Kompas — (italyanca com-passo- qövs yolu) fəzada istiqaməti təyin etmək üçün tətbiq olunan ölçü cihazdır.
Tarixi
Hərfi mənası italyan dilində "com-passo", yəni, "qövs yolu" deməkdir. Bu cihazın ən qədim forması istiqaməti yerin maqnit sahəsi əsasında müəyyən edən maqnit kompasdır. Kompas ilk dəfə eradan əvvəl təqribən 3-2-ci əsrlərdə Çində icad edilmişdir. İlk kompas qayıqvari maqnitdən ibarət idi. "Qayığ"ın bir ucu kürəyə, bir ucu isə oxa bənzəyirdi. 11-ci əsrdə isə Çində balıqvari kompas icad edildi. "Balıq" sərbəst şəkildə üzür və başı ilə istiqaməti göstərirdi. Bu əsrdə Çin alimi Şen Qua kompasın bir neçə növünü icad etdi. Bu kompasların əsas üstünlüyü əqrəbin istiqaməti suda yox, havada göstərməsi idi. Çünki su ilə müqayisədə hava əqrəbə az müqavimət göstərir və nəticədə, əqrəb istiqaməti daha dəqiq müəyyən edirdi. Digər tərəfdən, Şen Quanın icad etdiyi bu kompaslar müasir kompaslara daha yaxın idi.
XII əsrin əvvəllərində Çin kompası Ərəbistana, XIII əsrin əvvəllərində isə Avropaya keçdi. Avropada isə Çin kompasından ilk istifadə edənlər italyanlar oldular. İtalyanlardan sonra Avropadakı başqa xalqlar da kompasdan istifadə etməyə başladılar.
XVI əsrin əvvəllərində italiyalı Flavio Coyya kompası təkmilləşdirdi. Coyya maqnitləşdirilmiş əqrəbi bir iynənin ucuna qoyaraq kağız dairənin mərkəzində yerləşdirdi, sonra da bu kağız dairəni 16 hissəyə, yəni, 16 rumba böldü (yeri gəlmişkən deyək ki, yunan dilində "rhombos" -"dairəvi hərəkət" deməkdir). Sonrakı illərdə rumbların sayı 16-dan 32-yə çatdırıldı. Bu sadə ixtira dənizçiliyin inkişafında çox böyük rol oynadı. Artıq dənizçilər uzaq və təhlükəli səfərlərə qorxmadan çıxmağa başladılar.
Sonralar kompas müxtəlif alimlər tərəfindən daha da təkmilləşdirildi. Bu gün istifadə etdiyimiz kompası isə ilk dəfə 1483-cü ildə portuqaliyalı Pyer Qarsia Ferdinand icad etdi. Maqnit kompaslarından başqa, ən çox istifadə edilən kompaslar isə hiroskopik və elektron kompaslardır.
Mənbə-vikipedia
XƏBƏR LENTİ
Akrobatika gimnastikası üzrə Azərbaycan birinciliyi başlayır
Yerə 4,5 milyard il yaşı olan meteorit parçası düşüb
"Real Madrid"in 100 milyonluq futbolçusu yenə zədələndi
Səbət modelləri
Pandemiyadan sonra maaşlarında artım gözlənilən peşə sahibləri - SİYAHI
Yay üçün köynək nümunələri
Sabahın HAVAsı
Bakıda bu gecə SU KƏSİLƏCƏK!
Misirə də qar yağdı: son 122 ildə ilk dəfə
Dünya mətbəxi - Rusiya
Artıq çəki ilə mübarizədə nəzərə almadığımız faktorlar
Tarix yazan idmançımız karyerasına son qoydu
Sosial şəbəkələrdə yeni təhlükəli “çelenc” yayılıb - VİDEO
Yulaflı şokoladlı şirniyyat (foto resept)
Qar ABŞ-ın həyatını dondurdu
Tarixin ən cüssəli idmançıları - FOTO
Melaniya Tramp kökəldi-FOTO
Sabah bu yollar bağlanacaq
Beynin bütün funksiyalarından istifadə edilə bilər
"Oscar" 30 ildən sonra İLK DƏFƏ
İdman edənlər üçün bananlı və fıstıqlı içki
Ariana Grandedən 8 milyonluq perormans-FOTO
Leyla Əliyeva Azərbaycan pavilyonunun açılışında - FOTO
Meray Keri yeni ili belə qeyd etdi-FOTO
HAVA necə olacaq?
Azərbaycanda daha 1 nəfər koronavirusdan öldü: 44 yeni yoluxma
Suşi (foto resept)
Azərbaycanda yollarda vəziyyət necədir?
Ən çirkin yeni il geyimləri
Şeyx haqqında xalq sözü
Zeytun salatı (foto-resept)
Seren Serengil yenidən ərə gedir
Sizi aldatmaq mümkündürmü?
İrina Şeyk tənqid hədəfi oldu-SƏBƏB/FOTO
9 yaşlı qız hovuzda batan 2 yaşlı uşağı xilas etdi - VİDEO
Işın Karaca İrəm haqqında bunları dedi
Azərbaycan qazı Avropa üçün önəmlidir
Britni Spirs rəqs zamanı ayağını sındırdı - VİDEO
Olimpiya stadionunu hələ bu cür görməmisiniz
Portağallı dondurma (foto resept)
İran gömrük rüsumunu artırdı
Rusiyalı alimlər yeni göbələk növü tapdı
Serenay Sarıkaya və Cem Yılmaz EVLƏNİR-FOTO
Rühəngiz Allahverdiyevanın yeni imici-VİDEO
"Şokolad" arılar (foto resept)
Azərbaycan tarixindən yüz şəxsiyyət-77
Sevgilisindən Alişanla bağlı təəccübləndirən sözlər
Çox yemək yeyənlərə 7 məsləhət
Şahinlərimizə qurban kəsildi
"Ləkəlisən" deyə lağa qoyulan qız məşhur oldu















- ŞƏRHLƏR