Qadin.NET / Tarixi şəxsiyyətlərdən qısa dialoqlar (2)

Tarixi şəxsiyyətlərdən qısa dialoqlar (2)

Tarixi şəxsiyyətlərdən qısa dialoqlar (2)

Bret Qart Frensis

Amerika yazıçısı Bret Qart (1836-1902) öz hekayələrini oxumaq üçün Riçmond şəhərinə gəlir. Yazıçı xəstələnmiş və özünü pis hiss etməyə başlayır. Yerlilərdən biri onu sakit etmək üçün deyir:

-Bizim şəhərin ab-havası çox yaxşıdır. Burada gündə ancaq bir nəfər ölür!

Yazıçı dərhal ondan soruşur:

-Deyin görüm bu gün ölməyə namizəd olan adam ölmüşdür ya yox?

Demosfen

Qədim Yunanıstanın məşhur natiqi Demosfenin (384-322) evinə oğru gəlir. Alim oğrunu tutduqda o, üzr istəyərək deyir:

-Bağışlayın, mən bilmirdim ki, bu şeylər sizindir.

-Ancaq sənin olmadığını da çox yaxşı bilirdin - deyə Demosfen cavab verir.

Anatoli Durov

Məşhur rus sirk artisti Durov (1887-1927) bir şəhərdə tamaşa verdiyi zaman, aristokrat tamaşaçılardan biri özünü öyərək ona yaxın gəlir və deyir:

-Cənab kloun, müvəffəqiyyət qazanırsınız?

-Görürsünüz də...

-Deyirlər sirkdə müvəffəiyyət qazanmaq istəyən kloun sifətini axmaq şəklə salmalıdır. Bu doğrudurmu?

-Əlbəttə doğrudur,- deyə Durov cavab verir.- əgər sənin sifətin məndə olsaydı, müvəffəqiyyətim ikiqat artıq olardı!

İbn Sina

İbn Sina (980-1037) on yaşına çatdığı zaman öz biliyi ilə məşhur idi. Bir nəfər onun küçədə uşaqlarla oynadığını görüb deyir:

-Bu qədər fəzl, kamal və mərifətlə küçədə uşaqlara qoşulub oynamaq sənə yaraşarmı?

-Yaşın öz hökmü vardır, mən bu hökmə qarşı gedə bilmərəm - deyə İbn Sina cavab verir.

Karl Alfons

Fransa yazıçısı Karl bir yay günü Nitsa şəhərində bağ qonşusu ingilisə müraciət edərək bir kitab istəyir. İngilis:

-Kitab vermək adətim deyildir. Gəlib mənim kitabxanamda istədiyiniz qədər oxuya bilərsiniz! - deyə onun xahişini rədd edir.

Bir neçə vaxtdan sonra ingilis öz nökərini Karlın yanına göndərib bağçasulayanı istədikdə, yazıçı:

-Bağçasulayanı vermək adətim deyil, gəlib mənim bağçamda istədiyinz qədər istifadə edə bilərsiniz! - deyə cavab verir.

Tarixi şəxsiyyətlərdən qısa dialoqlar (2)

Likok Stiven

Yumorist yazıçı Likok Stivenin (1869-1944) yanına birisi gəlib gülüş doğuran əsərlər yazmağın üsulunu öyrənmək istədiyini bildirir.  Yazıçı ona deyir: 

-Gülməli yazmaq çox asandır. Qələm, kağız və mürəkkəb götürürsünüz, sonra da oturub başlayırsınız başınıza gələn fikirləri yazmağa.

Həmin şəxs:

-Bəli, bəli... Doğru deyirsiniz təşəkkür edirəm! - deyərkən Likok:

Yazmaq asandır, bütün çətinlik başınıza fikir gələ bilməsindədir! - deyir.

Avraam Linkoln

Bir ingilis diplomatı Ağ evə gələrək ABŞ prezidenti Linkolnun (1809-1865) çəkmələrini sildiyini görür və təəccüblə soruşur:

-Hörmətli prezident, siz öz çəkmələrinizi təmizləyirsiniz?...

