Bret Qart Frensis
Amerika yazıçısı Bret Qart (1836-1902) öz hekayələrini oxumaq üçün Riçmond şəhərinə gəlir. Yazıçı xəstələnmiş və özünü pis hiss etməyə başlayır. Yerlilərdən biri onu sakit etmək üçün deyir:
-Bizim şəhərin ab-havası çox yaxşıdır. Burada gündə ancaq bir nəfər ölür!
Yazıçı dərhal ondan soruşur:
-Deyin görüm bu gün ölməyə namizəd olan adam ölmüşdür ya yox?
Demosfen
Qədim Yunanıstanın məşhur natiqi Demosfenin (384-322) evinə oğru gəlir. Alim oğrunu tutduqda o, üzr istəyərək deyir:
-Bağışlayın, mən bilmirdim ki, bu şeylər sizindir.
-Ancaq sənin olmadığını da çox yaxşı bilirdin - deyə Demosfen cavab verir.
Anatoli Durov
Məşhur rus sirk artisti Durov (1887-1927) bir şəhərdə tamaşa verdiyi zaman, aristokrat tamaşaçılardan biri özünü öyərək ona yaxın gəlir və deyir:
-Cənab kloun, müvəffəqiyyət qazanırsınız?
-Görürsünüz də...
-Deyirlər sirkdə müvəffəiyyət qazanmaq istəyən kloun sifətini axmaq şəklə salmalıdır. Bu doğrudurmu?
-Əlbəttə doğrudur,- deyə Durov cavab verir.- əgər sənin sifətin məndə olsaydı, müvəffəqiyyətim ikiqat artıq olardı!
İbn Sina
İbn Sina (980-1037) on yaşına çatdığı zaman öz biliyi ilə məşhur idi. Bir nəfər onun küçədə uşaqlarla oynadığını görüb deyir:
-Bu qədər fəzl, kamal və mərifətlə küçədə uşaqlara qoşulub oynamaq sənə yaraşarmı?
-Yaşın öz hökmü vardır, mən bu hökmə qarşı gedə bilmərəm - deyə İbn Sina cavab verir.
Karl Alfons
Fransa yazıçısı Karl bir yay günü Nitsa şəhərində bağ qonşusu ingilisə müraciət edərək bir kitab istəyir. İngilis:
-Kitab vermək adətim deyildir. Gəlib mənim kitabxanamda istədiyiniz qədər oxuya bilərsiniz! - deyə onun xahişini rədd edir.
Bir neçə vaxtdan sonra ingilis öz nökərini Karlın yanına göndərib bağçasulayanı istədikdə, yazıçı:
-Bağçasulayanı vermək adətim deyil, gəlib mənim bağçamda istədiyinz qədər istifadə edə bilərsiniz! - deyə cavab verir.
Likok Stiven
Yumorist yazıçı Likok Stivenin (1869-1944) yanına birisi gəlib gülüş doğuran əsərlər yazmağın üsulunu öyrənmək istədiyini bildirir. Yazıçı ona deyir:
-Gülməli yazmaq çox asandır. Qələm, kağız və mürəkkəb götürürsünüz, sonra da oturub başlayırsınız başınıza gələn fikirləri yazmağa.
Həmin şəxs:
-Bəli, bəli... Doğru deyirsiniz təşəkkür edirəm! - deyərkən Likok:
Yazmaq asandır, bütün çətinlik başınıza fikir gələ bilməsindədir! - deyir.
Avraam Linkoln
Bir ingilis diplomatı Ağ evə gələrək ABŞ prezidenti Linkolnun (1809-1865) çəkmələrini sildiyini görür və təəccüblə soruşur:
-Hörmətli prezident, siz öz çəkmələrinizi təmizləyirsiniz?...
-Əlbəttə... yoxsa siz başqalarının çəkmələrini təmizləyirsiniz? - deyə Linkoln cavab verir.
Mikelancelo Buonarotti
Bandinelli adlı bir heykəltəraş klassik heykəllərdən birinin oxşarını yaratmış və özünü öyərək-
Oxşarı originaldan yaxşıdır, - deyir.
İtaliyanın dahi sənətkarı Mikelancelo (1475-1564) bu sözü eşidərək deyir:
-Başqasını izləyənə heç vaxt öndə gedən deməzlər!
Platon
Birisi, Qədim Yunanıstanın məşhur filosofu Platonun (e.ə 427-347) yanına gəlib deyir:
-Filankəs sizi tərifləyirdi.
Platon bunu eşidib dərin fikrə gedir və xəbər gətirən:
-Böyük alim, nə üçün fikrə getdiniz? - deyə soruşduqda:
-Fikirləşirəm görüm son vaxtlar əlimdən və dilimdən nə nöqsan baş vermişdir ki, belə bir cahil məni tərifləsin - deyə Platon cavab verir.
Aleksandr Sergeyviç Puşkin
Böyük rus şairi Puşkin öz azad fikirli şeirlərini çəkinmədən ictimai yerlərdə oxuduğu üçün çar höküməti tərəfindən ölkənin cənubuna sürgün edilir. O, Kiyevdən keçərkən dostlarından birinə rast gəlir və dostu şairdən soruşur:
-Aleksandr Sergeyviç! Sən Kiyevə necə gəlib çıxmısan?
Şair də dostuna:
-Dil insanı Kiyevə də, harada da desən aparıb çıxara bilər! - demyir.
