
Cənub-Şərqi Asiyada “quş qripi”nin yeni növü aşkarlanıb. Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) məlumat yayıb. Məlumata görə, H5N6 virusuna bu ilin aprelində Çində, daha sonra Laos və Vyetnamda rast gəlinib. Bu günə kimi virusa insanlarda rast gəlinməsə də, regionda iqtisadiyyat və heyvandarlıq üçün təhlükəli haldır.
Qeyd edək ki, FAO Cənub-Şərqi və Şərqi Asiya ölkələrinin hökumətlərini “quş qripi” virusunun aşkarlanması səylərini artırmağa və onun insana keçib-keçməməsinin monitorinqini aparmağa çağırıb.
Xatırladaq ki, bir neçə il əvvəl də "quş qripi" təhlükəsi əksəriyyət ölkələrdə, o cümlədən də Azərbaycanda təşvişə səbəb olmuşdu. İndi də insanları bu sual maraqlandırır ki, "quş qripi"nin yeni yayılmış bu növü Azərbaycana da gəlib çıxa bilərmi?
Dövlət Baytarlıq Xidmətinin mətbuat mərkəzinin rəhbəri Yolçu Xanvəli "quş qripi"nə görə ölkədə daim monitorinqlər aparıldığını bildirdi: ""Quş qripi"nə görə həmişə ölkədə monitorinqlər aparılır. Bu il də yaz miqrasiyası dövründə monitorinqlərimizi aparmışıq. Biz "quş qripi"nə və digər xəstəliklərə görə vəziyyəti sabit olan ölkələrdən məhsullar idxal edirik. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının yaydığı məlumatdan biz də xəbərdarıq. Bilirsiniz ki, quş qripinin 18 tipi var. Yəqin ki, onlardan yeni bir tip daha müəyyən ediblər. Çox güman ki, yaxınlarda bu tipin hansı qrupa aid olduğu barədə məlumat veriləcək.
Cənubi və Şərqi Asiyada, xüsusilə də Çin, Vyetnam və Tayvan zonasında bu xəstəliklərin daima qeydə alındığı bizə də bəlli idi. Biz bu bölgələrdən heç bir məhsul almırıq. Bu ölkələrdən quş əti və quş əti məhsulları almadığımıza görə Azərbaycana bu xəstəliyin kənd təsərrüfatı malları vasitəsilə gəlmə ehtimalı sıfıra bərabərdir. Amma növbəti monitorinqlərə də payız miqrasiyası dövründə start vermək istəyirik. Bu da quşların miqrasiyası dövrünə, noyabrın ortaları - dekabrın əvvəlinə təsadüf edir. Bu gün üçün isə deyə bilərik ki, ölkəmizdə "quş qripi" hər hansısa bir formada müşahidə edilmir. Bu xəstəliyə də xüsusi nəzarət olunur. Ayrı-ayrı quşçuluq fabriklərindən, broyler təsərrüfatlarından qan nümunələri Respublika Baytarlıq Laboratoriyasına gətirilir və nümunələr burada müayinə olunur. Tam əminliklə deyə bilərik ki, ölkəmizdə "quş qripi"nin hər hansı növünə təsadüf olunmur”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla "quş qripi"nin köçəri quşlarla yayıldığını və hər an ölkəmizə gəlmə təhlükəsinin ola biləcəyini dedi: ""Quş qripi" köçəri quşlar vasitəsilə yayılır və bu quşlar da sərhəd tanımır. Bilirsiniz ki, bu köçəri quşlar fəsildən-fəsilə ayrı-ayrı yerlərdə olurlar. Buna görə də çox asanlıqla bu virusu yaya bilərlər. "Quş qripi" virusunu da elmdə lokallaşdırmaq lazımdır. Keçən il eyni hal baş verəndə Ümumdünya Səhiyyə Təşkilatı bütün gününü səfərbər etdi və onu yerindəcə lokallaşdırdı və bunun yayılmasının bir növ qarşısını aldı. Yəqin ki, indi də belə tədbirlər görüləcək. Düzdür, hələ ki "quş qripi"nin yeni yayılmış bu növü haqqında tam məlumat yoxdur. Amma "quş qripi"nin əvvəlki forması qanla keçirdi. Bir ara Azərbaycanda toyuq və quş ətinin qadağan olunması da həmin bu xəstəliklə bağlı idi. Hesab edirəm ki, hər ehtimala qarşı diqqətli olmaq lazımdır. Bir müddət köçəri quşların ətinin satışını məhdudlaşdırmaq və ya nəzarəti artırmaq olar. Yəni müəyyən profilaktik tədbirlər görmək lazımdır ki, bu qrip Azərbaycanda yayılmasın”.
