Qədim dövrlərdə bir hökmdar təkbaşına şərab içərkən ,qədəhini toqquşdurmağa birini tapmayınca ağlına belə bir sual gəlir “Görəsən qədəhlər nə üçün toqquşdurulur?”Tez sarayın başbilənlərini çağırır
-Bu sualıma cavab verin:Nəyə görə qədəhlər toqquşdurulur?
Saray əyanları biri-birinin üzünə baxır,çiyinlərini çəkir və cavab verə bilmirlər
Şah hirslənir-Sizə bir həftə vaxt verirəm;Ya mənim sualıma düz-əməlli bir cavab verin,ya da hamınızı edam edəcəm!
Bir həftə ərzində saraya müxtəlif insanlar gəlir,hərəsi bir cavab uydurur amma heç biri şahı qane edəcək cavabı verə bilmir.Ölkə narahatçılıq içərisində olduğu vaxtda saraya üst-başı cırıq,çirkli cavan bir çoban yaxınlaşır
-Məni şahın hüzuruna aparın!Onun sualının cavabını mən bilirəm!
Mühavizəçılər bir çobana,bir onun əyin-başına bir də kəsilmiş başlara baxıb naəlac onu saraya ötürür.
Şah çobana yuxardan aşağı baxıb soruşur-Sənmi izah edəcəksən bu qədər alimlərin,üləmaların bilmədiyi bir şeyi?
-Şah sağ olsun,bəli!
-Yaxşı,de görək qədəhlər niyə toqquşdurulur?
-Hökmdar,bunun üçün gərək mən sizinlə şərab içim...
-Sən hansı cəsarətlə !-Şah cin atına minir-aparın bunu zindana !
3gün sonra şahın yadına düşür zindana atdırdığı çoban-Onu hüzuruma gətirin,yəqin ağlı başına gəlib artıq..
Çobanı gətirirlər.Şah-
-Yenəmi mənimlə şərab içmək istəyirsən yoxsa dərsini aldın?
-Şah sağ olsun,istəsəz lap boynumu vurdurun amma,bunu sizə izah etməyin yeganə yolu-sizinlə şərab içməkdir!
Şah cavan çobanın inadkar bir dəliqanlı olduğunu bilib dedi:
-Yaxşı,süfrə salın,şərab və iki qədəh qoyun-ani olaraq çobana nəzər salıb-bunu da yuyundurub,geyindirib gətirin!
Az sonra çoban şahla üzbəüz süfrə arxasında oturmuşu.Əlində qan rəngdə şərab dolu qədəh..
-Şah sağ olsun,şərab necə görünür?
-Şahanə
-Qoxusu?
Şah qoxladı-Əntiqə!
-Indi dadın...Tamı necədir?
-Gözəl...!
-Ya hökmdar,bizim gözlərimiz şərabı görüb zövq alır,burnumuz şərabı qoxlayıb zövq alır,dilimiz şərabı dadıb zövq alır bəs qulaqlarımız?onlar zövq almasınlarmı?
Çoban qədəhini şahın qədəhinə vurdu,otağı xoş,təkrarolunmaz bir cingilti bürüdü
-Bu səsdən alacağımız zövqü heç bir musiqi alətindən ala bilmərik,ona görə də qədəhlər toqquşdurulur,qulağımızın da bu şərabdan zövq payı olsun deyə...
Şah –məni istəyən,çobana xələt!
XƏBƏR LENTİ
Yer sakinləri üçün ən ağır günü yaşayrıq
250-ə yaxın məktəbdə monitorinq imtahanları keçirildi
Kartof alarkən nəyi bilmək vacibdir?
Putin möcüzə yaradır
“Azərbaycan dilinin orfoqrafiya lüğəti” nəşr olundu
“Ana, şəhid olacağam, mənimlə fəxr edəcəksən” - VİDEO
Selena Qomez reklam qiymətini açıqladı - FOTO
Viktoriya Bekhemdən xəyanət açıqlaması
Molyusk şirniyyatı (foto resept)
Yeni USB standartı təsdiqləndi
Just for girls
Prezidentin köməkçisindən düşmənin Zəngilan, Qubadlı və Laçını atəşə tutması ilə bağlı paylaşım
Bakı fəlakətə yaxınlaşır
Burning Man festivalında qeyri-adi stillər
Met Qalanın bu günə kimi ən yadda qalan geyimləri
Kanas gölündə "Loxness" əjdahası görüldü -VİDEO
Atmosfer təzyiqi. Külək
Bakıda mənzillərin qiyməti dəyişdi
Dırnağını yeyən insanlarla bağlı alimlərin ŞOK AÇIQLAMASI
Ronaldinyo ağır zədə aldı
Çörəkotu deyib keçməyin!
2018-in yay saç rəngləri
ABŞ-da məktəblərin açılmasına qarşı “tabut və cəsəd”li etiraz
Gedişhaqqı açıqlaması
Hilari Daffın bu addımı hər kəsi heyrətləndirdiFOTO
BÜRCLƏR bizə nə vəd edir?-10 Noyabr
Saqqız çeynəmək mədəniyyəti
Ərəb üsulu lahmacun (foto resept)
Prezident İlham Əliyev Azərbaycan xalqını Qurban bayramı münasibətilə təbrik edib
"Bazardan aldım bir dənə, evdə açdım, min dənə":
Hər kəsin təhlükəsizliyi təmin olunur
Zaqatala və Balakəni dolu vurdu
Uşaqların mənəvi-hüquqi tərbiyəsi
Ermənilərin Rusiyaya qarşı etiraz aksiyaları davam edir
Aslı Enver yeni FOTOsessiyada
Süni beyin yaradıldı
Gənc analara tövsiyələr
İsrailli professordan PEYVƏND XƏBƏRDARLIĞI
Pambıq yığımı gecikir
Dəbli pencəklər
Damar tıxanmasına səbəb olan qidalar
Məşhurlar və quşlar (1-ci hissə)
Türkiyədə avtobuslarda internetə pulsuz çıxış olacaq
Fil təsvirli əşyalar
Hitlerin rəsm əsəri 161 min dollara satıldı
Qafqaz qorxunc virusun təhlükəsi altında
Məşhur aktrisa 60 kq arıqladı-FOTO
Qara donla makiyaj necə olmalıdır?
Koronavirusdan sağalandan sonra xəstəliyin orqanizmdə qalıcı fəsadları açıqlandı
Xəzər dənizi necə çirklənir?
- ŞƏRHLƏR