Mirzə Ələkbər Sabir
Ürəyindən şikayətlənən Sabir (1862-1911) həkimə gedir və həkimlər də ona "Ciyərləriniz xəstədir"- dedikdə o:
"Arizi-qəmlər əlindən ürəyim şişmiş idi,
Zənn edirdim edəcək ona çarə ciyərim!
Bəxti-mənhusimə bir bax, mən bu təmənnada ikən,
Başladı şişməyə indi üzü qarə ciyərim!..."
misralarını yazır.
Solon
Qədim Yunanıstanın alimi Solon (e.ə 638-558) gününü daima boş keçirən, elmlə məşğul olmayan tanış bir gəncə rast gəlirş və deyir:
- Nə qədər ki yaşayırsan - öyrən! Düşünmə ki, qocalıq gələndə sənin üçün özü ilə kamal da gətirəcəkdir.
Aleksandr Vasilyeviç Suvorov
Rus ordusunun generalı Suvorov (1730-1800) gəvəzəliyi və uzunçuluğu ilə məşhur olan zabiti yanına çağıtdırır, qapı və pəncərələri örtərək gizli bir söz deyirmiş kimi ondan soruşur:
-Sənin bir qəddar düşmənin var, hər yerdə sənin pisliyini danışır.
Zabit dərhal bütün düşmənlərinin adlarını sadalayır. Kimin adını çəkirsə Suvorov ona:
-Yox, o deyil!- deyir. Zabit artıq deməyə adam tapmadıqda, Suvorov ona:
-Bircə dilini çıxar!-deyərkən zabit dilini çıxarır.
-Bax, sənin ən qəddar düşmənin budur!- deyə Suvorov onun dilini göstərir.
Nikolay Yeqoroviç Jukoviski
Rusiyada təyyarəçiliyin banilərindən olan Jukoviski (1847-1961) huşsuz adam idi. O, bir axşam öz evində tələbələri qəbul edir, onlarla uzun-uzadı vaxt keçirir və qəflətən yerindən qalxaraq papağını axtarmağa və tələbələrlə görüşüb xudahafizləşməyə başlayır. Tələbələr təəccüblənir və onun hara getdiyini soruşurlar.
-Mən çox oturdum, evə tələsməliyəm,- deyib öz evindən getmək istəyir.
XƏBƏR LENTİ
Moskvada Dağlıq Qarabağ nizamlamasının aktual məsələləri müzakirə olunub
Ət piroqu (foto resept)
Sözlərin təsnifatı
2019-cu ilin ən gözəl dekorasiya nümunələri
12 yaşlı uşaq 83 kilo arıqladı - VİDEO
Daşınan sensor vücudu yoxlayacaq
Şokoladlı, kokoslu tort (foto resept)
Həftənin ilk iş günü hava necə olacaq?
Koronavirus xəstələri ictimai nəqliyyatda “super yoluxdurucuya” çevrilir - XƏBƏRDARLIQ
Ingilis dili-XXVII-dərs
Azərbaycanda daha 41 nəfər koronavirusdan öldü: 2284 yeni yoluxma
Elçilik
Rusiya ilə bağlı bədbin proqnoz
Prezident sükan arxasında
Valideynlərin uşaqlarda itirdikləri güvən problemi
Təzəpir məscidində bayram namazı qılındı
"Qızıl Qlobus" 2012
Putindən çox mühüm həmlə
Abortların sayı 2 dəfə azalıb
Azərbaycan müdafiə nazirinin yeni müavini təyin olundu
Buraxılış imtahanında iştirak etməyənlərə sənəd verilməyəcək
Məşhur aktrisa hərəkəti ilə təəccübləndirdi
Azərbaycan idmançıları erməniləri peşman etdilər
Bakı metrosunda yeni qatarlar
Rəngarəng toyuq filesindən yemək (foto resept)
Krım meteoritinin UNO ilə əlaqəsi var
Uşaqlıq dövrü pozuntuları (2) (childhood disorder)
Tavada böyürtkənli piroq (foto resept)
Sumqayıtdakı evlərin yeni qiyməti
Bengü canlı yayımda ağladı-VİDEO
Tuba Büyüküstün əkizlərinin Yeni il partisində - FOTOLAR
Sağlam üsulla qaralma
Danışan balinalar - VİDEO
Ən çox vergi ödəyən məşhurların adı açıqlandı
Dünya alimləri ŞOKda: Fermer dinozavr yumurtası tapdı - FOTO
Erməni nazir: "Biz Bakıya getməliyik"
"İgid əsgər, möhkəm dayan!" mahnısının müəllifi ölkəmizin təmsilçisi oldu
Cins şalvarlar
Keçibuynuzunun faydaları
Agentlik sədrindən maska açıqlaması: “İctimai nəqliyyatda...”
Ekiz bacıların arzusunu çin etdi
Yerin forması və ölçüləri
Davut Güloğluya MƏHKƏMƏ CƏZASI-SƏBƏB
Benzinin qiyməti niyə qalxdı?
Bu cür yatmaq nəyin əlamətidir?
Məşhur cütlük ayrılır?-FOTO
100 ildən sonra ilk dəfə NƏHƏNG tısbağa tapıldı-FOTO
BÜRCLƏR bizə nə vəd edir?-25 yanvar
I Qarabağ müharibəsində şəhid olmuş Azərbaycan hərbçilərinin dəqiq sayı açıqlandı
Günün ulduz falı
- ŞƏRHLƏR