Bu gün nədənsə səni istədim. Əllərini tutub, gözlərinə baxmaq istədim. Sənin gülüşünü, səsinin ahəngini eşitmək istədim. Sənə toxunmaq, nəfəsini hiss etmək istədim. Mənə sarılmağını, saçlarımı oxşamağını istədim. Amma bilirəm ki, bu mümkün deyil. Ona görə də sadəcə xəyalımda istədim səni. Təbiəti, dünyanın bütün gözəlliklərini əks etdirə biləcək qədər güc istədim. Rəssam olub misli-bərabəri olmayan bir tablo yaratmaq istədim. O tabloda qaranlıq gecədə səninlə ulduzları seyr etmək istədim. Axan bir ulduz görüb sanki bütün arzularımız həyata keçəcəkmiş kimi arzu tutmaq istədim. Bir payız günündə, yarpaqlarını tökmüş bir bağda səninlə yan-yana yerimək istədim.
Ayaqlarımız altında xəzəllərin xışıltısını duymaq istədim. Payızın soyuq küləyindən sanki üşüyürmüş kimi mənə bərk-bərk sarılmağını istədim. Yağışlı havada islanmağımızı, buna baxmayaraq yağış damlalarını tutmaqa çalışmağımızı istədim. Dənizin qumlu sahilində əl-ələ yeriyərkən ləpələrin ayaqımıza vuruşunu istədim. Günəşin doğuşunu, qüruba enməyini birgə izləməyimizi istədim.
Bu gün nədənsə səni istədim...Bu qədər istəyərkən səni niyə yanımda deyilsən? Kimin gözü dəydi bizə? Niyə ölüm girdi aramıza? Niyə axı?Niyə? Sən getdin və gedişinlə üzümdəki, gözlərimdəki təbəssüm də səninlə birgə getdi. Əvəzində isə mənə göz yaşı qaldı. Sənə deməyə o qədər sözüm vardı ki... Sənə veriləcək nə qədər suallarım vardı. Mənə veriləcək nə qədər cavabların vardı. Amma heç birinə cavab almayacağam. Çünkü artıq çox gecdir.
Yoxdur artıq məni güldürən, mənim nazımı çəkən. Bəzən hirsləndirən, bəzən də ağladan. Yoxdur artıq o dəli oğlan. Daha olmayacaq sənli, xoşbəxt günlər. Olmayacaq...
Nədənsə çox istədim bu gün səni... Sadəcə səni xatırlamaq keçdi ürəyimdən. Səni qucaqlamaq, nəfəsini nəfəsimə çəkmək...
Hər şeyə görə "Çox sağ ol" deyirəm. Yaşatdığın gözəl, xoşbəxt, sevgi dolu günlərə görə çox sağ ol. Xoşbəxtliyi, sevgini mənə daddırdığın üçün sənə minnətdaram.
Bu gün sadəcə sən olmaq istədim. Amma nə üzünü, nə gözlərini görmək, yalnız səsini eşitmək istədim... Bu da mənim ürəyim, bu da mənim xəyalım. Səninlə dolu olan ürəyim və xəyalım...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
Azərbaycanda qızları olan ailələrə ŞAD XƏBƏR - VİDEO
İndoneziyada "ASAN xidmət"in oxşarı açılacaq
Ramiz Mehdiyevdən nəvəsinin toyu ilə bağlı AÇIQLAMA
Gigiyena xətaları
Limonlu suyun faydaları
Xəzərdə zəlzələ oldu
Gökhan Türkmən müğənniləri məhkəməyə verdi
Gözdən əlillər üçün Qurani-Kərim nəşr ediləcək
Qaxda qış turizmi
Mehriban Əliyeva qayğanaq bişirdi - Foto
Almanlara qalib gəldik
Sıla ETİRAF ETDİ
Yol polisindən toy karvanları ilə bağlı XƏBƏRDARLIQ
Fatih Terimin tapıntısı "Qalatasaray"dan ayrılır
Dünyanın ən nəzakətli oğrusu - VİDEO
Seren Serengilin əsil yaşı sübut olundu-FOTO
Hacıqabuldakı partlayışla bağlı SOCAR-dan AÇIQLAMA
Qarabağ Universiteti yaradılacaq
Donmayan balıqlar
Skarlett Yohanson 400 minlik nişan üzüyünü göstərdi-FOTO
Bu il İstanbula gedən azərbaycanlı turistlərin sayı açıqlandı
Ət soyutması (foto resept)
Rusiya ilə Azərbaycanın fərqi
Obama ilahi oxudu
Kəs və yapışdır-33
Məşhur aktrisa ana olacaq-FOTO
Sürüşmə zonasında yol tikintisi başa çatır
Vunderkind uşaqlar
Virtual tanışlıq # Real tanışlıq
Ömür yolu
Enerjinizin azalmağına səbəb olan 5 qida!
Limonlu peçenyelər (foto resept)
Gəl, açıq danışaq
Margot Robbie: təbii və qüsursuz
DÇ-2014: Yarımfinal oyunlarının başlama vaxtı
Aybaşı gününü hesablama
Panteizm
İlham Zəkiyev 6-cı dəfə Avropa çempionu oldu
Burak Özçivitin serialının ilk VİDEOsurekord qırdı
Uşaqlar üçün yataq örtüyü dəstləri
Dadlı poğaça (foto-resept)
Bu gün Bengünün toyudur-Toplam xərc 1 milyon
Qısa zamanda varlanmaq üçün ƏN İDEAL ÖLKƏLƏR
Ronaldunun sevgilisinin ev halı diqqət çəkdi-FOTO
Su fitnessi
Toya hazırsınızmı?
Maqnit qasırğasının səviyyəsi açıqlandı
Laçının işğalından 28 il ötür
Abituriyentlərə xəbərdarlıq
BÜRCLƏR bizə nə vəd edir? - 20 mart
- ŞƏRHLƏR