Qısa xatırlatma: Birinci hissədə qeyd etdiyim kimi, məqsədim bu xəbərdə sizə, mənə çox maraqlı gələn Osmanlı imperiyasının məhz İlahi ədalətlə yönədilməsini diqqətə çatdırmaqdır. Buyurun, əsrlər öncə Möhtəşəm İmperiyada cərəyan etmiş digər maraqlı hadisələrlə tanış olun ...
Barbaros Xeyrəddin paşanın Andre Dorianı ələ keçirməsi
Sultan Süleymanın hökmdarlığı zamanı osmanlıda dənizçi- kapitan olan Barbaros Xeyrəddin paşa Andre Dorianın böyük gəmiləri ilə Ağ dənizdə qarşılaşır. Düşmən tərəf daha güclüdür, döyüşü onların qazanacağı açıq görünürdü. Ancaq Barbaros Xeyrəddin paşa Allahdan ümidini kəsməyərək qıldığı Hacət namazı ilə Allaha belə dua edir: "Allahım, əgər mən bu gəmidə öz nəfsim üçün mübarizə aparıramsa, o zaman məni öldür. Əgər sadəcə Sənin Kərəmətullahını, yəni Muhəmməd(s.v.s)in İslam bayrağını buralara gətirmək üçün məni seçmisənsə mənə yardım et, Allahım! "
Bundan sonra gördüyü qısa bir yuxudakı eşitdiyi səs ilə Allahdan yardımını alır: " Ey Barbaros, gəminin bütün bayraqlarının üzərinə bunu yazdır: " Allah istərsə rüzgarı tərsinə çevirər!"
Yuxuda gördüklərinə itaət edən Barbaros paşanın döyüşçüləri günortaya qədər davam edən döyüşdə artıq məğlub olmaq üzrə idilər. Lakin günortadan sonra Allahu- Təala küləyi tərsinə elə əsdirir ki, Andre Dorianın bütün gəmiləri bir- birinə çırpılaraq partlayıb dağılırlar. Bunun nəticəsində barbaros Xeyrəddin paşa mübarizədən qalib olaraq çıxır.
***
Sultan Süleymanın əsgərə cəzası
Avstriya səfərlərinin birində uzaq yoldan gələrək yorulmuş ordu dincələrkən xristian bir kəndli sultan Süleymanın hüzuruna gələrək deyir:
- Sultanım, əsgərlərinizdən biri bağımdan üzüm qopararaq yerinə pulunu asmışdır. Sizə bu hərəkətə görə təbrik və təşəkkür etmək üçün gəldim.
Bunu eşidən sultan dərhal həmin əsgəri səfərdən uzaqlaşdırır. Buna heyrət edən kəndliyə isə belə deyir:
- Əsgərin halı zəfərin ilk addımıdır. İcazəsiz götürülən mal isə haramdır! Qursağından haram loxma keçmiş əsgərin olduğu ordu zəfər qazana bilməz! Əgər pulunu da yerinə asmasaydı kəlləsini də itirəcəkdi!
***
Dəftərə məni də yaz
Osmanlıların hamısı təsəvvüf əhli idilər. Xalqdan biri bir dükana girir və dükan sahibiylə danışır:
-Mənə bir dəftər ver.
Baqqal soruşur:
-Nə edəcəksən o dəftəri?
O şəxs deyir:
-Mən bu dəftərə Allahın övliyasını yazacağam, vəlilərini yazacağam. Çətin də olsa axtaracağam...
Adam dəftəri verir. Deyir:
-Məni də yaz!
Dükandan çıxan adama qəssab səslənir:
-Məni də yaz!
Meyvəsatan səslənir:
-Məni də yaz!
Başqa dükan sahibləri də hər birisi arxadan səslənirlər:
-Məni də yaz!
Bunun mənası nədir? Bu iki adam danışarkən, dəftər alarkən heç birisi orada deyildi . Amma hamısının eyni anda xəbəri olur. Allahu Təala xəbər verir onlara və bir-bir dükanlarından çıxıb arxasından qışqırırlar "Məni də yaz!" deyə...
Baqqal dükanı və siftə
Bir səhər bir adam baqqal dükanına girir və rəfdəki bir şeyi istəyir. Baqqal deyir:
-Satılmır. Sizə onu verə bilmərəm.
Adam deyir:
-Niyə satılmır? Bura baqqal dükanı deyilmi?
-Bəli, bura baqqal dükanıdır. Amma bu qarşıdakı dükandan alsanız məni çox xoşbəxt edərsiniz.
-Niyə?
-Çünki mən bu gün siftə etdim. Amma oradakı qardaşımız hələ siftə etməyib. Sizdən ona bir yaxşılıq etmənizi xahiş edə bilərəmmi? Oraya gedib oradan alış-veriş edin, lütfən.
