“Bezginlik!” Görəsən belə bir söz varmı Azərbaycan leksikonunda? Bəlkə də yox. Niyə bu yerə qədər heç bir kəsin ağlına gəlməyib bu söz?! Amma mən bu sözü birdən-birə heç özüm də bilmədən özüm kəşf etdim. Hər necə olursa-olsun, bu hal məndə çox tez-tez baş verir. Bezirəm hər şeydən. Düşmən kəsilirəm məni əhatə edən nə varsa hər şeyə. Ətrafımda hündur sədlər, divarlar çəkilir sanki. Mən də qalıram tək...
Çıxmaq istəyirəm, yarıb keçmək istəyirəm bütün maneələri. Bacarmıram. Bütün haqsızıqları dəf etmək gücünü özümdə tapmadıqda ağlayıram... Dərdlərim, üst-üstə qalaqlanmış nisgilim göz yaşlarımla qəlbimə süzülür. Bir özüm görürəm, bir də Allahım...
“Balaca qara balıq” hekayəsini hələ uşaq ikən oxuyanda o hisslərin hamısını yaşamışdım. İstəmədiyin cəmiyyətdə yaşamağın nə demək olduğu xəfif bir sızıltı tək keçmişdi qəlbimdən o an... Nə biləydim ki, vaxt gələcək, mən də onun yaşadıqlarını yaşayacam istəmədən... Mən də onun kimi kiçik bir gölməçəyə məhkum olmuşam. Elə hey çapalayır, çıxa bilmirəm, çıxmağa can atdıqca daha da dərinə batıram...
Özümlə məni əhatə edən cəmiyyət arasında dərin bir uçurum var. Elə bir uçurum ki bunu mənim kimi tam dəhşətiylə təkcə özüm anlayır və anladıqca daha da əzab çəkirəm. Hərdən mənə elə gəlir ki, bu kabusdan qurtuluş yoxdur. Məhkumam bu həyata. Elə hey təkrarlardanmı ibarətdir mənim həyatım?!
Bütün təbii proseslərdə özümə uyğun nəsə tapıb kədərlənirəm. Saxta təriflər, şit söhbətlər eşidib əriyirəm.Yaşımın üstünə yaş gəldikcə yaşamaq mənə daha çətin gəlir....
Kaş bir dəniz sahilində olaydım... doyunca hönkürərdim... Tökərdim illərin nisgilini qəlbimdən... Dalğaların səsi səsimə qarışıb gizlədərdi hıçqırtımı... Bir dağ yamacında olaydım... Qışqırardım səsim çatdığı qədər... Səsim qayalara çırpılıb əks-səda ilə ətrafa yayılardı...
Elə vaxtlar da olur ki, birdən buludlar səmadan çəkilir, bayaqkı qalın divarlar yıxılır, mən xilas oluram. Bəlkə də bu bir xəyaldır, amma ümidim varsa, demək hələ yaşayıram. Kim bilir bəlkə də... bu mən deyiləm, ruhumun harayıdır... ”Bezginlik hallarım”ın qəlbimdə iz salmış acı xatirəsi...
Bənzər xəbərlər...
XƏBƏR LENTİ
"Quş qripi" qayıdır
Kəs və yapışdır-9
Məşhur aktrisadan gözlənilməz FOTOlar
300-1500 manat maaşı olan iş yerləri açılacaq
Məşhur müğənni İrandan qovuldu-SƏBƏB
Həzm sisteminin işləməyinə kömək edən ərzaqlar
Yeni heyvan növü yaradıldı-FOTO
Məşhur professor saç tökülməsinin səbəblərini açıqladı
Şokoladlı dondurma banan (foto resept)
Prezident İlham Əliyev və xanımı ümumdünya forumunun açılışında
Kosmosa 1 milyard dollar göndərildi
Hava haqqında
Diqqət! Facebook profilləri nəzarətə götürüldü
Doğuşdan əvvəl makiyaj edən analar
1, 5 və 50 manatlıq pul nişanlarının dizaynı dəyişdi - FOTO
Anomal istilər nə vaxta kimi davam edəcək?
Meryem Üzerlidən estetik əməliyyat etirafı-FOTO
Məşhurlarin nadir xəstəlikləri
Beren Saat evinə qayıtdı
Ən çox radiasiya yayan smartfonlar - SİYAHI
"Südlü" tort - tavada (foto resept)
Bakı Tikiş Evindən sosial şəbəkələrdə yayılmış xəbərlərə RƏSMİ MÜNASİBƏT
Qış şorbası (foto-resept)
Erməniləşdirilən toponimlər tarixi adlarına qovuşur
Dünyanın ən etibarlı evi - FOTOLAR
190 manatlıq ödəmələrlə bağlı AÇIQLAMA
Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlandı
Azərbaycan tarixindən yüz şəxsiyyət-6
Bu şəhərlər Yer üzündən silinəcək
Aleyna Tilki haqqında Cinayət İşi açıldı
Ukraynada hakimiyyət və müxalifət razılığa gəlmədilər
Hazırlaşın: WhatsApp inqilab edəcək - FOTO
Arxeopteriks
Müəllimlərin maaşı 40 faizə qədər artacaq
Məktəblərə şagird qəbulunda əsas PRİORİTETLƏR
Yatmağa kömək edən qidalar
Yararsız əşyaları dəyərləndirək
Bu günün hava proqnozu
Hamiləlik dövrləri (20-31 həftələr)
Bu ilin trend rəngi: Canlı Mərcan
Xəyanətə uğradı, 25 kq arıqladı-FOTO
Asan tort (foto resept)
Şabalıd təmizlənməsi qaydaları
Azərbaycanda ictimasi iaşə müəssisələri ilə bağlı XƏBƏRDARLIQ
Sarışın qızlar haqda miflər və həqiqətlər
İnternetin yeni qaydası təsdiqləndi
Obama: İŞİD qruplaşması məhv ediləcək
Bu itlər xərçəng xəstələrini müəyyən edir
İki bacıya bəysiz toy etdilər - FOTO
Suşi (foto resept)
- ŞƏRHLƏR