-Əlbəttə... yoxsa siz başqalarının çəkmələrini təmizləyirsiniz? - deyə Linkoln cavab verir.

Mikelancelo Buonarotti

Bandinelli adlı bir heykəltəraş klassik heykəllərdən birinin oxşarını yaratmış və özünü öyərək-

Oxşarı originaldan yaxşıdır, - deyir.

İtaliyanın dahi sənətkarı Mikelancelo (1475-1564) bu sözü eşidərək deyir:

-Başqasını izləyənə heç vaxt öndə gedən deməzlər!

Platon

Birisi, Qədim Yunanıstanın məşhur filosofu Platonun (e.ə 427-347) yanına gəlib deyir:

-Filankəs sizi tərifləyirdi.

Platon bunu eşidib dərin fikrə gedir və xəbər gətirən:

-Böyük alim, nə üçün fikrə getdiniz? - deyə soruşduqda:

-Fikirləşirəm görüm son vaxtlar əlimdən və dilimdən nə nöqsan baş vermişdir ki, belə bir cahil məni tərifləsin - deyə Platon cavab verir.

Aleksandr Sergeyviç Puşkin

Böyük rus şairi Puşkin öz azad fikirli şeirlərini çəkinmədən ictimai yerlərdə oxuduğu üçün çar höküməti tərəfindən ölkənin cənubuna sürgün edilir. O, Kiyevdən keçərkən dostlarından birinə rast gəlir və dostu şairdən soruşur:

-Aleksandr Sergeyviç! Sən Kiyevə necə gəlib çıxmısan?

Şair də dostuna:

-Dil insanı Kiyevə də, harada da desən aparıb çıxara bilər! - demyir.

Tarixi şəxsiyyətlərdən qısa dialoqlar (2)

Mirzə Ələkbər Sabir

Ürəyindən şikayətlənən Sabir (1862-1911) həkimə gedir və həkimlər də ona "Ciyərləriniz xəstədir"- dedikdə o:

 "Arizi-qəmlər əlindən ürəyim şişmiş idi,

Zənn edirdim edəcək ona çarə ciyərim!

Bəxti-mənhusimə bir bax, mən bu təmənnada ikən,

Başladı şişməyə indi üzü qarə ciyərim!..."

misralarını yazır.

Solon

Qədim Yunanıstanın alimi Solon (e.ə 638-558) gününü daima boş keçirən, elmlə məşğul olmayan tanış bir gəncə rast gəlirş və deyir:

 - Nə qədər  ki yaşayırsan -  öyrən! Düşünmə ki, qocalıq gələndə sənin üçün özü ilə kamal da gətirəcəkdir.

Aleksandr Vasilyeviç Suvorov

Rus ordusunun generalı Suvorov (1730-1800) gəvəzəliyi və uzunçuluğu ilə məşhur olan zabiti yanına çağıtdırır, qapı və pəncərələri örtərək gizli bir söz deyirmiş kimi ondan soruşur:

-Sənin bir qəddar düşmənin var, hər yerdə sənin pisliyini danışır.

Zabit dərhal bütün düşmənlərinin adlarını sadalayır. Kimin adını çəkirsə Suvorov ona:

-Yox, o deyil!- deyir. Zabit artıq deməyə adam tapmadıqda, Suvorov ona:

-Bircə dilini çıxar!-deyərkən zabit dilini çıxarır.

-Bax, sənin ən qəddar düşmənin budur!- deyə Suvorov onun dilini göstərir.

Nikolay Yeqoroviç Jukoviski

Rusiyada təyyarəçiliyin banilərindən olan Jukoviski (1847-1961) huşsuz adam idi. O, bir axşam öz evində tələbələri qəbul edir, onlarla uzun-uzadı vaxt keçirir və qəflətən yerindən qalxaraq papağını axtarmağa və tələbələrlə görüşüb xudahafizləşməyə başlayır.  Tələbələr təəccüblənir və onun hara getdiyini soruşurlar.

-Mən çox oturdum, evə tələsməliyəm,- deyib öz evindən getmək istəyir.

19 noyabr 2013
GO BACK