Yavuz Sultan Səlim və Gobi Çölü (Səhrası)
Yavuz Sultan Səlim səfərə çıxdığı zaman Gobi çölünü keçərkən atından enib piyada getməyə başlayır. Əsgərlər onsuz da pərişan idi. Uzun yollardan gəlmişdilər. At üstündə hər kəs yorğun idi. Axırda baş vəzir dözə bilmir:
-Padişahım, əsgərlər onsuz da pərişandır. Siz də atınızdan endiniz, piyada gedirsiniz-deyir.
Yavuz Sultan Səlim ona tərəf dönür və deyir:
-Görmürsənmi? Orada, önümüzdə Peyğəmbər Əfəndimiz (S.Ə.V) gedir. O, atından enmiş, piyada gedərkən, mən at üzərində ola bilərəmmi?
Balqabağın sahibi
Vaxtilə bir dərviş nəfsi ilə mübarizədəykən, bir bərbərin yanına gələrək saç, saqqal, bığ, nə varsa hamısının təmizlənməsini istəyir. Bərbər dərvişin saçlarını qırxmağa baslayır.
Dərviş aynadan vəziyyəti izləməkdədir. Başının bir qismi tamamilə qırxılmışdır. Bərbər tam digər tərəfə ülgücü vurmaq istəyərkən, bir qoçu girir içəri. Düz dərvişin yanına gedir, başının qırxılmış qisminə bərk bir yumruq vuraraq:
-"Qalx görüm, balqabaq, qalx təraşımızı etdirək!" -deyə kükrəyir.
Dərvişlik budur... Söyənə dilsiz, vurana əlsiz olmalıdır. Qaydəni pozmur dərviş, heç səs etmir, yavaşca qalxır yerindən.
Bərbər xəcalətli olur, amma, qorxmuşdur. Səsini çıxarda bilmir. Qoçu Dərvişin qalxdığı kresloya oturur, bərbər təraşa başlayır. Taraş əsnasında da davamlı olaraq dərvişi alçaldıb lağ etməyə davam edir.
-"Balqabaq aşağı, balqabaq yuxarı....."
Təraş bitir, qoçu dükandan çıxır. Elə bir neçə metr getmişdi ki, atlardan ayrılmış bir at arabası yoxuşdan aşağı sürətlə üzərinə gələrək qoçuya çırpılır. Qoçu orada yıxılıb qalır. Artıq ölmüşdür. Görənlər qışqır-bağır salırlar. Bərbər isə çaşmışhalda bir bu pis mənzərəyə, bir dərvişə baxar, qeyri-ixtiyari soruşur:
- Bir az ağır olmadımı dərviş əfəndi?
Dərviş qəmli və düşüncəli bir şəkildə cavab verir:
- Vallah əsla hirslənmədim ona. Hətta haqqımı da halal etmişdim. Gəl gör ki, balqabağın bir sahibi var. "O" hirslənmiş olmalıdır!..
***
Fateh Sultan Mehmed və Qazı - (Ədalət)
Fateh Sultan Mehmed dövründə Osmanlı tebaasından bir xristian qapısının qarşısında ağlayır. Oradan keçməkdə olan biri: "Qardaşım, nə üçün ağlayırsan?" deyir. O da dərdini izah edir. Fateh Sultan Mehmed Fateh Məscidini tikdirmək üçün yer axtarır. Bir yer tapmışdır, amma sahibi "Satmaram." deyə inad edirmiş. Fateh Sultan Mehmed adamlarını göndərmiş, onun ürəyini qazanmağa çalışmışdır. Hər şeyi sınamış, amma adam Nuh deyir, peyğəmbər demir. Fateh Sultan Mehmed onun torpağı üzərinə indiki Fateh Məscidini inşa etdirir. O ağlayan adama küçədən keçən deyir:
- Övladım, niyə ağlayırsan? Qazıya get. Qazı əfəndi ədaləti mütləq yerinə yetirər.
- Yaxşı, amma bu qazı əfəndinin padişaha nə təsiri ola bilər ki?
- Nə olduğunu görərsən. Sən get.
Şikayət əsasında artıq məhkəmə cərəyan edir. Fateh Sultan Mehmed ayaq üstdə, qazı əfəndi isə oturmuşdur. Fateh Sultan Mehmed öz müdafiəsini edir və deyir:
- Mən orada bir məscidi inşa etdirmək istədim və ona çox pullar vəd etdim, amma heç birini qəbul etmədi və mən məscidi tikdirdim.
Fateh Sultan Mehmed sahibindən icazəsiz, torpaq üzərində tikdirdiyi məscid səbəbiylə əlinin kəsilməsi ilə cəzalandırılması qərarı verilir.
Qazı əfəndi soruşur:
- Övladım, bax bu bir padişahdır. Amma mən Allahın qazısıyam və də mənə əmr etdiyi şey, belə bir vəziyyətdə onun qolunu kəsməkdir. Mən indi onun qolunu kəsib hökmü əda edəcəyəm, yerinə yetirəcəyəm.