[lang=az]Bənzər xəbərlər...[/lang] [lang=en]Related news[/lang] [lang=ru]Похожие новости...[/lang] [lang=tr]Benzer haberler...[/lang]
[lang=az]XƏBƏR LENTİ[/lang] [lang=en]NEWS TAPE[/lang] [lang=ru]Лента новостей[/lang] [lang=tr]HABER BANTI[/lang]
Analar, siz səhv bilirdiniz?
Qış niyə mülayim keçir?
Yeni tərz: Batik saçlar
Adobe photoshop (Dərs-10)
Əfsanəvi reperin qətli milyon dollara sifariş olunub
Temperatur yüksəldikcə suçiçəyinə yoluxma... - Səhiyyə Nazirliyi
3 il sonra...
Təbii üz maskaları
"7 qitənin gözəli" seçildi
Azərbaycan yenidən Sənayeçilərin və Sahibkarların Beynəlxalq Konqres Şurasının sədr müavini seçilib
Yaponiyanın ən uzun müddətli Baş naziri
Meyvələrdən ilham alan sənətkar
Ayaqdakı çatları aradan qaldıran üsul
Alça kompotu (foto-resept)
Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin iştirakı ilə görüş keçirilib
Hikmət Hacıyev: “Erməni işğalçıları əhalimizə qadağan edilmiş silahlardan atəş açırlar” - VİDEO
Şakira çətin keçən xəstəliyindən danışdı-FOTO
BÜRCLƏR bizə nə vəd edir? - 29 APREL
Gün var, əsrə bərabər: Ötənləri yada salaq
Murad Yıldırım ilə Sinem Kobal bir filmdə
Moskva 6 nəfəri qətlə yetirən rus əsgərini Ermənistana verdi
Pendirli poğaça (foto-resept)
Bakı məktəblərində saqqız qadağası - SİYAHI
Azərbaycan və Bəhreyn hərbi əməkdaşlıq planı imzaladılar
Acı çəkirsinizsə öyrənə bilməzsiniz!
Daha altı şəhər və dörd rayonda həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır
Telefonunuzu kimlərin izlədiyini bu kodlarla öyrənin
Hər gün kirli corab iylədi ...-ŞOK NƏTİCƏ
Bölgələrdə Ulu Öndərin xatirəsi anılır
200 gənc koronavirus partisi təşkil etdi
Azərbaycan alimləri laya vurulan quru qazın həcmini iki dəfəyə qədər azaltmağa nail olublar
Fazil Mustafa dərslərin sentyabrın 1-də başlamasını təklif edir
Cennifer Lopez hamam xalatında küçəyə çıxdı-FOTO
Hərracda aldığı mənzildə həyatının sürprizi ilə qarşılaşdı
Bakıya duman gələcək
Silahlı Qüvvələrin Yardım Fonduna yığılan vəsaitin məbləği açıqlandı
Prezident Davosda görüş keçirdi
Baralgin həbləri satışdan niyə yığışdırıldı?
Bu gün bir neçə rayon susuz qalacaq - FOTO
Rəngli bilərziklər
Bülent Ersoy klipi çəkdi - VİDEO
Rusiya gözəlini seçdi
İşləyənlərə xəbərdarlıq
Özünüz yüksələrkən başqalarını da unutmayın
Dünya çempionatı: hansı oyun, hansı kanalda?
Bakının bu hissəsində qaz olmayacaq
Menstruasiya ağrıları
Kainatın yaranması
ABŞ Pxenyanı vuracaqmı? - Rusiyadan xəbərdarlıq
Karantin zamanı yazılmış əsərlər















[lang=az]- ŞƏRHLƏR[/lang] [lang=en]- COMMENTS[/lang] [lang=ru]- КОММЕНТАРИИ[/lang] [lang=tr]- YORUMLAR[/lang]