq şəkildə olan quyruqları ilə yapışdıqları bitkilərin rənginə uyğun öz rənglərini dəyişdirə bilirlər. 

Heyvanların maskalanması

Qütb ayısı

Qütb ayısı (Ursus maritimis) dünyanın ən böyük ətyeyən heyvanıdır. Qütb ayıları 800 kq ağırlığında olub, boyları 2,5 metrə çatır. Buzlarla örtülmüş yerdə yaşadıqları üçün onları soyuqdan qoruyan ağ və qalın kürkləri var. Qütb ayısının ağ kürkü onu düşmənlərdən qorunmağa da kömək edir.

Heyvanların maskalanması

Dəniz timsahı

Dəniz timsahı (Crocodylus porosus) dünyanın ən böyük sürünən və kifayət qədər ən zəhmli heyvanıdır. Onlar Şimali Avstraliyada, Şərqi  Hindistanda  və Cənub-Şərqi Asiyada böyük bataqlıqlarda yaşayırlar. Asanlıqla gizlənə bildikləri mühitlərdə özlərinə məskən salırlar. Maskalanmaları uzun müddət hərəkətsiz dayanmalarıdır və bu maskalanma onları təhlükəli ovçuya çevirir. 

24 may 2014
GO BACK