Qadin.NET / Qədəhlər niyə toqquşdurulur?

Qədəhlər niyə toqquşdurulur?

 

Qədim dövrlərdə bir hökmdar təkbaşına şərab içərkən ,qədəhini toqquşdurmağa birini tapmayınca ağlına belə bir sual gəlir “Görəsən qədəhlər nə üçün toqquşdurulur?”Tez sarayın başbilənlərini çağırır

-Bu sualıma cavab verin:Nəyə görə qədəhlər toqquşdurulur?

Saray əyanları biri-birinin üzünə baxır,çiyinlərini çəkir və cavab verə bilmirlər

Şah hirslənir-Sizə bir həftə vaxt verirəm;Ya mənim sualıma düz-əməlli bir cavab verin,ya da hamınızı edam edəcəm!

Bir həftə ərzində saraya müxtəlif insanlar gəlir,hərəsi bir cavab uydurur amma heç biri şahı qane edəcək cavabı verə bilmir.Ölkə narahatçılıq içərisində olduğu vaxtda saraya üst-başı cırıq,çirkli cavan bir çoban yaxınlaşır

-Məni şahın hüzuruna aparın!Onun sualının cavabını mən bilirəm!

Mühavizəçılər bir çobana,bir onun əyin-başına bir də kəsilmiş başlara baxıb naəlac onu saraya ötürür.

Şah çobana yuxardan aşağı baxıb soruşur-Sənmi izah edəcəksən bu qədər alimlərin,üləmaların bilmədiyi bir şeyi?

-Şah sağ olsun,bəli!

-Yaxşı,de görək qədəhlər niyə toqquşdurulur?

-Hökmdar,bunun üçün gərək mən sizinlə şərab içim...

-Sən hansı cəsarətlə !-Şah cin atına minir-aparın bunu zindana !

3gün sonra şahın yadına düşür zindana atdırdığı çoban-Onu hüzuruma gətirin,yəqin ağlı başına gəlib artıq..

Çobanı gətirirlər.Şah-

-Yenəmi mənimlə şərab içmək istəyirsən yoxsa dərsini aldın?

-Şah sağ olsun,istəsəz lap boynumu vurdurun amma,bunu sizə izah etməyin yeganə yolu-sizinlə şərab içməkdir!

Şah cavan çobanın inadkar bir dəliqanlı olduğunu bilib dedi:

-Yaxşı,süfrə salın,şərab və iki qədəh qoyun-ani olaraq çobana nəzər salıb-bunu da yuyundurub,geyindirib  gətirin!

Az sonra çoban  şahla üzbəüz süfrə arxasında oturmuşu.Əlində qan rəngdə şərab dolu qədəh..

-Şah sağ olsun,şərab necə görünür?

-Şahanə

-Qoxusu?

Şah qoxladı-Əntiqə!

-Indi dadın...Tamı necədir?

-Gözəl...!

-Ya hökmdar,bizim gözlərimiz şərabı görüb zövq alır,burnumuz şərabı qoxlayıb zövq alır,dilimiz şərabı dadıb zövq alır bəs qulaqlarımız?onlar zövq almasınlarmı?

Çoban qədəhini şahın qədəhinə vurdu,otağı xoş,təkrarolunmaz bir cingilti bürüdü

-Bu səsdən alacağımız zövqü heç bir musiqi alətindən ala bilmərik,ona görə də qədəhlər toqquşdurulur,qulağımızın da bu şərabdan zövq payı olsun deyə...

Şah –məni istəyən,çobana xələt!

25 avqust 2011
GO BACK