Xarici tebaa baxır ki, həqiqətən qazı əfəndi padişahın əlini kəsəcək. O zaman iddiadan imtina etdiyini söyləyir. Qazı əfəndi deyir:
- Belə bir iddiadan imtina etsən, sənə o torpağın əvəzinin neçə qatı böyük miqdarda pul verilər.
Adam iddiadan imtina edir. Fateh Sultan Mehmed deyir:
- Mən ona bu anda min qızıl verəcəyəm və ömürü boyunca da hər gün bir qızıl verməyə davam edəcəyəm.
Məhkəmə bitir. Məhkəmə bitincə qazı əfəndi dərhal ayağa qalxır və deyiri:
-Padişahım, bu ana qədər mən qazıydım, mən Allahı təmsil edirdim. Mən otururdum, siz ayaq üstdə idiniz. Amma bu andan etibarən məhkəmə bitmişdir. Sənin sadiq bir tebaan olaraq mən ayaq üstdəyəm və artıq qazı filan deyiləm. Sizin sadiq bir tebaanızım.
Fateh Sultan Məmməd, qazı əfəndinin sözlərindən sonra nə edəcəyinə baxır. Qazı əfəndi qılıncını çəkir və deyir:
- Əgər padişah olaraq səhv bir şey etsəydin, səni öldürərdim.
Fateh Sultan Məmməd də özü ilə gətirdiyi qılıncını çəkir və deyiri:
- Əgər sən mən padşaham deyə haqsız olmama baxmayaraq məni haqlı çıxarsaydın, mənim də bu qılıncla edəcəyim şey eyni idi. Mən də səni öldürəcəkdim.
Ardı var... İnşaallah!
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Fırça və süngərin təmizlənməsi
Hitlerin dünyanı silkələyən kitabı nəşr ediləcək
Yaponlar bu dəfə də heyrətləndirdi
Bakıda satılan qəribə "kukla"-VİDEO
Alişan doğulacaq körpəsindən danışdı
Möhtəşəm ziyafət donları
Muzeyin görünməyən tərəfi
Azərbaycan əsilli uşaq "Master Chef Junior"da iştirak edir-FOTO
Edgy tərzi necə olmalıdır?
Xəzər dondu
Bürc olaraq hansı pişik növünə aidsiniz?
Evdə istifadə edə biləcəyiniz 4 praktik məsləhət
Dəbdən düşməyən ayaqqabılar (2)
Sinem Kobala 30 minlik təklif-FOTO
"Jet Sosyete"nin yayımı təxirə salındı-SƏBƏB
23 gün komada qalan əsgər ayılıb - VİDEO
Aspirin maskası və dəriyə faydası
Azərbaycanda virus yayılandan indiyədək 153 baş iribuynuzlu heyvan tələf olub
Qat-qat xəmirdən çiçək(foto resept)
Dərinin sağlamlığını və gözəlliyini qoruyan qidalar
Ordu tarixində ilk: Bir qadın…
Bədənindən kətan kimi istifadə edən qadın
Çağatay Ulusoy koronavirusdan belə qorunur - FOTO
Prezidentdən inanılmaz TƏLİMAT: deputatların telefonları yığışdırıldı
10 milyardlıq xəzinə tapıldı
Nüsret evlənir?-FOTO
Heyvanlar aləmindən
Son DƏQİQƏ: Koronavirusun yayılması Bu Tarixdə Dayanacaq
İştah kəsən 5 qida
Sağlam ayağı kəsən həkim istintaqa ifadə verib
Ebru Gündeşin son FOTOsu diqqət çəkdi
Dadlı piroq (foto resept)
İvana Sert efirə qayıdır
Tom Kruz film çəkilişi üçün kosmosa uçmağı planlaşdırıb
“Bakı Metropoliteni” hərəkət qrafikini dəyişir
Günün ulduz falı
Dünyanın ən zəngin varisləri: onların arasında azərbaycanlı da var
Keşiş: Qarabağı verməliyik
Bakı bir səyyahın dilindən
Maraqlı faktlar
14 kq-lıq yeniyetmə-FOTO
Geyim mağazaları ilə bağlı YENİLİK
Ata oğlunu karantin vaxtı evdə saxlamağın qeyri-adi üsulunu düşündü– FOTO
29-30 iyulda keçirilmiş imtahanların nəticələri açıqlanıb
Onurğa üçün idman hərəkətləri
"Acı hayat"ın aktrisası ərə getdi
Peyğəmbər karikaturaları barədə KİV-ə xəbərdarlıq
Leysan yağacaq
Bu çiçəklər təəccüb doğurur
Messi "Real"a qarşı zədəli halda oynayıb
- ŞƏRHLƏR